Məhkəmə qərarları › İş №2(102)-3624/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3624/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3624/2025 15.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və İspəndiyar Əsəd oğlu Şəfiyevdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 iyul 2025-ci il tarixli, 2(103)3130/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 15 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəz-Sütçülük (Sovxoz) küçəsində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdur.

2. Abonentin saldosunda qeyd edilmişdir ki, verilən qaz xətti üzrə **********00000 abonent kodu olan İddiaçı qazdan istifadə nəticəsində 14.513,96 (on dörd min beş yüz on üç manat doxsan altı qəpik) manat məbləğində borc hesablanmışdır.

3. Cavabdeh İB-nin əməkdaşları tərəfindən təbii qazın istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il ta rixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2024-cü il tarixli ******* nömrəli, xx.xx.2024-cü il tarixli ******* nömrəli, xx.xx.2024-cü il tarixli ******* nömrəli aktlar tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh İB-nə qarşı “aktlara əsasən yazılmış cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus fərdi yaşayış evinə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında yazılmış aktlara əsasən qanunsuz hesablanmış 14.513,96 manat məbləğində cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddi a tələbi işin faktiki hallarına istinad edilərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, 2011-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəz-Sütçülük (Sovxoz) küçəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin sonunda evinə gələn qaz xəttinin bayır hissəsində qaz turbasından qaz axıntısı olduğu, iyin gəlməsi ilə bağlı qaz xidmətinin qaynar xəttinə zəng edərək, məlumat vermişdir. Məlumatdan sonra Azəriqaz İB-nin əməkdaşları qaz xəttini tam bərpa etmək əvəzinə məsuliyyətsizlik edərək sayğacı iplə bağlayıb getmişlər. Təqribən bu hadisədən 1 ay sonra həmin əraziyə heyvanlar gələrək qaz xəttinə toxunmaqla borunu tamamilə sındırmışlar. Hava soyuq olduğundan iddiaçı qaz xəttinə xüsusi şlanq qoşmaqla evi isitmək üçün qaz xəttini evə çəkmişdir. Bun u edərkən düşünmüşdür ki, Azəriqaz İB-nin əməkdaşları belə bir qoşulma halını görsələr, ciddi şəkildə bir tədbir görərək problemi tamamilə aradan qaldıracaqlar. 2024-cü ilin aprel ayında yaşadığı evə polis əməkdaşları gələrək, onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ona məlum olmuşdur ki, qazdan qanunsuz istifadə etdiyi üçün Azəriqaz İB tərəfindən onun barəsində şikayət verilmişdir. Qaz sayğacı yenisi ilə əvəzləndiyi zaman əvvəlki qaz sayğacına xarici vizual baxış keçirilmiş və nəticədə heç bir pozuntu aşkar edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də heç bir akt tərtib edilməmişdir. Azəriqaz İB-nin əməkdaşları üç il ərzində mütəmadi olaraq hər ay üzrə sadəcə qaz xəttinə aylıq nəzarət etməklə ona cərimə protokolunu təqdim etməklə kifayətlənmişdir. Halbuki onlar bu pozuntunu gördüyü andan qazın verilişini dayandırmalı və bu barədə protokol tərtib etməli idi. Məqsəd vətəndaşı daha çox cərimə cəzasına məruz qoymaq olmuşdur. Belə ki, Azəriqaz İB tərəfindən sözügedən mübahisəli aktlar nəticəsində ona 14513,96 manat cərimə tətbiq edilmişdir.

6. İddiaçının Vəkil1 iddia ərizəsini müdafiə edərək, Azərbaycan Respublikası Energetika Nazirliyinin rəyi ilə razı olmadıqlarını, itirilmiş qazın dəyəri 2021-ci ildə 1.708 manat, 2023-cü ildə 1.246 manat hesablandığı halda, 2022-ci ildə 3.082 hesablanması qeyri-mümkündür. Ümumi olaraq 2022-ci ildə akta görə hesablanma aparılmışdır. Aktda yazılan məbləğləri yüksək hesab etdiklərini, Azərbaycan Respublikası Energetika Nazirliyi hesablama apararkən əvvəlki illərdə olan qaz sərfiyyətini nəzərə almalı olduğunu, lakin aktlarda yazı lan məbləğə uyğun hesablandığını, cavabdehin mənzili 2 otaqlı olduğunu, həmən mənzil üçün hesablanmış qaz sərfiyyəti düzgün olmadığını və aktlar əsasında hesablanmış cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının 3-15-2-1/2-835/2025 nömrəli 27 fevral 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “Azəriqaz" İB tərəfindən 2021-ci ilin iyununda 2024-cü ilin aprelinə qədər 25 aktla iddiaçıya qazdan qanunsuz istifadəyə görə 14513,96 manat əlavə borc hesablanaraq onun abonent hesabına daxil edilmişdir. 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanm ası məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qayda!arı"na dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü it tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. “Qazdan istifadə Qayda!arı”nın 6.5-ci bəndinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşuima halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səl ahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

8. Daxil olmuş sənədlərdə cavabdeh tərəfindən aşağıda göstərilən qaz qurğularından istifadə edildiyi göstərilmişdir: - 1 ədəd “PQ-4” tipli qaz plitəsi, maksimal qaz sərfiyyatı 1,2 kub metr, - 1 ədəd dəmir soba, maksimal qaz sərfiyyatı 1,4 kub metr, - 1 ədəd qənaətli su qızdırıcısı, maksimal qaz sərfiyyatı 1,5 kub metr. Q ış ayları üçün ayda (1.2 m3 + 1.4 m3 +1.5 m3 ) x12saat x 30 gün=1476 m3 Yay ayları üçün ayda (1.2 m3+1.5 m3 ) x12 saat x 30 gün = 972 m3 2021-ci ildə tərtib edilmiş 7 akt üzrə: 2 qış ayı x 1476 m3 +.5 yay ayı x 972 m3 = 7812 m3 2022-ci ildə tərtib edilmiş 11 akt üzrə: 5 qış ayı x 1476 m3+.6 yay ayı x 972 m3= 13212 m3 2023-cü ildə tərtib edilmiş 5 akt üzrə: 2 qış ayı x 1476 m3+3 yay ayı x 972 m3= 5868 m3 2024-cü ildə tərtib edilmiş 2 akt üzrə: 2 qış ayı x 1476 m3 + = 2952 m3 Bu baxımdan istehlakçı – iddiaçı tərəfindən təbii qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə “Qazdan istifadə Qaydalarının” 6.5-ci, 6.5-1-ci və 6.5- 2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi-yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini, istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla (Qaydaların 3.1.11-ci maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: - qış ayları üçün ayda (1.2 m3 + 1.4 m3 +1.5 m3 ) x 12 saat x 30 gün = 1.476 kub m., - yay ayları üçün ayda (1.2 m3+1.5 m3 ) x 12 saat x 30 gün = 972 kub m., 2021-ci ildə tərtib edilmiş 7 akt üzrə: - 2 qış ayı x 1.476 kub m. + 5 yay ayı x 972 kub m. = 7.812 kub m., 2022-ci ildə tərtib edilmiş 11 akt üzrə: - 5 qış ayı x 1.476 kub m + 6 yay ayı x 972 kub m= 13.212 kub m., 2023-cü ildə tərtib edilmiş 5 akt üzrə: - 2 qış ayı x 1.476 kub m. + 3 yay ayı x 972 kub m.= 5.868 kub m., 2024-cü ildə tərtib edilmiş 2 akt üzrə: - 2 qış ayı x 1.476 kub m = 2.952 kub m. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 2017-2021-ci illərdə müvafiq Qərarlarında əhali istehlakçılarının istehlak tariflərini nəzərə almaqla itirilmiş qazın dəyəri illər üzrə aşağıdakı kimi olar: 2021-ci il üzrə: 1.200 kub m. x 0,10 manat + 1.300 kub m. x 0,20 manat + 5.312 kub m. x 0,25 manat = 1.708 manat; 2022-ci il üzrə: 1.200 kub m. x 0,12 manat + 1.300 kub m. x 0,20 manat + 10.712 kub m. x 0,25 manat = 3.082 manat; 2023-cü il üzrə: 1.200 kub m. x 0,12 manat + 1.300 kub m. x 0,20 manat + 3.368 kub m x 0,25 manat = 1.246 manat; 2024-cü il üzrə: 1.200 kub m. x 0,12 manat + 1.300 kub m. x 0,20 manat + 452 kub m x 0,25 manat = 517 manat olmaqla cəmi 6.553 manat təşkil edə bilər.

9. Bakı şəhə ri Sabunçu Rayon Məhkəməsinin (hakim Ruslan Mirzəyev) 12 mart 2025-ci il tarixli, 2(008)-262/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanda yerləşən abonent kodu **********00000 olan yaşayış evinə Cavabdeh İB tərəfindən yazılmış aktlar əsasında 7960,96 manat borcu tutularaq Cavabdehnə ödənilməsi, iddianıın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh İB-nin İddiaçı aktlar üzrə qanunsuz olaraq tərtib edilmiş təbii qazdan istifadəyə görə əsassız hesablanmış 14.513,96 (on dörd min beş yüz on üç manat doxsan altı qəpik) manat borc məbləğindən 7960,96 (yeddi min doqquz yüz altmış manat, doxsan altı qəpik) manat hissəsi silinməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011- ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2 bəndinə, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunun 17-ci maddəsi, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu 6.2, 13-cü maddəsinin 8-1-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 77.2, 106.1, 107, 119.1, 217.4, 88, 119.1, 119.2, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etmişdir.

13. İddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsinə və iddia tələbinin tam həcmdə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxmış rayon məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş fakt lardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən 2019-2024-cü illər ərzində müxtəlif vaxtlarda qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyri-qanuni şəkildə təbii qazın talanması faktları aşkar olunmuş, faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. Tərtib edilmiş həmin aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair tələbnamələr” təsdiq edilmişdir. Həmin tələbnamələrə əsasən itirilmiş (q eydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə Birliyə xeyli məbləğdə ziyan vurmuşdur. Lakin Rayon Məhkəməsi qeyd olunanlara əhəmiyyət verməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktların bir nüsxəsi istehlakçıya – iddiaçıya təqdim edilmiş, lakin iddiaçı aktları imza etməkdən imtina etmişdir. Həmin aktların iddiaçı tərəfindən imza edilməməsi həmin aktların qanunsuz olduğuna dəlalət etmir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Məmməd Məmmədov (sədrlik e dən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) 15 iyul 2025-ci il tarixli, 2(103)-3130/2025 saylı qətnaməsi ilə iddiaçı və cavabdeh təşkilatın apellyasiya şikayətləri təmin edilməyərək,birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin edilməsinə haqlı olmuşdur.

18. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları, o cümlədən Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyi nəzərə alaraq iddianı qismən təmin etməkdə və iddiaçıya aid abonent koduna cavabd eh Birlik tərəfindən hesablanmış borcun 7.960,96 manat hissəsinin silinməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etməkdə haqlı olmuşdur. Həmin qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşımışdır.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2 bəndinə, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunun 17-ci maddəsi, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu 6.2, 13-cü maddəsinin 8-1-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 77.2, 106.1, 107, 119.1, 217.4, 88, 119.1, 119.2, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.. a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil2 İlyas qızı) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsinə və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, həmçinin qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericiliklə tənzimlənmirdi. Qeyd olunan münasibətlər Azərbaycan Respublikasının Na zirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydalarına dəyişiklik edilməsi barədə” xx.xx.2023-cü il tarixli, 218 nömrəli qərarı ilə tənzimlənmişdir. Münasibətlər xx.xx.2023-cü il tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə və qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı həmin dövrdə qüvvədə olmuş Cavabdeh xx.xx.2019-cu il tarixli, SOCAR**********00040020A01023 nömrəli əmri ilə təsdiq edilmiş Cavabdeh xidmət sahələrində fəaliyyətin səmərəli təşkili və icrası, itkilərin azaldılması və xidmət səviyyəsinin yüksəldilməsi üzrə Təlimat”a uyğun olaraq həyata keçirilmişdir. Minlərlə akt üzrə dəymiş zərər həmin təlimata əsasən hesablanmış və yaranmış mübahisələr məhkəmələr tərəfindən qiymətlənd irilmişdir. Buna görə də mübahisəli dövr üzrə münasibətlərin yarandığı vaxt qüvvədə olmuş normaların tətbiq edilməsi tələb olunduğu halda, həmin normalar tətbiq edilməmişdir.

22. Rəydə qeyd olunmuşdur ki, cavabdeh Birlik tərəfindən 2021-ci ilin iyun ayından 2024-cü ilin aprel ayınadək 25 aktla iddiaçıya qazdan qanunsuz istifadəyə görə 14.513,96 manat əlavə borc hesablanaraq iddiaçının abonent hesabına daxil edilmişdir. Lakin: 1.Qeyd olunan dövr üzrə aktlara görə borc məbləği 14.513,96 manat deyil, 12.950,26 manat təşkil etmişdir. 2.2024-cü il üçün tərtib edilmiş və ümumi məbləği 1.770,90 manat olan aktlar həmin məbləğin tərkibində olmamışdır. 3.GASREP proqramı üzrə ödəniş cədvəlindən göründüyü kimi, 14.513,96 manat təşkil edən borc məbləği artıq 2023-cü ilin oktyabr ayında mövcud olmuşdur; 2024-cü ilin iyun ayında isə mexaniki sayğac üzrə AGİS proqramı cədvəlinə daxil edilmişdir. 4.Beləliklə, məhkəmənin qətnamə qəbul edərkən əsaslandığı mütəxəssis rəyi yanlış olduğundan həmin qətnamə də əsaslandırılmış hesab edilə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə.21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu

27. Maddə 26.13. 8. (köhnə redaksiyada) Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehl akçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

28. Maddə.27.13.8-1. (qüvvəyə mindiyi tarix 2022-ci il mayın 1-i) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq ic ra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11 -ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə

416. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. İ ş üzrə cavabdeh tərəfindən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən qətnamə həmin hissədə yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, y uxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

42. İşin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin mə sələləri təkrarlamağa lüzum qalmır.

43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

44. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn dü zgün tətbiq edilib-edilmədiyini yoxlayır.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3130/2025 nömrəli, 15 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar