Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-363/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: “cavabdehin mənzildən çıxarılması, sahibliyinə və istifadəsinə qaytarılması” Açar sözlər: mənzildən çıxarılma mənzilin iddiaçının Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-323/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tə rəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 105 saylı müqavilənin surətindən görünür ki, satıcı X. ünvanda tikiləcək yeni hündürmərtəbəli binanın 2-ci blok, 3-cü və 4-cü mərtəbələrində sahələri 57, 47 kv.metr olan 2 ədəd 1 otaqlı mənzilləri alıcıya təhvil verməyi, alıcı həmin mənzilləri qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzillərin dəyəri 26.895,96 manat təşkil edir. Müqavilənin şərtlərinə əsasən alıcı 14.690,79 manat ilkin ödəniş etməli, qalan məbləği isə ilk 9 ayda hər ay 342,90 manat, sonrakı 31 ayda ərzində hər ay 294,16 manat olmaqla alıcıya ödəməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)-886/2014 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər “xxxx” Şirkətinə (MMC-yə) və X4 qarşı müqavilənin etibarsız hesab edilməsi, müqavilə üzrə əldə edilmiş daşınmaz əmlakların təhvil verilməsi və mənzillərə istifadə hüquqlarının tanınması tələbinə dair iddiası təmin edilərək cavabdehlər arasında bağlanmış xx.xx.2013cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, X.ünvanında yerləşən yaşayış binasının 2-ci blok 3-cü mərtəbəsində olan 1 otaqlı 101 saylı mənzilinin və 2-ci blok 4-cü mərtəbələrindəki ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzilinin iddiaçıya təhvil verilməsi və həmin mənzillərə dair iddiaçının istifadə hüquqlarının tanınması qət edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)- 4307/2014 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)-886/2014 saylı qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 179 saylı müqavilənin surətindən görünür ki, satıcı X. ünvanda tikiləcək yaşayış binasının 2-ci blok, 2-ci mərtəbəsində sahəsi 57, 47 kv.metr olan 1 otaqlı mənzili alıcıya təhvil verməyi, alıcı həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2013-cü il t arixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh tərəfindən X. ünvanda tikilən hündürmərtəbəli binanın 2-ci blok, 2-ci mərtəbəsində sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzilin dəyəri tam ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli, 11413 saylı ekspert rəyinin surətidən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)1342/2016 saylı qərarı ilə X.ünvanında inşa edilmiş yaşayış binasının layihəsinə görə yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzilərin binanın faktiki neçənci mərtəbəsindən başlaması və sair sualların müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, tədqiqat nəticəsində X. ünvanında inşa olunan yaşayış binasında binanın layihəsinə və mövcud vəziyyətinə əsasən yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzillərin binanın qeyri-yaşayış mərtəbəsinin üzərindən başladığı müəyyən edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “cavabdehin mənzildən çıxarılması, mənzilin özünün sahibliyinə və istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin X.mənzilindən çıxarılması, mənzilin özünün sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC ilə aralarında olan xx.xx.2006-cı il tarixli, 105 saylı müqaviləyə əsasən MMC-nin X. ünvanda inşa etdiyi iki bloklu yaşayış binasının ikinci blok 3-cü və 4-cü mərtəbələrində sahələri 57,47 kv.metr olan 2 ədəd 1 otaqlı mənzil almışdır. İki mənzilə görə bağlanmış mü qavilənin ümumi dəyəri 26.895,96 manat olmuşdur. Mənzillərin dəyəri tərəfindən tam ödənilmişdir. “xxxx” MMC-nin direktoru K.Kazımzadə dələduzluq cinayəti törətməsi səbəbindən həbs edildiyindən yaşayış binasının tikintisinin tamamlanması Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “xxxx” MMC-yə həvalə edilmişdir. Binanın tikintisi başa çatdıqdan sonra şəxsi vəsaiti hesabına ona məxsus 3-cü mərtəbədə olan 1 otağa və onun üzərində 4-cü mərtəbədə yerləşən digər 1 otağa dəmir qapılar qoymuşdur. “xxxx” MMC ilə X7 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, “xxxx” MMC-ti ilə İddiaçı arasında olan 105 saylı, xx.xx.2006-cı il tarixli bağlanmış müqavilədən X2 müqaviləsi adlanan saxta müqavilə əsasındə ona məxsus mənzillərdən biri ünvan ünvanda yerləşən yaşayış evinin 2-ci blok, 4-cü mərtəbəsində yerləşə n, sahəsi 57, 47 kvadrat metr olan bir otağı İqbal Cəfərova satılmışdır. Bundan xəbər tutandan sonra həmin keçid müqaviləsinin etibarsız hesab edilməsi, mənzillərin ona təhvil verilməsi və həmin mənzillərə istifadə hüququnun tanınması barədə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Maddi imkanı olmadığından mənzillərdə təmir işləri aparıb köçə bilməsə də, mütəmadi olaraq mənzillərinə baş çəkmişdir. 2018-ci ilin fevral ayında onun mənzillərdə yaşamamasından istifadə edən Cavabdeh ona məxsus mənzillərdən birinin, 3-cü mərtəbədə yerləşən 1 otaqlı mənzilin dəmir seyf qapısının qıfılını sındıraraq mənzilə daxil olmuş, zəbt edərək mənzilin qapısına yeni qıfıl qoymuşdur. Cavabdehin bu özbaşına, qanunsuz hərəkətlərindən xəbər tutandan sonra dəfələrlə mənzili boşaltmasını və özünə qaytarılmasını tələb etsə də, cavabdeh onun tələblərinə məhəl qoymamış, mənzili qaytarmamışdır. Odur ki, cavabdeh tərəfindən pozulmuş əmlak hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(011)2645/2019 saylı qətnaməsi ilə (hakim S.B.Mehrəliyev) iddia təmin edilərək, Cavabdeh İddiaçı məxsus olan X. ünvanında yerləşən, ümumi sahəsi 57,47 kvadrat metr olan 1 otaqlı mənzilindən çıxarılması və həmin mənzilin iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-323/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(011)2645/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 22433 saylı ekspert rəyinə əsasən X. ünvanında yerləşən mövcud binaya dair “xxxx” MMC-nin adına tərtib olunmuş layihəyə əsasən binanın yaşayış sahəsi kimi nəzərdə tutlmuş mənzillər binanın 2 qeyri-yaşayış mərtəbəsinin üzərindən (-+0.000 səviyyəsindən) başlayaraq yerləşir. Layihəyə əsasən iddiaçıya məxsus X. ünvanınd a yerləşən, ümumi sahəsi 57,47 kvadrat metr olan 1 otaqlı mənzil, hal-hazırda cavabdehin faktiki yaşadığı mənzil olduğu müəyyən edilmişdir. Layihəyə əsasən iddiaçıya məxsus X. ünvanında 2935 “A” saylı evin, 2-ci blok, 3-cü mərtəbəsində yerləşir, cavabdehə məxsus yaşayış evi X. ünvanında 2935 “A” saylı evin, 2-ci blok, 2-ci mərtəbəsində yerləşir. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi bina ilə bağlı 3 analoji mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarını nəzərə almamı şdır. Təqdim olunmuş məhkəmə aktları ilə (1-ci iş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-239/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2253/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmiş və o, qanuni qüvvəsini almışdır; 2-ci iş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7330/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2256/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6941/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı) aşağıdakılar müəyyən edilmişdir: -Binanın 1-ci mərtəbəsi kürsü mərtəbənin ü zərində yerləşir, yəni binanın mərtəbələri aşağıdan yuxarıya sayanda zirzəmi+kürsü+1-ci mərtəbə kimi inşa edilmiş, binanın zirzəmi mərtəbəsi 1-ci mərtəbə kimi sayla bilməz, binanın layihəsində mərtəbələr arasında 1A və 12B adlandırılan mərtəbələr layihələndirilməyib, binanın eskiz layihəsinə əsasən binanın ilk 3 mərtəbəsi qeyri-yaşayış sahəsidir. Lahiyədə iki qeyri-yaşayış sahəsi və 12 yaşayış mərtəbəsi nəzərdə tutulduğundan binanı tikən şirkət 3-cü qeyri-yaşayış mərtəbəsinin bir hissəsini yaşayış mərtəbəsi edərək mənzillərə bölmüş və həmin mərtəbə 1A mərtəbəsi adlandırılmışdır. Yuxarıda əlavə tikilmiş 2 yaşayış mərtəbəsi isə 12A və 12B mərtəbələri adlandırılmışdır. Binanın yaşayış sahələri faktiki olaraq 4-cü mərtəbədən başlayır. Belə ki, 3-cü mərtəbə qeyri-yaşayış sahəsi kimi tikilsə də, onun bir hissəsi yaşayış sahəsi kimi mənzillərə bölünərək satılmışdır. Qeyri-yaşayış sahəsinin 3-cü mərtəbəsinin bir hissəsi mənzillərə bölündüyündən və 1-ci mərtəbədən 12- ci mərtəbəyə kimi mənzillər artıq satılıdığından həmin mərtəbə 1A mərtəbəsi adlandırılaraq satılmışdır. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi iddiaçıya aid mənzilin mərtəbəsinin müəyyən edilməsi ilə bağlı işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış,cavabdehin mənzilə aid mülkiyyət hüququnu pozmaqla, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. K asasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil2 kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci his səsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənc am vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəmə si şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materi allarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli, 2(011)-886/2014 saylı qətnaməsi ilə iddia təmin edilərək X.ünvanında yerləşən yaşayış evinin 2-ci blok üçüncü mərtəbəsində ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı 101 saylı mənzili və X. ünvanında yerləşən yaşayış evinin 2-ci blok 4-cü mərtəbəsində, ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzilinin İddiaçı təhvil verilməsi qət olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayo n İcra və Probasiya Şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2019cu il tarixli məktubdan və həmin məktuba əlavə edilmiş xx.xx.2015-ci il tarixli “Aktın təsdiq olunmuş surətindən görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi icra vərəqində qeyd olunan mənzillər başqa şəxslərin istifadəsində olduğundan icra edilməmişdir (i/v 220-221). İş materiallarında olan “xxxx” MMC-nin direktoru Ə.Q.Cəfərov tərəfindən Xətai Rayon İcra şöbəsinə xx.xx.2015-ci il tarixdə ünvanlanmış məktubdan görünür ki, icra vərəqində qeyd olunan 101 saylı mənzil tələbkar İddiaçı qızı ilə X10 oğlu arasındakı razılığa əsasən əvvəl sonuncuya verilmiş, Qahir isə həmin mənzili razılıq əsasında X12 oğlunun sahibliyinə vermişdir. İşin 80-ci vərəqində olan X12 oğlu tərəfindən yazı lmış ərizədən görünür ki, mənzilin təmiri ilə əlaqədar çəkdiyi xərcə görə 4000 manat məbləğində pul İddiaçı tərəfindən ona ödənildiyindən mənzil Zibaya təhvil verilmişdir. Yuxarıda qeyd olunan qanuni qüvvəsini almış Xətai Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli qətnaməsi ilə isə Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən yaşayış evinin 2-ci blok üçüncü mərtəbəsində ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı 101 saylı mənzili və Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən yaşayış evinin 2-ci blok 4-cü mərtəbəsində, ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzilinin İddiaçı təhvil verilməsi qət olunmuşdur. Yəni qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə 101 saylı mənzilin Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən yaşayış evinin 2-ci blokunun 3-cü mərtəbəsində yerləşdiyi qeyd olunsa da, apelyasiya instansiyası məhkəməsi həmin qətnamə ilə artıq müəyyən olunmuş və hal-hazırda iddiaçının sahibliyində olan 101 saylı mənzilin qeyd olunan binanın 3-cü mərtəbəsində, digər mənzilin isə 4-cü mərtəbəsində yerləşməsinə qiymət vermədən düzgün hüquqi nəticəyə gəlməmişdir. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş analoji işlər üzrə qeyd olunan binanın yaşayış sahələri üzrə mərtəbələrinin necə müəyyən olunmasına dair cavabdehin apelyasiya şikayətinin əsaslı dəlillərinə hüquqi qiymət verməmiş, yalnız formal mülahizələrə əsaslanmaqla yuxarıda qeyd olunan ekspert rəyinə istinad etmişdir. Buna görə apelyasiya instansiyası məhkəməsi tərəfindən MPMnin 103.1-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə görə ekspert in rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bundan əlavə iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2013-cü il tarixli hökmünün surətindən görünür ki, binanın 2-ci blok 4-cü mərtəbəsindəki eyni bir otaqlı, ümumi sahəsi 57,47 kv.m. olan nömrəsiz mənzil həm X9 oğluna, həm də İddiaçı qızına qanunsuz satıldığına görə onların hər ikisi zərərçəkən şəxs kimi qeyd olunmuşdur (2-ci cild, i/v 41;49). Lakin apelyasiya instansiyası işin bu halına və bununla əlaqədar qanuni qüvvəsini almış Xətai Rayon Məhkəməsinin 02 aprel 2014-cü il tarixli qətnaməsinin həmin qətnamədə qeyd olunan 4-cü mərtəbədəki bir otaqlı mənzilə aid hissədə nəyə görə icra olunmamasının səbəblərini araş dırmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işi n müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-323/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-363/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-363/2021
26.01.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver