Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-364/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), İsgəndərov Akif Əsgər oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin vəkili X16 oğlunun, Cavabdeh13 nümayəndəsi X3 və vəkili Fərhadov Əhməd Hüseyn oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxx/2019 nömrəli qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Ray on Məhkəməsinin (hakim R.Səmədov) xx.xx.2019-cu il tarixli, 2(006)xxx/2019 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “digər yaşayış sahəsi verilməklə yaşayış sahəsindən çıxarılma və mənzillərin sökülməsinə dair maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilərək, Nəsimi rayon İcra hakimiyyəti başçısının xx xxxxxx 2016-cı il tarixli, 245 saylı sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin kəsişməsindəki məhəllədə çoxmənzilli yaşayış binasının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində, ünvan 1 ünvanında yerləşməklə Cavabdeh1 mülkiyyətində olan sənəd üzrə ümumi sahəsi 36,85 kv.m-dən ibarət, faktiki olaraq 39,82 kv.m-dən ibarət mənzilin əvəzinə həmin mənzilin faktiki həcminə 15% əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının “A” blokunda 45,79 kv.m təmirli yaşayış sahəsi, yeni mənzil hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqı və mənzilin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya verilməklə həmin ərazidə MMC tərəfindən ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1, Cavabdeh6, Cavabdeh7 ilə birlikdə çıxarılmaqla həmin mənzilin boşaldılması, ünvan 2 ünvanında yerləşməklə Cavabdeh8 mülkiyyətində olan sənəd üzrə 60,2 kv.m-dən, faktiki olaraq 69,41 kv.m-dən ibarət mənzilin əvəzinə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasında hazırkı yaşayış sahəsinin faktiki həcmindən 5% əlavə ed ilməklə 79,82 kv.m təmirli yaşayış sahəsi, yeni mənzil hazır vəziyyətdə təhvil verilənədək aylıq 350 manat kirayə haqqı və mənzilin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya verilməklə cavabdehlər Cavabdeh8 ailə üzvləri Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qızı, Cavabdeh12 ilə birlikdə ünvan 5 ünvanında yerləşən mənzildən çıxarılmaqla həmin mənzilin boşaldılması, ünvan 3 ünvanında yerləşməklə Cavabdeh13 mülkiyyətində olan sənəd üzrə 42,0 kv.m-dən, faktiki olaraq 44,11 kv.m-dən ibarət mənzilin əvəzinə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasında hazırkı yaşayış sahəsinin faktiki həcmindən 15% əlavə edilməklə 50,73 kv.m təmirli yaşayış sahəsi, yeni mənzil hazır vəziyyətdə təhvil verilənədək aylıq 300 manat kirayə haqqı və mənzilin boşaldılması üçün 300 manat birdə fəlik kompensasiya verilməklə cavabdehlər Cavabdeh13 ailə üzvləri Cavabdeh14, Cavabdeh15 ilə birlikdə ünvan5 ünvanında yerləşən mənzildən çıxarılmaqla həmin mənzilin boşaldılması, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və Cavabdeh8 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən və Cavabdeh13 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən qəzalı vəziyyətdə olan mənzillərin İddiaçı MMC tərəfindən sökülməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, V.Həsənov, Ş.Məmmədova) xx.xx.2019-cu il tarixli, 2(103)-xxx/2019 nömrəli qətnaməsi ilə Cavabdeh13 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2( 006)-xxx/2019 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh X4 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “digər yaşayış sahəsi verilməklə yaşayış sahəsindən çıxarılma və mənzillərin sökülməsinə dair maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon İcra hakimiyyəti başçısının xx xxxxxx 2016-cı il tarixli 245 saylı sərəncamı ilə Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin kəsişməsindəki məhəllədə çoxmənzilli yaşayış binasının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yeni inşa edilərək yaşayış binasında hazırki yaşayış sahəsinin həcminə 15% əlavə yaşayış sahəsi ilə, yeni mənzil hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqı ilə və mənzilin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya ilə təmin olunmaqla ünvan 4 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1, ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 ilə birlikdə çıxarılmaqla həmin mənzilin boşaldılması, eyni ərazidə yeni inşa edilərək yaşayış binasında hazırki yaşayış sahəsinin həcmindən 15% əlavə yaşayış sahəsi ilə, yeni mənzil hazır vəziyyətdə təhvil verilənədək aylıq 300 manat kirayə haqı ilə mənzilin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya ilə təmin olunmaqla Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 14, mənzil 5 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh8, ailə üzvləri Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qızı, Cavabdeh12 ilə birlikdə çıxarılmaqla həmin mənzilin boşaldılması, eyni ərazidə yeni inşa edilərək yaşayış binasında hazırki yaşayış sahəsinin həcmindən 15% əlavə yaşayış sahəsi ilə, yeni mənzil hazır vəziyyətdə təhvil verilənədək aylıq 300 manat kirayə haqı ilə və mənzilin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya ilə təmin olunmaqla ünvan 2 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh13 ailə üzvləri Cavabdeh14, Cavabdeh15 birlikdə çıxarılmaqla həmin mənzilin boşaldılması və ünvan 5ünvanlarında yerləşən qəzalı vəziyyətdə olan mənzillərin İddiaçı MMC tərəfindən sökülməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı MMC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Nəsimi rayon İcra hakimiyyəti başçısının xx xxxxxx 2016-cı il tarixli 245 saylı sərəncamı ilə Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin kəsişməsindəki məhəllədə çoxmənzilli yaşayış binasının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində, ünvan 6 ünvanında yerləşməklə Cavabdeh1 mülkiyyətində olan sənəd üzrə ümumi sahəsi 36,85 kv.m-dən ibarət, faktiki olaraq 39,82 kv.m-dən ibarət mənzilin əvəzinə həmin mənzilin faktiki həcminə 15% əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının “A” blokunda 45,79 kv.m təmirliyaşayış sahəsi, yeni mənzil hazır vəziyyətdə təhvil verilənədək aylıq 250 manat kirayə haqqı və mənzilin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya verilməklə həmin ərazidə MMC tərəfindən ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1, Cavabdeh6, Cavabdeh7 ilə birlikdə çıxarılmaqla həmin mənzilin boşaldılması, eyni zamanda ünvan 7 ünvanında yerləşməklə Cavabdeh8 mülkiyyətində olan sənəd üzrə 60,2 kv.m-dən, faktiki olaraq 69,41 kv.m-dən ibarət mənzilin əvəzinə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasında hazırki yaşayış sahəsinin faktiki həcmindən 15% əlavə edilməklə 79,82 kv.m təmirli yaşayış sahəsi, yeni mənzil hazır vəziyyətdə təhvil verilənədək aylıq 300 manat kirayə haqqı və mənzilin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya verilməklə cavabdehlər Cavabdeh8 ailə üz vləri, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 ilə birlikdə ünvan 7 ünvanında yerləşən mənzildən çıxarılmaqla həmin mənzilin boşaldılması, eyni zamanda ünvan 4 ünvanında yerləşməklə Cavabdeh13 mülkiyyətində olan sənəd üzrə 42,0 kv.m-dən, faktiki olaraq 44,11 kv.m-dən ibarət mənzilin əvəzinə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasında hazırki yaşayış sahəsinin faktiki həcmindən 15% əlavə edilməklə 50,73 kv.m təmirli yaşayış sahəsi, yeni mənzil hazır vəziyyətdə təhvil verilənədək aylıq 300 manat kirayə haqqı və mənzilin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya verilməklə cavabdehlər Cavabdeh13 ailə üzvləri Cavabdeh14, Cavabdeh15 ilə birlikdə ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılmaqla həmin mənzilin boşaldılması, Cavabdeh1 mülkiyyətində ünvan 1 ünvanında yerləşən və Cavabdeh8 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən və Cavabdeh13 mülkiyyətində olan Nəsimi rayonu, ünvan 4 ünvanında yerləşən qəzalı vəziyyətdə olan mənzillərin İddiaçı MMC tərəfindən sökülməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh X10 və vəkili Fərhadov Əhməd Hüseyn oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya məhkəməsi işin hallarını tam və obyektiv araşdırmadan cavabdehin mülkiyyət hüququnu pozan qətnamə qəbul etmişdir. Belə ki, qeyd olunan ünvanda cavabdehdən savayı 25 yaşlı oğlu X5, arvadı X6 və bir azyaşlı uşağı yaşayır. Gəlini hazırda hamilədir. Oğlanları- 22 yaşlı X7, X8, qaynı arvadı Cavabdeh15 bir azyaşlı uşağı ilə, habelə həyat yoldaşı Cavabdeh14 da onun mənzilində yaşayırlar. Belə olan təqdirdə cavabdehə təklif olunan mənzil sahəsi onu və ailə üzvlərini qane etmir. Onun minimal həyat şəraiti yaxşılamır, uşaqlarının sağlam böyüməsinə imkan qalmır və ailədə problemlərin yaranmasına gətirib çıxarır. Cavabdehə ayrılan 300 manat kompensasiya bu qədər ailə üzvünün normal şəraitli mənzil tapmasına kifayət etmir. Cavabdeh hesab edir ki, onun ailə üzvlərinin gələcəkdə normal şəraitdə yaşamaları üçün biri 59 kv.m, digəri 32 kv.m sahəsi olan bir otaqlı mənzillə təmin olunması və 500 manat kirayə haqqı müəyyən edilməsi barədə iddiaçı onunla müqavilə bağlamalıdır. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxx/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh13, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Cavabdeh15, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabde h13 nümayəndəsi X7 və vəkili Fərhadov Əhməd Hüseyn oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin vəkili X16 oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxx/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh X8 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki,Cavabdeh13 Bakı şəhəri, Nəsimi rayonu, ünvan 4 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə xx.xx.2017-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ilə İddiaçı MMC-nin direktoru arasında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən “İddiaçı» MMC tərəfindən Bakı şəhəri, Nəsi mi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişmələrində qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişmələrində yerləşən yaşayış evlərinin normativ istismar müddəti bitmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 №-li qərarına əsasən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklər inin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binaları tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binaları tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, apellyatorun rəsmi sənədə əsasən mənzilinin ümumi sahəsi 42,0 kv.m, faktiki sahə 44,11 kv.m olduğu, ona faktik sahəyə görə iddiaçı tərəfindən 15% əlavə, yəni 50,73 kv.m təklif olunduğu halda, cavabdehin biri 59 kv.m və 32 kv.m olmaqla hər biri 1 otaqlı iki mənzil tələb etməsi ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində y aşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli 2 №-li qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, onlar dövlət, ictimai və fərdi mənzil fondlarının evlərində kirayədarla kirayəçi, kirayəçilərlə onların ailə üzvləri arasında yaranan mənzil mübahisələrini, vətəndaşlarla mənzil-tikinti kooperativləri arasında mənzil hüquq münasibətləri ilə əlaqədar yaranan mübahisələri və digər mənzil mübahisələrini, o cümlədən mənzil-tikinti kooperativləri nin evlərinin və ya vətəndaşlara mülkiyyət hüququ əsasında məxsus olan evlərin yaşayış sahəsini, həmçinin qeyri-yaşayış sahəsini və binasını özbaşına tutmuş şəxslərin çıxarılması ilə əlaqədar yaranan mübahisələri; həmin evlərin uçmaq təhlükəsi vardırsa, onlardan çıxarmaya; rayon (şəhər) icra hakimiyyəti orqanlarının qərarlarına əsasən, sökülməli olan özbaşına tikilmiş evlərdən çıxarmaya; mülki-hüquqi öhdəliklərə əsaslanan (evin sökülməsi, əsaslı təmiri, evin qeyri- Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı: Sədrlik edən hakim Xəyal Sarıyev imzaladı Məhkəmənin adı: Bakı Apellyasiya Məhkəməsi yaşayış binasına çevrilməsi və sairlə əlaqədar) tələblər üzrə yaşayış sahəsinin verilməsinə; yaşayış sahəsi verilməsi üçün məlumat verilməklə müdiriyyətin və ya müvafiq ictimai təşkilatın orqanının həmkarlar ittifaqının birgə qərarı ilə verilmiş yaşayış sahəsinə rayon (şəhər) icra hakimiyyəti orqanı order verməkdən imtina etdikdə, order verilməsinə dair mübahisələri həll edir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, rəsmi sənədə əsasən mənzilinin ümumi sahəsi 42,0 kv.m, faktiki sahə 44,11 kv.m olduğu, ona faktik sahəyə görə iddiaçı tərəfindən 15% əlavə, yəni 50,73 kv.m təklif olunduğu halda, cavabdehin biri 59 kv.m və 32 kv.m olmaqla hər biri 1 otaqlı iki mənzil tələb etməsi ədalətli hesab edilə bilməz. Belə ki, Cav abdeh13 bununla dəlilinin əsaslı hesab edilə bilməsi üçün məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə yoxlanılarkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və t am baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)xxx/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-364/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-364/2020
28.01.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver