Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3631/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3631/2023 Açar sözlər: ümumi paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması Bakı şəhəri 22 noyabr 2023-cü il 22.11.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan mənzilinin paylara uyğun naturada faktiki bölünməsi, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracda satışı və s atış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2023-cü il tarixli 2(103)-3922/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, tərəflərin birgə nikahından olmuş xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X1, X4 və X6 ataları İddiaçı alınaraq anaları X5 verilməsi və X2 himayəsində saxlanılması, İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X1, X4 və X6 yetkinlik yaşına çata nadək saxlanılması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 103 manat olmaqla cəmi 412 manat alimentin alınıb X5 ödənilməsi qət edilmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)373/2016 saylı qətnaməsi ilə tərəflərin ümumi birgə mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilində İddiaçı 1/3 hissədə, Cavabdeh 2/3 hissədə payları müəyyən edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-3804/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə “mənzildə payların müəyyən edilməsi” hissəsində birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ya nında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci ildə verilmiş çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilinin 1/3 hissəsi iddiaçının, 2/3 hissəsi isə cavabdehin paylı mülkiyyətindədir.
5. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli təklifdən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********24-05301-093195 saylı reyestr nömrəli çıxarışa əsasən, 1/3 hissədə İddiaçı, 2/3 hissədə Cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilinin təxmini bazar qiymətinin 240000 manat olm ası, İddiaçı digər payçı ilə sözügedən mənzildə yaşamasının mümkün olmaması səbəbindən mənzildəki payının naturada ayrılmasını, mənzilə tənasübsüz zərər vermədən bu mümkün olmadığı təqdirdə İddiaçı mənzildə olan payının dəyəri olan 80000 manatın ödənilməsini təklif etmiş, əks təqdirdə sözügedən mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda İddiaçı müvafiq kompensasiyanın, bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin paylı əmlakdakı payına nisbətdə payçıların arasında bölünməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat 6. 26.07.2022-ci il tarixdə İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia verərək, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rə şid İsmayılov küçəsi 11D saylı evin 8 saylı paylı mülkiyyətdə olan mənzilə məcburi köçürülməsini,mənzilin ümumi sahəsi və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7. 08.09.2022-ci il tarixdə iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı ümumi paylı mülkiyyətdə olan mənzilinin paylara uyğun naturada faktiki bölgüsü, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi, kompensasiya ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışına və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri ünvan 1 ünvanında yerləşən 150,7 m2 ümumi sahəsi olan mənzildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********24-05301-093195 reyestr nömrəli çıxarışa əsasən mənzildə 1/3 hissədə paylı mülkiyyətçidir. Lakin digər paylı mülkiyyətçi hazırki mülki iş üzrə Cavabdeh qanunsuz hərəkətləri səbəbindən sözügedən mənzildən istədiyi kimi istifadə edə, istədiyi kimi sahib ola bilmir və digər mülkiyyətçi hüquqlarını həyata keçirə bilmir. Cavabdeh mənzilinin açarlarını dəyişmiş, eyni zamanda iddiaçının mənzilə daxil olmasına müxtəlif maneələr törədir. Bu səbəbdən iddiaçının öz mülkiyyətindən istifadə etməsini, sahiblik etməsini və mülkiyyət hüquql arının həyata keçirilməsini mümkünsüz etməklə, iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Cavabdeh iddiaçının 1\3 hissədə mülkiyyətçi olduğu mənzilə köçürülməsinin qarşısını alır. Cavabdehin özü və vəkili həm şifahi, həm də yazılı iddiaçının sözügedən mənzilə köçürülməsinə qəti şəkildə etiraz etmişlər. Bu səbəbdən iddiaçı sözügedən mənzildən istifadə edə bilmədiyi üçün iddianı dəyişərək paylı mülkiyyətində olan mənzilin paylara uyğun naturada faktiki bölgüsü, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışı və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamənin qəbul olunmasını tələb etmək niyyətindədir. Cavabdehə hazırkı mülki iş üzrə rəsmi yaşayış yerlərinə paylı mülkiyyətin ayrılması və ya payın dəyərinin ödənilməsi barədə təklif məktubu göndərilmişdir. Təklif cavabdeh tərəfindən qəbul edilmişdir.
9. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək, göstərmişdir ki, ərizələrinə əsasən üçəm uşaqları olduğu üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin mənzillə təmin edilmələri barədə göstərişinə əsasən Hakimiyyətinin 054 nömrəli, xx.xx.2012-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 4 otaqlı 8 saylı mənzili onlara ayrılmışdır. Həmin mənzil təmirsiz vəziyyətdə onlara bağışlanmış, anası öz evini sataraq həmin mənzili təmir etdirmişdir. Mənzilin təmirinə pul xərcləməyən iddiaçı ondan 80000 manat məbləğində pul tələb ed ir. Hazırda maddi imkanı kifayət qədər yaxşı olan İddiaçı alınması və təmirinə pul xərcləmədiyi halda övladlarının rahat yaşaması üçün hədiyyə olunmuş ev hesabına varlanmaq istəyir. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********09 saylı vəkil sorğusuna verdiyi cavab məktubundan göründüyü kimi İddiaçı Zərdab rayonu Dəliquşçu kəndində icarəsində 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Zərdab rayonu Dəliquşçu kəndində icarəsində 1,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Zərdab rayonu Dəliquşçu kəndində paylı mülliyyətində 3,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Zərdab rayonu Dəliquşçu kəndində ümumi birgə mülkiyyətində 2,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Zərdab rayonu Dəliquşçu kəndində ümumi birgə mülkiyyətində 0,20 ha həyətyanı to rpaq sahəsi vardır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 39 №-li Yol İstismarı MMC-nin xx.xx.2022-ci il tarixli **********09 saylı vəkil sorğusuna verdiyi cavab məktubundan göründüyü kimi İddiaçı hazırda 980 manat məbləğində əmək haqqı almaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 39 №-li Yol İstismarı MMC-nin rəisi vəzifəsində çalışır. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin sorğuya cavab məktublarından göründüyü kimi onun valideynlərinin adına VAZ-21063 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı, VAZ-21214 markalı **-TF-*** dövlət qeydiyyat nişanlı, Qaz 32213 Mikro avtobus **-FZ-*** dövlət qeydiyyat nişanlı, Toyoto Prado markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillər mövcuddur. Lakin həmin avtomobillər faktiki olaraq iddiaçıya məxsusdur. Be lə ki, İddiaçı ailənin yeganə oğludur. Onun valideyinləri rəsmi olaraq heç hir yerdə işləmir, həmin yüksək dəyəri olan əmlakları almaq üçün onların heç bir gəlirləri yoxdur. Bunu təsdiqləyən mesajlar mövcuddur. İddiaçı çox sayda torpaq sahələri olmaqla yanaşı, böyük pambıq sahəsi vardır. Bu ilin fermeri özü olacaq deyə, sosial şəbəkədə pambıq sahəsinin içərsində iddiaçı şəkil paylaşmışdır. İri və xırda buynuzlu heyvan saxlamaqla yanaşı böyük mal-qara qoyun-quzu ferması olan iddiaçı 4 övladı ilə maraqlanmır, başqasının övladına atalıq edir, öz doğma övladları isə çox acınacaqlı bir vəziyyətdə çətinlik çəkərək dolanır. İddiaçı heç bir vəsait sərf etmədən, onun və 4 övladının yeganə mülkü olan, onlara hədiyyə verilən mənzilə görə ondan 80000 manat pul tələb edir, mənzilin Azərbaycan Respublik asının Prezidenti tərəfindən onlara hədiyyə edildiyini iddia ərizəsində qeyd etmir. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından göründüyü kimi İddiaçı onu döydüyü üçün cinayət işi başlanmış, hazırda ibtidai araşdırma davam edir. İddiaçı hazırda rəsmi olaraq adında heç bir əmlak olmasa da, faktiki mülkiyyətində bir neçə mənzili vardır. Yəni iddiaçının ata anasının adında bir çox daşınar və daşınmaz əmlaklar mövcuddur. İddiaçı kasassiya şikayətində Zərdab rayonu Dəliquşçu kəndində və Bakı şəhəri Nəsimi rayonu ərazisində kifayət qədər yüksək şəraitli evi və mənzili olduğunu bildirmişdir. İddiaçının bu barədə yazmış olduğu mesajı da mövcuddur. İddiaçı onu mart ayının əvvəllərində döyərək gəl in köçdüyü və qeydiyyatda olduğu ünvan 2 ünvanından qeydiyyatdan çıxarmışdır. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4374/2017 saylı xx.xx.2017-ci il tarixli qərarına əsasən onun həmin mənzildən qeydiyyatdan çıxarılmasına dair iddia təmin edilməmişdir. Daha sonra İddiaçı düşünülmüş şəkildə 16 mart tarixində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilinə qeydiyyata düşmüşdür. İddiaçının məhkəməyə müraciət etməsinin tək səbəbi onu qorxudaraq hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Etibar Mustafayevin icraatında olan aliment tələbinə dair iddia ərizəsini götürməyinə nail olmaqdır. Ona görə də iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılması xahiş olunur.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirli yi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6691 saylı, xx.xx.2022-ci il tarixli rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılv küçəsi 11D saylı evin 8 saylı mənzilinin faktiki vəziyyətinə görə, mənzilin yalnız bir giriş-çıxış yolu olduğuna və tərkiblərində olan kommunal xidmətli sahələrin yeganə olduğuna görə, İnşaat Norma və Qaydalarının 1.1., 2.2., 2.4., 2.9., bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin payına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyildir.
11. Bakı Şəhər İcra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)243/2023 saylı 29 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia təmin edilməmişdir.
12. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, 2014-cü ildə nikahı pozulan iddia çı 2022-ci ilin iyul ayında Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilinə köçürmə tələbi ilə məhkəməyə müraciət etmiş, daha sonra iddia tələbini dəyişərək mənzilin paylara uyğun naturada bölünməsini, bu mümkün olmadığı halda öz payına kompensasiya verilməsini, bu mümnük olmadığı halda mənzilin hərrac vasitəsi ilə satılmasını, satışdan əldə edilən vəsaitin paylara uyğun bğlünməsini xahiş etmişdir.
13. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, tərəflərin paylı mülkiyyətlərində olan mənzilin onların paylarına uyğun naturada bölgüsü mümkün deyil, iddiaçı paylı mülkiyyətində olan mənzili 240000 manat dəyərində qiymətləndirib öz payına görə iddiaçıdan 80000 manat kompensasiya tələb edir. Məhkəmə tədqiq olunmuş sübutlara m əcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, tərəflərin nikahlarının pozulması, birgə nikahlarından olan uşaqlarının analarının yanında saxlanılması iddiaçını övladlarının yaşamaları üçün yaşayış sahəsi ilə təmin etmək vəzifəsindən azad etmədiyindən, tərəflərin paylı mülkiyyətlərində olan və naturada bölünməsi mümkün olmayan mənzil onlara birgə nikahlarından olan uşaqlarını yaşayış sahəsi ilə təmin etmək məqsədi ilə ayrıldığından, ilk əvvəl mənzilə köçmək tələbi ilə məhkəməyə müraciət edən iddiaçı iddia tələbini dəyişərək işə baxılan ərəfədə öz payına görə 80000 manat kompensasiya verilməsi təklifini, himayəsində özünün də ödədiyi alimentlə 4 övladını saxlayan cavabdehinə irəli sürməklə faktiki olaraq sonuncunu çıxılmaz vəziyyətə salıb mənzilin hərrac vasitəsi ilə satılmasına na il olmaq məqsədi daşıdığından, hazırda mənzilin satılması cavabdehin mülkiyyət hüquqları ilə yanaşı tərəflərin birgə nikahlarından olan və həmin mənzilə istifadə hüququ olan 4 uşağın yaşayış sahəsindən məhrum edilmələri ilə nəticələnə biləcəyindən iddia tələbləri təmin edilə bilməz. Belə ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara formal deyil, real olaraq əməl edildiyi halda qəbul edilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı maddələrinə, Mülki Məcəllənin 5.3, 152.1, 158.1, 158.2, 158.3, 158.4, 220.1, 220.3, 220.4, 220.6, 221-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-243/2023 saylı 29 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətində qeyd edilir ki, birinci instansiya məhkəməsi iddiaçının valideynlərinə məxsus əmlakları sadalamışdır, halbuki valideynlərin əmlakının iddiaçıya hər hansı bir aidiyyatı yoxdur. Eyni zamanda məhkəmə İddiaçı məxsus Zərdab rayonunun Dəliquşçu kəndində yerləşən icarədə və ya mülkiyyətində olan kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin olmasını vurğulayır, halbuki Zərdab rayonu Dəliquşçu kəndində paylı mülkiyyətində (1/2 hissə) 3,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Zərdab rayonu Dəliquşçu kəndində xx.xx.2000-ci il tarixli, JN-132 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı ümumi birgə mülkiyyətində 2,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Zərdab rayonu Dǝliquşçu kəndində xx.xx.2002-ci il tarixli, JN-132A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamǝyə əsasən İddiaçı ümumi birgə mülkiyyətində 0,20 ha həyətyanı torpaq sahələrinə dair sənədlərə nəzər salsaq müəyyən edilir ki, Cavabdeh sözügedən torpaq sahələrində ya paylı, ya da ki birgə mülkiyyətçidir, lakin bu hal məhkəmə tərəfindən nəzərə alınmamış, bu hala məhkəmə tərəfindən hər hansı münasibət bildirilməmişdir. Cavabdeh da İddiaçı kimi sözügedən torpaqlarda mülkiyyətçidir, lakin bu barədə məhkəmə öz qətnaməsində susmuşdur. Bundan başqa, qüvvədə olan qanunvericilik valideynin üzərinə övladlarının yaşamaları üçün yaşayış sahəsi ilə təmin etmək vəzifəsi qoymamışdır. Və bu cür vəzifənin iddiaçının üzərinə qoyulması nəinki milli qanunvericilikdə, hətda qanunvericiliyimizdə öz əksini tapmış hüquq prinsiplərində belə nəzərdə tutulmamışdır. İddiaçı 4 övladı üçün alimenti ödəyir, bu da bizə deməyə əsas verir ki, o, öz valideynlik borcunu yerinə yetirir, baxmayaraq ki, təyin olunmuş alimentin miqdarı onun aldığı əmək haqqından 2 dəfə artıqdır. O ki qaldı mənzilin hərrac vasitəsi ilə satılmasına nail olmaq məqsədinə, burada birinci instansiya məhkəməsi sadəcə cavabdehin etirazlarını təkrarlamış, çıxılmaz vəziyyətin nədə ifadə olunmasına aydınlıq gətirməmişdir. Məhkəmənin gəldiyi nəticə ilə qəti şəkildə razılaşmayaraq bildirmişdir ki, məhkəmə faktiki olaraq İddiaçı öz mülkiyyət hüququndan mərhum etmişdir. Belə çıxır ki, İddiaçı öz mülkiyyətinə köçə bilməz, istifadə və sahiblik edə bilməz.Bu azmış kimi, mülkiyyətçi öz mülkiyyətdə olan əmlakına sərəncam vermək hüququndan da mərhum olunmalıdır. İşin hallarından da müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan daşınmaz əmlaklar sirasında mübahisəli mənzildən başqa yaşayış sahəsi yoxdur. Mübahisəli mənzilin orta bazar qiyməti iddiaçının bildirdiyinə görə 240.000 manat təşkil edir, bu məbləğdən İddiaçı öz payına uyğun 80.000 manat mülkiyyət hüququnun itirilməsi üçün kompensasiya şəklində ona ödənilməsini cavabdehə təklif etmiş, lakin cavabdeh 1 manat da ödəməyəcəyini bildirmiş, sual veriləndə ki, bəs İddiaçı harada yaşasın?, atasıgil varlıdır, gedib onların yanında yaşasın deyərək məhkəməyə cavab vermişdir. Əfsuslar olsun ki, məhkəmə heç bir qanuni əsası olmayaraq cavabdehlə razılaşmış, cavabdehin hüquqazidd, absurd cavablarını qətnaməsinin əsaslandırılmasına daxil etmişdir. İddiaçının paylı mülkiyyətdə 1/3 hissədə mülkiyyət hüququ dövlət tərəfindən tanınmasına baxmayaraq, o, özünə məxsus hissəsindən istifadə edə bilmir, sahiblik edə bilmir, sərəncam verilməsi hissəsində isə birinci instansiya məhk əməsi onu bu hüquqdan məhrum etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2023-cü il tarixli 2(103)-3922/2023 saylı qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), C.C.Musayevadan və G.T.Axundovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-243/2023 saylı 29 mart 2023cü il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzili açıq hərracdan satılması, əldə olunan vəsait İddiaçı və Cavabdeh arasında paylarına mütənasib surətdə, yəni 1/3 və 2/3 hissələrdə bölüşdürülərək onlara ödənilməsini qət etmişdir.
47. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının mübahisəli mənzildə cavabdehlə birgə yaşamasının mümkün olmaması səbəbindən o, həmin mənzildəki 1/3 hissədə payının naturada bölünməsini, bu mümkün olmadıqda isə payının real bazar qiymətlərinə uyğun dəyərinin - 80.000 manat kompensasiyanın ödənilməsini cavabdehə təklif etmiş, cavabdeh isə ümumiyyətlə iddiaçıya hər hansı bir məbləğ ödəməyəcəyini bildirmişdir. Bunun müqabilində isə iddiaçı ümümi paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin mülkiyyyətçilər arasında onların payına mütənasib surətdə bölünməsini xahiş edir.
48. Mübahisəli əmlakın tərəflərin paylarına uyğun naturada bölünməsinin mümkünlüyü ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza əsasında verilən rəydən məlum olur ki, sözügedən mənzilin mövcud paylara uyğun naturada ayrılması texniki cəhətdən mümkün deyil.
49. Həmçinin, qeyd olunduğu kimi cavabdeh, ümumiyyətlə, kompensasiya olaraq iddiaçıya hər hansı bir məbləğ ödəməyəcəyini bildirmişdir.
50. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və Mülki Məcəllənin 220-ci maddəsinin tələblərəni rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilində payın ayrılması ona tənasübsüz zərər vurmadan açıq-aşkar mümkün olmadığından, eləcə də cavabdehin iddiaçıya payının dəyərinə görə kompensasiya vermək fikri olmadığından, qeyd edilən əmlak açıq hərracdan satılmalı və satış pulu tərəflər arasında paylarına mütənasib surətdə bölüşdürülməli, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır.
18. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Konstitusiyasının 29, 60-ci Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 220.2, 220.3, 220.4, 220.6, 221-ci və Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(103)-3922/2023 saylı qətnaməsini ləğv edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə Cavabdeh konstitusyon hüquqları pozulmuş, mülki işə baxarkən qanunu düzgün tətbiq etməmişdir. Nəticədə Cavabdeh, himayəsində olan 4 (dörd) övladı ilə qanuni əsaslarla mülkiyyətçisi olduğu mənzildən faktiki olaraq, məhrum olmaq ərəfəsindədir. Mübahisəli məzil “üçəm əkiz” övladlarını dünyaya gəlməsi ilə bağlı cənab X7 göstərişi ilə hədiyyə olunub.
21. Bundan əlavə, İddiaçı ilkin olaraq, “mənzilə köçürülmə” tələbinə dair iddia vermiş, daha sonra, məhkəmənin gedişatında iddiasını tamamilə dəyişdirərək, cavabdehdən öz payına görə, əsassız olaraq, hər hansı bir mütəxəssis rəyi olmadan öz mülahizəsinə görə 80.000 manat pul tələb etməyə başlamış və “paylı mülkiyyətdə olan mənzilin paylara uyğun naturada faktiki bölgüsünə, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsinə, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satış ına və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbini irəli sürmüşdür.(Heç bir real sənəd təqdim etmədən mənzili öz fikri ilə 240.000 man. qiymətləndirmişdir.)
22. Məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərini pozaraq tərəfimizdən təqdim edilmiş sübutları nəzərə almamışdır. Hansı ki, İddiaçı Mülki Məcəllənin 220.3 və 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara real olaraq əməl etməmişdir. Məhkəmə isə, bütün bu hallara əfsuslar olsun ki, düzgün qiymət verməmiş, qətnaməsində guya iddiaçının cavabdehi real olaraq xəbərdar etməsi, Cavabdeh da, onun təklifi ilə razılaşmaması qeyd edilmişdir. Bu da, həqiqətə uyğun deyildir.
23. İş üzrə maraqlı məqamlardan biri də, odur ki, iddiaçı hansı əsasla evi özbaşına olaraq, 240.000 manat dəyərləndirməklə, ondan 80.000 manat pul tələb edir? Hər bir halda evin qiymətləndirilməsi üçün müvafiq ekspertiza təyin edilməli idi. Belə ki, iddiaçı ilkin olaraq, fərqli iddia ilə mediasiyaya, daha sonra, məhkəməyə müraciət etmişdir. Mülki işə birinci instansiya məhkəməsində baxılarkən, hansısa səbəbdən iddia tələbini dəyişdirmişdir. Həmçinin formal olaraq, guya iddiaçıya təklif göndərmiş, məhkəməyə də, sübut etməyə çalışmışdır ki, guya cavabdeh onun təklifini qəbul etmir. Qeyd edilməlidir ki, qanun yol verdiyi təqdirdə, təbii ki, cavabdeh real qiymətləndirilmiş mənzilə dair iddiaçının təklifini qiymətləndirib, onun payının dəyərini ödəyə bilərdi. Lakin apellyasiya məhkəməsi qanunu düzgün təfsir etməyərək, belə qənaətə gəlmişdir ki,cavabdeh kompensasiya ödəməkdən imtina edir. Rea llıqda cavabdeh onun tərəfdarı olmuşdur ki, əmlakın açıq hərracdan satılması barədə qərar Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara formal deyil, real olaraq əməl edildiyi halda cavabdeh tərəfindən qəbul edilə bilərdi. Göründüyü kimi, iddiaçı sözügedən maddənin qaydalarına formal olaraq əməl etmiş, cavabdeh gözləmədiyi təqdirdə, ani olaraq, iddia tələbini dəyişərək, qanunvericiliyin tələbinə əsasən də, formal olaraq təklif hazırlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin dəlillərini əsassız hesab etmiş və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 220.2 Paylı mülkiyyətin mülkiyyət çisi öz payının ayrılmasını tələb edə bilər.
28. Maddə 220.3 Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
29. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mü lkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
30. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
31. Maddə
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə
53. İddiaçı işin məhkəmədə baxılmağa hazır lanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
34. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəm ə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
39. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən ma ddi və prosessual hüquq normalarının tələblərini pozub.
40. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçi ilk olaraq mənzilə köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə iddia versə də, sonradan iddia tələbini dəyişib paylı mülkiyyətdən payın ayrılması tələbini irəli sürmüşdür.
41. MPM-in 53-cü maddəsinə əsasən iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə haqlıdır. Bu maddənin mənasına görə eyni zamanda həm iddianın predmetini, həm də əsasını dəyişdirmək olmaz. İddianın bu ünsürlərindən yalnız biri dəyişdirilə bilər. İddianın predmetinin və əsasının eyni zamanda dəyişdirilməsi ona görə yolverilməzdir ki, iddianın belə dəyişdirilməsi artıq tamamilə yeni iddianın olmasını göstərir.
42. Apellyasiya məhkəməsi isə işin bu halına diqqət yetirməmiş, iddiaçı tə rəfindən dəyişdirilmiş tələbin yeni tələb olub-olmamasına Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmiş, həmin tələb üzrə ilkin mediasiya mərhələsi şərtinə əməl edilməməsinə diqqət yetirməmişdir.
43. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, payının ayrılması tələbinə baxarkən apellyasiya məhkəməsi payın naturada ayrılmasının mümkün olmadığına, iddiaçının öz payına müvafiq pul kompensasiyasının (dəyərinin) ödənilməsi təklifinə cavabdehin qəti etiraz etməsinə istinad edərək, mənzilin açıq hərracda satılması və pulunun paylara uyğun bölünməsi tələbini əsaslı hesab etmişdir.
44. Lakin apelyasiya məhkəməsində keçirilmiş bir məhkəmə iclasının protokolundan görünür ki, məhkəmə ümumiyyətlə cavabdehin iddiaçının payına uyğun kompensasiya məbləğini öd əmək niyyətinin olub-olmaması, iddiaçı tərəfindən tələb edilən kompensasiya məbləğinin real və ağlabatan məbləğ təşkil edib-etməməsi ilə bağlı heç bir araşdırma aparmamışdır. Buna baxmayaraq, məhkəmə qətnaməsində cavabdehin ümumiyyətlə kompensasiya olaraq iddiaçıya hər hansı bir məbləğ ödəməyəcəyini bildirdiyini göstərmişdir. Halbuki bununla bağlı məhkəmə iclas protokolunda heç bir şey qeyd edilməmişdir.
45. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə y ükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). 46. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə görə... əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.
47. Məhkəmə kollegiyası kompensasiya məbləğinin müəyyən edi lməsi ilə bağlı qeyd edir ki, mülkiyyətçinin öz payına görə tələb etdiyi kompensasiya (payın dəyəri) məbləği də real və ağlabatan olmalıdır. Payın dəyərindən artıq olan məbləğin kompensasiya şəklində tələb edilməsi payın dəyərini ödəmək istəyən digər mülkiyyətçilərin həmin məbləği ödəməkdən imtinasına, nəticədə isə süni sürətdə əmlakın açıq hərracda satılmasına nail olmağa gətirib çıxarmamalıdır.
48. Hazırki iş üzrə iddiaçı mənzilin bazar dəyərinin 240.000 manat olduğunu və buna görə də, ona 80000 manat kompensasiya ödənilməsini tələb etmişdir. Apellyasiya məhkəməsi tələb edilən kompensasiya məbləği ilə bağlı əks tərəfin münasibətini öyrənməmiş, həmin məbləğin həqiqliyini müəyyən etməmişdir.
49. Məhkəmə kollegiyası hesab edir ki, payın dəyəri müəyyən edilərkən tərəflər arasında fikir ayrıl ığı yarandığı halda, məhkəmə payın real dəyərini müəyyən edərək, cavabdehin həmin dəyəri ödəməyə razılığının olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra, mənzilin hərrac vasitəsilə satılması və dəyərinin bölünməsi mərhələsinin qiymətləndirlməsinə keçməlidirlər.
50. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
51. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasi ya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-ci il tarixli, 2(103)-3922/2023 saylı qətnaməsi ləğ v edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.