Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3634/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3634/22 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, maddi və mənəvi zərərin ödənilməsi) Bakı şəhəri 13 sentyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı əmrlərin ləğv edilməsi, iş bərpa, maddi və mənəvi əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-943/2022 nömrəli, 25 yanvar 202 2-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X1” MMC-nin (bundan sonra - cavabdeh) İddiaçı (bundan sonra – iddiaçı) ilə 28 fevral 2020-ci il tarixdə ““menecer-maliyyə” vəzifəsinə təyin edilməsi barədə əmək müqaviləsi bağlanmış, xx.xx.2020-ci il tarixli, X04-11-20 nömrəli əmri ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndinə əsasən xitam verilmişdir.
2. Cavabdeh müəssisə tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli akta əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müəssisənin reklam sahəsi üzrə meneceri İddiaçı naməlum səbəbdən işə gəlməmiş və b u barədə müəssisə rəhbərinə məlumat verməmişdir. Dəfələrlə müəssisənin məsul işçiləri tərəfindən İddiaçı ilə əlaqə saxlanılsa da telefona cavab verilməmişdir. Bu səbəbdən müəssisə rəhbəri Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq qanunvericiliyinə əsasən işçi işə naməlum səbəbdən gəlmədiyi üçün həmin işçini işdən azad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2020-ci il tarixli, X04-11-20 saylı Əmrinin ləğv edilməsi; iddiaçının vəzifəsinə bərpa edilməsi, vəzifəsinə uyğun əmək şəraitinin bərpa edilməsi, həm xx.xx.2020-ci il tarixədək 2 250 manat məbləğdə 9 ayın əmək haqqının, həm də əmrdən sonra işə bərpa olunanadək məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi; 10 000 manat mənəvi və 130 manat maddi (vəkil xərci 100 manat + 30 manat məhkəməyə müraciət etmək üçün dövlət rüsumu) zərərin cavabdeh tərəfindən ona ödənilməsi; Məzuniyyət hüququnun bərpa edilməsi, ona işə bərpa olunan kimi məzuniyyətə görə kompensasiya verilməsinin cavabdehə tapşırılması; cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192 və 193-cü maddələrində qeyd edilən inzibati xətalar törədilməsi ilə bağlı hüquqi tədbirlərin görülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, əmr qanunsuz və əsassızdır. Əmrdə heç bir izah və əsaslandırma olmadan yalnız Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndinə istinad olmuşdur. 28 fevral 2020-ci il tarixdən ayl ıq əmək haqqı 250 manat olmaqla "menecer- maliyyə" vəzifəsində işləmiş, lakin, xx.xx.2020-ci il tarixdə heç bir rəsmi xəbərdarlıq edilmədən qanunsuz olaraq birtərəfli qaydada xitam verilmişdir. Məlumatı "e-sosial" saytında olan şəxsi kabinetindən əldə edib. İşdən çıxarılan zaman iddiaçı və ailə üzvləri Covid-19 virusuna yoluxaraq, karantin şəraitində, həkim nəzarəti altında müalicə olunurdu. Buna dair məlumatı telefon vasitəsi ilə işəgötürənə bildirmiş, həmçinin e-təbib portalında da qeydiyyata alınmışdır. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmr, əmək müqaviləsi və əmək kitabçası iddiaçıya təqdim edilməyib. İşlədiyi dövrdə iddiaçıya nə əmək haqqı, nə də ki, əmək haqqına dair nağdsız ödənilməyə dair plastik kart verilməyib. Həmçinin işlədiyi dövrdə qanunla müəyy ən edilmiş məzuniyyət, yaxud da onun əvəzinə verilməli olan haqq iddiaçıya verilməyib. Bununla da qanunvericilik pozulmuşdur. Qeyd olunan əmək hüquqlarının pozulması ilə əlaqədar dəfələrlə Əmək Müfəttişliyinə və digər dövlət orqanlarına müraciət etsə də, heç bir tədbir görülməmişdir. Hesab edir ki, qanunsuz əmrin ləğv edilməsi ilə yanaşı həm xx.xx.2020-ci il tarixədək ayda 250 manat olmaqla, 9 ayın əmək haqqısı - 2 250 manat məbləğində, həm də əmrdən sonra işə bərpa olunanadək (məhkəmə qərarına əsasən) məcburi iş buraxmaya görə bütün aylar üzrə əmək haqqı müəssisə tərəfindən iddiaçıya ödənilməlidir. Bundan başqa, işlədiyi dövrdə onun məzuniyyət hüququ da pozulub. Belə ki, iddiaçıya əmək məzuniyyəti verilməmişdir.
5. İddiaçı hesab etmişdir ki, onun məzuniyyət hüququ da bərpa edilməli və işə bərpa edildikdən sonra iddiaçıya məzuniyyət əvəzi kompensasiya verilməlidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o 8 aydır ki, işindən ayrılıb, cavabdehin qanunsuz və əsassız əmri onun şok keçirməsinə səbəb oldu, arzu olunmaz vəziyyətə düşdü. Bu məlumat cəmiyyət, kollektiv və onu tanıyan digər şəxslər (qohumlar, dostlar) arasında iddiaçının barəsində mənfi rəy yaratmış, iddiaçının şərəf və ləyaqətini ləkələmişdir. Eyni zamanda bu zaman kəsiyində iddiaçıya müxtəlif yerlərdən işləmək təklifləri edilib, lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı həmin təklifləri qəbul edə bilməmişdir. Bütün bunlar iddiaçıya mənəvi iztirablar vermiş və psixoloji sarsıntı keçirib. Bu səbəbdən cavabdehdən əlavə olaraq 10 000 manat mənəvi zərər tələb edir. Həmçinin hüquqi yardımın göstəril məsi üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosuna 100 manat (vəkil orderi və mədaxil qəbzi əlavə edilir) və məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəyib, bu pullar da cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır.
6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, bu ərizəni (əlavəni) ilkin iddia ərizəsinin tərkib hissəsi kimi qəbul edilməsi, iddia ərizəsinin "xahiş edirəm" hissəsinin 1-ci bəndini cavabdehin xx.xx.2020-ci il tarixli, X04-1120 saylı və xx.xx.2020-ci il tarixli, 17/20 saylı Əmrlərinin ləğv edilməsi kimi qəbul edib qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə baxışında cavabdehin nümayəndəsi cavabdehin xx.xx.2020-ci il tarixli, 17/20 saylı əmrini məhkəməyə təqdim edərək cəmiyyət tərəfin dən qəbul edilmiş və nazirliyin elektron sisteminə əlavə edilmiş və bu günə qədər də orda olan xx.xx.2020-ci il tarixli, X04-11-20 saylı Əmrinin texniki səhv nəticəsində verildiyini bildirmişdir. Bununla cavabdeh onun tərəfindən yol verilmiş hərəkətlərin qanunsuz və əsassız olduğunu qəbul etmiş və faktiki olaraq öz hərəkətlərinin yanlış olduğunu etiraf etmişdir. Lakin, bütün bunlara baxmayaraq iddiaçının guya iş buraxma əsası ilə işdən çıxarılmasına dair arxa tarixə saxta əmr tərtib edərək məhkəməni çaşdıracağına güman etmişdir. Belə bir halın baş verməsinin qarşısının alınması üçün "X1" MMC-nin sonradan tərtib edərək məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli, 17/20 saylı saxta əmri ləğv edilməlidir.
8. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "X1" MMC-nin nümayəndəsi və vəki li Vəkil2 iddia tələbini qəbul etməyərək, iddiaçının əmək və icra intizamını pozduğunu, belə ki heç bir üzrlü səbəb göstərmədən işə gəlmədiyini, bu səbəbdən də onunla əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verildiyini bildirmişdir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra–birinci instansiya məhkəməsi) e-2(005)-3556/2021 nömrəli iş üzrə 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia qismən təmin edilmiş, Cavabdeh MMC-nin X04-11-20 nömrəli, xx.xx.2020-ci il tarixli və 17/20 saylı, xx.xx.2020-ci il tarixli əmrləri ləğv edilmiş və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması, cavabdeh tərəfindən iddiaçıya 8 ay 12 gün müddəti üçün ödənilməmiş əmək haqqı, istifadə olunmamış məzuniyyətə görə məzuniyyət pulu və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisələndirilən ikinci əmr (17/20 saylı, xx.xx.2020-ci il tarixli) də əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, sadəcə “müəssisənin maliyyə menecerinin xx.xx.2020- ci il tarixli təqdimatını nəzərə alaraq və işçilərin imzası olmaqla tərtib edilmiş xx.xx.2020-ci il tarixli akta əsasən” ilə əsaslandırılmışdır. Lakin qeyd edildiyi kimi işçinin tutduğu vəzifədən konkret hansı əsasla azad edilməsi əsaslandırılmamış və Azərbaycan Respublikasının ƏM-nin konkret müddəası göstərilmədən, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş hansı öhdəliyin yerinə yetirilməməsi əks olunma mışdır. Qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək vəzifələrinin kobud şəkildə pozulması halı öz təsdiqini tapmadığından, Cavabdeh MMC ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi xitam verilməsi barədə X04-11-20 nömrəli, xx.xx.2020-ci il tarixli və 17/20 saylı, xx.xx.2020-ci il tarixli əmrləri qanuni hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əmrlər ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməli, həmçinin cavabdeh tərəfindən qəbul edilmiş X04-11-20 nömrəli, xx.xx.2020-ci il tarixli və 17/20 saylı, xx.xx.2020-ci il tarixli əmrlərin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yeri nə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir.
12. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, bir neçə məhkəmə iclası keçirilməsinə baxmayaraq cavabdeh MMC-nin nümayəndəsi işə götürəndə olan müvafiq haqq-hesab, maliyyə-uçot sənədlərinin təqdim edilməsini təmin etməmiş, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar m övcud deyil. Bu səbəbdən də məhkəmə iddia tələbinin “istifadə olunmamış məzuniyyətə görə kompensasiya” hissəsinə münasibətdə hesab edir ki, iddia tələbini əsaslıdır, məzuniyyət haqqının hesablanaraq iddiaçıya ödənilməsini qanunidir.
13. Məhkəmə iddia tələbinin “ödənilməmiş 9 aylıq əmək haqqı” hissəsinə münasibətdə isə qeyd etmişdir ki, cavabdeh iddiaçının 8 ay 12 üçün əmək haqqı ödəməmişdir. Habelə iddia tələbinin bu dəlilini təkzib edəcək sübutları da təqdim edə bilməmişdir.
14. Məhkəmə həmçinin iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anada ngəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konk ret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır.
15. Məhkəmə eyni zamanda iddiaçının cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192 və 193-cü maddələrində qeyd edilən inzibati xətalar törədilməsi ilə bağlı hüquqi tədbirlərin görülməsi barədə tələbinə münasibətdə qeyd edir ki, iddiaçı hüquqi nəticə etibarı ilə cavabdehlər barədə xüsusi qərardadın çıxarılmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir. Bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırki məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Mülki iş üzrə əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 38.7, Mülki Məcəllənin 1097, Əmək Məcəlləsinin 9,(d),10, 45. 68(a), 69.1, 70,70(ç), 71.2, 72, 76,76.2, 79, 83.1, 83.2, 113, 172.1, 174.1,178.1, 300, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 04 noyabr 2021-ci il tarixdən 16 noyabr 2021-ci il tarixədək (?) üzrlü səbəb olmadan işə gəlmədiyinə görə işdən azad olunmuş, lakin məhkəmə qanunsuz və əsassız qətnamə qəbul etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan son ra – apellyasiya instansiya məhkəməsi) 2(103)-943/22 nömrəli iş üzrə 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsi pozularkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 və 70-ci maddələrində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi əsasları pozulduğundan, birinci instansiya məhkəməsi əmək müqaviləsinə xitam verilməsi barədə əmrləri ləğv edib iddiaçının işə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanması barədə düzgün nəticəyə gəlmişdir.
21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, İddiaçı işlədiyi Cavabdeh MMC-də məzuniyyətdən istifadə hüququ yaransa da, bu hüquqdan istifadə edə bilməmiş və iddiaçıya istifadə olunmamış məzuniyyətə görə məzuniyyət pulu ödənilməli və iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticə apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
22. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəllənin 68, 69, 70,73,74,75, 79, 110, 131, 144, 155, Mülki Prosessual Məcəllə 77.1, maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər işə götürən əmək müqaviləsinin bu Məcəllənin 68. 69 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. İddiaçı xx.xx.2021 -ci il tarixdə xx.xx.2021-ci il tarixədək (özünün xəstəliyi, yaxın qohumunun xəstərənməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) heç bir səbəb görsətmədən işə gəlməmişdir. İddiaçı 12 gün işdə olmaması və onun görəcək işlərin görülməməsi nəticəsində, işlərin görülməsində yubanmalar olmuşdur, buna görə də Cavabdeh MMC-yə maddi ziyan dəymişdir.Hal-hazıradək də nə məhkəmə iclasında, nə də X1” MMC-yə həmin vaxtlarda xəstə olduğu barədə heç bir arayış təqdim etməmişdir. Buna görə də İddiaçı tutduğu vəzifədən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi qətnamədə göstərmişdir ki, işdən çıxarılma barədə əmr əsaslandırılmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şi kayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
26. Maddə 68. 2-ci bənd Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
27. Maddə 110-cu maddəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər...İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.
28. Maddə 131-ci maddəsinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.
29. Maddə 144-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsası ndan asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
30. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddən in ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiy ası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır
35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
36. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
37. Maddə 418.3. Prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətin də qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir. İddia tələbi işə bərpa barədədir. İddiaçı məhkəmə baxışında cavabdehin nümayəndəsi "X1" MMC-nin xx.xx.202 0-ci il tarixli, 17/20 saylı əmrini məhkəməyə təqdim edərək cəmiyyət tərəfindən qəbul edilmiş və nazirliyin elektron sisteminə əlavə edilmiş və bu günə qədər də orda olan xx.xx.2020-ci il tarixli, X04-11-20 saylı Əmrinin texniki səhv nəticəsində verildiyini bildirmişdir. Bununla cavabdeh onun tərəfindən yol verilmiş hərəkətlərin qanunsuz və əsassız olduğunu qəbul etmiş və faktiki olaraq öz hərəkətlərinin yanlış olduğunu etiraf etmişdir. Lakin, bütün bunlara baxmayaraq iddiaçının guya iş buraxma əsası ilə işdən çıxarılmasına dair arxa tarixə saxta əmr tərtib edərək məhkəməni çaşdıracağına güman etmişdir. Belə bir halın baş verməsinin qarşısının alınması üçün "X1" MMC-nin sonradan tərtib edərək məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli, 17/20 saylı saxta əmr olmasına istinad etmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi kassasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, kassasiya məhkəməsinin hazırki iş üzrə birinci qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
43. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi və iddiaçının apellyasiya şikayəti ilə bağlı hazırki qərarında əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və bu səbəbdən həmin qərarda əks edilənləri təkrar etməyə zərurət görmür.
44. Məhkəmə kollegiyası qey d olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehn kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-943/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.