Məhkəmə qərarları › İş №2(102)-3627/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3627/2021

23.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3627/2021 23.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin ödənilməsi, yüksək təhlükə mənbəyinin sahibinin vurulmuş zərərə görə məsuliyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil1, Cavabdehin vəkili xxx oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2(105)266/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 02 may 2018-ci il tarixdə saat 21:45 radələrində X3 etibarnamə ilə idarə etdiyi "xxxx" Şirkətinə məxsus “xxxi L200” markalı, *** dövlət qeydiyyat nişanlı avtomobillə ara küçə ilə Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsinə doğru hərəkət edərkən İddiaçı idarə etdiyi “xxx” markalı, 90XD400 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli İnzibati xəta haqqında iş üzrə qərarı ilə X3 həmin hərəkətlərə görə Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinmişdir. 02 may 2018-ci il tarixli əmək müqaviləsi ilə X3 "xxxx" şirkətinə əlavə iş yeri olaraq mühasib vəzifəsinə işə qəbul edilmişdir. "xxxx" Şirkəti tərəfindən HO 17718 dövlət qeydiyyat nişanlı “xxxi L200” markalı avtomobilin Azərbaycan ərazisində idarə edilməsi 02 may 2018-ci il tarixli 02/05/AD 052 nömrəli etibarnamə ilə X2 etibar edilmişdir. Həmçinin “xxx AMG” markalı, **-XD-*** dövlət nömrə nişanlı minik avtomobil xxx oğlunun mülkiyyətində olmaqla, 11 oktyabr 2016-cı il tarixli etibarnamə ilə onu idarə etmək səlahiyyəti İddiaçı verilmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 avqust 2019-cu il tarixli rəyinə əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş 04 may 2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Mercedes-Benz G63” markalı, 90XD400 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 59648 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək,“xxx” markalı avtomaşının təmiri üçün tərəfindən ödənilmiş 66042 manatın, əlavə olaraq avtomobilin orta bazar qiyməti arasında yaranmış fərqin – 40000 ABŞ dollarının, yəni 68000 manatın və 30 manat dövlət rüsumunun, cəmi 134072 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, inzibati xəta törədən sürücü X3 xəta törədən zaman "xxxx" Şirkətinin işçisi olmuş və şirkət rəhbərliyi tərəfindən ona həmin şirkətə məxsus “xxxi L200” markalı *** dövlət qeydiyyat nişanlı avtomaşın idarə etmək üçün 02 may 2018-ci il tarixdə etibarnamə əsasında verilmişdir. Yəni bu mübahisə üzrə yüksək təhlükə mənbəyi olan avtomaşının mülkiyyətçisi "xxxx" şirkətidir və vurulmuş zərər də şirkətdən tutulmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(060)-3150/2019 nömrəli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-in 1096, 1097.1, 1099.1, 1099.2 və 1108.1-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, X3 tərəfindən yol nəqliyyat hadisəsi 02 may 2018-ci il tarixdə saat 21:45 radələrində, yəni iş vaxtından sonra törədilmiş, həmin vaxt sürücü tərəfindən cavabdeh şirkətə məxsus olan avtomaşının idarə edilməsi əmək funksiyasının icrası ilə bağlı olmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(060)-3150/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 dekabr 2019-cu il tarixli, 2(105)-4463/2019 nömrəli qətnaməsi ilə (hakim S.A.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Əhmədovdan və Z.İ.Məmmədovd an ibarət tərkibdə) cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(060)-3150/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətləri əks etdirir, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 dekabr 2019-cu il tarixli, 2(105)-4463/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Koll egiyasının 01 iyul 2020-ci il tarixli, 2(102)-2577/2020 nömrəli qərarı ilə (hakim İ.R.Xələfovun sədrliyi və məruzəsi ilə, hakimlər G.A.Quliyevdən və Z.Ə.Əliyevdən ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 dekabr 2019cu il tarixli, 2(105)-4463/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd olunmasını qanuni sayarkən X3 tərəfindən yol nəqliyyat hadisəsinin saat 21:45 radələrində, yəni iş vaxtından kənar vaxtda əmək funksiyasının icra etmədiyi zaman törətməsini əsas göstərmiş və bu zaman onunla "xxxx" şirkəti arasında bağlanmış əmək müqaviləsin in 5.2-ci maddəsinə istinad etmişdir. Əmək müqaviləsinin 5.2ci bəndinə əsasən işçinin iş vaxtından kənar və əmək vəzifələrini icra etmədiyi zaman təqsirli hərəkəti nəticəsində digər şəxslərə vurulmuş ziyana görə işəgötürən heç bir məsuliyyət daşımır və bu zaman işçi ümumi əsaslarla Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır. Kassasiya məhkəməsi hesab etmişdir ki, məhkəmənin həmin nəticəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun olmadığından qətnamə qanuni sayıla bilməz. Belə ki, iddiaçıya zərər dəyməsi ilə nəticələnən hüquqa zidd hərəkətə yol vermiş X3 cavabdeh şirkətdə əmək müqaviləsinə əsasən işləyir və müəssisəyə məxsus avtomobili idarə etmək səlahiyyəti ona işəgötürən tərəfindən verilmişdir. Məhkəmə Mülki Məcəll ənin 1108.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, X1 şirkətdə iş günləri və iş vaxtı həftənin bazar ertəsindən cümə günü daxil olmaqla saat 08:00-dan saat 17:00-dək müəyyən olunsa da, o, iş vaxtından sonra avtomobili idarə etmiş və hadisəni də həmin vaxtda törətmişdir. X3 yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmədiyindən və avtomobili iş vaxtından sonra idarə etmək imkanı ona şirkət tərəfindən yaradıldığından, işin həmin halı ziyanın şirkətdən tutulmasını istisna etmir. Mülki Məcəllənin 1108-ci maddəsi belə vəziyyətdə yüksək təhlükə mənbəyinin sahibi kimi məsuliyyəti işəgötürənin üzərinə qoyduğundan, əmək müqaviləsinin 5.2-ci maddəsi iddianın rədd edilməsi üçün əsas verməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 08 fevral 2021-ci il tarixli, 2(105)-266/2021 nömrəli qətnaməsi ilə (hakim G.F.Tağızadənin sədrliyi və məruzəsi ilə, hakimlər L.M.Məmmədovadan və T.O.Quliyevdən ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(060)-3150/2019 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı iddiası qismən təmin edilərək, cavabdeh “xxx LDT” şirkətindən İddiaçı xeyrinə 59648 manat dəymiş maddi ziyanın əvəzinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, iddiaçının əlavə olaraq avtomobillinin orta bazar qiyməti arasında yaranmış fərqin cavabdehdən tutulması hissəsində iddianın təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin əvvəlki icraatda olan mövqeyini təkrarlamış və iş üzrə k eçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə istinad etməklə iddianı qismən əsaslı hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh “xxx LDT” şirkəti kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavə verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2(105)-266/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi MM-in 1099 və 1108.1-ci maddələrini düzgün tətbiq etməmiş, X1 məhz əmək vəzifəsinin icrası zamanı hüquq pozuntusuna yol verdiyini heç bir faktla əsaslanmamasını, yol nəqliyyat hadisəsini iş vaxtından sonra törətdiyini, həmçinin zərər dəymiş avtomobilin mülkiyyətçisinin iddiaçı deyil, xxx oğlu olmasını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehin vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq rədd edilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Kassasiya baxış ının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına t əsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Kassasiya şikayətini cavabdeh verdiyindən və iddianın təmin olunmuş hissəsini mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüqu qu pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2- ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyəl ənmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217. 4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına, həm də MPMin 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, iş üzrə təqdim olunmuş sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, yolnəqliyyat hadisəsi iş vaxtından sonra törədilsə də, sürücünün yüksək təhlük ə mənbəyi olan avtomobili şirkətinin icazəsi ilə idarə etməsi və həmin avtomobilə hüquqa zidd yiyələnməməsi işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən müəyyən edildiyindən cavabdeh şirkətin vurulmuş zərərə görə məsuliyyət daşıması MM-in 1108.1 və 1108.2-ci maddələrinin dispozisiyasına uyğundur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırki iş üzrə iddiaçı zərər vurulmuş avtomobilin mülkiyyətçisi olmasa da, avtomobil onun qanuni sahibliyində olduğundan, İddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Kassasiya şikayətinin bu dəlilinə kassasiya məhkəməsinin qeyd olunan münasibəti “N.Qədirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlar ına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qərarında irəli sürülmüş mövqeyə əsaslanır. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrin i rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2(105)-266/2021 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar