Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3639/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi və əmək kitbaçasında düzəliş olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X5 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə) qarşı əmrin ləğvi, əmək kitabçasına dəyişiklik edilməsi tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki k ollegiyasının 2(103)-3666/2023 nömrəli iş üzrə 31 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı və vəkili tərəfindən verilmiş kassasiya şikayətinə 18 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh MMM (bundan sonra cavabdeh təşkilat) ilə 13 fevral 2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə əsasən həmin MMM-də satınalmalar üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, Cavabdeh MMM-nin 10 mart 2021-ci il tarixli, İR-X 006/03-21 nömrəli İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinə əsasən həmin MMM-də satınalmalar üzrə mütəxəssis vəzifəsindən öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə İddia çı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 10 mart 2021-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh və üçüncü şəxs X3 Xidmətinin Bakı şəhəri idarəsinə qarşı 10 mart 2021-ci il tarixli İR-X0006/03-2 saylı əmrin ləğv edilməsi və əmək kitabçasında bununla bağlı müvafiq dəyişikliyin edilməsi öhdəliyinin Cavabdeh MMM-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbini onunla əsaslandırmışdır ki, 13 fevral 2019-cu il tarixində cavabdehdə satınalmalar üzrə baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə direktor Rahib Məmmədov dəfələrlə onun şəxsi maraqları çərçivəsində satınalma işlərini icra etməyini tələb etmişdir. O, isə hər dəfəsində buna etiraz etmiş və direktora yalnız qanunla müəyyən edilmiş vəzifə öhdəliklərini yerinə yetirəcəyini bildirmişdir. Onun icra etdiyi iş və fəaliyyəti direktorun öz qanunsuz əməllərini həyata keçirməsini əngəllədiyindən artıq 10 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi rəhbər tutularaq, onun öz əmək funksiyalarını və öhdəliklərini yerinə yetirmədiyi bəhanə edilərək, heç bir qanuni əsas olmadan çalışdığı vəzifədən azad edilmişdir. İddiaçı işlədiyi dövrdə həmişə işinə məsuliyyətlə yanaşmış və icra etdiyi işlərdə hər hansı bir nöqsan aşkar edilməmişdir. Cavabdehin qanunsuz hərəkətləri barədə iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edil mişdir. Müraciətinə X3 Xidmətinin Bakı şəhər ərazi idarəsində baxılmışdır. İdarənin **********37 saylı, 30 avqust 2022-ci il tarixli məktubu ilə ona məlumat verilmişdir ki, müraciəti əsasında araşdırma aparılmış, cavabdeh tərəfindən əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi öz təsdiqini tapmış və nəticədə müəssisənin rəhbərliyi barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq 26 avqust 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məktubdan da göründüyü kimi qeyd etdiyi hallar tamamilə həqiqəti əks etdirir və onun nəinki Əmək Məcəlləsinin 70- ci maddəsinin “Ç” bəndi ilə, ümumiyyətlə işdən çıxarılması əsaslı deyildir. İddiaçı işlədiyi müddətdə yalnız qanunvericiliyin tələbləri ilə işləməyi müəssisənin direktorunun öz qanunsuz əməllərinə böyük maneə yaratmış, bu səbəbdən də, başqa sözlə ondan qisas almaq məqsədi güdərək ağır maddə ilə onu işdən çıxarmışdır. Qeyd olunan səbəbdən 2022-ci ilin avqust ayına qədər, yəni bir ildən çox müddət ərzində işsiz qalmış, belə ki, işlə bağlı hara yaxınlaşsa da, təcrübə və bacarığı əsas tutularaq elan edilmiş vakansiyaya uyğun görülsə də, əmək kitabçasında qeyd olunan maddəni gördükdə onu işə götürməkdən imtina edirdilər və bu hal davam etməkdədir.
4. Cavabdeh iddia tələbinə qarşı etirazını və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək belə əsaslandırmışdır ki, iddiaçı ilə 14 fevral 2019-cu il tarixində əmək müqaviləsi bağlanmışdır. O, cavabdehdə satınalmalar üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş və əmək haqqıs ı 823 manat təşkil etmişdir. O cümlədən iddiaçı ilə 05 iyun 2020-ci il tarixdə “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. Onunla bağlanmış əmək müqaviləsinin 3-cü bəndinə əsasən iddiaçının vəzifəsi bazarı tədqiq etmək, malın alınma üsulunu və siyasətini işləyib hazırlamaq, işin nəticəsini idarə etmək sistemini işləyib hazırlamaq, alış üçün sifariş formalarını doldurmaq, alış mənbələrini müəyyən etmək, malın dəyər və zədələnməsini müəyyən etmək üçün baxış keçirmək, daimi təchizatçılarla korporativ münasibət saxlamaq,cari fəaliyyət barədə hesabat aparmaq, material və istifadə tendensiyalarını izləmək, müqavilələr bağlamaq, xammal material və avadanlığın təchizi üçün sifarişi açmaq, gəlir və xərclərin analizi metodlarını istifadə etmək və danışıqlar aparmaq texnologiyasından istif adə etmək olmuşdur. Dəfələrlə iddiaçıya xəbərdarlıq olunmasına baxmayaraq, işinə səhlənkarlıqla yanaşmışdır. Bununla bağlı şirkətə dəfələrlə maddi ziyan dəymişdir. Belə ki, sonuncu dəfə, yəni 10 mart 2022-ci il tarixində müəssisənin daxili nizam intizam qaydalrına tabe olmamış, əmək funkiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əmək vəzifələrini icra etməkdən ötrü müəyyən olunmuş iş yerinə Bakı şəhəri Suraxanı rayonu ünvanında yerləşən ofisə getməkdən qərəzli olaraq imtina etmişdir. Göstərilən əsaslarla o, əmək məcəlləsinin tələblərinə müvafiq qaydada işdən çıxarılmışdır. Bundan əlavə iddiaçının əmək müqaviləsinə 10 mart 2021-ci il tarixli əmrlə xitam verilmiş, lakin mediasiyaya 04 oktyabr 2022-ci il tarixdə müraciət etmişdir. Beləliklə, iddiaçı fərdi əmək mübahisələ rinin həlli üçün qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(011)-1141/2023 saylı, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia tələbi rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericilinin tələblərinin pozulmasına yol verilməsi təsdiq edilsə də, iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi işdə olan sübutlarda təsdiq edildiyindən iddia tələbi iddia müddəti tətbiq edilərək rədd edilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin Ç bəndi, 72, 296.2 və 296.3-cü maddələrinə istinadla əsaslandırmış dır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandıraraq əlavə olaraq göstərmişdir ki, qətnamədə iddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Avropa Məhkəməsinin nümunə qərarlarına yer verilmişdir. Lakin iş materiallarında olan iddiaçının iddia ərizəsində qeyd edilmiş və sonradan 2(011)-1141/2023 saylı iş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixi baxış iclasında iddiasının daha aydın ifadə olunması məqsədilə özünün dəqiqləşdirdiyi iddia tələbində göründüyü kimi iddiaçı məhkəmədən sadəcə cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin in ləğvinin və əmək kitabçasında qanunauyğun müvafiq dəyişikliklərin (düzəlişlərin) edilməsilə işə bərpa olunmasının təmin olunmasını xahiş etmişdir. Bu işin baxılması və iddianın qanunlara uyğun təmin edilməsi üçün zəruri olan bütün sübutlar - İR-X 006/03-21 saylı və xx.xx.2021-ci il tarixli əmək müqavilsinə xitam verilməsi barədə əmr və ona əsas olaraq göstərilmiş daxili nizam-intizam qaydalarını pozmaqla bağlı xx.xx.2021-ci il tarixli akt imza və möhürlə təsdiqlənmiş halda bilavasitə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş və iş materiallarında mövcuddur. Yəni bu sənədlərlə cavabdeh bilavasitə özü yol verdiyi qanun pozuntularını etiraf etmişdir. Çünkü məhkəmənin işə baxdığı 2023-cü ildə olduğu kimi işçinin əmək müqaviləsinə xitam verildiyi 2021-ci ildə də həmçi nn işçinin işə qəbul olunduğu 2019-cu ildə də Əmək Məcəlləsi var idi və 2021-ci ildə həmin Məcəllənin müvafiq maddələrində əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi qaydaları və xitam verilməsi zamanı işəgötürəndən tələb olunan zəruri tələblər qeyd edilmişdi. Beləliklə, cavabdeh 2021-ci ildə işçinin əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin müvafiq maddələrini (ƏM 70 (c), 83. 1, 83.2, 71.2 və 71.3-cü maddələri) kobud şəkildə pozmuşdur. Bu qanun pozuntusunun Əmək Məcəlləsinə əsasən sübut və ya aşkar edilməsi üçün zəruri olan dəlillər materiallarında olan sözügedən əmr və aktdır. Əlavə olaraq sözügedən iş üzrə ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsinin nümayəndəsi bu İdarənin işəgötürən haqqında MN ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqınd a qərarının qanunauyğun olduğunu təsdiqləyən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, 3(103)-69/2023 saylı qərarının surətini də məhkəməyə təqdim etmişdir. Bu səbəblərdən hesab edirəm ki, yuxarıda qeyd olunmuş hallar araşdırılmadığı və qətnamədə nəzərə alınmadığı üçün iddia tələbinin təmin edilməməsi qeyri obyektivdir və əsassızdur. Sözügedən qətnamədə Əmək Məcəlləsinin 296-ci maddəsinin 2 və 3-cü hissələri, iş materialında olan cavabdehin ərizəsində qeyd olunmuş iddia müddətinin tətbiq tələbi və Mülki Məcəllənin (MM) 375-ci maddəsinin 2-ci hissəsi əsas göstərilərək iddia tələbi, iddia müddəti tətbiq edilərək rədd edilmişdir. Lakin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin cavabdeh tərəfindən qərəzli olaraq iddiaçıya təqdim edilmədiyinin iş materiallarında olan onun iddia ərizəsində qeyd olunmasına və həmçinin 2(011)-1141/2023 saylı iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli baxış iclasında iddiaçının bilavasitə şifahi olaraq xatırlatmasma baxmayaraq bu hal araşdırılmamış və qətnamədə nəzərə alınmamışdır. Belə ki, cavabdeh (müəssisə direktoru) bilərək əmrin surətini nə bilavasitə işçiyə təqdim etməyərək, nə də poçtla göndərməyərək Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərini kobud şəkildə pozmuşdur. Beləliklə Əmək Məcəlləsinin 296-ci maddəsinin 3-cü hissəsinə əsasən iddiaçı hansı hüquqlarının pozulduğunu təyin edə bilmədiyi üçün, yəni işçinin hüququnun pozulmasının aşkar edildiyi günün təyin edilməsi üçün zəruri olan tələblər təmin edilmədiyi üçün iddiaçı həmin maddənin 2-ci hissəsini şərtlərinə əsasən təl əb olunan bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilməmişdir. Çünkü iddiaçı (işçi) əmrin surətını yalnız 02 Fevral 2023-cü il tarixdə cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdikdən və həmin tarixdə də elektron məhkəmə sisteminə yükləndikdən sonra iş materiallarından əldə edə bilmişdir. Mülki Məcəllənin 377-ci maddəsmın 1-ci hissəsində bildirilir ki, "İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir". Bu səbəbdən hesab edirəm ki, iddia müddətinin ötürülmədiyini sübut edən yuxarıdakı hallar və sübutlar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadan iddia müddətinin axımının əmək müqaviləsinə xitam verildiyi gün başlandığı qəbul edilərək və cavabdehin öz ərizəs ində əsassız və yalan iddialarla iddia tələbinin rədd edilməsi üçün Əmək Məcəlləsinin 296-ci maddəsinm 2 və 3-cü hissələrinə əsaslanaraq məhkəmədən iddia müddətinin tətbiqi təbəbi nəzərə alınaraq iddiaçının iddia tələbinin təmin edilməməsi qanuna ziddir. Əmək Məcəlləsinin 83-cü maddəsininin 2-ci hissəsində bildirilir ki, "Əmək müqaviləsinə xitam verilmasi barada işəgötürənin əmri (sarəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surati, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir" Həmin Məcəllənin 294-cü maddəsminin 1-ci hissəsində bildirilir ki, "bu maddənin ikinci hissəsində nə zərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır". Yenə həmin Məcəllənin 296-cı maddəsininin 2 və 3-cü hissələrində bildirilir ki, "Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi amak mübahisəsinin hall edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər;
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
10. Bakı Apellyasiya Məhkəməsi Mü lki kollegiyasının 2(103)-3666/2023 nömrəli, 31 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi iddiaçının iddia müddəti ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı iddia müddəti ötürməmiş olmasını işdən çıxarılması barədə əmrdən xəbərdar olmaması ilə əsaslandırsa da, məhkəmə onun bu arqumentini əsaslı hesab etmir. Çünki, mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçının işdən azad olunuduğu gün ona əmək kitabçası təqdim olunmuşdur. Bununla da işdən azad edilməsi səbəblərinin 1 il 9 ay ərzində iddiaçıya məlum olmaması və onun bununla bağlı məlumat əldə etməm iş olduğu təkzib olunur.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia müddətini ötürməmiş olması barədə apellyasiya şikayətində iddiaçının irəli sürdüyü mülahizələr əsaslı deyildir və birinci instansiya məhkəməsi bununla bağlı düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
13. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 70, 72, 296.3 və 296.2-ci, Mülki Məcəllənin 375 və 377.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətna məsinin tamamilə ləğv edilib yeni qərar çıxarılması, apellyasiya şikayəti əsasında iddia tələbinin təmin edilməsi üçün əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsini, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının vəzifəsinə (işinə) bərpa edilməsini, əmək kitabçasında müvafiq düzəlişin edilməsini və iddiaçıya dəymiş zərərin məbləğinin ödənilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə məhkəmənin düzgün nəticəyə gəldiyi göstərilən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qanunun şərtləri nəzərə alınmadığı üçün məhkəmə tərəfindən qanun səhv təfsir edilərək, fərdi əmək mübahisəsinin həll edilməsi üçün nəzərdə tutulan 1 aylıq müddətin iddiaçı nın öz hüququnun pozulduğunu aşkar etdiyi gündən deyil, onun əmək müqaviləsinə xitam verildiyi gündən, yəni sonuncu iş günündən başlandığı və iddiaçının hüququnun pozulmasının aşkar edildiyi günün isə ona müvafiq xitam əmri verilmədən, yalnız əmək kitabçasının verildiyi gün, yəni sonuncu iş günü olduğu nəzərə alınaraq, iddia müddətinin ötürüldüyü qənaətinə gəlinmişdir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qanundan göründüyü kimi hüququn müdafiəsi üçün nəzərdə tutulan müddəti (iddia müddətini) istifadə edə bilmək üçün şə xs əvvəlcə öz hüququnun pozulduğunu və ya hansı hüquqlarının pozulduğunu müəyyən edə bilməlidir ki, qeyd olunan iddia müddəti ərzində müvafiq sübut və dəlilləri toplayıb, pozulmuş hüquqlarınımüdafiə etsin. Belə ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrində, cavabdehin sonuncu iş günü və ya ondan sonra xitam barədə əmrin surətini iddiaçıya təhvil verdiyini və iddiaçı tərəfindən təhvil alındığını, həmçinin iddiaçıya poçt göndərişi ilə çatdırıldığını sübut edən dəlillərin (sənədlərin) məhkəməyə təqdim edildiyi, iş materiallarında olduğu və məhkəmə tərəfindən müəyyən edildiyi göstərilməmişdir. Bu səbəbdən, iddiaçının iddia ərizəsində göstərildiyi kimi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin ona verilmədiyi faktı özüözlüyündə sübut edilmiş sayılır. Cav abdeh özünün təsdiqlənmiş xitam barədə əmrinin surətini yalnız xx.xx.2023 tarixində birinci instansiya məhkəməsinə təqdim etmiş və həmin tarixdə məhkəmə tərəfindən e-məhkəmə sisteminə yükləndikdən sonra iddiaçı tərəfindən əldə edilmişdir. İddiaçı isə iddia ərizəsini xx.xx.2022-ci il tarixində birinci instansiya məhkəməsinə təqdim etmişdir. Beləliklə, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin şərtlərinə görə işçinin hüququnun pozulduğunun aşkar edildiyi gün onun digər aidiyyatı sənədlərlə birlikdə xitam barədə əmrin surətini əldə etdiyi gün, yəni xx.xx.2023-cü il tarixi olduğu üçün müvafiq olaraq, MM-nin tələblərinə əsasən, hazırkı iş üzrə iddia müddətinin axımı iddiaçının öz hüququnun pozulduğunu bildiyi gündən başlanır. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində istinad e dilən MM-nin 377.1 maddəsi səhv təfsir edildiyi üçün iddia müddətinin axımının iddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu gündən, yəni əmək müqaviləsinə xitam verildiyi gündən başlandığı qənaətinə gəlinməsinin hüquqi əsası yoxdur.
17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində iddia müddətinin ötürüldüyünün və birinci instansiya məhkəməsinin bununla bağlı düzgün nəticəyə gəldiyinin sübutu olaraq göstərilir ki, iddiaçı əmrin verildiyi gün, yəni onun əmək müqaviləsinə xitam verildiyi gün əmək kitabçasını almış və burada ƏM-nin hansı maddəsi ilə işdən azad olduğunu görmüşdür. Bu səbəbdən qətnamədə iddia müddətinin əmək müqaviləsinə xitam verildiyi gün başlandığı qəbul edilərək, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü qənaətinə gəlinmişdir. Lakin cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin qəsdən iddiaçıya verilməməsi ilə bağlı faktiki hal və müvafiq olaraq cavabdehin yol verdiyi qanun pozulması qətnamədə nəzərə alınmamışdır. Həmçinin qətnamədə iddiaçının öz apellyasiya şikayətində iddia müddətinin ötürülmədiyi ilə bağlı göstərdiyi faktlar və dəlillər hüquqi əsas olmadan mülahizə olaraq qiymətləndirilmiş və əsassız hesab edilmişdir. Beləliklə, cavabdeh tərəfindən sübut edilməməsinə baxmayaraq, iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünü müəyyən edilmiş işin halları olaraq qəbul etmiş birinci instansiya məhkəməsinin iddia müddəti tətbiq etməklə iddia tələbinin rədd edilməsi üçün gəldiyi nəticə, hüquqi əsas olmadan apellyasiya instansiyasıməhkəməsinin qətnaməsi ilə düzgün hesab edilmişdir
18. İddiaçının işdən azad olund uğu gün ona əmək kitabçası təqdim olunmuşdur. Bununla da işdən azad edilməsi səbəblərinin 1 il 9 ay ərzində iddiaçıya məlum olmaması və onun bununla bağlıməlumat əldə etməmiş olduğu təkzib olunur. Lakin iddiaçının apellyasiya şikayətində iddia müddətinin ötürülməməsi “işdən çıxarılması barədə əmrdən xəbərdar olmaması ilə” deyil, cavabdehin qərəzli olaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin ona verməməsi və bu səbəbdən də əmək qanunvericiliyinin tələb və şərtlərini pozması ilə əsaslandırmışdır. Beləliklə qətnamədən görünür ki, cavabdehin yol verdiyi qanun pozulmaları olduğu kimi göstərilməmiş və qanunun tələb və şərtləri nəzərə alınmadan iddia müddətinin ötürüldüyü qənaətinə gəlinərək, məhkəmənin qərarı, onun öz qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsas landırılmışdır. Ümumiyyətlə cavabdehin izahatında göstərilən tələblərin əsası kimi istinad edilən bütün hallar qanunauyğun sübut edilməməsinə baxmayaraq, bu hallar birinci instansiya məhkəməsinin qətnaməsində olduğu kimi apellyasiya instansiyasıməhkəməsinin qətnaməsində də Məhkəmənin gəldiyi nəticə üçün müəyyən edilmiş işin halları kimi və sübut olaraq qəbul edilmişdir.
19. İddiaçının iddia ərizəsində ƏM-nin 83.2-ci maddəsinin tələblərinin pozulmasını qeyd edərək birinci instansiya məhkəməsinin qətnaməsində işin halları olaraq göstərilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bu faktiki hal araşdırılmamış və aydınlaşdırılmamışdır. Həmçinin qətnamədə,cavabdehin ərizəsiəsasında iddia müddətinin ötürülməsi məhkəmə tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyəti olan hal o laraq göstərilmiş, lakin qanunauyğun sübutedilməmişdir. Yənicavabdehin xitam barədə əmrinin surətinin iddiaçıya təhvil verildiyini və onun tərəfindən təhvilalındığını, həmçinin ona poçt göndərişi ilə çatdırıldığını sübut edən dəlillərin (sənədlərin) iş materiallarında olduğu və Məhkəmə tərəfindən müəyyən edildiyiqətnamədə göstərilməmişdir. Əlavə olaraq, iddia müddətinin ötürülməsi həmin Məhkəmə tərəfindən müəyyən edilmiş fakt olaraq qəbul edilmiş və bu faktdan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlindiyi üçün qətnamədə göstərilən dəlillər işin hallarına uyğun olmamışdır.
20. Cavabdeh özünün təsdiqlənmiş xitam barədə əmrinin surətini yalnız xx.xx.2023-cü il tarixində birinci instansiya məhkəməsinə təqdim etmiş və həmin tarixdə məhkəmə tərəfindən e-məhkəmə sisteminə yük ləndikdən sonra iddiaçı tərəfindən əldəedilmişdir. İddiaçı isə iddia ərizəsini xx.xx.2022 tarixində birinciinstansiya məhkəməsinə təqdim etmişdir. Beləliklə, ƏM-nin 296.3-cü maddəsinin şərtlərinə görə işçinin hüququnun pozulduğunun aşkar edildiyi gün onun digər aidiyyatı sənədlərlə birlikdə xitam barədə əmrin surətini əldə etdiyi gün, yəni xx.xx.2023-cü il tarixi olduğu üçün müvafiq olaraq, MM-nin tələblərinə əsasən,hazırkı iş üzrə iddia müddətinin axımı iddiaçının öz hüququnun pozulduğunu bildiyi gündən başlanır. 21. 22. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmumışdır. Kassasiya baxışının hədləri
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə
25. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
26. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət i ddia müddəti sayılır.
27. Maddə 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.
28. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.KMQ17
29. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Əmək Məcəlləsi
30. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəll ənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
31. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
32. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
33. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Mülki Prosessual Məcəllə
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. İddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər iddia ərizəsində və apellyasiya şikayəti irəli sürdüyü dəlillərə uyğun olmaqla birinci və apellyasiya instansiyası məhkəmələrində işə baxılan zaman da irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmi n qiymətləndirmə ilə razılaşır.
47. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçının işdən azad olunuduğu gün ona əmək kitabçası təqdim olunmuşdur. Bununla da işdən azad edilməsi səbəblərinin 1 il 9 ay ərzində iddiaçıya məlum olmaması və onun bununla bağlı məlumat əldə etməmiş olduğu təkzib edilir.
48. İşçinin hüququnun pozulmasının aşkar edildiyi gün, yalnız işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın) verildiyi gün deyil, əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün də hesab olunur, həmin sənədlərdən hər hansı birinin işçiyə təqdim edilməsi ilə iddia müddətinin axımı başlayır.
49. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmama lı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3666/2023 nömrəli iş üzrə 31 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.