Məhkəmə qərarları › İş №2(102)-3627/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3627/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3627/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO " x-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin ilkin satış (likvid) qiyməti, məhkəmə xərcinin bölüşdürülməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və X2 ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı ASC-nin ləğvedicisi Xnun vəkili X1 iştirakıilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-483/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC-nin ləğvedicisi xvə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlə ri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsinə əsasən, sonuncuya xx.xx.2018-ci il tarixədək illik 25 faiz olmaqla, 30.000 ABŞ dolları kredit verilmişdir. Eyni zamanda xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, 22 nömrəli evin, 1 nömrəli mənzilini ipoteka ilə yüklü edərək İddiaçı ASC-nin tələb hüququna təminat vermişdir. Bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, müqavilə üzrə nəzərdə tutulmuş məbləği Cavabdeh1 vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq Cavab deh1, öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamışdır. Ləğv prosesində olan İddiaçı ASC, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış və aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları

2. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlərə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 27975 ABŞ dolları əsas, 7487 ABŞ dolları faiz, cəmi 35462 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, saylı evin 1 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi və mənzil satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlərin həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o borcun ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim V.Həsənov) xx xxxxxxx 2018-ci il tarixli, xnömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 27.955,97 ABŞ dolları əsas, 6425,99 ABŞ dolları faiz, cəmi 34381,96 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutumanın ipoteka predmeti olan mənzilə yönəldil məsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 65.000 manat müəyyən edilməsi, mənzil satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlərin həmin yaşayış sahəsində çıxarılmaları və mənzilin boşaldılması, mənzilin Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manatın 45 manatının İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 100 manatının Cavabdeh1 alınaraq Ekspertriza Mərkəzinin hesabına köçürülməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.

6. Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh öhdəliklərinin icrasını g ecikdirmişdir və iddiaçının təmin edilmiş tələbləri müqavilə öhdəliklərinə dair normalar çərçivəsində əsaslıdır.

7. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər İ.Şirinov (sərlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov) xx xxxxxx 2019-cu il tarixli, 2(103)-1312/19 nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi onun şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

10. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər Ə.Mirz əliyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və Ə.Əliyev) 2(102)-4958/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş yeni apelyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Kassasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibəti yarandığı gün qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3 və 39.3.3-cü maddədərinə istinad edərək, mövqeyini belə əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən həmin Qanu nun tələblərini pozaraq qiymətin müəyyən edilməsinə ipoteka qoyanın və ipoteka saxlayanın qarşılıqlı razılığının olubolmamasını müəyyən etməmiş, ipoteka müqaviləsində müəyyən edilmiş qiyməti ilkin satış qiyməti kimi müəyyən etmişdir.

13. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər A.Hüseynov (sərlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) xx xxxxxx 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayətinin qismən təmin olunması, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xnömrəli, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, 22 saylı evin 1 saylı mənzi linin açıq hərracda ilkin satış qiymətinin 90000 (doxsan min) manat müəyyən edilməsi, işin apelyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmənin dəyəri qismində 300 (üç yüz) manat pulun 150 (yüz əlli) manatının Cavabdeh1, 150 (yüz əlli) manatının isə ləğv prosesində olan " x-dən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə istinad edərək, mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini əmlakın real dəyərinə uyğun müəyyən etməmişdir. Kassasiya şikayətlərinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı

16. İddiaçı Ləğv prosesində olan " x-nin kassasiya şik ayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən – ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya kassasiya şikayəti verilmiş hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinə dəyişiklik edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsi qətnamə qəbul edərkdən, yalnız ekspert rəyinə əsaslanmışdır. Belə ki, “xxxx” MMC Konsaltinq tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli qiymətləndirmə rəyinə uyğun olaraq ipoteka predmetinin dəyəri 90.000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri 65.000 manat m əbləğində müəyyən edilmişdir. İpoteka predmetinin dəyərinin müəyyən edilməsi ilə bağlı kəskin ziddiyət mövcuddur. Subutları obyektiv qiymətləndirmək üçün təkrar ekspertiza təyin edilməsi zərurət idi, çünki iki sübut arasında ziddiyət mövcuddur və belə bir qanunauyğunluq mövcud deyildir ki, ekspert rəyi digər sübutlardan üstündür. Nəzərə alınmalıdır ki, ekspertizanı həyata keçirən şəxsdə də yanılma payı mövcud ola bilər.

19. Cavabdeh1 kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh V.Qasımov kassasiya şikayəti verərək qətnamənin qismən-“iddiaçının xeyrinə 6.425,99 ABŞ dollar faiz borcunun ondan tutulması, habelə qiymətləndirmənin dəyərinin yarısı 150 manat pulun ondan tutulması” hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişd ir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı kreditdən istifadəyə görə hesablanmış faiz borcunu şişirdərək yüksək məbləğ göstərmişdir. Həmin faiz borcu süni surətdə şişirdilərək yüksək məbləğ göstərildiyindən, həmin fakt yenidən araşdırılmalı, bununla bağlı mütəxəssis dəvət edilməli, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli, həmin faiz borcu yenidən hesablanmalı və bu barədə ekspert rəyi alınmalıdır.

22. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

24. Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin ləğvedicisi Xn vəkili X özlərinin kassasiya şikayətinə uyğun izahat verərək onun təmin olunmasını, cavabdehin kassasiya şikayətinin isə rədd edilməsini xahiş et di.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

28. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

29. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

30. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 31. “İpoteka haqqında”Azərbaycan Respublikasının Qanunu:

32. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

33. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli, 01 nömrəli Qərardadı:

35. Bənd

11. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.

36. Bənd 21....kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri bax ımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalı dır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Apelyasiya instansiyası məhkəməsinin qətnamnəsi iddiaçının kassasiya şikayəti əsasında ipoteka predmetinin ilkin satış qiyməti hissəsində, cavabdehin kassasiya şikayəti əsasında isə ekspertiza xərcinin bölüşdütülməsi hissəsində yoxlanılır.

42. Kollegiya vurğulayır ki, faiz borcunun məbləğinə dair hissə Cavabdeh1 şikayəti əsasında artıq yoxlanıldığı və Ali Məhkəməsinin MK-nın bu iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanıldığı üçün Cavabdeh1 kassasiya şikayətinin “iddiaçının xeyrinə 6.425,99 ABŞ dollar faiz borcunun ond an tutulması” hissəsi hazırkı kassasiya baxışının predmetini təşkil etmir.

43. O da nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunma sına dair mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norması düzgün tətbiq olunmamışdır.

45. Belə ki, hazırkı iş üzrə ipoteka predmetinin dəyərinə dair iş materiallarında müxtəlif məlumatlar mövcuddur. Predmetin qiyməti tərəflərin bağladıqları ipoteka müqaviləsində 65.000 manat olaraq razılaşdırılmış, ikinci apellyasiya baxışında aparılan qiymətləndirmə ilə 90.000 manat müəyyən edilmişdir.

46. Apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinə dair ekspertiza təyin edərkən ekspert qarşısında predmetin mövcud bazar qiymətinə dair sual qoymuşdur. Qiymətləndirmə təşkilatı tərəfindən daşınmaz əşyanın bazar qiyməti 90.000 manat olaraq müəyyən edilmiş və qətnamədə həmin məbləğ əsas götürülmüşdür. Halbuki, qanunvericiliyə görə ipoteka predmetin orta bazar dəyər i deyil, likvid dəyəri müəyyən olunmalı idi. Likvid dəyər isə bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Yəni, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir (§21).

47. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən məbləğlər arasındakı ciddi fərqin nəzərə alınmadığı, ekspertiza keçirilərkən predmetin bazar dəyəri ilə yanaşı likvid dəyərinin aydınlaşdırılmadığı və məhz likvid dəyər əsas götürülmədiyi üçün “İpoteka haqqında”Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsi düzgün tətbiq edilməmişdir.

48. Ona görə də, iddiaçının k assasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilərək, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməlidir.

49. Cavabdehin kassasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası bildirir ki, iş üzrə keçirilmiş məhkəmə xərcinin tərəflər arasında təmin edilmiş tələblərə uyğun qaydada bölüşdürülməsi qanunvericiliyə uyğundur (MPM, maddə 119.1; §22). Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC-nin ləğvedicisi Xkassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Xnömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ipoteka pre dmetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilsin və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilsin. Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar