Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3630/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, iddiaçının vəkili x4 və cavabdehin vəkili x6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və 4 saylı Dövlət Notariat Kontoruna, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh3 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 202 0-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və 4 saylı Dövlət Notariat Kontoruna, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh3 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsi 19 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Hacıyev, iş № 2(008)-462/2019) İddiaçı iddiası təmin edilməmişdir. Bakı Apelyasi ya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova, iş № 2(103)828/2020) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(008)-462/2019 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Ağayeva x2 şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə gönd ərilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçının vəkili x7 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Cavabdehin vəkili x10 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə d ə, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya ins tansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsində y erləşən 24 saylı, 3 mərtəbəli evin mülkiyyətçisi Baxşıyeva Böyük xanım Ağa Həsən qızı olmuşdur. İddiaçı Məmmədağa qızı və cavabdeh Əliyeva x3 Böyük xanım Ağa Həsən qızının övladlarıdırlar. Miras qoyan B.A.Baxşıyeva sağlığında mübahisəli evə dair 4 vəsiyyətnamə yazmışdır: 23 may 1997-ci ildə Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunda miras qoyanın mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsində yerləşən 24 saylı, 3 mərtəbəli evin 1-ci mərtəbəsi üzrə zirzəmi ilə birgə 2 otağını və 2-ci mərtəbəni bütövlükdə Cavabdeh2 vəsiyyət etmiş; 23 sentyabr 2010-cu ildə Bakı şəhəri 4 saylı Dövlət Notariat Kontorunda miras qoyan bütün daşınar və daşınmaz əmlakı İddiaçı vəsiyyət etmiş; 05 avqust 2011-ci ildə Bakı şəhəri 4 saylı Dövlət Notariat Kontorunda miras qoyan mübahisəli evin 1-ci mərtəbədə küçəyə çıxışı olan iki otağı və 2-ci mərtəbəni bütövlükdə Cavabdeh2, həmin evin 1-ci mərtəbəsinin həyət tərəfdə olan otaqları və 3-cü mərtəbəni bütövlükdə İddiaçı Məmmədağa qızına vəsiyyət etmiş və 27 aprel 2012-ci ildə Bakı şəhəri 4 saylı Dövlət Notariat Kontorunda miras qoyan bütün daşınar və daşınmaz əmlakı İddiaçı vəsiyyət etmişdir. Böyük xanım Baxşıyeva 12 iyun 2013-cü ildə Bakı şəhərində ölmüşdür. Həmçinin müəyyən olunmuşdur ki, 27 aprel 2012-ci ildə Bakı şəhəri 4 saylı Dövlət x5 Böyük xanım Ağa Həsən qızının verdiyi vəsiyyətnamə Cavabdeh2 tərəfindən mübahisələndirilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyun 2014-cü il tarixli, 2(008)-099/2014 saylı qətnaməsi ilə iddia təmin edilərək, həmin vəsiyyətnamə etibarsız hesab edilmişdir. İddiaçı Məmmədağa qızının həmin qətnamədən verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilmədiyindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyun 2014-cü il tarixli, 2(008)099/2014 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. 2015-ci ildə Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsində yerləşən 24 saylı, 3 mərtəbəli ev paylı mülkiyyət olaraq 1-ci mərtəbədən 2 otaq və 2-ci mərtəbə Cavabdeh2 adına; 1ci mərtəbədən 3 otaq və 3-cü mərtəbə İddiaçı adına qeydiyyatdan keçmişdir. 2016-cı ildə mübahisəli evin Cavabdeh2 payına aid olan hissəsindən 1-ci mərtəbədən 2 otaq Cavabdeh3, 2-ci mərtəbəsi x8 adına qeydiyyata alınmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1166, 1170.1, 1167, 1225.1, 1225.2, 1225.3-cü maddələrinin tətbiqi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin normasını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə müvafiq olaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyun 2014-cü il tarixli qətnaməsi ilə həll olunmuş mübahisənin predmeti Baxşıyeva Böyük xanım Ağa Həsən qızının 27 aprel 2012-ci ildə verdiyi vəsiyyətnamə olmuş və həmin iş üzrə sonuncunun məhz həmin dövrdə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətində olmaması müəyyən olunmuşdur. Hazırki iş üzrə isə miras qoyanın 2011-ci ilin avqust ayında olan fəaliyyət qabiliyyəti araşdırılmış və ekspert rəyləri ilə vəsiyyətnamənin etibarsız hesab olunması üçün əsas olan halların həmin dövrdə mövcudluğu öz təsdiqini tapmamışdır.” Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ölümündən sonra məhkəmə ps ixiatrik ekspertizasının 23 fevral 2019-cu il tarixli 325 saylı rəyinə əsasən Baxşıyeva Böyük xanım Ağa Həsən qızının 4 saylı Dövlət Notariat Kontorunda 05 avqust 2011-ci il tarixdə verilmiş 2V-1-103 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnaməni verdiyi zaman “Serebral ateroskleroz nəticəsində damar demensiyası” formasında psixi xəstəlikdən əziyyət çəkmiş və buna görə də, o, öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarında olmayan şəxs kimi yuxarıda göstərilən vəsiyyətnamənin məzmununu anlamaq iqtidarında olmadığı göstərilmişdir. İş üzrə həmin məhkəmə tərəfindən keçirilmiş təkrar məhkəmə-psixiatrik ekspertizasının 26 iyul 2019-cu il tarixli, 1411 saylı rəyinə əsasən Baxşıyeva Böyük xanım Ağa Həsən qızı 4 saylı Dövlət Notariat Kontorunda 05 avqust 2011- ci il t arixdə verilmiş 2V-1-103 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnaməni verdiyi zaman hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir və buna görə də, o, öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarında olmuşdur. Həmin dövrdə B.A.Baxşıyeva fəaliyyət qabiliyyəti olan şəxs kimi yuxarıda göstərilən vəsiyyətnamənin məzmununu anlamaq və onu düzgün dərk etmək qabiliyyətində olmuşdur. Həkim qeydlərinə və şahid ifadələrinə əsasən B.A.Baxşıyeva 2012-ci ildən başlayaraq vəfat etdiyi günə gədər Serebral ateroskleroz nəticəsində damar demensiyası xəstəliyindən əziyyət çəkmişdir. Buna görə də, həmin dövrlərdə o, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətində olmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq məhz iş üzrə keçirilmiş təkrar məhkəmə-psixiatrik ekspertizasının rəyini mötəbər sübut qismində qiymətləndirmiş və iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Baxşıyeva Böyük xanım Ağa Həsən qızının 2009-cu ildən “Aterokslerotik kardioskleroz. Serebral ateroskleroz əlamətləri” diaqnozu olan xəstəliklərlə əlaqədar poliklinikanın dispanser qeydiyyatına götürülməmişdən daha əvvəl, B.A.Baxşıyevaya 23 may 1997-ci ildə Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunda mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsində yerləşən 24 saylı, 3 mərtəbəli evin 1-ci mərtəbəsi üzrə zirzəmi ilə birgə 2 otağını və 2-ci mərtəbəni bütövlükdə Cavabdeh2 vəsiyyət e tmişdir. Hazırkı mübahisələndirilən vəsiyyətnamədə miras qoyan daha konkret əmlakı bölərək evin 1-ci mərtəbədə küçəyə çıxışı olan iki otağı və 2-ci mərtəbəni bütövlükdə Cavabdeh2, həmin evin 1-ci mərtəbəsinin həyət tərəfdə olan otaqları və 3-cü mərtəbəni bütövlükdə İddiaçı vəsiyyət etmişdir. Göründüyü kimi B.A.Baxşıyevanın 1997-ci ildə vəsiyyət etdiyi əmlakın bölgüsü ilə 2011-ci ildə vəsiyyət etdiyi həmin əmlakın bölgüsü arasında ziddiyyət yoxdur. B.A.Baxşıyeva 1997-ci ildə yazdığı vəsiyyətnamədən fərqli olaraq 2011-ci ildə miras qoyan əmlakının müqəddəratını tam həll edərək, hansı vərəsəyə əmlakın hansı hissəsini verdiyini dəqiq göstərməklə bölgü aparmış və bununla da miras qoyan aydın şəkildə iradə ifadəsini bildirmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi n əticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Ağayeva x1 şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2020-ci il tarixli qətnaməsi iddiaçı Ağayeva x1 şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3630/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3630/2020
30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver