Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3632/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, daşınmaz əmlakın dövlət reyestrindəki qeydin prezumpsiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı zəbt olunmuş fərdi yaşayış evindən məcburi çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü il tarixli 2(103)-551/2023 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinə 15 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehlər Qubadlı rayonundan məcburi köçkündürlər. Onlar 1993-cü ildə iddiaçıya məxsus Bakı şəhəri Nəsimi rayonu X11 küçəsi 13-cü keçid ev 143A ünvanında sonuncunun razılığı ilə məskunlaşmışlar. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2019-cu il tarixli 2-1(82)2586/2019 saylı qərarı ilə, iddiaçının DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri X11 küçəsi ev 0002 mənzil 143A ünvanda yerləşən fərdi yaşayış evləri üzərində yaranmı ş mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərar qanuni qüvvəsini almışdır.
3. İddiaçı xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonu X11 küçəsi 13-cü keçid 143A ünvanda yerləşən fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ əldə etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X11 küçəsi 13-cü keçid ev 143A ünvanda yerləşən fərdi yaşayış ev inin cavabdehlərdən geri alınaraq iddiaçının mülkiyyətinə qaytarılması; ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd olunmuş faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, 1990-cı ildə o, «26 Bakı Komissarları» adına Mexaniki Təmir Zavodunda sex rəisi vəzifəsində çalışmışdır. Həmin vaxtlar yaxınlıqda yerləşən Bakı şəhəri Nəsimi rayonu 59 saylı MKİİ-nin rəisi X5 ilə yaxşı münasibətləri olmuşdur. Növbəti görüşlərin birində YYYdən xahiş etmişdir ki, həmin MKİİ-nin nəzarətində olan ərazidə həyət evi satışa çıxarılsa bu barədə ona məlumat versin. Bir müddət keçdikdən sonra Qəzənfər Hacıyev onunla görüşüb Bakı şəhəri Nəsimi rayonunda «Hərbi şəhər cik» (indiki Bakı şəhəri Nəsimi rayonu X11 küçəsi 13-cü keçid ev 143A ünvanda) yerləşən, 000 adlı şəxsin özünə məxsus olan həyət evini satmaq istədiyini bildirmişdir. Həmin evin bir zavodda işlədiyi və tanışı, zavodun mü000ə xidmətinin rəisi Məhərrəm adlı şəxsin evi ilə yaxın olduğu üçün, sözü gedən həyət evini almaq istədiyini bildirmiş və 59 saylı MKİİ-nin rəisinin iştirakı ilə 000lə görüşüb həmin fərdi yaşayış evinin (o vaxt həmin fərdi yaşayış evinə dair heç bir hüquqmüəyyənedici sənədlər yox idi) alğı-satqısına dair razılığa gəlmiş və razılaşdırdıqları məbləğdə pulu 000ə ödədikdən sonra 000, həmin həyət evini boşaldaraq ona təhvil vermişdir. Bundan sonra Bakı şəhərində başqa mənzili olduğu üçün həmin fərdi yaşayış evindən bağ sahəsi kimi istifadə etməyə başlamışdır. 1993-cü ildə Qubad lı rayonunun işğalından sonra Bakı şəhəri Nəsimi rayonu 59 saylı MKİİ-nin rəisi Qəzənfər Hacıyev ona yaxınlaşaraq həmin rayondan olan bir ailənin ona məxsus evdə yerləşdirilməsini xahiş etmişdir. Öz növbəsində, həmin fərdi yaşayış evindən istifadə etmədiyini nəzərə alaraq ona lazım olan vaxt həmin şəxslərin həmin evi tərk edəcəklərinə dair razılıq əldə edib X2, sonuncunun beş nəfərdən ibarət ailə üzvlərinin və xəstə qardaşı X6 ona məxsus olan Bakı şəhəri Nəsimi rayonu X11 küçəsi 13-cü keçid ev 143A ünvanda müvəqqəti məskunlaşmalarına icazə vermişdir. Qubadlı rayonunda qeydiyyatda olan və adları sadalanan məcburi köçkünlər 1993-cü ildən bu günə kimi (29 il) ona məxsus Bakı şəhəri Nəsimi rayonu X11 küçəsi 13-cü keçid ev 143A ünvanda müvəqqəti məskunlaşıblar. 2 saylı Bakı İnzibati-İqtisadi Mə hkəməsinin (X15 sədrliyi ilə) 2-1(82)-2586/2019 saylı, 05 avqust 2019-cu il tarixli Qərarı ilə onun Bakı şəhəri Nəsimi rayonu X11 küçəsi 13-cü keçid ev 143A ünvanda yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ məhkəmə qaydasında tanınmışdır. Həmin Qərar nəzərə alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 11 oktyabr 2019-cu il tarixdə, ********** qeydiyyat və **********07-10301 reyestr nömrəsi ilə Bakı şəhəri Nəsimi rayonu X11 küçəsi 13-cü keçid ev 143A ünvanda yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ qeydə alınmış və həmin İdarə tərəfindən ona «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» verilmişdir. 11 fevral 2021-ci il tarixdə X9 vəfat etdikdən sonra onun həyətimdə sonuncunun yaşadığı otağı onun qardaşı X7 və bacısı Cavabdeh1 zəbt etmişlər. Baxmayaraq ki, X3 özünün Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 146 ünvanda fərdi yaşayış evi və Cavabdeh1 isə ünvan 7 ünvanda 108 saylı mənzili vardır. X8, onun beş nəfərdən ibarət ailə üzvləri ilə mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X11 küçəsi 13-cü keçid ev 143A ünvanda yerləşən fərdi yaşayış evinin onlar tərəfindən boşaldılmasına dair aralarında razılıq əldə edilməsinə baxmayaraq, bir il bundan əvvəl məcburi köçkün statusuna dair görüntü yaradan X7 və Cavabdeh1 tərəfindən zəbt edilmiş həmin yaşayış evinin hissəsi onlar tərəfindən boşaldılmır. X1 ona qarşı əsassız tələblər irəli sürmüş və sonuncunun tələblərini yerinə yetirmədiyi təqdirdə həmin otağı boşaltmayacağını bildirmişdir. Bununla da onun mülkiyyət hüququna dair Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş hüquqları cavabdehlər X7 və Cavabdeh1 tərəfindən kobud şəklidə pozulmuşdur.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1895/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş (hakim Səməd Cəfərov), cavabdehlərin iddiaçının mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X11 küçəsi 13-cü keçid ev 143A ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları, daşınmaz əmlakın boşaldılaraq İddiaçı təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın zəbt olunmasına baxmayaraq, keçən uzun illər ərzində cavabdehlər digər mənzillə təmin edilməmişlər və iddiaçının hüquqları davamlı şəkildə pozulmuşdur.
8. Birinci instansiya məhkəməsi mövqeyini AR Konstitusiyasının 13 və 29-cu, AR Mülki Məcəlləsinin 157.2, 158.1-ci, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci, AR MülkiProsessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103 )-551/2023 nömrəli iş üzrə 22 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışınskinin sədrliyi və məruzəsi ilə, Azad İmanov və Məmməd Məmmədovdan ibarət tərkibdə) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki mülki münasibətlər üzrə cavabdehin əldə etdiyi hüquqlar müəyyən edilməmiş və fərdi yaşayış evinin mülkiyyətdə olması, cavabdehin mülkiyyətçiyə münasibətdə hüquqlarının yaranmadığı, apellyasiya dəlilləri üzrə (sənədsiz evə belə) hər hansı hüquqi nəticələrin doğurmadığı müəyyən edilir.
12. Məhkəmə kollegiyası mövqeyini AR Konstitusiyasının 13 və 29-cu, AR Mülki Məcəlləsinin 1 52-158, 178-ci, AR Mülki Prosessual Məcəllənin 76, 77, 80, 82.1, 106.2, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehlər birgə qaydada kassasiya şikayəti verərək (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassatorlar şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə onların mənzildən istifadə hüququ qanunsuz olaraq məhdudlaşdırılmışdır.
15. Kassasiya şikayətinin digər dəlilinə görə cavabdehlər və ailə üzvləri mübahisəli mənzilə 1993-cü ildə dövlət qurumlarının razılığı ilə köçürülmüşlər. Həmin dövrdə cavabdehlərin məskunlaşdığı yaşay ış sahəsi dövlətin balansında olduğu üçün köçürülmə əsaslı və qanunauyğun şəkildə həyata keçirilmişdir. AR Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Plenum Qərarına əsasən müəyyən edilmişdir ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə bağlı yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Bu səbəbdən, cavabdehlər həmin dövrdə yaşayış sahəsinin mülkiyyətçisi olan dövlətin razılığı ilə orda məskunlaşdır ıldıqlarından həmin əmlakdan istifadə hüququ 2000-ci ildən əvvəl yaranmış və bu hüquq hazırki vaxtadək mövcuddur. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin qətnaməsində cavabdehlərin adı çəkilən fərdi yaşayış evi üzərində hüquqlarının müəyyən edilməməsi barədə müddəanın qeyd edilməsi və qətnamədə bu müddəaya əsaslanması tamamilə əsassız və qanunsuz olmuşdur.
16. Kassatorlar şikayətdə onu da qeyd etmişlər ki, cavabdehlər və onların ailə üzvləri həmin mənzildə məskunlaşdıqdan sonra ailə daxili narazılıqlar səbəbindən qeyd olunan fərdi yaşayış evi bölünmüş, ikinci giriş qapısı açılmış və hazırda Bakı şəhəri, Nəsimi rayonu, H. Əliyev küçəsi, ev 2, mənzil 143 və ünvan 8 ünvanları bir-birinə bitişik olan iki fərqli ünvandır. Məhkəmə kollegiyası isə işin bu halına qiymət verməmişdir.
17. Kassator şikayətini AR Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Plenum Qərarına, eləcə də AR Mülki Prosessual Məcəlləsinin 9, 14, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən kassasiya şikayətinə qarşı etiraz göndərilmişdir.
19. Etiraz onunla əsaslandırılmışdır ki, şikayət formal xarakterli olmaqla əsassızdır. Bu səbəbdən, şikayətin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişiklik edilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində n öz əmlakını geri tələb edə bilər.
24. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunu.
25. Maddə
5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir.Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tə nzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 39. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
40. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tət biq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü il tarixli, 2(103)551/2023 nömrəli saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.