Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3636/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maneənin aradan qaldırılması ) 17.06.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-55/2021 nömrəli, 15 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu, Xırdalan qəsəbəsi 24-cü məhəllədə yerləşən 2/7 saylı fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi, ümumi sahəsi 0,0292 ha olan torpaq sahəsi mülkiyyəti hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı qonşu evdə yaşayan cavabdehin onun su hovuzunu zəbt etməsi, hovuzun üzərindəki beton örtüyün üstünə özünə məxsus müxtəlif əşyaları yıgaraq oranı xarabaxanaya çevirməsi, özünə məxsus əmlakdan istifadə etməyinə imkan verməməsinə, evinin divarına bitişik mişar daşlardan hörülmüş pilləkən quraşdırmasına, həmin pilləkəndən istifadə etməklə onun hovuzunun üzərinə yol açmasına istinad edərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qar şı ünvan 1 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşən hovuzdan Cavabdeh və onun ailə üzvlərinin istifadəsinə son qoyulsun, Cavabdeh tərəfindən ona əmlakından istifadə etməyə yaradılan maneələr aradan qaldırılması, İddiaçı məxsus hovuzun üzərindən cavabdehə məxsus əşyalar çıxarılması və hovuz iddiaçıya qaytarılması, Cavabdeh tərəfindən qanunsuz tikilmiş pilləkən və çardağın sökülməsi, iddiaçının mülkiyyətində olan evin divarının dibinə basdırılmış boru dirəklər və evin divarına quraşdırılmış cavabdehə məxsus dəmir qapının sökülməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır: Abşeron rayonu, Xırdalan qəsəbəsi 24-cü məhəllədə yerləşən 2/7 saylı fər di yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi, ümumi sahəsi 0,0292 ha olan torpaq sahəsi mülkiyyəti hüququ ilə ona məxsusdur. Qonşuluqda yaşayan cavabdeh onun əmlak hüquqlarına müdaxilə edir, mülkiyyət hüquqlarından sərbəst istifadə etməyə mane olur. Cavabdeh onun su hovuzunu zəbt etmiş və hovuzun üzərindəki beton örtüyün üstünə özünə məxsus müxtəlif əşyaları yıgaraq oranı xarabaxanaya çevirmiş, ona məxsus bu əmlakdan istifadə etməyinə imkan vermir. Bundan əlavə cavabdeh onun evinin divarına bitişik mişar daşlardan hörülmüş pilləkən quraşdırmış, həmin pilləkəndən istifadə etməklə onun hovuzunun üzərinə yol açıb ondan istifadə edir. Bundan əlavə cavabdeh onun iradəsinə zidd olaraq evinin pəncələrinin düz qarşısında betonla bərkidilən dəmir boru dirəkləri basdırmış, asma üzüm çardağı qur aşdırmış və çardagın bir tərəfinin onun evinin divarının üst hissəsinə bağlamışdır. Göstərilən pilləkənin və üzüm çardağının qanunsuz quraşdırılması nəticəsində atmosfer suları onun evinin divarına ağır və bu suların divara hopması nəticəsində yaşadığı otaqların bütün divarları nəmişlənir, rütübətdən oboy və boyalar divardan qopur. Bundan əlavə divarların nəmişli vəziyyətdə olması onun və ailə üzvlərinin revmatizm və digər xəstəliklərə düçür olmasına səbəb olur. Həmçinin cavabdeh özbaşınalıq edərək ona məxsus evin künc divarına bitişik qanunsuz qapı quraşdırmış, evin yan tərəfinə yolunu tamam bağlamışdır. Bu hərəkətləri ilə özünə aid olmayan küçəyə qanunsuz olaraq ikinci giriş-çıxış qapısı açmış, onun yolunu kəsmiş, əmlakından sərbəst istifadə etmək imkanlarını məhdudlaşdırmışdır. Halbuki cavabdehin giriş-çıxış qapısı texniki plana əsasən Q.Qarayev küçəsinə çıxır.
4. Abşeron Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ş.Nəcəfova) iddianın təmin olunması, ünvan 1 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşən hovuzdan Cavabdeh və onun ailə üzvlərinin istifadəsinə son qoyulması, Cavabdeh tərəfindən ona əmlakından istifadə etməyə yaradılan maneələrin aradan qaldırılması, İddiaçı məxsus hovuzun üzərindən cavabdehə məxsus əşyaların çıxarılması və hovuzun iddiaçıya qaytarılması, Cavabdeh tərəfindən qanunsuz tikilmiş pilləkən və çardağın sökülməsi, iddiaçının mülkiyyətində olan evin divarının dibinə basdırılmış boru dirəklər və evin divarına quraşdırılmış cavabdehə məxsus dəmir qapının sökülməsi, iddiaçı tərəfindən ödənilmiş 30 man at dövlət rüsumunun Cavabdeh tutulması qət edilmişdir.
5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; “İnsan hüquqları haqqında Ümumi Bəyannamə ” nin 17; Mülki Məcəlləsinin 6, 152, 157.2, 164; Torpaq Məcəlləsinin 111.1-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən X3 apellyasiya şikayəti vermişdir.
7. Apelyasiya icraatı zamanı məlum olmuşdur ki, tələbin yönəldiyi şəxs, yəni qonşuluqdakı evin mülkiyyətçisi X2r. Ona görə həmin icraatda cavabdeh əsl cavabdeh X3 ilə əvəz edilmişdir. Eyni zamanda həmin icraat zamanı Cavabdeh vəfat etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-55/2021 nömrəli, 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- G.Tağızadə (sərlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) Cavabdeh X1 apellyasiya şikayəti təmin edilmiş; Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 04 yanvar 2019-cu il tarixli 2(012)87/2019 saylı qətnaməsi ləğv edilmiş; İddiaçı maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmişdir.
9. Apelyasiya instansiyası məhkəməsi qətnamənin hüquqi əsas kimi Azərbaycan Respublikasının Konstitusiyasının 29; Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3; Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə istinad etmişdir.
10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv edilmə sini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Həmçinin apelyasiya icraatı zamanı o, cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməmiş, iş üzrə növbəti ekspertiza onun məlumatı və iştirakı olmadan keçirilmiş, son məhkəmə iclasında iştirakı təmin olunmamış, lüzumsuz ekspertiza təyin edilmiş və ekspertiza xərcləri əsassız olaraq ondan tutulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
15. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
16. Maddə -
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə - 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan ist ifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə - 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Maddə - 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
20. Maddə -
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
21. Maddə -
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə - 14.2. Məhkəmə yalnız tərəflərin t əqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə -
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sü butlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
27. Əvvəla, cavabdehin əsl cavabdehlə əvəz olunmasına iddiaçının razılığının olmaması ilə bağlı qeyd edilir ki, Apelyasiya Məhkəməsi müəyyən etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Q.Qarayev küçəsi 23 saylı ev S.V.İbrahimovanın xüsusi mülkiyyətindədir. Ona görə iddiaçıya cavabdehi əsl cavabdehlə əvəz edilməsi təklif edilmiş və işdə olan (mülki iş səhifə 143) iddiaçının ərizəsindən görünür ki, iddiaçı məhkəməyə ərizə yazaraq cavabdehin əsl cavabdeh X3 ilə əvəz edilməsini xahiş etmiş və məhkəmə MPM-n in 54-cü maddəsinə uyğun olaraq əsl olmayan tərəfi iddiaçının razılığı ilə əsl tərflə əvəz etmişdir.
28. Ona görə kassatorun əsl cavabdehin əvəz edilməsinə razılıq verməməsinə dair dəlili keçərli deyil.
29. İşin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə bağlı: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 noyabr 2020-ci il tarixli 10/2537 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin Bakı LTİ-nin mühəndisi tərtib etdiyi mütəxəssis rəyin əsasən, iddiaçı Ə.Ə.Agayevanın ********** qeydiyyat nömrəli 05 avqust 2017-ci il qeydiyyat tarixli Azərbaycan Respublikası ƏDMK-i yanında DƏDRX-nin HDQ-ı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi ümumi sahəsi 0.0 292 ha olan torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində iddiaçıya məxsus yaşayış evi mövcuddur. Həmin torpaq sahəsində cavabdeh S.V.Mbrahimova tərəfindən tikinti işi aparılmamışdır. Cavabdeh S.V.İbrahimova tərəfindən aparılan tikililər iddiaçı Ə.Ə.Agayevaya məxsus ümumi sahəsi 0.0292 ha olan torpaq sahəsinə düşmür. Cavabdeh S.V.İbrahimova tərəfindən özünə məxsus olan həyətdə inşa edilmiş pilləkən iddiaçıya hər hansı bir maneə törətmir. Cavabdeh S.V.İbrahimova tərəfindən özünə aid olmayan küçəyə ikinci giriş qapı açmışdır, lakin həmin qapının açılması iddiaçının yolunu kəsmir. Cavabdeh S.V.İbrahimovanın həyətində digər qapı mövcuddur. Həmin qapının (və ya darvaza) iddiaçının yaşayış evinin yerləşdiyi küçəyə açılır, həmin yolun açılması iddiaçı Ə.Agayevaya əmlakınd an istifadə imkanlarını məhdudlaşdırmır.
30. İddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə cavabdeh tərəfindən hər hansı maneənin olması məhkəmə instansiyasında sübuta yetirilməmişdir. İddiaçının tələbində göstərdiyi hallar onun mülkiyyət hüquqlarının pozulması və öz əmlakı üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi nəticəsinə gəlinməmişdir.
31. Ekspert rəyinin sübut kimi götürülməməsi ilə bağlı dəlil keçərli deyil. Ekspert rəyi xüsusi biliyə malik olan mütəxəssis tərəfindən verilmişdir. Həmin rəyi şübhə altına alan hallar aşkar edilmədikdə onlar sübut kimi əhəmiyyətə malikdirlər. Məhkəmə ekspert rəyini digər sübutlarla birlikdə qiymətləndirir. Nə qədər ki, iddiaçı tərəf həmin rəyin həqiqiliyini şübhə altına alan sübutlar təqdim etməmişdir və məhkəmə gedişi zamanı da belə hallar aşkar edilməmişdir, məhkəmələr onu mübahisənin həllində əhəmiyyət kəsb edən subüt kimi dəyərləndirməkdə haqlı olmuşlar.
32. Eyni zamanda işin 154-cü səhifəsində olan məhkəmə iclas protokolundan görünür ki, iş üzrə tikinti-texniki ekspertiza iddiaçının özünün iştirakı ilə təyin edilmiş, həmin iclasda ekspert qarşısında qoyulan suallar müəyyən edilmişdir. Ona görə ekspertizanın onun məlumatı olmadan keçirilməsi ilə bağlı dəlillər də qəbul edilmir.
33. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. İşkin faktiki hallarının ətraflı araşdırılmaması ilə bağlı qeyd olunur ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır.
35. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-55/2021 nömrəli, 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə