Məhkəmə qərarları › İş №2(102)-3637/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3637/2024

19.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3637/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2946/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh MTK (b undan sonra – cavabdeh və ya MTK) arasında bağlanmış xx.xx.2019-cu il tarixli Müqaviləyə əsasən, iddiaçı Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə, 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın tikintisini MTK-ya həvalə etmiş və Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə, 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzilin (bundan sonra – mübahisəli mənzil) hər 1 kv.m üçün 591 manat, cəmi 116,000 manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürmüş və ona mənzilin dəyərinin tam ödənilməsinə və MTK-ya heç bir borcu olmamasına dair maliyyə arayışı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı məhkəməyə müraciət edərək, mübahisəli mənzilin idd iaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və sahiblik hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçının cavabdehə heç bir borcu qalmamasına baxmayaraq, cavabdehə mənzilin sahiblik və istifadəsinə verilməsi ilə bağlı iddiaçı tərəfindən müraciət edilmiş, lakin müsbət cavab alınmamışdır.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(009)-367/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin edilmişdir.

5. Məhkəmənin öz mövqeyini iş materiallarına istinadən belə əsaslandırmışdır ki, məhkəmədə araşdırılmış sübutlar a əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçıdan sifarişini aldığı mənzili iddiaçıya vermək öhdəliyinin daşıyıcısı olmuşdur. İddiaçı öz üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə öhdəliklərini tam icra etməkdən yayınaraq, müqavilə ilə şərtləndirilmiş qaydalara əməl etmir. Buna görə də, iddiaçının müqavilə ilə şərtləndirilmiş mənzilin ona təhvil verilməsini cavabdehdən tələb etməsi tam əsaslıdır.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1, 399.1, 405.1, 407.2, 421.1, 421.2, 422.2, 425.1, 426.2.1, 442, 448.1, 452.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə hüquq və maraqlarına toxunulan şəxs Maraqlı şəxs (bundan sonra – maraqlı şəxs) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya belə əsaslandırılmışdır ki, mübahisəli mənzil maraqlı şəxsin mülkiyyətindədir. Belə ki, maraqlı şəxs mübahisəli mənzilin sahibi və istifadəçisidir. Bu sahiblik və istifadə hüququ xx.xx.2018-ci il tarixli, müqavilə əsasında qeydə alınmışdır. Birinci instansiya məhkəməsinin iş üzrə olan hazırkı qətnaməsi maraqlı şəxsin qanunla qorunan gözlənilən mülkiyyət hüququnu pozmuşdur. Həmin müqavilə mənzilin gözlənilən mülkiyyət hüququ ilə maraqlı şəxsə aid olduğunu birbaşa təsdiq etməkdədir. Qeyd olunmuşdur ki, mübahisəli mənzilə dair iddiaçı ilə cavabdeh arasındakı müqavilə xx.xx.2019-cu il tarixdə, yəni maraqlı şəxslə bağlanmış müqavilədən təxminən 5 ay sonra bağlanmışdır. Göründüyü kimi mübahisəli mənzil ilkin olaraq maraqlı şəxsə satılmışdır və 2018-ci ildən hal-hazıra kimi də sonuncunun istifadəsindədir. Maraqlı şəxs X4 ilə mübahisəli mənzilin alqı-satqısına dair 2019-cu ilin aprel ayında razılığa gəlmiş, mənzilin dəyərini 196.000 manata razılaşdırmış, maraqlı şəxsin Samirə olan 24.000 manat borcu çıxılmış, Samirin maraqlı şəxsə 172.000 manat borcu qalmışdır. Mənzil Samirin qayınatası olan iddiaçının adına rəsmiləşdirilmiş və MTK ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. Müqavilə bağlanandan iyirmi gün sonra Samir iddiaçı ilə birlikdə maraqlı şəxsə 80.000 manat pul ödəmişdir. Qalan 92.000 manat pulun 72.000 manatının əvəzinə Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsini verəcəklərini, qalan 20.000 manatı da tez zamanda ödəyəcəklərini vəd etmişlər. Lakin sonradan Novxanı kəndindəki torpağın sənədlərində problem yarandığından maraqlı şəxsin adına rəsmiləşdirilə bilməmiş, həminin iddiaçı ilə Samir arasında münasibətlər pozulmuş və pulun qalan hissəsini ödəməmişlər. Tərəflər arasındakı alğı-satqı baş tutmamış və maraqlı şəxs xx.xx.2019-cu il tarixdə aldığı 104.000 (80.000+24.000) manat pulu Samirə qaytarmış və Samir isə ona sənədləri və mənzilin açarlarını qeri qaytarmışdır.

9. Cavabdeh MTK-nın nümayəndəsi bildirmişdir ki, MTK tərəfindən mənzil maraqlı şəxsə satılmış, daha sonra sonuncunun özünün ərizəsi əsasında iddiaçının adına keçirilmişdir. İddiaçını tanımamış, yalnız məhkəmə iclasında görmüşdür. Mənzilə dair kommunal ödənişlər bu günə qədər maraqlı şəxs tərəfindən edilir.

10. Maraqlı şəxs və MTK arasında bağlanmış 25 dekabr 2018-ci il tarixli Müqaviləyə əsasən, maraqlı şəxs mübahisəli mənzilin hər 1 kv.m üçün 1000 manat, cəmi 196,100 manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürmüş və ona mənzilin dəyərinin tam ödənilməsinə və MTK-ya heç bir borcu olmamasına dair maliyyə arayışı verilmişdir. 11. xx.xx.2019-cu il tarixli “Mənzilin alğı-satqısına dair” Razılaşmaya əsasən, maraqlı şəxs mübahisəli mənzili 196.000 manat qiymətində dəyərləndirərək, X3 onun dediyi adamın adına vasitəsilə satmışdır. Həmin məbləğdən maraqlı şəxsin X3 olan 24.000 AZN borcu çıxıldıqdan sonra yerdə qalan 172.000 AZN pulu aşağıdakı qaydada ödəməyi öz öhdəsinə götürmüşdür: - 100.000 AZN pulu xx.xx.2019-cu ilədək X4 3 dəfəyə ödəməyi öz öhdəsinə götürür. - Qal an 72000 AZN pulun əvəzində Novxanı bağları ərazisində yerləşən 999C nömrəli bağın xx.xx.2005-ci il tarixli X1 adına olan 35681 saylı müqaviləyə əsasən 0.12 ha torpaq sahəsini faktiki X3 aid olduğunu bildirir və həmin ünvana çıxarış, texpasport almaqla xx.xx.2019-cu il tarixində maraqlı şəxsin adına alğı-satqı yolu ilə rəsmiləşdirir. 12. xx.xx.2019-cu il tarixli “Mənzilin alğı-satqısına dair” Əlavə Razılaşmaya əsasən, maraqlı şəxs mübahisəli mənzili əvvəlcədən razılaşdırılmış qiymətə, yəni 176.000 AZN qiymətində dəyərləndirərək, iddiaçıya MTK vasitəsilə satmışdır. Həmin məbləğdən maraqlı şəxsin iddaçıya olan 24.000 AZN borcu çıxıldıqdan sonra yerdə qalan 152.000 AZN pulu sonuncuya aşağıdakı qaydada ödəməyi öz öhdəsinə götürmüşdür: - İddiaçı 80.000 manat pulu şahidlərin iştirakı ilə maraqlı şəxsə təhvil verdi. - Qalan 72000 AZN pulun əvəzində Novxanı bağları ərazisində yerləşən 999C nömrəli bağın xx.xx.2005-ci il tarixli X1 adına olan 35681 saylı müqaviləyə əsasən 0.12 ha torpaq sahəsini həmin ünvana çıxarış, texpasport almaqla xx.xx.2019-cu il tarixində maraqlı şəxsin adına alğı-satqı yolu ilə rəsmiləşdirir.

13. X4 maraqlı şəxsdən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə, 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzili 196.000 manata almaqla öz adına deyil, qayınatası olan iddiaçının adına rəsmiləşdirdiyinə, lakin xx.xx.2019-cu il tarixli “Mənzilin alğı-satqısına dair” Əlavə Razılaşmaya əsasən iddiaçı üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə, bu səbəbdən tərəflər arasında fakt iki alğı-satqı baş tutmadığına görə o, mübahisəli mənzilə dair sənədləri və mənzilin açarlarını şahidlərin iştirakı ilə maraqlı şəxsə verdiyinə, həmçinin maraqlı şəxsin ona 104.000 manat pulu qaytardığına dair xx.xx.2019cu il tarixli Qəbz yazmışdır. Qəbzdə həmçinin qeyd edilmişdir ki, mübahisəli mənzil iddiaçının adına rəsmiləşdirildiyindən X4 iddiaçının adından həmin mənzilin alğı-satqısına dair imtina ərizəsi alaraq notariusun təsdiqi ilə maraqlı şəxsə qaytarmağı öhdəsinə götürmüş, habelə gələcəkdə də maraqlı şəxsə qarşı heç bir iddia tələbinin olmayacağını qeyd etmişdir (1-ci cild, səhifə 201).

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 12 iyun 2024-cü il tarixli, 2(103)-2946/2024 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov – sədrlik edən və məruzəçi, M.A.Məmmədov və F.Ş.Talışınski) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh iddiaçıdan sifarişini aldığı mənzili iddiaçıya vermək öhdəliyinin daşıyıcısı olmuşdur. İddiaçı öz üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə öhdəliklərini tam icra etməkdən yayınaraq, müqavilə ilə şərtləndirilmiş qaydalara əməl etməmişdir. Buna görə də, iddiaçının müqavilə ilə şərtləndirilmiş mənzilin ona təhvil verilməsini cavabdehdən tələb etməsi tam əsaslıdır.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab etmişdir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Belə ki, maraql ı şəxs şikayətində mübahisəli mənzilə dair onun gözlənilən mülkiyyəti hüququnu olduğunu qeyd etsə də, iş materialları ilə bu hal tam təkzib olunur. Belə ki, iş materiallarına əlavə edilmiş maraqlı şəxs ilə MTK arasında bağlanmış 25 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzilin ona satıldığı və onun tərəfindən ödənişlər edilməklə müvafiq maliyyə arayışı da verildiyi təsdiq edilsə də, apellyasiya icraatı zamanı vermiş olduğu izahatında qeyd etmişdir ki, məhz onun razılığı əsasında əsasında xx.xx.2019-cu il tarixdə iddiaçının adına rəsmiləşdirilmiş, daha sonra ərizə verərək, mübahisəli mənzilə dair iddiası olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir.

17. Göründüyü kimi, mübahisəli mənzilə dair razılaşdırılmış məbləğ iddiaçı tərəfindən ödənilməklə satın alındığından cavabdehin mübahisəli mənzilə dair hər hansı gözlənilən mülkiyyət hüququndan söhbət gedə bilməz.

18. Maraqlı şəxs apellyasiya şikayətində həmçinin X4 ilə mübahisəli mənzilin alqısatqısının baş tutmadığını, xx.xx.2019-cu il tarixdə aldığı 104.000 (80.000+24.000) manat pulu Samirə qaytardığını qeyd etsə də, kollegiya şikayətin qeyd edilən dəlillərini də əsassız hesab etmişdir. Belə ki, maraqlı şəxsin mübahisəli mənzilə dair razılaşması hazırkı iş üzrə iddiaçı arasında olmuş və ödənilmiş pullar da sonuncu tərəfindən məhz maraqlı şəxsə ödənilmişdir. X2 mənzilə dair hər hansı hüququ olmamışdır.

19. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 386.1, 399.1, 405.1, 407.2, 421.1, 421.2, 422.2, 425.1, 425.2.1, 426.2.1, 442, 448.1, 452.1-ci maddələrinə istinadən əsa slandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Maraqlı şəxs (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti belə əsaslandırılmış ki, mübahisəli mənzilin alqı-satqısına dair iddiaçı ilə maraqlı şəxs arasındakı razılaşma nisyə alğı-satqı razılaşması olmuş, razılaşdırılan məbləğ tam ödəndikdən sonra maraqlı şəxs öz həyat yoldaşının razılıq ərizəsini də təqdim edəcəyini bildirmişdir, lakin razılaşdırılan məbləğ tam ödənmədiyindən tərəflər arasındakı nisyə alqı-satqı baş tutmamış, maraqlı şəxs aldığı məbləği geri qaytarsa da, iddiaçı müqavilənin ləğvi ilə bağlı ərizəni MTK-ya təqdim etməmişdir. Bu səbəblə də, m araqlı şəxsin həyat yoldaşının razılıq ərizəsi olmamışdır. Bu hal məhkəmə kollegiyasının nəzərinə çatdırılsa da, lakin məhkəmə kollegiyası bu halı nəzərə almamışdır.

22. Bundan əlavə, maraqlı şəxs mübahisəli mənzilin nisyə alqı-satqısını iddiaçının yeznəsi Samir Babayevlə razılaşmış, iddiaçını ümumiyyətlə tanımamış, bütün sövdələşmələri Samirlə etmişdir. Samir isə polis əməkdaşı olduğundan mənzili öz adına deyil qayınatası, hazırkı iş üzrə iddiaçının adına rəsmiləşdirəcəyini bildirmişdir, maraqlı şəxs buna etiraz etməmiş və Samiri tanıyacağını bildirmişdir. Bu halı məhkəmə iclasında izahat verən cavabdeh MTK-nın nümayəndəsi Abduləzimov Araz da birbaşa təsdiq etmiş, iddiaçını ümumiyyətlə görmədiyini və tanımadığını, ilk dəfə məhkəmədə gördüyünü bildirmiş, həmçinin mənzilin iddiaçının adın a rəsmiləşdirilməsi zamanı da iddiaçının iştirak etmədiyini, iddiaçı tərəfindən MTK-ya hər hansı məbləğdə pul ödəmədiyini bildirmişdir. Yenə də işin hallarından da göründüyü kimi maraqlı şəxsə S.Babayev tərəfindən pulun qalan hissəsini ödənilməmiş, nəticədə aralarındakı razılaşma pozulmuşdur, maraqlı şəxs aldığı 84.000 manatı S.Babayevə geri qaytarmış, S.Babayev müqavilənin ləğv edilməsi ilə bağlı MTK-ya ərizə verəcəyinə söz versə də, lakin qayınatası ilə münasibətlərinin pozulduğunu bəhanə edərək həmin ərizəni verməkdən imtina etmişdir. İşin bu halı məhkəmə iclasında kifayət qədər sübuta yetirilsə də, məhkəmə kollegiyası bu halı da nəzərə almamışdır.

23. Bundan əlavə, müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız əqddir. İşin hallarından açıq şəkildə göründüyü kimi mübahisə li mənzil maraqlı şəxs tərəfindən satın alınarkən nikahda olmuş və iddiaçının adına rəsmiləşdirilərkən həyat yoldaşının razılığı alınmamışdır.Həmçinin mənzilin tərəflər arasında razılaşdırılmış məbləği iddiaçı tərəfindən maraqlı şəxsə tam ödənilməmişdir, bu səbəblə də razılaşma ləğv olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətini rədd edərkən işin bu hallarını da nəzərə almamış, nəticədə göstərilən maddənin tələbini pozmuşdur.

24. Qeyd olunmuşdur ki, apellyasiya şikayətini əsaslandıran bütün sənədlər məhkəmə iclasında təqdim olunmuş, lakin məhkəmə kollegiyası heç birini nəzərə almamışdır. Belə ki, tərəfin iş üzrə ciddi əhəmiyyət kəsb edən şahidlərin dindirilməsi ilə bağlı vermiş olduğu vəsatət heç bir əsas olmadan təmin edilməmiş, cavabdeh MTK-nin nümayəndəsinin məhkəmə iclasında ve rmiş olduğu izahatı bilərəkdən təhrif edilmiş və iclas protokoluna səhv yazılmışdır. Qeyd edilməlidir ki, bu barədə protokola müvafiq qeyd də verilmişdir.

25. Odur ki, məhkəmələr tərəfləri yetərincə dinləməmiş, tərəflərin dəlillərini lazımınca araşdırmamış, sadəcə tərəflərin nümayəndələrinin vermiş olduqları izahatlarla kifayətlənmiş, maraqlı tərəfin sübutlarının araşdırılmasında, şahidlərinin dindirilməsində maraqlı olmamış, nəticədə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 381.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqav ilə olmalıdır.

30. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

31. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

32. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

33. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsur larla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istin ad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ara şdırması kimi qiymətləndirilməməlidir.

42. Kassasiya şikayətində qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı bağladığı mü qavilə əsasında həmin əqddən irəli gələn öhdliklərin icrasını Cavabdeh MTK-dan tələb etməkdə haqlıdır. Maraqlı şəxs şikayətində göstərdiyi Samir Babayevlə, eləcə də X5 Əkbərovla aralarındakı mübahisəli münasibətlər hazırkı iş üzrə iddiaçı və Cavabdeh MTK arasında yaranmış hüquq münasibətləri baxımından iddianın təmin olunmamasına əsas vermir.

45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Maraqlı şəxs dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

46. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

48. Ona görə də kassasiya şikayəti təmin olunmama lı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2946/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar