Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3640/2023 25.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Sumqayıt şəhəri üzrə İcra İdarəsi) iş üzrə QƏRARİ Açar sözlər: hərrac qaydaları, ipotekaya xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nə qarşı ipotekaya xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3578/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2412/2021 saylı qərarı ilə əsas borc üzrə 999.353.45 ABŞ dolları və faiz borcu üzrə 83.022.38 ABŞ dolları məbləğində pulun “EL” kiçik müəssisəsindən, İddiaçı və X1 müştərək qaydada Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) xeyrinə tutulması, tutmanın İddiaçı məxsus olan və ilkin satış qiyməti 1.350.000 manat müəyyən edilən S umqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3424A nömrəli bağ evinə yönəldilməsi, əmlakın hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin Bankın hesabına köçürülməsi barədə qətnamənin dəyişdirilmədən saxlanması qərara alınmışdır.
2. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2412/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi icraya yönəldilmiş, Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən ipoteka ilə yüklü olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3424A nömrəli bağ evinin (bundan sonra – ipoteka predmeti) açıq hərracda satılması üçün ilkin olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 51/3 saylı, xx.xx.2022ci il tarixli sifariş verilmiş, daha sonra Bank icra idarəsinə müraciət edərək, ipoteka predmetinə dair hərracın beş ildən az olmayan d aimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata göndərilməsini xahiş etdiyindən açıq hərracın keçirilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra –Hərrac Mərkəzi) həvalə edilmişdir (70/3 saylı, 31 may 2022-ci il tarixli sifarişə əsasən). Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 10447/3 saylı, xx.xx.2022-ci il tarixli müraciəti nəzərə alınaraq "xxxx" MMC tərəfindən ipoteka predmetinə dair hərracın keçirilməsi dayandırılmışdır.
3. Hərrac Mərkəzinin açıq hərracın keçirilməsinə dair 01 nömrəli, xx.xx.2022-ci il tarixli bildirişi ilə ipoteka predmetinə dair açıq hərracın keçirilmə vaxtı xx.xx.2022-ci il tarixə, 02 nömrəli, xx.xx.2022-ci il tarixli bildirişi ilə xx.xx.2022-ci il tarixə təyin edilmişdir.
4. Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəz inin 16 iyun 2022-ci il tarixli, 1077/2022 nömrəli məktubu ilə iddiaçı və Bank ipoteka predmeti üzrə açıq hərracın keçirilməsinin dayandırılması barədə məlumatlandırılmışdır.
5. Hərracla bağlı “Birja Yenilikləri” qəzetində müvafiq elanlar dərc olunmuşdur (№300 (300), 7 iyun 2022-ci il; №304(304), 5 iyul 2022-ci il; №306(306), 19 iyul 2022-ci il). 6. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində keçirilmiş hərraclarda ipoteka predmeti satılmadığına görə hərracın təşkilatçısı olan Hərrac Mərkəzi 19 iyul 2022-ci il tarixdə ipoteka predmetini almağı Banka təklif etmiş, xx.xx.2022-ci il tarixdə Bank hərrac təşkilatçısına “təklifin qəbulu haqqında” məktub ünvanlayaraq əmlakı almağa razılıq verdiyini bildirmiş, həmin tarixdə “hərracın yekunları barədə” 49/04-2 №-li protokol tərtib edilməklə y anaşı, Hərrac Mərkəzi ilə Bank arasında “hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” müqavilə bağlanaraq, qeyd edilən əmlak 860.625 manata Bank tərəfindən əldə edilmişdir.
7. İpoteka predmeti xx.xx.2022-ci il tarixdə Bankın adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka predmeti üzrə ipotekaya xitam verilməsi və onun ipoteka ilə yüklülükdən azad edilməsi, o cümlədən, həmin ipoteka predmetinə dair mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hall arına istinad etməklə onunla əsaslandırmışdır ki, ipoteka predmetinin açıq hərracda satılması Hərrac Mərkəzinə sifariş olunmuşdur. Sifariş barədə məktub mövcud deyil. Eyni zamanda hərracın keçirilməsi başqa hərrac təşkilatı olan Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinə də sifariş olunmuşdur. İddiaçının hazırkı iş üzrə cavabdeh olan Hərrac Mərkəzində keçirilən hərracdan ümumiyyətlə məlumatı olmamışdır. İkinci hərracdan sonra Banka göndərilmiş məktubun ipoteka saxlayana göndərilməsini təsdiq edən heç bir sənəd mövcud deyildir. Ümumiyyətlə heç bir hərrac keçirilməmişdir, Hərrac Mərkəzi ilə Bank saxta sənədlər əsasında evi mənimsəməyə çalışır. Əsas qanun pozuntularından biri də eyni icra sənədi üzrə iki müxtəlif hərrac mərkəzlərində hərracın keçirilməsidi r. Banka qanunvericiliyin tələbinə əsasən ona təklif olunmuş əmlakı 30 gün ərzində balansına götürməmiş, sənədlər saxtalaşdırılmışdır. Hərracın keçirilməsi barədə istər “www.birjanews.az” internet səhifəsində, istərsə də “Birja Yenilikləri” adlı qəzetdə heç bir elan verilməmiş və hər hansı məlumatlandırma olmamışdır.
10. İddiaçı tələbini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152, 415 və 416-cı maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə istinad etmişdir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(005)-304/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia ərizəsi təmin edilməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, hazırda iddiaçı əmlaka dair hərracın iki müxtəlif təşkilat tərəfindən keçirilməsinə, əmlakın tələbkar tərəfindən 30 gün ərzində əldə edilməsinə dair heç bir müqavilə və ya sənədləşmə işinin aparılmamasına, tərtib edilmiş müqavilənin geri tarixə bağlanmasına, o cümlədən əmlakın tələbkar tərəfindən əldə edilməsi üçün vergi ödənilməməsinə və sair hallara istinad edərək ipotekaya xitam verilməsini məhkəmədən xahiş edir.
13. Halbuki iddiaçının müqavilənin əvvəlki tarixə bağlanması, vergi ödənilməməsinin bu halı təsdiq etməsi, iki hərrac təşkilatları tərəfindən hərracların keçirilməsi barədə dəlilləri öz təsdiqini tapmamışdır. Belə ki, həmin halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
14. Hərracın keçirilməsi ilə bağlı tələbkar tərəfindən vergi ödənilməməsi dəlili ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, həmin hal öz təsdiqini tapmış olsa belə, bu hal özlüyündə müqavilənin geri tarixə bağlanmasını təsdiq etməməklə yanaşı, iddiaçının tələbi əsasında ipotekaya xitam verilməsi üçün əsas ola bilməz.
15. Əmlakın əldə edilməsi ilə bağlı təklifin Banka göndərilməməsi dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, qanunverici ipoteka predmetinin əldə edilməsini hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində protokolun imzalanması ilə şərtləndirmişdir. Eləcə də, əmlak müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edildiyindən hüquqlar ın dövlət qeydiyyatına alınıbalınmaması (və ya sonradan qeydə alınması) müvafiq halda əhəmiyyət kəsb etmir.
16. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7, 43.8-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3578/2023 nömrəli, 31 may 2023-cü il tarixli qətnam əsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Günay Axundova) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə1 Bayram oğlu) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, Hərrac Mərkəzinə verilən sorğuya əsasən xidmət haqqının (Mülki Məcəllənin 298.2 və 319.3.5-ci maddələrində əsasən) hansı tarixdə ödənilməsi barədə sənəd təqdim olunmamış və həmin sorğu əsasında verilən sənədlər alındığı zaman Bank tərəfindən xidmət haqqının ödənilməsi barədə hərrac təşkilatına sənəd təqdim olunmadığı bildirilmişdir. Bu hal bir daha onu göstərmişdir ki, Bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində ipoteka predmeti əldə olunmamışdır, Məhkəməyə iddia ərizəsi təqdim olunduqdan sonra Bank və Hərrac Mərkəzi ipoteka predmetinin əldə olunması barədə sənədləri köhnə tarixlə tərtib edərək məhkəməyə təqdim etmişlər. Belə olan halda, ipoteka predmetinin əldə olunması tarixini müəyyən etməkdən ötrü cavabdeh Bank və hərrac təşkilatı tərəfindən hərrac təşkilatına xidmət haqqının hansı tarixdə ödənilməsi barədə müvafiq ödəniş sənədinin məhk əməyə təqdim olunması barədə qərardad qəbul olunmasını xahiş etmişlər və Bank tərəfindən əsası və hüquqi əhəmiyyəti olmayan ödəniş tapşırıqları məhkəməyə təqdim olunmuşdur. Lakin həmin ödəniş tapşırıqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada olmadığından məhkəməyə vəsatət verərək, həmin ödənişlərin həqiqətən icra olunub-olunmamasının müəyyən edilməsi üçün “Kapital Bank”a sorğu verilməsini xahiş etsələr də, məhkəmə işin araşdırılmasında və həqiqətin ortaya çıxmasında maraqlı olmadığı üçün vəsatətlərini təmin etməyərək, hüquqlarını bir daha pozmuşdur. İcra orqanı tərəfindən nə protokol, nə də ki, digər sənədlər təsdiqlənmişdir. Bank və Hərrac Mərkəzinin öz aralarında qanunsuz olaraq tərtib etdikləri saxta sənədlərə icra orqanı imza və möhür qoymaqdan imtina etmişdir. Çünki Bankın əmlakı 30 gün müddəti buraxdıqdan sonra balansına qəbul etdiyini icra orqanı təsdiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
24. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərin in və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
25. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 26. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
27. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal (hərraca iki nəfərdən az alıcı gəldikdə) istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərr acdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
28. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi
29. Maddə 150.1.13. Aşağıdakılar ist isna olmaqla, fiziki şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar.
30. Maddə 150.3-1. Notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Hərrac təşkilatçısı kimi çıxış edən ixtisaslaşdırılmış təşkilatlar bu Məcəllənin 150.1.13.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergi tutulmayan əməliyyatlar üzrə hərracın nəticələri rəsmiləşdirildiyi gündən 10 (on) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada məlumatı vergi orqanına təqdim etməyə borcludurlar. Verilmiş borcun təminatı kimi vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq ipoteka saxlayan tərəfindən əldə edildikdə bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergi hərrac təşkilatçısı kimi çıxış edən ixtisaslaşdırılmış təşkilatlar tərəfindən ipote ka saxlayandan tutulur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli Qərarı 31. “...“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydası nda ipotekaya xitam verilməsini tələb edə bilər. Həmin Qərarda həmçinin göstərilmişdir ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarır...” İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 dekabr 2022-ci il tarixli qərardadı 32. “...İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə si üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günün sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur. İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1 -ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi öhdəliyin təminatı olaraq ipotekaya qoyulmuş əmlakın açıq hərrac vasitəsilə satılmasının mümkün olmadığı və ipoteka saxlayanın əmlakı əldə etmədiyi halda işə düşür. Ona görə də qeyd olunan normanın dispozisiya şərtlərinin yaranması üçün aşağıdakı zəruri əsaslar məcmu halda mövcud olmalıdır: 1) ipoteka ilə yüklü edilmiş əmlak barəsində iki hərracın keçirilməsi; 2) hər iki hərracın baş tutmamış elan olunması; 3) təkrar hərracın baş tutmamış elan olunmasından 30 təqvim günü ərzində ipoteka saxlayanın ipoteka predmetini əldə etməməsi. Həmin əsaslardan hər hansı birinin mövcud olmaması istinad olunan normanın tətbiqini istisna edir...” Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki ha lların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bü tövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
46. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmama sı ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3578/2023 nömrəli mülki iş üzrə 31 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.