Məhkəmə qərarları › İş №2(102)-3625/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3625/2022

23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3625/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aliment haqqında sazişin ləğv edilməsi, pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “sazişin ləğvi və pul tələbinə” dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-982/2022 nömrəli, 21 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2010-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan tərəflərin xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 adlı iki uşaqları var.

2. Cavabdeh Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə nikahın pozulmasını xahiş etmişdir. Onun iddiasına baxılandan bir gün əvvəl - xx.xx.2017ci il tarixdə tərəflər arasında aliment öhdəliyi ilə bağlı notariat qaydada təsdiqlənmiş saziş bağlanmışdır. Sazişin 1-ci bəndində deyilir: «Cavabdeh uşaqları – xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün aliment qismində birdəfəlik olaraq 50000 manat məbləğdə nağd pul vəsaiti verir». Sazişin 2-ci bəndində qeyd olunur ki, «X1 Söhrab Həsən oğlu tərəfindən verilən 5000 manat məbləğində nağd pul vəsaitini qəbul edir və Cavabdeh qarşı aliment tələbi ilə bağlı heç bir iddiasının olmadığını bildirir».

3. Eyni zamanda həmin gün (17 aprel 2017-ci il tarixdə) Cavabdeh notariat qaydada təsdiqlənmiş müqavilə bağlamaqla, Nərimanov rayonu, T.Şıxəliyev küçəsindəki 17 saylı binanın 16 nömrəli mənzilinin paylı müıkiyyət üzrə ona məxsus hissəsini qayınatası X12 bağışlamışdır.

4. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-3590/2017 saylı qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin olunmuş, tərəflərin arasında olan nikahın pozulması, birgə nikahından doğulmuş uşaqların X4 yanında saxlanması qət edilmişdir. Həmin tarixdə tərəflər məhkəmə iclasında iştirak etmiş, Azadə Əmiraslanova izahatında «uşaqların yetkin lik yaşına çatanadək saxlanması ilə bağlı məsələni öz aralarında saziş bağlamaqla həll etdiklərini və bu səbəbdən iddiaçıya qarşı hər hansı aliment tələbinin olmadığını» bildirmişdir.

5. İddiaçı 2020-ci ildə Cavabdeh qarşı uşaqların saxlanması üçün alment ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-2337/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə iddianın təmin edilməməsini onunla əsaslandırmışdır ki, nə qədər ki, tərəflər arasında 17 aprel 2017-ci il tarixdə bağlanmış saziş mübahisələndirilməyib və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində artıq alimentə qiymət verilib iddia təmin edilə bilməz. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2020-ci ildə hazırki iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında 17 aprel 2017-ci il tarixdə bağlanmış sazişin ləğv edilməsi, həmin sazişdə nəzərdə tutulmuş 50000 manat məbləğində aliment ödənişinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə bağladığı xx.xx.2017-ci il tarixli sazişdə cavabdehin aliment qismində 50000 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməsi nəzərdə tutulsa da, cavabdeh həmin məbləği iddiaçıya ödəməmişdir. Cavabdeh bu barədə öhdəlik götürmüş, lakin yerinə yetirməmişdir. İddiaçı aliment sazişində nəzərdə tutulmuş pul məbləğinin ödənilməsi üçün dəfələrlə cavabdehə şifahi müraciət etmişdir. Hər dəfə cavabdeh pul məbləğini ödəyəcəyinə söz versə də, sözünün üstündə durmamış və öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərmişdir. Cavabdeh xəbərdarlığı rəsmi şəkildə qəbul etsə də, indiyə kimi aliment sazişinə əsasən ödənilməsi nəzərdə tutulmuş 50.000 manat məbləğində pulu ödəməmişdir. Bu da iddiaçının mülki qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını pozur. Valideynlər uşaqların saxlanılmasında bərabər hüquq və vəzifələrə malikdir. Lakin cavabdeh uşaqlarının tərbiyəsində iştirak etmir, aliment sazişində qeyd olunan məbləği ödəməkdən imtina edir. Aliment məbləğinin ödənilməsinə dair müqavilə mövcuddur və hazırda da qüvvədədir. Lakin müqavilədə (sazişdə) qeyd olunan məbləğin ödənilməsi ilə əlaqədar heç bir sübut yoxdur. Vəkil sorğusuna Bakı şəhəri 50 saylı notariat kontorundan verilmiş cavabdan bəlli olur ki, xx.xx.2017-ci il tarixli sazişə əsasən ödənilməli olan pul vəsaiti notariusun depozit hesabı vasitəsilə ödənilməmiş və həmin pul vəsaitinin ödənilməsi ilə bağlı notariat işinə heç bir rəsmi sənəd əlavə edilməmişdir. Saziş bağlansa da heç bir pul məbləği iddiaçıya ödənilməmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddiaya etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, saziş bağlayan gün 50.000 manat məbləğində pul vəsaitini avtomaşında Azadəyə vermişdir. Həmin pulun verilməsində kənar şəxslər iştirak etməmişdir. Azadə pulu almasa idi notariusda müqaviləni imzalamazdı. O, avtomobil satışı ilə məşğul olmuşdur və kifayət qədər vəsaiti olmuşdur

9. Səbail Rayon Məhkəməsinin 2(009)-461/2021 saylı, 16 fevra l 2021-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbi təmin edilmiş, Cavabdeh ilə YYY arasında bağlanılmış və 17 aprel 2017-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş saziş ləğv edilərək, 17 aprel 2017-ci il tarixli Saziş üzrə nəzərdə tutulmuş 50.000 (əlli min) manat məbləğində aliment ödənişinin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir

10. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, tərəflər arasında münasibətlər pozulduğu üçün Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Nəriman Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və tərəflərin birgə nikahından olan uşaqlar iddia çının yanında saxlanmışlar. Nikahın pozulması ilə bağlı iş məhkəmə icraatında olduğu zaman tərəflər arasında notarial qaydada xx.xx.2017-ci il tarixdə saziş bağlanmışdır. Həmin Sazişə əsasən Cavabdeh rəsmi nikahda olduğu X6 birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment qismində birdəfəlik olaraq 50.000 manat məbləğində nağd pul vəsaiti verir, X9 isə həmin vəsaiti qəbul edərək Cavabdeh qarşı aliment tələbi ilə bağlı heç bir iddiasının olmadığını bildirir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi forma baxımından hazırki iş üzrə baxılan mübahisədən fərqlidir və hazırki işlə hər hansı eyniliyi yoxdur. Hazırki iş üzrə mübahisə predmeti Saziş üzrə ödənilməli olan pul məbləğinin tələb edilməsidir. Məzmun baxımından hazırki mübahisə üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin preyudisial əhəmiyyəti o halda məcburi hesab edilə bilər ki, həmin qətnamədə müəyyən olunmuş maddi-hüquqi faktlar konkret müəyyən olunmuş, yaxud təsdiq edilmiş olsun. Yəni Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2017-ci il tarixli Saziş üzrə Cavabdeh 50.000 manat pulun alması faktı təkzibedilməz və konkret olmalıdır. Lakin Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəflər arasında bağlanmış Sazişə istinad edərək onlar arasında alimentlə bağlı mübahisənin olmamasını və bu səbəbdən nikah pozulduqdan sonra alimentlə bağlı məsələnin həll edilməsinə zərurət olmadığını qeyd etmişdir. Məhkə mə Cavabdeh tərəfindən İddiaçı Saziş üzrə 50.000 manat məbləğində pulun verilməsini təsdiq etməmiş və həmin halın müəyyən edilməsi üçün hər hansı araşdırma aparmamışdır. Məhkəmə yalnız tərəflər arasında bağlanmış Sazişə istinad edərək və İddiaçı Cavabdeh aliment tələbinin olmamasını əsas tutaraq birgə nikahdan olan uşaqların saxlanılması üçün alimentin tutulması məsələsini həll etməmişdir. Digər tərəfdən məhkəməyə təqdim edilmiş məhkəmə iclas protokolunun kserosurətindən görünür ki, Cavabdeh verilən suala cavab olaraq 50.000 manat məbləğində pulun İddiaçı verilməsini qeyd etsə də, nə məhkəmə iclas protokolunda, nə məhkəmə qətnaməsində İddiaçı tərəfindən həmin pulun alınması etiraf olunmur. Əksinə, onun tərəfindən alimentlə bağlı məsələnin Sazişlə həll edilməsi, Sazişdə isə pulun imperati v qaydada verilməsi müəyyən edilmir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi hazırki işə baxılarkən Saziş üzrə pulun verilməsi faktını təsdiq edən sübut hesab edilə bilməz və bu səbəbdən də həmin qətnamənin hazırki işə baxılarkən preyudisial əhəmiyyəti yoxdur. Lakin Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi hazırki işə baxılarkən Saziş üzrə 50.000 manat pulun verilməsini təsdiq edən və preyudisial əhəmiyyətə malik olan qərar hesab edilməsə də, bu qətnamə Saziş üzrə pulun Cavabdeh tərəfindən İddiaçı verilməməsini də təsdiq etmir və bununla bağlı da məhkəmə qətnaməsinin hər hansı preyudisial əhəmiyyəti yoxdur. Bu baxımdan, hazırki mübahisənin predmeti təqdim edilmiş sübutlar əsasında qiymətləndi rilməli və toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verilməlidir.

13. Birinci instansiya məhkəməsi saziş üzrə pulun real olaraq verilməsi ilə bağlı qeyd etmişdir ki, tərəflərin bağladıqları Sazişin predmeti Cavabdeh tərəfindən YYYna iki uşağın saxlanılması üçün aliment qismində birdəfəlik 50.000 manat nağd pul vəsaitinin verilməsidir. Tərəflər arasında bağlanmış müqavilə konsensual müqavilə olsa da və bağlandığı andan qüvvəyə minməsə də, bu hal müqavilə tərəfi olan Cavabdeh Azadə Əmiraslanovaya 50.000 manat pulun verilməsini təsdiq etmir. Müqavilə notariat qaydada təsdiq olunsa da, pulun verilməsi ilə bağlı notariusun depozit hesabına hər hansı məbləğ Cavabdeh tərəfindən mədaxil edilməmişdir. Digər tərəfdən Sazişdə qeyd edilmişdir ki, “Cavabdeh 50.000 manat verir”, digər tərəf isə “ həmin pulu qəbul edir”. Yəni Sazişdə pulun onun bağlandığı vaxtdan əvvəl və ya sonra verilməsi və ya müqavilə bağlanan vaxt və ya sonra qəbul edilməsi müəyyən olunmur. Tərəflər arasında münasibətlərin pozulması və mübahisə olduğu üçün alimentlə bağlı aralarında notarial qaydada Sazişin bağlanması onu göstərir ki, tərəflər arasında bir-birinə qarşı qarşılıqlı inam olmamışdır. Alimentlə bağlı mübahisənin Saziş bağlanması yolu ilə rəsmiləşdirilməsi, lakin Sazişlə verilməli olan külli miqdarda pulla bağlı hər hansı sənəd tərtib edilməməsi onu təsdiq edir ki, cavabdeh tərəfindən iddiaçıya həmin pul verilməmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli qətnaməsindən də göründüyü kimi, məhkəmə iclasında izahat verən İddiaçı pulun ona verilməsini deyil, alimentlə bağlı mübahisənin Sa ziş bağlanması yolu ilə həll edilməsini göstərmişdir.

14. Cavabdeh tərəfindən iddiaçıya saziş üzrə pulun verilməsi şübhə doğurduğu üçün və pulun verilməsi halının mövcudluğu hər hansı təkzibolunmaz sübutla təsdiq olunmadığı üçün, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh saziş üzrə iddiaçıya hər hansı pul məbləği ödəməmişdir.

15. Birinci instansiya məhkəməsinin mövqeyinə görə tərəflər arasında bağlanmış saziş üzrə cavabdeh tərəfindən iddiaçıya 50.000 manat məbləğində pulun ödənilməsi faktı öz təsdiqini tapmadığından, iddiaçı cavabdehlə bağlanmış sazişin ləğv edilməsi və birdəfəlik qaydada cavabdeh tərəfindən ödənilməli olan pulun tutulması barədə iddia qaldırmaqda tam haqlıdır. İddiaçı Sazişin ləğv edilməsi və saziş üzrə 50.000 manat pulun ödənilməsi ilə bağlı cavabdehə müra ciət etsə də, sonuncu bununla bağlı hər hansı hərəkət etməmişdir.

16. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 421.1 və 421.2-ci maddələrinə əsasən belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış saziş cavabdeh tərəfindən yerinə yetirilmədiyi üçün, yəni cavabdeh həmin saziş üzrə iddiaçıya 50.000 manat ödəməsini öhdəsinə götürsə də, həmin öhdəliyi icra etmədiyi üçün, tərəflər arasında bağlanmış saziş ləğv edilməli və cavabdeh tərəfindən iddiaçıya 50.000 manat məbləğində pul ödənilməlidir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1, 421.1, 421.2, 424.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3 və 233.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Cavabde h apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixdə iddiaçı aralarında bağlanmış və notarial qaydada təsdiq edilmiş sazişə əsasən iddiaçı uşaqların saxlanması üçün aliment qismində birdəfəlik 50.000 manat pulu qəbul etmişdir və iddiaçı 18 may 2017-ci il tarixdə məhkəmə iclasında uşaqların yetkinlik yaşına çatanadək saxlanması ilə bağlı məsələni aralarında saziş bağlamaqla həll edildiyini və ona qarşı aliment tələbi ilə bağlı heç bir iddiasının olmadığını bildirmişdir. Eyni zamanda Nərimanov rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli qətnaməsinin 1-ci vərəqinin 4-cü abzasından və 3-cü vərəqinin 2-ci abzasından görünür ki, iddiaçı uşaqların yetkinlik yaşına çalanadək saxlanması ü çün Cavabdeh aliment tələb etmir, alimentin ödənilməsi ilə bağlı məsələ tərəflər arasında bağlanmış sazişlə həll edilmişdir. Qətnamənin təsviri və əsaslandırıcı hissəsində də uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün aliment qismində birdəfəlik iddiaçının 50.000 manat pulu cavabdehdən alması və alimentlə bağlı iddiasının olmaması öz əksini tapmışdır. Əgər saziş bağlandığı 17 aprel 2017-ci il tarixdə pul verilməmişdirsə nəyə görə 3 il 6 ay müddətində X9 ondan aliment tələb etmirdi. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı ilə cavabdehin münasibətləri pozulmasaydı nikahın pozulması barədə məhkəməyə müraciət etməzdilər və alimentin birdəfəlik verilməsi barədə iddiaçı və cavabdeh aralarında saziş bağlamazdılar və həmin sazişi notariat kontorunda təsdiq etməzdilər. Onun tərəfindən pulun verilməsi barədə saziş 50 saylı notariat kontoru tərəfindən təsdiq edildiyinə görə alimentin verilməsi barədə əlavə hər hansı sənədin tərtib edilməsinə ehtiyac olmamışdır.

19. Cavabdeh apellyasiya instansiyası məhkəməsində əlavə olaraq qeyd etmişdir ki, boşanmamışdan əvvəl, yəni 17 aprel 2017-ci il tarixdə saziş bağlanan gün avtomobilin içərsində 50000 manatı şəxsən cavabdehə vermiş, bundan sonra sazişin təsdiq olunması üçün notariusun yanına getmişlər. Hətta yaşamaları üçün həmin gün 2 otaqlı mənzili də iddiaçının atasına bağışlamışdır. Yeni ailə qurduğuna və övladı olduğuna görə iddiaçı ondan qisas almaq üçün bu iddianı irəli sürmüşdür.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4145/2021 nömrəli, 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Emin Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(009)-461/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim etmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixdə mübahisə predmeti olan sazişi bağlamamışdan əvvəl avtomobildə sazişdə nəzərdə tutulan məbləği həqiqətən iddiaçıya tam olaraq verdiyini bəy an edirsə, bunu özü sübut etməlidir, lakin cavabdeh bu halları sübut edə bilmir.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki,hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq, yaxud ailə hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini təsdiqləmək, yaxud gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbd ən, məsələn, uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi, ailə münasibətlərinin pozulması, ailə münasibətləri pozulduqdan sonra da birgə nikahdan doğulmuş uşaqların saxlanması ilə əlaqədar aralarında yaranmış mübahisələrlə bağlı bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə (sazişə) əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf buna etiraz edərək qarşı tərəfə hər hansı məbləğdə pul ödəməli olmadığını, yaxud hazırki işdə olduğu kimi saziş üzrə nəzərdə tutulan məbləği ödədiyini bəyan edirsə, belə vəziyyətdə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlmə lidir.

23. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması ilə əlaqədar həqiqətən alimentlə bağlı saziş bağlansa da, cavabdeh həmin sazişdə nəzərdə tutulan aliment məbləğini ödədiyini bəyan edir. Lakin cavabdehin mövqeyini əsaslı hesab etmək olmaz. Çünki notariat qaydasında alimentə dair bağlanmış saziş üzrə nəzərdə tutulan məbləği iddiaçıya həqiqətən real ödədiyini sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdehin bu barədə şikayə tinin dəlilləri isə iş materiallarında olan digər mötəbər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Cavabdeh həqiqətən də uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sazişdə nəzərdə tutulan məbləği ödəmişdirsə, bu barədə sazişdə, yaxud hansısa yazlı sənəddə buna dair qeyd də apara bilərdi. Bu daha mötəbər sübut olardı.

24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə tərəflər arasında bağlanmış sazişdə nəzərdə tutulan məbləğin bilavasitə notariusun yanında ödənilmədiyi, yaxud notariusun depozit hesabına qoyulmadığı işin mübahisəsiz halıdır. Başqa sözlə tərəflər də bunu mübahisələndirmir. Mübahisəli hal saziş bağlanan gün, notariat orqanının qarşısında avtomobilin içərisində göstərilən məbləğin birdəfəyə cavabdehin id diaçıya həqiqətən verib-verməməsi ilə bağlıdır. Bu halı sübut etmə yükü artıq cavabdehin üzərinə düşür, o, bu halı sübut etməlidir, yəni buna dair mötəbər sübut təqdim etməlidir. Ancaq bu hal birmənalı, ziddiyyətsiz sübutlarla təsdiq olunmur. Sazişdə qeyd edilən müddəalar, yəni Cavabdeh rəsmi nikahda olduğu X6... aliment qismində birdəfəlik olaraq 50000(əlli min) manat məbləğində “nağd pul vəsaiti verir” və sonuncunun həmin “nağd pul vəsaitini qəbul edir” sözləri qeyd olunan məbləğin həqiqətən iddiaçı tərəfindən alındığını təsdiq edən şərt kimi qəbul edilə bilməz. Çünki, “verir” və “qəbul edir” sözləri sazişin icra olunduğunu, yaxud həmin məbləğin verildiyini birbaşa təsdiq etmir.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin xx.xx.2017-ci il tarixli saziş əsasında cavabdeh tərəfindən iddiaçıya 50.000 manatın tam ödənilməsinin Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)-3590/2017 saylı qətnaməsində öz təsdiqini tapmadığı barədə gəldiyi qənaətlə də razılaşıb və göstərib ki, nə qeyd olunan qətnamədə, nə də həmin işin iclas protokolunda hazırki iş üzrə iddiaçı qeyd olunan məbləği həqiqətən aldığını göstərməmişdir. Ona görə də həmin qətnamənin hazırki iş üzrə preyudisiallığından ümumiyyətlə bəhs etmək olmaz.

26. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışı zamanı cavabdehin təqdim etdiyi xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən qeyd etmişdir ki, bu müqavilə də eyni gündə, eyni notariat kontorunda, sazişdən 8 dəqiqə fərqlə təsdiq olunmuşdur. Düzdür, bu mümkün olmayan hal deyil. Amma eyni gündə, eyni vaxtda cavabdehin iddiaçı ilə 50000 manat aliment ödənilməsini nəzərdə tutan sazişin təsdiqlənməsi və həmin məbləği elə həmin gün ödəməsi, həmçinin iddiaçının atasına paylı mülkiyyətində olan mənzilin 34.6 kv.m. olan 2 otağını bağışlaması inandırıcı və ağlabatan, o cümlədən motivsiz görünmür. Əlbəttə, bunun əsl səbəblərini tərəflər bilirlər, lakin nədənsə məhkəmənin diqqətinə çatdırmaq istəmirlər. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

27. Azərbaycan Respublikası Ali Məhkəməsin Mülki Kollegiyasının 01 noyabr 2021-ci il tarixli, 2(102)-5213/21 saylı qərarı ilə (hakimlər A.Ə.Abbasov (sədrlik edən və məruzəçi) E.R.Vəliyeva və E.Y.Şamayev) Cavabdeh Həbib oğlunun kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 4145/2021 n ömrəli, 02 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

28. Kassasiya kollegiyası sazişdə Cavabdeh “50.000 manat verir”, digər tərəf isə “həmin pulu qəbul edir” ifadələrinin pulun verilməməsi anlamına gəlməsi barədə gəlinən nəticəni həmin ifadələrin Mülki Məcəllənin müqavilənin təfsiri ilə bağlı 404-cü maddəsinin tələbləri baxımından qiymətləndirilmədiyi üçün əsaslı saymamışdır.

29. Kassasiya kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi, həmçinin apellyasiya məhkəməsi qeyd edilən sazişdəki “Cavabdeh 50.000 manat verir”, digər tərəf isə “həmin pulu qəbul edir” ifadələrini təfsir edərkən Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin tələblərinə əməl etməmiş, həmin ifadələrin yalnız hərfi mənasına üstünlük vermişlər. Məhz buna görə sonda da belə qənaətə gəlinmişdir ki, sazişdə pulun onun bağlandığı vaxtdan əvvəl və ya sonra verilməsi və ya müqavilə bağlanan vaxt və ya sonra qəbul edilməsi müəyyən olunmur. Halbuki sazişin şərtləri qanunvericiliyin tələbinə uyğun təfsir edilsəydi, pulun verilib-verilməməsi əsaslı şəkildə, hər hansı şübhədən kənar qaydada müəyyən edilə bilərdi.

30. Kassasiya kollegiyası hesab etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-3590/2017 nömrəli qətnaməsinin (i.v.15) hazırki iş üzrə preyudisial xarakterli olması qeyd edilsə də, qətnamənin 2-ci vərəqinin 4-cü abzasında «Cavabdeh ilə X9 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və notariat qaydada təsdiq edilmiş sazişə əsasən Cavabdeh rəsmi nikahda olduğu X6 birgə nikahlarında n olmuş yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment qismində birdəfəlik olaraq 50.000 manat məbləğində nəğd pul vəsaiti vermiş, X9 isə həmin məbləğdə pulu qəbul etmiş və Cavabdeh qarşı aliment tələbi ilə bağlı heç bir iddiasının olmadığını bildirmişdir» cümləsinə preyudisiallıq baxımından qiymət verilmədiyi üçün bu hissədə gəlinən nəticə də əsaslı sayıla bilməz.

31. Kassasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı bir tərəfdən aliment sazişinin ləğvini, digər tərəfdən də həmin saziş üzrə cavabdehin öhdəliyini icra etməsini tələb etmiş, birinci instansiya məhkəməsi də cavabdehin müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmasına istinadən hər iki tələbi təmin etmişdir. e) Apellyasiya in stansiyası məhkəməsindəki ikinci icraat

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-982/2022 nömrəli, 21 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), A.N.İmanov və Q.A.Əsgərov) Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı Cavabdeh qarşı “sazişin ləğvi və pul” tələbinə dair iddiası təmin edilməmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 324, 385-389, 421441, 560, 881-ci Mülki Prosessual Məcəlləsinin 77, 81-82, 88, 372, 385-390, 420-cı maddələrinə və kassasiya instansiya məhkəməsinin göstərişlərinə istinadən hesab etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş fakt lardan tərəflərin münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar sübuta yetirilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir.

34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə mübahisələndirilən saziş üzrə ödənilməli məbləğin qarşılığında iddiaçının digər mülki iş üzrə iddiadan imtinası şərtləndirilmiş və pul vəsaitlərinin ödənilmədiyi təqdirdə qarşılıqlı icranın, yəni aliment üzrə iddiadan imtina edilməsi öhdəliyindən imtina edilməsi kimi iddiaçının imkanları olsa da, bunu həyata keçirməmiş, əksinə razılığını bildirmiş, bu preyudisiya əhəmiyyəti daşıyan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Bununla da, Mülki Məcəllənin 881.1 və 881.2-ci maddələrinə müvafiq barışı q razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll etmiş, iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olmuş, barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddiaların mövcud olduğu müəyyən edilməmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, sazişin şərtləri ilə iddiaçının pul vəsaitlərinin qəbul etdiyi təsbit edilmiş, iddiaçı bir tərəfdən aliment sazişinin ləğvini, digər tərəfdən də həmin saziş üzrə cavabdehin öhdəliyini icra etməsini tələb etmiş, müqavilənin ləğv edilməsi ilə tərəflərin öhdəliklərinə xitam verildiyi halda, cavabdehdən ləğv edilmiş aliment sazişi üzrə pul tutulması barədə birinc i instansiya məhkəməsi tərəfindən gəlinən nəticə ziddiyyətli olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Belə ki, aliment sazişində nəzərdə tutulmuş pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması üçün həmin saziş ləğv edilməlidir. Məhkəmələrdə də hazırda baxılan bank-kredit işləri üzrə məhkəmə təcrübəsi də bunu tələb edir. Həmin işlərdə də bank ilə borclu arasında bağlanmış və qüvvədə olan kredit müqaviləsi ləğv edilməlidir ki, daha sonra müqavilədə nəzərdə tutulmuş pul məbləği tutulsun. Eyni mövqe hazırkı işdə də tətbiq olunmalıdır. Əgər belə olmasaydı tərəflər arasında olmuş başqa bir mülki işdə də bu mövqe sərgilənməzdi. Apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmaqla qanunlar düzgün tətbiq edilməmişdir. b)

38. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

40. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

41. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

42. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

43. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyiş dirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

44. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

45. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.

46. Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər.

47. Maddə 94.2. Aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment ödənilməsi barədə sazişin qanunla müəyyən olunmuş formasına əməl edilməməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

48. Maddə 98.1. Aliment ödənilməsi barədə saziş üzrə alimentin ödənilməsi qaydası və üsulları həmin sazişdə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur.

49. Maddə 98.2. Alimentlər aliment ödəməli şəxsin qazancından və ya digər gəlirindən müvafiq hissədə; sabit pul məbləğində müntəzəm ödəməklə; sabit pul məbləğində birdəfəlik ödəməklə; əmlak təqdim olunması yolu ilə və barəsində razılıq əldə olunmuş digər üsullarla alına bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübu t etməlidir.

52. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası m əhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən mad di hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. İşin məhkəmələr tərəfindən müəyyən olunan mübahisəsiz halları bu qərarın 1-4-cü bəndlərində göstərilən faktlardan ibarətdir. İddiaçı aralarında uşaqların saxlanması üçün birdəfəlik aliment ödənilməsi barədə bağlanmış sazişin ləğvini tələb edir.

62. İddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 421-ci maddəsi çıxış edir. Həmin normaya görə, müqavilənin ləğvi tərəflərin razılaşması ilə ləğv oluna bilər. Tərəflərdən birinin tələbi ilə (yəni qarşılıqlı razılıq olmadıqda) müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.

63. İddiaçı tələbini aralarında bağlanmış müqavilədə nəzərdə tutulmuş 50000 manat alment pulunun ödənilmədiyi ilə əsaslandırır. Cavabdeh isə müqavilədə qeyd olunan pulu xx.xx.2017-ci ildə - bilavasitə müqavilə bağlanıb notariatda təsdiqlənənədək əvvəl iddiaçıya verildiyini bildirir və qeyd edir ki, məhz buna görə səhəri gün (xx.xx.2017-ci il tarixdə) keçirilən məhkəmə iclasında iddiaçı onunla alimentlə bağlı məsələni öz aralarında saziş bağlamaqla həll etdiyinə görə aliment tələbinin olmadığını bildirmişdir.

64. Mülki iş üzrə düzgün nəticəyə gəlmək üçün sazişdə qeyd olunan pulun iddiaçıya verilib-verilməməsinin müəyyə n olunması zəruridir. Apellyasiya instansiyası məhkəməsi tərəflərin arasında müqavilədə göstərilən 50000 manat pulun verilməsi barədə yazılı sənəd tərtib olunmadığına görə işin hallarını Mülki Məcəllənin 404-cü maddəsinin müddəalarına əsasən təhlil etmiş və həmin məbləğin iddiaçıya verildiyini müəyyən etmişdir.

65. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, mülki qanunvericilikdə əqdlərin real və konsensual əqdlərə bölünməsi ilə bağlı təsnifat nəzərdə tutulmasa da, mülki hüquq nəzəriyyəsində və Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında bu və ya digər müqavilənin hüquqi qüvvəyə minmə meyarı üzrə real və konsensual müqavilələrə bölünməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan R espublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 19 dekabr tarixli Qərarında real və konsensual müqavilələrə aydınlıq gətirilmişdir. Həmin Qərarda göstərilmişdir ki, mülki qanunvericilikdə bağışlama müqaviləsinin real və konsensual formaları vardır. Hədiyyə verən hədiyyəni bağışlamaqla hədiyyə alanı zənginləşdirdikdə bağışlama müqaviləsi real müqavilə hesab olunur, yəni bu müqavilənin bağlanması barədə razılıq əldə olunmaqla yanaşı əmlak və ya əmlak hüquqları verilir (Mülki Məcəllənin 666.1-ci maddəsi). Hədiyyə verən hədiyyə alana gələcəkdə hədiyyəni bağışlamaq vədi verdiyi halda isə bağışlama müqaviləsinin konsensual forması mövcud olur (Mülki Məcəllənin 668.1.5-ci maddəsi).

66. Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqi mövqeyi bütün real müqavilələrə eyni qaydada tətbiq oluna bilər. Real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.

67. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

68. Bu baxımdan tərəflərin arasında bağlanmış müqavilə nəzərdən keçirilərkən görünür ki, müqavilədə tərəflərin münasibətləri «Cavabdeh uşaqları – xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşı na çatanadək saxlanmaları üçün aliment qismində birdəfəlik olaraq 50000 manat məbləğdə nağd pul vəsaiti verir», «X1 Söhrab Həsən oğlu tərəfindən verilən 5000 manat məbləğində nağd pul vəsaitini qəbul edir və Cavabdeh qarşı aliment tələbi ilə bağlı heç bir iddiasının olmadığını bildirir» məzmunda ifadə olunmuşdur.

69. Bu məzmun real müqavilələrin məzmununa uyğundur.

70. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

71. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-982/2022 nömrəli, 21 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar