Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3625/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı2 və onun vəkili x13, Cavabdeh2 vəkili x7 iştirakları ilə, İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12991/2019 nömrəli iş üzrə 03 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxara q, MÜƏYYƏN ETDİ: İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları -14.12.2010-cu il təvəllüdlü x17, 30.06.2012-ci il təvəllüdlü x14 və 01.07.2016-cı il təvəllüdlü x18 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Müşfıqabad qəsəbəsi x24 2, küçə 6-da yerləşən 9 saylı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı2 Cavabdeh1 ilə 02.04.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, nikaha daxil olduqdan bir il sonra torpaq sahəsi almış və orada birgə vəsait hesabına ev tikmişlər. Birgə nikahlarından 14.12.2010-cu il təvəllüdlü x17, 30.06.2012-ci il təvəllüdlü x14, 01.07.2016-cı il təvəllüdlü x18 adlı uşaqları anadan olmuşdur. Cavabdeh1 iddiaçı ilə r əsmi nikahda olmasına baxmayaraq, başqa bir qadınla da faktiki ailə qurub yaşadığına görə 29.05.2018-ci il tarixdə aralarında münaqişə baş vermiş, cavabdehlər onu döyərək yaşadığı evdən qovmuşlar. İddiaçı kiçik qızını götürərək evdən qaçmağa məcbur olmuşdur. Həmin gecə iddiaçının anası onun cavabdehlər tərəfindən döyülməsi barədə DİN-in 102 xidmətinə müraciət etmişdir. Cavabdehlər iddiaçının cehizlərinin bir hissəsini gətirib onun anasının yaşadığı evin küçəsinə tökmüşlər. İddiaçının əmlaklarının bir hissəsi, eləcə də onun övladlarına məxsus bəzi əmlaklar hazırda cavabdehlərin yaşadığı mübahisəli evdə qalmışdır. Məhkəmənin 28.08.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar iddiaçının yanında saxlanılmış, uşaqların saxlanılması üçün alimentin tutulması qət edilmişdir. Cava bdeh aliment ödəməkdən qəsdən boyun qaçırır. İddiaçının isə azyaşlı uşaqlarla yaşamağa başqa yeri yoxdur. Ona görə də uşaqları ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Müşfıqabad qəsəbəsi x24 2, küçə 6, ev 9 ünvanına köçürülməsini tələb edir. Belə ki, həmin ev birgə nikah dövründə alınmış torpaq sahəsində onun və Raminin vəsaiti hesabına tikilmişdir. İddiaçı qızıllarını sataraq pulunu həmin evin tikintisinə xərcləmişdir. Dörd otaqdan ibarət olan həmin evin tikintisi başa çatdıqdan sonra iddiaçı 2012-ci ildən 2018-ci ilədək uşaqları və cavabdehlərlə birgə orada yaşamışdır. Özünün və uşaqlarının bəzi əşyaları da hazırda həmin evdədir. Həmin yaşayış evi barədə cavabdehlərlə eyni hüquqlara malik olduğu halda, cavabdehlər onu üç azyaşlı uşağı ilə birgə öz yaşayış yerindən məhrum etmişlər. Ona gö rə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli 2(002)1452/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (İ.Kərimli - sədrlik edən və məruzəçi hakim, X.Cəmilova, İ.Xəlilov iş№ 2(103)-12991/2019) 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanmışdır. Cavabdeh2 kassasiya şikayəti verərək iş Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12991/19 saylı, 03 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişd ir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki instansiya məhkəməsi başqasına məxsus olan evə onun xəbəri olmadan, hətta işə maraqlı tərəf kimi cəlb etmədən iddiaçının köçürülməsinə dair qətnamə qəbul etmişdir. İddiaçının heç bir qanun normasına istinad etmədən əsassız olaraq onun tikdiyi və sonradan satdığı evə köçmək tələbi nəinki onun, həm də evin yeni sahiblərinin mənafeyinə toxunur. Birinci instansiya məhkəməsi mülki işi tam, hərtərəfli və obyektiv araşdırmamış, eləcə də evin hazırkı sahiblərini işdə iştirak etməyə cəlb etməmiş, bununla da həmin ailənin üzvlərinin hüquqlarını pozmuşdur. Mübahisəli torpaq sahəsi və üzərində tikilmiş ev Cavabdeh2 məxsus olmuş və sonradan x1. İddiaçı və onun keçmiş əri Cavabdeh1 birgə nikahda yaşadıqları dövr də tikməmiş və onlara məxsus olmamışdır. Onların torpaq sahəsi almağa və ev tikməyə nə imkanları, nə də vəsaitləri olmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili x4 şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili x6 şikayətinin dəlillərinə etiraz edərək, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş lakin, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı2 Cavabdeh1 ilə 02.04.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 14.12.2010-cu il təvəllüdlü x17, 30.06.2012-ci il təvəllüdlü x14, 01.07.2016-cı il təvəllüdlü x18 adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Qaradağ rayon Müşfıqabad qəsəbəsi x24 2, küçə 6-da yerləşən 9 saylı ev onların birgə nikahda olduqları dövrdə inşa edilmiş, iddiaçı azyaşlı uşaqları ilə birlikdə uzun müddət həmin evdə cavabdehlərlə birgə təsərrüfat aparmaqla yaşamış, həmin tikilidə yaşayışın təmin olunması t ərəflərin birgə nikahı dövründə baş vermişdir. Qaradağ rayonu Müşfıqabad Bələdiyyəsinin 30.07.2019-cu il tarixli 61 saylı məktubundan görünür ki, İddiaçı2 övladları x17, x14, x18 ilə 2012-ci ildən 2018-ci ilədək x24 2, küçə 6, ev 9 ünvanında qeydiyyatsız yaşamışdır. Tərəflərin nikahlarına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.08.2018-ci il tarixli 2(001)-6417/2018 saylı qətnaməsi ilə xitam verilmişdir. İddiaçı tərəfin təşəbbüsü ilə məhkəmədə şahid qismində dindirilmiş x12 və x10 ifadələrində iddiaçının köçmək istədiyi mənzilin 2011-2012-ci illərdə İddiaçı2 ilə Cavabdeh1 birgə vəsaiti hesabına tikilməsini təsdiq etmişlər. Bakı Baş Səhiyyə İdarəsinin Qaradağ rayonu 13 saylı şəhər poliklinikası tərəfindən verilmiş 25.07.2019-cu il tarixli 407 saylı arayışa əsasın, Müşfıqabad qəsəbəsi x24 -2 ünvanında fərdi evdə yaşayan İddiaçı2 üç azyaşlı uşağı ilə birlikdə həmin poliklinikada qeydiyyatdadır. Apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticələrini əsaslandırmasından görünür ki, İddiaçı2 uşaqları ilə birlikdə köçmək istədiyi Bakı şəhəri Qaradağ rayonu Müşfıqabad qəsəbəsi x24 2, küçə 6-da yerləşən 9 saylı evin Cavabdeh1 ilə birgə nikahda olduğu dövrdə onların birgə vəsaiti hesabına tikilməsi, onun 2012-2018-ci illərdə həmin mənzildə yaşaması barədə məhkəməyə sübutlar təqdim etsə də, evin özünə məxsus olmasını iddia edən Cavabdeh2 mübahisəli mənzilin ona məxsus olması barədə məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 10.09.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsində qeyd edilir ki, Bakı şəhəri Müşfıqabad Bələdiyy əsinin 28.08.2007-ci il tarixli 08 saylı Qərarına əsasən satıcı x8 ona ayrılmış Bakı şəhəri Müşfıqabad qəsəbəsində yerləşən fərdi mənzil inşa etmək üçün ayrılmış 0,03 ha torpaq sahəsinin üzərində tikilmiş tikilini özəlləşdirdikdən, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra 39000 manata alıcı x2 barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Müqavilə bağlanarkən Fərrux Qasımovu etibarnamə əsasında Cavabdeh2 təmsil etmişdir. Məzmunundan göründüyü kimi, həmin müqavilə ilkin alqı-satqı müqaviləsi adlansa da, müqavilə mübahisəli mənzilin gələcəkdə alqı-satqısının həyata keçiriləcəyi barədə niyyət razılaşmasını əks etdirir. Həmin müqavilə İddiaçı2 tərəfindən mübahisələndirilə bilər və İddiaçı2 azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi barədə iddianın təmin olunmasına maneə kimi qiymətləndirilə bilməz. Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməməsi barədə məhkəməyə teleqram ünvanlamış, üzrlü səbəblə bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. İddiaçı tərəf birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarında nümayəndə vasitəsilə təmsil olunub iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar təqdim etsə də, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməyib öz etirazlarının əsası kimi istinad etdikləri hallara dair heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanuns uz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarını öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Apelyasiya instansiya məhkəməsinin mövqeyinə görə İddiaçı2 köçmək istədiyi Bakı şəhəri Qaradağ rayonu Müşfıqabad qəsəbəsi x24 2, küçə 6-da yerləşən 9 saylı ev özbaşına tikili olmaqla hər hansı şəxsin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Qüvvədə olan mənzil qanunvericiliyində özbaşına tikilidən istifadə hüququ ilə bağlı hər hansı norma yoxdur. Bununla belə, respublikamızda özbaşına tikintilərin mövcudluğu reallıq kimi qəbul edildiyindən, özbaşına tikiliyə köçürülmə barədə iddiaların təmin olunmaması sosial ədalət prinsiplərinə cavab verməmiş olardı. Apelyasiya məhkəməsinin qənaəti ondan ibarət olmuşdur ki, mübahisəli ev tərəfləri n birgə nikahı dövründə tikilmişdir. Evə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, dövlət faktiki olaraq həmin evin mövcudluğunu tanımışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərinə tam düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr mülki və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Cavabdehin iddiaya olan etirazın dəlilləri ondan ibarətdir ki, iddiaçının köçmək istədiyi tikili iddiaçı və onun həyat yoldaşı olan oğlunun birgə vəsaiti əsasında tikilməmiş, torpaq sahəsi onun tərəfindən əldə edilmiş və tikili onun tərəfindən tikilmiş və mübahisəli tikilini 10.09.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsi əsasında x3. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaç ı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin tələbləri baxımından tikilinin Cavabdeh1 ilə birlikdə tikilməsini sübut etmiş, lakin cavabdeh tərəf etirazın əsas olan dəlilərini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəli tikilinin hazırda tərəflərin deyil, başqa şəxsin istifadəsində olmasını müəyyən etməsinə baxmayaraq ilkin alqı-satqı müqaviləsi əsasında mübahisəli tikilini artıq əldə etmiş şəxsin olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin iddiaçının azyaşlı uşaqları ilə birlikdə mübahisəli evə köçürlməsinə dair mövqeyi ilə razılaşır və qeyd edir ki, hər bir halda mübahisəli ev birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunmasından sonra faktiki olaraq özgənikiləşdirilməsi qeyd edilsə də həmin şəxsin işə cəlb olunması məcburi olmuşdur. Çünki qəbul olunmuş qətnamənin həmin şəxsin maraqlarına toxumasının müəyyən olunması vacib olan haldır. Belə olmadığı halda işə cəlb olunmayan və hüquqlarının pozulmasını iddia edən şəxs müvafiq prosessual hüquq normalarının tələbindən çıxış edərək apelyasiya məhkəməsinin qətnaməsindən müəyyən olunmuş qaydada şikayət vermək hüquqlarına malik ola bilər. Bu cür halların qarşısının alınması üçün baxılan işin icraatı dövründə məhkəmə ona məlum olan halların və apelyasiya şikayətində irəli sürülmüş dəlillərin yoxlamaq vəzisəsini yerinə yetirməlidir. Apelyasiya şikayətində mübahisəli tikilinin artıq X.Fətəliyevə satılması və tikilidə onların yaşaması göstərilmişdir. Məhz apelyasiya şikayətinin də lilərindən biri həmin şəxsin işə cəlb olunması ilə bağlı olmuşdur. Lakin apelyasiya instansiya məhkəməsi şikayətin həmin dəlilinə müvafiq qiymət verməmiş, bu dəlilin əsaslılığını tam aydınlaşdırmamış, X.Fətəliyevin işə cəlb edilməsini təmin etməmiş onun hazırki iddiaya mövqeyinin öyrənilməsini təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunverici liyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, MPM-in 57, 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdur. Ona görə də, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edil məsi üçün əsasdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apelyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12991/2019 nömrəli, 03 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3625/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3625/2020
30.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver