Məhkəmə qərarları › İş №2(102)-3632/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3632/2022

16.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3632/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi rayonu X7 və Cavabdeh2 qarşı iş üzrə üzrə QƏRARİ Açar sözlər: subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi rayonu X7 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2022ci il tarixli, 2(103)-1152/2021 nömrəli qətnam əsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi rayonu X4 09 avqust 2004-cu il tarixli 4 ayrı sərəncamı ilə, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisində hər biri 600 kv.m. olan 4 ayrı torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün müvafiq olaraq vətəndaşlar X2, X5, X10 və X1 alqı-satqı qaydasına mülkiyyətinə verilmişdir.

2. X11 və X8 Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2015ci il tarixli etibarnamələrə əsasən İddiaçı onlara ayrılmış həmin torpaq sahələrini idarə etməyi və onlar üzərində sərəncam verməyi və sair hərəkə tləri etməyi 80 il müddətinə (qüvvədə olma tarixi xx.xx.2095-ci il), X14 adından etibarnamə əsasında hərəkət edən X20 isə Bakı şəhəri 26 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixli etibarnaməyə əsasən İddiaçı Bakı şəhəri Binəqədi qəsəbəsində yerləşən və X9 ayrılan torpaq sahəsinə sərəncam verməyi, satmağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müvafiq müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar onun adından ərizə verməyi və digər hərəkətləri etməyi 7 il 1 ay müddətinə (qüvvədə olma tarixi xx.xx.2021-ci il) etibar etmişlər.

3. Həmin bələdiyyənin 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı sərəncamı ilə, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 900 kv.m. boş torpaq sahəsini n fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh2 alqı-satqı qaydasında mülkiyyətinə ayrılmasına dair sərəncam verilmişdir.

4. X4 xx.xx.2019-cu il tarixli 876 saylı ilə arayışında, həqiqətən də bələdiyyənin 1778/1 saylı, 17 dekabr 2005-ci il tarixli sərəncamı ilə Cavabdeh2 adına 900 kv.m. torpaq sahəsi ayrıldığı qeyd olunmuşdur. Həmin arayış Azərbaycan Respulikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinə təqdim etmək üçün verilmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidmətinin 01 oktyabr 2021-ci il tarixli mütəxəssis rəyi ilə, X13 tərəfindən Binəqədi qəsəbə ərazisindən vətəndaş X6 09 avqust 2004-cü il tarixli, 1073 saylı Sərəncamla ayrılmış 600 kv.m., vətən daş X9 09 avqust 2004cü il tarixli, 1074/1 saylı Sərəncamla ayrılmış 600 kv.m., X15 09 avqust 2004-cü il tarixli, 1075/1 saylı Sərəncamla ayrılmış 600 kv.m., vətəndaş X3 09 avqust 2004-cü il tarixli, 1076/1 saylı Sərəncamla ayrılmış 600 kv.m. torpaq sahələrinin yerləşmə sxemlərində və Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu X4 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı Sərəncamı əsasında aynlmış 900 kv.m. torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı istinad nöqtəsindən məsafə olmadığından, tərəflər arasındakı mübahisəli torpaq sahəsinin yerləşmə sxemlərində göstərilmiş torpaq sahəsi olubolmamasını müəyyən etmək mümkün olmadı və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza məlumatlarına əsasən tərəflərin iştirakı ilə ölçülən mübahisəli to rpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğu müəyyən edildi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi rayonu X7 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus X4 4 müvafiq sərəncamı ilə hər biri ayrı-ayrılıqda 600 kv.m təşkil edən torpaq sahələrində aparılmış tikinti işlərinin Cavabdeh2 hesabına sökülməsi və X4 4 müvafiq sərəncamı ilə hər biri ayrı-ayrılıqda 600 kv.m təşkil edən torpaq sahələrinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu X13 tərəfindən iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu X4 09 avqust 2004-ci il tarixli 1073 nömrəli sərəncamına əsasən vətəndaş X11 torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsinə dair müraciətinə baxılmış və Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisində istifadəsində olan 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün X2 mülkiyyətinə, Bakı şəhəri Binəqədi rayonu X4 09 avqust 2004-ci il tarixli 1074/1 nömrəli sərəncamına əsasən vətəndaş X5 torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsinə dair müraciətinə baxılmış və Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisində istifadəsində olan 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün X5 mülkiyyətinə, Bakı şəhəri Binəqədi rayonu X4 09 avqust 2004-cü il tarixli 1075/1 nömrəli sərəncamına əsasən vətəndaş X10 torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsinə dair müraciətinə baxılmış və Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisində istifadəsində olan 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün X10 və Bakı şəhəri Binəqədi rayonu X4 09 avqust 2004-ci il tarixli 1076/1 nömrəli sərəncamına əsasən vətəndaş X1 torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsinə dair müraciətinə baxılmış və Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisində istifadəsində olan 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün X1 mülkiyyətinə ayrılmışdır. Daha sonra 2014 və 2015- ci illərdə qeyd edilən torpaq sahələri (4 ədəd ayrı-ayrılıqda 600 kv.m təşkil edən) ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ayrı-ayrılıqda satılmışdır. Ərizəyə əlavə edilmiş Binəqədi rayonu X13 tərəfindən vətəndaş İddiaçı ünvanlanmış cavab məktubunda torpaq sahələrinə baxış zamanı X4 4 müvafiq sərəncamı ilə hər biri ayrı-ayrılıqda 600 kv.m təşkil edən torpaq sahələri qonşu torpaq sahələri olmaqla bərabər, eskiz-sxemləri ilə uyğunluq təşkil etməsi göstərilmişdir. Məhkəməyə müraciət edilməsinə səbəb Cavabdeh2 həmin torpaq sahələrinə alqı-satqı müqaviləsinin olmasını bildirərək orada tikinti işləri aparmasıdır (tikinti işlərinin aparılması ilə bağlı fotoşəkillər ərizəyə əlavə edilir). Dəfələrlə Cavabdeh2 və Binəqədi rayonu X7 tikinti işlərinin dayandırılması, torpaq sahəsinin təhvil verilməsi bildirilsə də, cavabdehlər iddiaçının hüquqlarını pozmaqda davam edirlər

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim:F.Hətəmzadə) 2 6 oktyabr 2021-ci il tarixli, e-2(001)- 4535/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, iddiaçı cavabdeh bələdiyyənin müvafiq sərəncamları ilə X6, X9, X15 və X3 ayrılmış torpaq sahələrini 2014 və 2015-ci illərdə satın aldığını (başqa sözlə, həmin torpaq sahələrinin özünə məxsus olduğunu) və məhz ona məxsus torpaq sahələrinin digər cavabdeh tərəfindən zəbt olunduğunu bildirsə də, həmin hallara dair hər hansı sübut təqdim etməmişdir. Əksinə iddiaçını n özünə məxsus olduğunu bildirdiyi torpaq sahələrinin ayrıayrı şəxslərin adlarına ayrıldığı, həmin şəxslərdən X2, X1 və X5 (onun adından çıxış edən X16) torpaq sahələrinə dair özündə geniş səlahiyyətləri ehtiva edən etibarnamələr verdikləri, sonuncunun adından verilmiş etibarnamənin müddətinin isə xx.xx.2021-ci il tarixdə bitdiyi müəyyən edilmişdir (X15 ayrılmış torpaq sahəsinə münasibətdə isə iddiaçıya hər hansı etibarnamənin verilmiş olduğu belə, müəyyən edilmir). Nəticə etibarı ilə, iddiaçının mübahisəsini etdiyi torpaq sahələrindən sadəcə ikisinə – X6 və X3 ayrılmış torpaq sahələrinə münasibətdə təmsilçilik səlahiyyətlərinə sahib olduğu müəyyən edilmiş, bununla belə o, hazırkı iddianı onların (təmsil edilənlərin) adından deyil, bilavasitə öz adından qaldırmışdır

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı hazırki iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququ olmamışdır.

11. Məhkəmənin mövqeyinə əsasən, məhkəmə araşdırılması zamanı əldə edilmiş mütəxəssis rəyində, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza məlumatlarına əsasən tərəflərin iştirakı ilə ölçülən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğu göstərilmişdir ki, işin qeyd edilən halı da iddia tələblərinin əsassız olduğu mənasına gəlir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 158, 164.2, 165.1-ci maddələrinə, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı ape llyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil3 X4 01 saylı 25 yanvar 2022-ci il tarixli Qərarını təqdim etmişdir. Həmin Qərarla, vətəndaş Cavabdeh2 adına torpaq sahəsinin rəsmiləşdirilməsinə dair bələdiyyənin 1778/1 saylı, 17 noyabr 2005-ci il tarixli sərəncamı natamam olması əsası ilə etibarsız sayılaraq ləğv edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1152/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi) Z.Şirinov və R.Eyvazov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəm əsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, cavabdehə torpaq sahəsi ayrılmasına dair sərəncamın ləğv edilməsi iddiaçıya hazırkı tələb irəli sürmək hüququ vermir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək (Vəkil3 tərəfindən tərtib olunmuş) apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilib və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassator şikayətini əsaslandırarkən qeyd etmişdir ki, məhkəmələr torpaq sahələrinin iddiaçının mülkiyyətində olmamasını əsas gətirərək, iddianı təmin etməməklə Mülki Məcəllənin 157.8-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, hazırkı işdə iddiaçının mülkiyyət hüququ gözləntisi var. Belə olan halda mülkiyyət hüququ ilə bağlı gözləntiləri olan iddiaçı cavabdehə münasibətdə daha üstün hüquqlara malikdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 21. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ild ə əldə edildikdə iddia istisna edilir.

22. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

23. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

24. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qab aqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə gö rə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

32. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnamə si iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh bələdiyyənin müvafiq sərəncamları ilə X6, X9, X15 və X3 ayrılmış torpaq sahələrini 2014 və 2015-ci illərdə satın aldığını (başqa sözlə, həmin torpaq sahələrinin özünə məxsus olduğunu) və məhz ona məxsus torpaq sahələrinin digər cavabdeh tərəfindən zəbt olunduğunu bildirsə də, həmin hallara dair hər hansı sübut təqdim etməmişdir. Əksinə iddiaçının özünə məxsus olduğunu bildirdiyi torpaq sahələrinin ayrı-ayrı şəxslərin adlarına ayrıldığı, həmin şəxslərdən X2, X1 və X5 (onun adından çıxış edən X16) torpaq sahələrinə dair özündə geniş səlahiyyətləri ehtiva edən etibarnamələr verdikləri, sonuncunun adından verilmiş etibarnamənin müddətinin isə xx.xx.2021-ci il tarixdə bitdiyi müəyyən edilmişdir (X15 ayrılmış torpaq sahəsinə münasibətdə isə iddiaçıya hər hansı etibarnamənin verilmiş olduğu belə, müəyyən edi lmir).

35. Apellyasiya icraatı müddətində isə iddiaçı tərəf cavabdehə torpaq sahəsi ayrılmasına dair sərəncamın ləğv edilməsinə dair qərar təqdim etmişdir. Bu halla bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehə torpaq sahəsi ayrılmasına dair sərəncamın ləğv edilməsi həmin torpaq sahəsinə cavabdehin hüququnun itirilməsinə əsas ola bilər, lakin iddiaçıya hazırkı tələblə çıxış edilməsi üçün subyektiv hüquq vermir.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəb dən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

10. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 2(103)-1152/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar