Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3632/2024 20.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X2rşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (İşə bərpa tələbi), əmək müqaviləsinin müddətinin qurtarması (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin b bəndi), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X2rşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin qanunsuz hesab edilməsi, işə bərpa və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4018/2024 nömrəli, 9 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh X4 X16 tərəfindən verilmiş kassasiya şikayətinə 20 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) 18 yanvar 2006-cı il tarixindən Əmlak Məsələləri Dövlət Komitəsi Hərracların Təşkili üzrə X14 sektorunda aparıcı məsləhətçi vəzifəsinə qəbul olunmuşdur.
2. İddiaçı 31 oktyabr 2007-ci ildən cavabdeh təşkilatın X1 sektorunda məsləhətçi vəzifəsinə keçirilmişdir.
3. Dövlət qulluğuna xitam verilməsi haqqında K-43 saylı, xx.xx.2021-ci il tarixli əmrində qeyd edilmişdir ki, cavabdeh təşkilatın Dövlət əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin Səhmlərin və güzəştli satışın təşkili sektorunun baş məsləhətçisi iddiaçı 2021-ci il 1 noyabr tarixindən öz arzusu ilə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. 4. “X4” X16 ilə iddiaçı arasınd a bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsində qeyd edilmişdir ki, iddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan X4 X11 Dövlət Əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin baş mütəxəssisi vəzifəsinə 1 ay müddətinə işə qəbul edilmişdir. İşçinin taarif maaşının 802 manat olduğu razılaşdırılmışdır.
5. İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsində qeyd edilmişdir ki, o, xx.xx.2023-cü il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.
6. Əmək müqaviləsinə xitam verilməsi haqqında K-042 saylı, xx.xx.2023-cü il tarixli əmrində qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin a bəndinə uyğun olaraq, iddiaçı - AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan X4 X11 Dövlət Əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin baş mütəxəssisi, 31 mart 2023-cü il tarixindən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 7. “X4” X16 ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsində qeyd edilmişdir ki, iddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan X4 X11 Maliyyə və təminat şöbəsinin baş mütəxəssisi vəzifəsinə 1 ay müddətinə qəbul edilmişdir. İşçinin tarif maaşının 1100 manat olduğu razılaşdırılmışdır. 8. “X4” X11 ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K-91 saylı əmr ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən iddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsin ə xitam verilmişdir.
9. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda qeyd edilmişdir ki, “X4” X16 xx.xx.2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X2rşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat tərəfindən məcburi işə buraxma müddəti üzrə 7 avqust 2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəlinə uyğun olaraq əmək haqqı və 2023-cü ilin yanvar ayından işə bərpa edilən günə qədər əmək haqqına əlavə (əmək haqqının 50 faizi miqdarında) hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini və cavabdeh təşkilatın 31 mart 2023-cü il tarixli (Nazirlər Kabinetinin 209 nömrəli, 25 May 2022-ci il tarixli qərarına əsasən) və 7 avqust 2023-cü il tarixli əmrləri ləğv edilməklə, X6 arasında bağlanmış 17 noyabr 2021-ci tarixli və 5 aprel 2023-cü il tarixli əmək müqavilələrinin müddətsiz bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının ümumilikdə 31 il, dövlət qulluğunda isə 18 il 8 ay stajı var. Ailənin yeganə gəlir mənb əyi onun əmək haqqıdır. 2 övladı var, həyat yoldaşı 1995-ci ildə vəfat etmişdir. xx.xx.2021-ci il tarixində qeyd etdiyi müəssisənin idarə heyətinin sədri Emin Rəsulov bu vəzifəyə təyin olunduqdan sonra onu sıxışdırmağa başlayıb. Emin Rəsulov onu öz iş otağına çağıraraq onunla işləyə bilməyəcəyini bildirərək könüllü öz ərizəsini yazaraq işdən getməsini tələb etmişdir. O, bununla razılaşmayıb, bundan sonra Emin Rəsulov öz planının B variantı əsasında müddətli əmək müqaviləsi variantına keçərək 1 aylıq əmək müqaviləsi bağlamış və sonradan müqavilənin bitməsini əsas gətirərək 16 il 7 ay çalışdığı müəssisədən uzaqlaşdırmışdır. Əmək müqaviləsi bağlanarkən ona dövlət müəssisəsinin hüquqi bazası əsasında PHŞ yarandığı və müqavilələrin yeniləndiyi barədə məlumat verilərək yeni formada müqaviləyə im za etdirilmişdir. İmza edilən zaman hüquqları məhdudlaşdırılaraq tez-tələsik “bura imza et, sənədlər toplanılır xidmətdə təcili müqavilələri gözləyirlər” deyərək müqavilənin tam mətni ilə tanış olmağa ona imkan verilməmiş onu çaşdıraraq qeyri-müəyyən duruma salmışlar. O, müqavilənin bir nüsxəsini tələb etsə də, kadrlar şöbəsi, xidmət tərəfindən müqavilələr qeydiyyata alındıqdan sonra ona veriləcəyini bildirmişdir. Hazırda aldatma yolu ilə bağlanmış müqavilə onun iradəsini ifadə etmir və qanunsuz hesab edilməlidir. İndiki durumda əmək münasibətlərinə xitam verilməsinin əsasını da bu qanunsuz müqavilə təşkil etmişdir. Onunla işəgötürən arasında əmək münasibətlərinin müddətsiz olduğu halda işəgötürən tərəfindən aldatma yolu ilə 1 ay müddətinə bağladığı müqavilə qanunsuz və etibarsız hesab edi lməlidir. Mövcud vəziyyətdə onunla işəgötürən arasında 16 il bundan öncə bağlanmış əmək müqaviləsi işəgötürəndən tələb edilməlidir. Müəssisə ləğv edildikdə 10 ildən çox əmək stajı olan işçilərə ən azı 9 təqvim həftəsi öncə xəbərdarlıq edilməlidir və orta aylıq əmək haqqının azı 2 misli miqdarında əmək haqqı ödənilməlidir. 16 il çalışdığı müəssisə ləğv edilmişdirsə, ona edilən 9 təqvim həftəsi öncəsi xəbərdarlıq məktubu və əmək haqqının 2 misli ödənilməsi barədə məlumat məhkəməyə təqdim edilməlidir. İşəgötürən cavabdeh təşkilat onu və əlavə olaraq 50 nəfər əməkdaşdan ibarət əmək kollektivini aldadaraq müəssisənin hüquqi formasının dəyişməsi əsası ilə əmək müqaviləsinin dəyişməsini əsas gətirərək onlara bir neçə sənədləri imzalatdırmışdır. Bundan sonra ona məlum olmuşdur ki, işəgötürən aldat ma yolu ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən tərtib etdiyi ərizəni imzalatmış, bundan sonra “Dövlət qulluğu” haqqında Qanunun 33.1.1-ci maddəsini (dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi əsasını) tətbiq etmişdir. Belə olan halda işəgötürən əmək kollektivini öncədən xəbərdar etməklə, əmək haqqının iki mislini ödəmək şərti ilə işçiləri işdən azad etməli idi. Müəssisədə dövlət qulluqçusu kimi illərlə çalışan 50-dən çox əməkdaşın eyni vaxtda dövlət qulluğunda tutduğu vəzifədən öz xoşu ilə imtina etməsi heç bir məntiqə sığmır. Bu şəxslər dövlət qulluğuna qəbul olunarkən müsabiqə və müsahibə yolu ilə dövlət qulluğu vəzifəsinə təyin olunmuşdurlar.
12. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak M əsələləri Dövlət Xidməti X4 X11 nümayəndəsi X9 iddia tələbinə etiraz edərək, müddətli əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında bağlandığını bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-487/2024 saylı iş üzrə 8 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X4 X11 İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 31 mart 2023cü il tarixli və 7 avqust 2023-cü il tarixli əmrlərinin ləğv edilməsi, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X4 X16 arasında bağlanmış əmək müqaviləsinin müd dətsiz hesab edilməsi və İddiaçı əvvəllər tutduğu vəzifəsinə bərpa edilməsi, “X4” X16 tərəfindən 7 avqust 2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pulun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X4 X16ndən alınaraq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində işə başlama tarixinin göstərilməsindən asılı olmayaraq, iddiaçının müəssisədə nə vaxtdan işləməsi, işin daimi xarakterə malik olub-olmaması araşdırılmalıdı r. Çünki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İddiaçı sonuncu müqavilələr bağlanmazdan əvvəl müəssisədə 15 ildən artıq müddətdə müddətsiz əmək müqaviləsi əsasında işləmiş, onun işi daimi xarakterli olmuş, lakin sonradan onunla müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı ilə əvvəl bağlanmış müqavilə müddətsiz olmuş, gördüyü işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuşdur və onunla müddətli əmək müqaviləsi bağlanması üçün 47-ci maddədə göstərilən əsaslar olmamışdır. Cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsini hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqavi ləsinə keçirməsi iş materialları ilə müəyyən edilmir. İddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. Həmçinin əmək müqaviləsinin başqa əsaslar üzrə dəyişdirilməsini zəruri edən sübutlar da təqdim olunmamışdır. Cavabdeh müddətli müqavilənin bağlanmasına əsas kimi həmin normanın “f” bəndində müəyyən olunmuş “qarşılıqlı razılığın” olduğunu bildirir. İddiaçı isə müddətli müqavilə bağlanarkən aldadıldığını, təsirə məruz qaldığını bildirmişdir.
15. Məhkəməsi qeyd etmişdir ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 1 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cüml ədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərinin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Belə ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasınd a bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.
16. Bu nöqtəyi nəzərdən məhkəmə hesab etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Belə ki, qarşılıqlı razılıq, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünüb ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, 1 ay müddətinə əmək müqaviləsi bağlamışdır. İddiaçının 2006-cı ildən işlədiyi, özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması, əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda, “öz xahiş i ilə” əmək müqaviləsinə xitam verilməsi və dərhal cəmi 1 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. İşçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı bir aylıq xəbərdarlıq müddəti qanunverici tərəfindən həm işəgötürənin, həm də işçinin mənafeləri nəzərə alınaraq müəyyən edilmişdir. İşçi əmək müqaviləsini ləğv etmək barədə işəgötürənə verdiyi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi konkret müddəti göstərməmişdirsə, ərizə verildiyi gündən bir aylıq xəbərdarlıq müddəti bitənədək AR ƏM-nin 69-cu maddəsi ilə əmək müqaviləsinin ləğv edilməsinə yol ve rilmir.
17. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh təşkilatda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda iddiaçı ilə sonradan müddətli əmək müqaviləsi bağlanması qanunvericiliyin tələblərinə ziddir. Hazırkı işdə bu hal müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədi daşımışdır. Müddətli əmək müqaviləsinin bağlanması iddiaçının əsl niyyəti və iradəsini ehtiva etmir. Qeyd olunan pozuntuya yol verilməsi iddianın təmin olunması üçün yetərli olduğundan digər məsələlərlə bağlı əlavə dəyərləndirmə aparılmasına zərurət olmamışdır.
18. Məhkəmə iddianın 2023-cü ilin yanvar ayından işə bərpa edilən günə qədər əmək haqqına əla və (əmək haqqının 50 faizi miqdarında) hesablanaraq ona ödənilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı həmin əlavələrin ödənilməsini zəruri edən halları, əlavələrin əvvəllər ödənildiyini, ödənilirdisə məbləğini, eyni vəziyyətdə olan digər işçilərə əlavələrin ödənildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
19. Məhkəmə hesab etmişdir ki, iddia əmrin ləğv edilməsi, əmək müqavilələrinin müddətsiz bağlanmış hesab edilməsi, işə bərpa və iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində təmin edilməlidir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin, Azərbaycan Respublikası Konstitus iyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarı, Əmək Məcəlləsinin 45, 47, 56, 73, 74-cü maddələri, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh təşkilat apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz razılığı ilə işəgötürənlə müqavilə bağlamışdır. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əhəmiyyət verməmiş və yanlış nəticəyə gəlmişdir. İşə sədrlik edən hakim yalnız iddiaçın ın formal mülahizələrini əsas götürmüşdür. Müddətli əmək müqaviləsinin müddəti bitdikdə xitam verilir. Əmək Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət bitdikdə əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İddiaçı ilə əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixində bitmişdir, həmin müqaviləyə xx.xx.2023-cü il tarixində xitam verilmişdir, göründüyü kimi 1 həftəlik tələbi nəzərə alınmışdır.
23. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək, bildirmişdir ki, 18 yanvar 2006-cı il tarixindən Əmlak Məsələləri Dövlət Komitəsi, Hərracların Təşkili üzrə Auksion Mərkəzi, İşlər sektorunda aparıcı məsləhətçi vəzifəsinə qəbul olunmuşdur. Həmin tarixdən etibarən eyni işi yerinə yetirmişdir. Lakin onunla olan müddətsiz əmək müqaviləsi əsassız olaraq müddətli əmək müqaviləsi ilə əvəz edilmişdir. Həmin müqavilə bağlanan zaman isə müqavilənin mətni ilə tanış edilməmiş və müqavilə aldatma yolu ilə bağlanmışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4018/2024 nömrəli, 9 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – X5 (sədrlik edən və məruzəçi), X10 və X3 ibarət tərkibdə) cavabdehin apelyasiya şikayətini təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hiss ədə dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı 2006-cı ildən fasiləsiz olaraq eyni müəssisədə, eyni yerdə, eyni işi gördüyündən və iddiaçının gördüyü işin xarakteri Əmək Məcələsinin 47-ci maddəsində sadalanan hallara aid olmadığından, onunla müddətli əmək müqaviləsinin bağlanması iddiaçının iradəsinə uyğun olmamaqla qanunvericiliyin tələblərinə zidd olmuşdur.
26. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixində qeyd etdiyi müəssisənin idarə heyətinin sədri Emin Rəsulov bu vəzifəyə təyin olunduqdan sonra onu sıxışdırmağa başlayıb. Emin Rəsulov onu öz iş otağına çağıraraq onunla işləyə bilməyəcəyini bildirərək könüllü öz ərizəsini yazaraq işdən getm əsini tələb etmişdir. O, bununla razılaşmamışdır. Bundan sonra Emin Rəsulov müddətli əmək müqaviləsi variantına keçərək 1 aylıq əmək müqaviləsi bağlamış və sonradan müqavilənin bitməsini əsas gətirərək 16 il 7 ay çalışdığı müəssisədən uzaqlaşdırmışdır.
27. Bu baxımdan, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqe də hazırkı işin faktiki halları baxımından olduqca əhəmiyyətlidir. Həmin Qərarda xüsusi olaraq vurğulanmışdır ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən tərəflərin münasibətlərinin həqiqi x arakteri müəyyən edilməli, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olubolmamasına diqqət edilməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin halları və tərəflərin dəlilləri hərtərəfli araşdırılmalıdır.
28. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, oxşar iddia tələbləri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi də eyni olmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir, qeyd olunan hissəyə dair cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmuşdur.
29. Hazırkı işin faktiki hallarından məlum olmuşdur ki, iddiaçı 2006-cı ildən fasiləsiz olaraq eyni müəssisədə, eyni yerdə, eyni işi gördüyündən və iddiaçının gördüyü işin xarakteri Əmək Məcələsinin 47-ci maddəsində sadalanan hallara aid olmadığından, onunla müddətli əmək müqaviləsinin bağlanması iddiaçının iradəsinə uyğun olmamaqla qanunvericiliyin tələblərinə zidd olmuşdur.
30. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 45, 47, 59, 73, 74, 68, 296, 300-ci maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə uyğun əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayət inin dəlilləri
31. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2(103)-4018/2024 nömrəli, 9 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası maddi hüquq normalarının pozulmasına yol verərək nəzərə almamışdır ki, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, hazırkı işdə müqavilənin müddətli bağlanması üçün nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Halbuki, hazırkı iş üzrə tərəflərin qarşılıqlı razılığı olduğundan əmək müqaviləsi müddətli bağlanmışdır. Əgər tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməmişdirsə, iddiaçı müddətli əmək müqaviləsini n bağlanması ilə bağlı müxtəlif instansiyalara şikayət ərizələri ünvanlamış olardı, bu isə baş verməmişdir, deməli tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilmişdir. Bununla yanaşı məhkəmə kollegiyasının özünün də istinad etdiyi kimi, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva edir.
33. Bundan başqa, qərarda qeyd edilmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niy yətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Hazırkı halda isə, digər işçilərlə də müddətli əmək müqavilələri bağlanmışdır, lakin məhkəmə kollegiyası göstərilən halı araşdırmamış və digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına diqqət yetirməmişdir.
34. Məhkəmə kollegiyası maddi hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, istinad olunan maddi hüquq normasına əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Hazırkı iş üzrə isə iddiaçının əmək müqaviləsinin müddəti 7 avqust 2023-cü il tarixində bitmiş, həmin müqaviləyə 7 avqust 2023-cü il tarixində, yəni əmək müqaviləsinin müddətinin bitdiyi tarixdə xitam verilmişdir, deməli tərəfindən əmək qanunvericiliyinin 1 həftəlik tələbinə tam riayət edilmişdir. Belə olan halda isə məhkəmə kollegiyası iddianı rədd etmək əvəzinə əsassız və qanunsuz qətnamə çıxarmışdır.
35. Kassasiya şikayəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci, 45.4cü, 47-ci maddəsinin “f” bəndi, 73-cü maddəsinin 1-ci hissəsi, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinin pozulmasına əsaslanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikas ının Əmək Məcəlləsi
37. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
38. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
39. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
40. Maddə 47 (bənd “f”). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanıla bilər.
41. Maddə 68.1. Əmək müqav iləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
42. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
43. Maddə 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.
44. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
45. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
46. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci madd əsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarı Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlər indən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayəti dəlilləri üzrə qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
59. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün fakt iki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
60. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ve rmir.
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2024-cü il tarixli 2(103)4018/2024 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.