Məhkəmə qərarları › İş №2(102)-3638/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3638/2024

29.11.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3638/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: bağışlamaqdan imtina 29.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1546/2024 nömrəli, 6 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul et di. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil хüsusi mülkiyyət kimi xx.xx.1994-cü tarixdə İddiaçı аdınа qеydiyyаta alınmışdır.

2. İddiaçı xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 16 saylı notаriаt kontorundа rəsmiləşdirilmiş bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi ev 22, mənzil 7-də yerləşən, ümumi sahəsi 49,21 kv.m., yaşayış sahəsi 35 kv.m. olan iki otaqlı mənzilini qızı Cavabdeh bağışlamış, müqavilə tərəflərinə Mülki Məcəllənin 666-674-cü maddələrinin məzmunu izаh еdilmişdiг.

3. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi 22 saylı bina 2021-ci ilin may ayında sökülmüş, Cavabdeh həmin binadakı 7 saylı mənzilin əvəzinə ünvan 2, mənzil 100 (Yeni qaydalarla Az: 1040, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3) verilmişdir. 4. ünvan 2, mənzil 100 (Yeni qaydalarla Az: 1040, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3) Cavabdeh adına xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbi təmin olunmamış, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” barədə qarşılıqlı iddia tələbi təmin olunaraq, onun ünvan 2 ünvanında yerləşən 100 saylı mənzilə (Yeni qaydalarla Az: 1040, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3) köçürülməsi qət olunmuşdur.

6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunmuş, Cavabdeh tərəfindən İddiaçı 25 000 manat kompensasiya ödənilməklə onun ünvan 2 ünvanında yerləşən 100 saylı mənzildən (Yeni qaydalarla Az: 1040, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3) istifadə hüququna xitam verilməsi, kompensasiyanın ödənilməsi ilə mənzilə istifadə hüququna xitam verilmənin eyni vaxtda icra olunması, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinin təmin olunmamaması qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi Ali Məhkəmənin 27 dekabr 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

8. İddiaçı tərəfindən zorakılığa məruz qalması ilə bağlı Cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə qısamüddətli mühafizə orderi verilmişdir.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli qətnaməsi i lə, ünvan 2 ünvanında yerləşən 100 saylı mənzildə (Yeni qaydalarla Az: 1040, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3) qeydiyyatda olan Cavabdeh 180 gün müddətinə uzunmüddətli mühafizə orderinin verilməsi, İddiaçı ona qarşı məişət zorakılığının törədilməsinin qadağan olunması qət edilmişdir.

10. İddiaçı Cavabdeh döyərək xəsarət yetirdiyinə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmiş, həmin hökm Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə xx.xx.2013-cü il tarixdə bağladığı bağışlama müqaviləsinin etibarsız hesab o lunması, bağışladığı mənzil əsasında alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsi 139, M 11, m 2-də yerləşən evin ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia belə əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsi əsasında özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsi ev 22, mənzil 7-də yerləşən, ümumi sahəsi 49.21 kv.m., yaşayış sahəsi 35 kv. m. olan 2 otaqlı mənzili qızı olan cavabdehə bağışlamış, bağışlama zamanı qızı ona şifahi olaraq söz vermişdir ki, ömür boyu ona baxacaq, ehtiyaclarını qarşılayacaq, ona bir ata kimi qulluq edəcək. Sonradan həmin mənzil plana düşmüş, verilən pul əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Meh mandarov küçəsi 139, M 11, m 2-də yerləşən ev alınmışdır. Artıq 10 aydır ki, qızı onu evdən çıxararaq çöldə qoyub. Cavabdeh bir övlad kimi bağışlama müqaviləsi tərtib edilən zaman ona verdiyi şifahi vədini yerinə yetirməmişdir. Ümumi səbəblərdən İİ qrup əlildir, qalacaq yeri yoxdur. Odur ki, həmin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi zərurəti meydana gəlmişdir.

13. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmiş, etirazında aşağıdakıları göstərmişdir: “...İddiaçının yazdıqları yalan və böhtandır, iddiaçıya belə bir söz verməmişdir. Əksinə atası və anası həmin dövrdə ondаn özləri xahiş etmişlər ki, ölüm-itim dünyasıdır, o, dа ailənin yeganə övladıdır, gələcəkdə əziyyət çəkməsin deyə, ailə quran zaman adına artıq mənzil olsun deyə, həmin mənzili onа bağışlamışdır. Həmin dövrdə də mehriban olmuşar, o, həmişə ata, anasına baxmış, onların qayğısına qalmışdır. Anası da sağlığında atasına baxmışdır. Anası vəfat etdikdən sonra atası onunla birgə yaşamışdır. Atası onu döyənə qədər aralarında heç bir mübahisə olmamışdır. Hətta o, atasını yeni aldığı öz mənzilinə qeydiyyata da saldırmışdır. Mənzilin bağışlanmasının üstündlən 10 il keçdikdən sonra iddiaçı əsassız bir iddia qaldırmışdır. İddiaçının mübahisə açdığı bina uzun illər bundan qabaq sökülmüşdür, mövcud olmayan bir mənzil haqqında iddia qaldırılması başa düşülən deyil. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsi, 139, 141 saylı evin, 100 saylı mənzili-Yeni qaydalarla Az: 1040, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 onun xüsusi mülkiyyətindədir və iddiaçıya heç bir aidiyyati yoxdur. Bu barədə onun adına xx.xx.2021-ci il tarixli dövlət reyestrindən çıxarış vardır. Atası onun mənzilində onunla birlikdə yaşamış, lakin halhazırda yaşamır, həmin mənzilə atasını o, pasport qeydiyyatına saldırmışdır. Atası mənzildə yaşayan zaman onunla kobud danışır, onu döyür, söyür, təhqir edir, öldürməklə hədələyir, həmin mənzildə yaşamağa qoymur. Atası xx.xx.2022-ci il tarixdə gecə saat 12:30 radələrində onu öz yaşadığı mənzildən qovmuşdur. O, 15 gün küçədə qalıb parkdа skameykada yatmışdır. Bir müddətdən sonra o, bir təhər mənzilə köçüb yaşamağa başlamışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə atası döyərək onа xəsarət yetmişdir. Bununla bağlı Sabunçu RPİ-nin 13-cü PB-yə şikayət etmişdir. Nəhayət atasının barəsində cinayət işi qaldırılaraq məhkəməyə verilmişdir. Sabunçu Rayon Məhkəmə sinin 1(008)715/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə atası AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Atası onа və hər yerdə hamıya, evdə yatanda onun başını kəsəcəyini deyib onu qorxutduğuna görə də atasını evə buraxmаmışdır. İddiaçı iddia müddətini ötürmüşdür. Bu da iddia tələbinin rədd edilməsinə əsasdır”.

14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4984/2023 nömrəli, 6 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia tələbi rədd edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, İddiaçı 2021-ci ilin may ayında sökülmüş həmin mənzilin əvəzinə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin cavabdehə verildiyini id dia etsə də, tələbinin əsası kimi istinad etdiyi halın təsdiqi üçün sübut təqdim etməmişdir.

16. İddiaçı tələbini eyni zamanda bağışlama zamanı cavabdehin ömür boyu ona baxacağına, ehtiyaclarını qarşılayacağına, ona bir ata kimi qulluq edəcəyinə dair söz verməsi, lakin bu öhdəliyini icra etməməsi ilə əsaslandırsa da, bu barədə də sübut təqdim etməmişdir.

17. İş üzrə sübutlarla, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi, ev 22-də yerləşən 7 saylı mənzilin əvəzinə cavabdehə verilməsi, cavabdehin bağışlama zamanı iddiaçıya ömür boyu baxacağına dair öhdəlik götürməsi halları təsdiq edilməmişdir.

18. Məhkəmə iddiaçının dəlili üzrə onu da qeyd etməyi zəruri sayır ki, cavabdehin bağışlama ilə bağlı üzər inə öhdəlikləri götürməsi və onları əsassız olaraq icra etməməsinin təsdiq olunması halı belə iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, bu hal başqa hüquqi nəticələrə səbəb olmaqla, əqdin etibarsız sayılması üçün əsas deyil. 19. xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 16 saylı notariat kontorunda reyestrdə 4Ə/4938 № ilə qeyd edilmiş bağışlama müqaviləsinin etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən, eləcə də iddiaçı həmin müqaviləni mübahisələndirmək üçün nəzərdə tutulmuş müddəti ötürdüyündən, onun tələbi ilə mübahisəli əqd etibarsız sayıla bilməz.

20. İddia əqdin etibarsız sayılması hissəsində rədd edildiyindən, bağışlanmış mənzil və ya onun əsasında alındığı iddia edilən mənzil iddiaçıya qay tarıla bilməz.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1ci, 354.2-ci, 666.1-ci, 668.1-ci, 673.1.3-cü, 674-cü maddələrinə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edilmişdir.

23. Apellyasiya şikayəti şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, gəldiyi nəticə üçün mühü m əhəmiyyət kəsb edən halları aydınlaşdırmadan, tətbiq edilməli olan normaları tətbiq etməmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1546/2024 nömrəli, 6 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Məmməd Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4984/2023 nömrəli, 6 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv olunaraq, yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı iddia tələbini “müqavilənin etibarsız sayılması” kimi ifadə etsə də, irəli sürdüyü faktiki hallar əslində onun niyyətinin bağışlamadan imtina olduğunu göstərir; bu isə o deməkdir ki, iddia tə ləbinin qanuni əsası kimi Mülki Məcəllənin 673.1-ci maddəsi nəzərdən keçirilməlidir.

26. Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. 27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “…Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələn məsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. …Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmeti nin hədiyyə alana verilməsində ifadə olunur. Müqavilə üzrə hüquq və vəzifələrin icra edilməsi halları qeyri-müəyyənlik əlamətinə malik olduqda bağışlama müqaviləsi şərtlərlə bağlanmış müqavilə hesab edilir…MM-in 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Beləliklə, hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə, müqavilənin tam və lazımınca icrasına görə məsuliyyət daşıyır. Belə öhdəliyin icra edilməməsi və lazımı nca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir”. 28. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 26 aprel 2024-cü il tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: “...Mülki Məcəllənin 673-cü maddəsi ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinanı tənzimləyir. Belə ki, həmin Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mül kiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Mülki Məcəllənin 673.2-ci maddəsi isə konsensual bağışlama müqaviləsinin, yəni hədiyyə verənin bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi hallarını tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dai r” 2012-ci il 19 dekabr tarixli Qərarı)....Nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən həd iyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. O da göstərilməlidir ki, Ailə Məcəlləsinin 12.0.1-ci maddəsinə əsasən, valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar yaxın qohum sayılırlar. Qanunvericilikdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr sırasında aşağıdakılar təsbit edilmişdir: - valideynlərin uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək borcu (Konstitusiyanın 34-cü maddəsinin İV hissəsi); - uşaqların valideynlərə hörmət etmək, onların qayğısına qalmaq borcu, 18 yaşına çatmış əmək qabiliyyətli uşaqların əmək qabiliyyəti olmayan valideynləri saxlamaq borcu (Konstitusiyanın 34-cü maddəsinin V hissəsi, Ailə Məcəlləsinin 82.1-ci maddəsi); - ərarvadın ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurması, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməsi, övladlarının inkişafı üçün əlverişli şərait yaratması və onların sağlamlığının qayğısına qalması (Ailə Məcəlləsinin 29.4-cü maddəsi); - valideynlərin uşaqların əsas ümumi təhsil almasını təmin etməsi, onların hüquq və mənafelərini müdafiə etməsi, valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməsi və s. (Ailə Məcəlləsinin 58.4, 59.1, 60.2-ci maddələri). Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsini n “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir....Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməlidir. Həmçinin bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər. Bu müddətin bitməsi isə hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir”.

29. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının iddia tələbini əsaslandırdığı faktiki hala əsasən, bağışlama zamanı qızı ömür boyu ona baxacağı, ehtiyaclarını qarşılayacağı, ona bir ata kimi qulluq edəcəyinə söz versə də, şifahi olaraq verdiyi həmin vədini yerinə yetirməmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçı irəli sürdüyü həmin halı, yəni cavabdehin onun qarşısında ailə hüquq münasibətlərindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyini biri-digərini tamamlayan mötəbər sübutlar əsasında sübuta yetirə bilməmişdir.

31. Əksinə, işin hallarından görünür ki, cavabdeh yox, iddiaçının özü ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini icra etməmiş, cavabdehə qarşı cinayət törətdiyi üçün məhkum olunmuş, hətta cavabdehin ondan qorunması üçün mühafizə orderləri verilmişdir.

32. Buna görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin tə min olunması üçün əsaslar mövcud deyildir.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 324.1, 337.1, 337.2, 337.4, 337.5, 339.1, 339.3, 354.2, 404, 405.1, 666.1, 666.2, 667.1, 668.1, 673.1 və 673.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-1546/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddianin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, bağışlama müqaviləsinə uyğun olaraq həd iyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Maddi hüquq normasının pozulması kimi Mülki Məcəlləsinin 670.3-cü maddəsini qeyd etmişlər (Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər.) Belə ki, mülkiyyətçi İddiaçı baş verənləri görüb hüquqların bərpa olduğu məhkəmələrə müraciət etmişdir. Lakin məhkəmələr tərəfindən iddiaçının vəziyyətini Artıq 10 aydır ki, qızı onu evdən çıxararaq çöldə qoyması, cavabdeh bir övlad kimi bağışlama müqaviləsi tərtib edilən zaman ona verdiyi şifahi vədini yerinə yetirməməsi, İİ qrup əlil olması, başqa qalacaq yerinin olmaması halları nə zərə almamışlar. Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda maddi hüquq normasının pozulması kimi Mülki Məcəlləsinin 673.1.2-ci maddəsini qeyd etmişlər. Belə ki, yuxarıda qeyd olunduğu kimi hətta İddiaçı həyat yoldaşının saglığında ər-arvad öz aralarında düşünərək gələcək qocalıq hallarını nəzərə alaraq mənzillərini qızları olan Zoyaya bağışlamaq qərarına gəlmişlər. Çünki Zoya yeganə qız övladı olaraq həmişə valideynlərinə mənəvi dəstək olmaqla ölənəcən onlara qulluq edəcəyi vədini verirdi. Lakin məhkəmələr tərəfindən bu mənəvi incə hal nəzərə alınmamışdır.

36. Mülkiyyətçi İddiaçı imzaladığı etibarsız əqd nəticəsində mülkiyyət hüquqları pozulmaqla, öz əmlakından istə diyi kimi istifadə edə bilməmiş, qızı tərəfindən hər hansı qayğı və dəstək ala bilməmiş, gözlədiyi gözləntilər baş tutmamışdır. Hətta bu yaşında dinc, saglam yaşamaqdansa çöllərdə qalmışdır. Zoya bir övlad kimi vəd vermişdir ki, ömür boyu ona baxacaq, ehtiyaclarını qarşılayacaq, ona bir ata kimi qulluq edəcəkdir. Tam mülkiyyət hüququ ilə əmlaka sahib olmuş İddiaçı nə ki, verdiyi əmlakı geri ala bilməmiş hətta bir ata kimi həmin mənzildə də yaşaya bilmir. Qızı Zoya tərəfindən tez-tez əsassız şəkildə polis orqanlarına şikayət olunur, əsassız cərimələnir, dinc yaşamaq nəsib olmur. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar ed ilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddi hüquq normasının pozulması kimi Mülki Məcəlləsinin 339.2-ci maddəsini qeyd etmişlər. Belə ki, mülkiyyətçi İddiaçı dinc yaşadığı ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildə vaxtı ilə bilsəydi ki, öz əmlakını bağışlandıqdan sonra belə çətin, acınacaqlı bir vəziyyətə düşəcək - övlad ondan üz döndərəcək,əsassız polisə şikayət edəcək, çölə atacaq bağışlama müqaviləsi imzalamazdı. Odur ki, həmin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi zərurəti meydana gəlmişdir. 37. ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil хüsusi mülkiyyət kimi xx.xx.1994-cü tarix də İddiaçı аdınа qеydiyyаta alınsa da, bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Mülkiyyətçi İddiaçı ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilində mərhun həyat yoldaşı ilə birlikdə yaşamışlar, həmin mənzil onların ümumi birgə mülkiyyətləri olmuş və onlar (ər-arvad) bağışlama müqaviləsinin qarşılığında doğma qızları olan Zoyanın onlara ölənədək qulluqlarında duracağı fikri ilə bağışlama etmişlər. Bu hal hər hansı rəsmi və ya notariat formasında təsdiqlənməsə də, valideynlər və övlad arasında olan bir mənəvi şifahi razılıq olmuşdur. İddiaçı mərhum həyat yoldaşı sağ olsaydı bu halı təsdiq etmiş olardı.

38. Beləliklə, iş materiallarından aydın görünür ki, müqavilənin özü onun hüquqi savadsızlığından və ona inamından istifadə edərək aldatma vədi ilə bağlanıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347-ci maddəsinə əsasən, mühüm əhəmiyyət kəsb edən xətanın təsiri ilə bağlanmış əqd aldatma təsiri altında hərəkət edən tərəfin iddiası ilə məhkəmə tərəfindən mübahisələndirilə və etibarsız hesab edilə bilər. MM-nin 339.2-ci maddəsinə uyğun olaraq) Həmin Məcəlləyə görə şəxs əqd bağlamaq üçün aldadılıbsa, o, bu əməlin etibarsız hesab edilməsini tələb edə bilər. Bu tələb, aldatmadan istifadə etmədən əqdin bağlana bilməyəcəyi məlum olduqda qoyulur. Əgər tərəflərdən biri əqdin başa çatmadığı halları bilmiş və susmuşsa, aldadılan tərəf əqdin etibarsız hesab edilməsini tələb edə bilər. Nöqsanlar haqqında məlumat vermək öhdəliyi yalnız qarşı tərəfin vicdanla gözlədiyi halda təqdim edilə bilər(MM 339.5).

39. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Konstitusiy asının 13 və 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 337.5, 339.2, 670.3 və 673.1.2-ci maddələrinə də istinad edilmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

42. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

43. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəl məsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

44. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

45. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

46. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

47. Maddə

404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası il ə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

48. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

49. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama h ədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

50. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

51. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.

52. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə.

53. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. O, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.

54. Maddə 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlid ir.

56. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayış lar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 4 16.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

65. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

67. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə li hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. Məhkəmə kollegiyası kassasiya şikayətinin əqd bağlamaq niyyəti ilə aldadılması barədə dəlili ilə əlaqədar bildirir ki, belə dəlil iddia ərizəsində və apellyasiya şikayətində irəli sürülməmişdir.Həmçinin iddiaçının qeyd edilən halla əlaqədar sübutlar təqdim etməsi də iş materialları ilə təsdiqlənmir.

71. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbini “müqavilənin etibarsız sayılması” kimi ifadə etsə də, irəli sürdüyü faktiki hallar əslində onun niyyətinin bağışlamadan imtina olduğunu göstərir; bu isə o deməkdir ki, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 673.1-ci maddəsi nəzərdən keçirilməlidir.

72. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçı irəli sürdüyü həmin halı, yəni cavabdehin onun qarşısında ailə hüquq münasibətlərindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyini biri-digərini tamamlayan mötəbər sübutlar əsasında sübuta yetirə bilməmişdir.Əksinə, işin hallarından görünür ki, cavabdeh yox, iddiaçının özü ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini icra etməmiş, cavabdehə qarşı cinayət törətdiyi üçün məhkum olunmuş, hətta cavabdehin ondan qorunması üçün mühafizə orderləri verilmişdir.Buna görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin təmin olunması üçün əsaslar mövcud deyildir.

73. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tə tbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

75. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 iyun 2024-cü il tarixli 2(103)1546/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar