Məhkəmə qərarları › İş №2(102)-3627/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3627/2019

27.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3627/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev, iş № 2(075)-/18) İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh cəmi 4400 manat pulun alınaraq İddiaçı verilməsi qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Şükürov-sədrlik edən və məruzəçi, A.Eyvazov və R.Əliyev, iş № 2(107)-xx/19) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Şəki Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəm əyə mürаciət edərək, Cavabdeh ona qaytarılmalı olan 5000 manatın bu günədək qaytarılmaması ilə bağlı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərin, habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin və əldən çıxmış faydanın əvəzi olaraq 42500 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə əsaslandırılmışdır. İddiaçı və Cavabdeh Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq m əhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən onların izahatları dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, xx xx 2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmış və həmin müqavilə Qax rayonu Dövlət Notariat Kontorunda təsdiq edilmişdir. Müqaviləyə görə Cavabdeh İddiaçı 5000 manat borcunun olduğunu etiraf etmiş və borcunu ona xx xx 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə öhdəliklərinin yerinə yetirilmədiyini əsas gətirərək borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Onun tələbi iki hissədən ibarətdir: - 5000 manat borc məbləğinin qaytarılması; - borcun qaytarılmaması nəticəsində pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərin, habelə hüququ pozulmas aydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin və əldən çıxmış faydanın əvəzi olaraq 42500 manatın ödənilməsi. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı sayaraq cavabdehdən cəmi 4400 manat pulun alınaraq iddiaçıya verilməsini qət etmiş, iddia tələbini qalan hissədə təmin etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi bu nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlamaqla iddiaçıya 5000 manat borcunun olmasını etiraf etmiş və həmin borcu xx xx 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh həmin borcdan cəmi 600 manatını ödəmişdir. Cavabdeh iddianı qəbul etməsə də, iddiaya qarşı etirazını əsaslandıra bilməmişdir. Yəni, müqavilə ilə üzərinə öhdəlik götürməsinə baxmayaraq, öhdəliyin icra edilə rək iddiaçıya olan borcdan hər hansı bir ödənişin edilməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Lakin, iddiaçı özü həmin borcdan 600 manatın qaytarıldığını etiraf etmişdir. Ona görə də ödənilməmiş qalan 4400 manat borc məbləği alınaraq iddiaçıya verilməlidir. İddiaçının tələb etdiyi 5000 manat borcdan 600 manatın ödənilməsi nəzərə alınaraq ödənilmiş pulun cavabdehdən yenidən tələb edilməsini məhkəmə əsaslı hesab etməmişdir. Həmçinin, 5000 manatın bu günədək qaytarılmaması ilə bağlı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərin, habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin və əldən çıxmış faydanın əvəzi olaraq 42500 manat zərərin vurulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdi r. Bu səbəbdən iddia tələbinin 42500 manat zərərlə bağlı hissəsi əsassız olduğundan təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Çünki, tərəflər arasında bağlanmış xx xx 2016-cı il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən cavabdeh iddiaçıya 5000 manat borcunun olduğunu etiraf etmiş, borcunu ona xx xx 2018-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüş dür, lakin vədinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibə tinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Qanunvericilik aktının qeyd olunan normasından da göründüyü kimi hazırki mülki iş üzrə tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması, borc alana razılaşdırılmış borcun verilməsi və verilmiş borcun qaytarılma vaxtının çatması kimi şərtlərin mövcud olub-olmaması yoxlanılmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq həmin dəlilləri mülahizə xarakterli qiymətləndirməklə əsassız saymış və qeyd etmişdir ki, cavabdeh apellya siya şikayətində borc sənədinin (müqavilənin) etibarsız olduğunu, eləcə də iddiaçıya hər hansı bir borcunun olmadığını göstərsə də, öz etirazının əsası kimi gətirdiyi halların təsdiqi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh borc məbləğindən ayrı-ayrı vaxtlarda ümumilkdə 600 manat ödəməklə əslində iddiaçının tələbində haqlı olduğunu qəbul etmişdir. Apellyasiya şikayətinin cavabdehin istinad etdiyi məlum məhkəmə hökmündə iddiaçının vurulmuş zərərin ödənilməsi səbəbindən cavabdehin oğlundan şikayətçi olmaması ilə bağlı dəlilinə gəldikdə isə, apellyasiya instansiyası məhkəməsi bunun qətnamənin ləğvi üçün əsas vermədiyini göstərmişdir. Çünki, iddiaçı özü də bildirir ki, ona vurulmuş zərər tam şəkidə ödənməmişdir. Bundan əlavə, o pulu bankdan götürmüş, bank isə pulu ona faizlə vermişdir. Bununla əlaqədar Cavabdeh ilə aralarında xx xx 2016-cı il tarixdə notariat kontorunda müqavilə bağlamışlar. Cavabdeh borcu bir dəfəyə ödəyə bilməyəcəyini, yalnız 3 ilə ödəyə biləcəyini bildirmiş və o da razılaşmışdır. Mülki Məcəllənin 433.3-çü maddəsində qeyd edilir ki, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin Məcəllənin 529.3-cü maddəsinə görə isə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hiss ə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Hazırda öyrənilən işdən aydın olur ki, cavabdehin iddiaçıya verdiyi borc sənədi hələ də iddiaçıdadır. İşin bu müəyyən edilmiş halı da özü-özlüyündə təsdiq edir ki, tərəflər arasında mövcud olan borc öhdəliyinə xitam verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnаməsini dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barəd əki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə toplanmış sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl edilmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda gös tərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar