Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3642/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinəı ("xxxx" X3 Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə ("xxxx" X3 Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı faiz borcu, əldən çıxmış fayda və penyanın ödənilməsi” tələbinə dair mülk i iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3983/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 sentyabr 2023-cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı xx.xx.2015-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzili "xxxx" KB ASC-nin xeyrinə yüklü edilmişdir. 2. "xxxx" KB ASC İddiaçı (bundan sonra - iddiaçı) və qeyrilərinə qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi və s.” tələblə Xətai Rayon Məhkəməsinə müraciət etmi şdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-14/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzilinin ilkin satış qiyməti 82000 manat müəyyən edilməklə açıq hərrac vasitəsilə satışının təşkil edilməsi və s. qət edilmişdir. Həmin qətnamə icraya yönəlmiş və Xətai Rayon İcra Şöbəsi tərəfindən açıq hərracın keçirilməsi cavabdeh təşkilat olan "xxxx" MMC-yə (bundan sonra cavabdeh) tapşırılmışdır.
3. Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzilin xx.xx.2019-cu il tarixdə açıq auksion formasında hərrac keçiriləcəyi ilə bağlı İddiaçı xəbərdar edilmişdir
4. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzilin xx.xx.2022-ci il tarixdə açıq auksion formasında hərrac keçiriləcəyi ilə bağlı İddiaçı xəbərdar edilmişdir.
5. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məlumatın məzmunundan görünür ki, Xətai rayon İcra şöbəsinin 17/74 nömrəli, 3348/13 saylı, xx.xx.2019-cu il tarixli sifarişinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzilin satılması ilə bağlı hərraclar baş tutmamış müvafiq olaraq təkrar hərracın baş tutmama sı barədə “Birja Yenilikləri” qəzetin 10 noyabr 2022-ci il tarixli nömrəsində dərc edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan İpoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə 52275 manata ala bilər.
6. Cavabdehin xx.xx.2022-ci il tarixli, 64/02 nömrəli hərracın yekunları barədə protokola əsasən ipoteka predmetini təşkil edən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzili 52275 manata tələbkar "xxxx" KB ASC əldə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı ("xxxx" KB ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sü rməyən üçüncü şəxs qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzilinin açıq hərracda satışı məqsədilə cavabdeh tərəfindən keçirilmiş hərracın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, məhkəmədən ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzilinin açıq hərracda satışı məqsədilə cavabdeh tərəfindən keçirilmiş hərracın və xx.xx.2022-ci il tarixli 64/02 Hərracın yekunları barədə Protokolun və xx.xx.2022-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən keçirilən hərraclar etibarsızdır. Belə ki, xx.xx.2019-cu il tarixdə ilkin hərrac keçirildikdən sonra üçüncü şəxs olan "xxxx" ASC tərəfindən icra prosesi dayandırılmışdır. Daha sonra iddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-14/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi rəsmi qaydada əldə edilərək apellyasiya şikayəti verilmiş və bununla da icra üzrə icraatın dayandırılması davam etdirilmişdir. Məhkəmə prosesləri yekunlaşdıqdan sonra Xətai rayon İcra Şöbəsi tərəfindən ipoteka predmetinin satışı "xxxx" MMC hə rrac şirkətinə göndərilmişdir. Sonra sifariş oradan geri alınaraq təkrar olaraq cavabdehə göndərilmişdir. Lakin cavabdeh təkrar olaraq ilkin hərracdan başlamalı olduğu halda birbaşa olaraq təkrar hərrac keçirmişdir. Bununla da qanunvericiliyin tələbi və iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Xətai rayon İcra Şöbəsi tərəfindən ipoteka predmetinin satışının təşkil edilməsi cavabdehə 2022-ci il tarixdə yenidən tapşırılmışdır. Yenidən hərracın keçirilməsi tapşırıldığından ilkin hərrac təkrar olaraq keçirilməli idi. Əvvəl baş tutmuş hərracın ilkin hərrac kimi sayılması üçün əsas mövcud deyildir. Çünki həm ilkin və təkrar hərraclar arasında 3 ildən çox zaman kəsiyi mövcuddur, həm ilkin hərracdan sonra tələbkar özü ərizə ilə müraciət edərək icra prosesini dayandırmışdır, həm də iddiaçının mü lkiyyət hüquqları pozulmuşdur. Digər tərəfdən iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi,2 saylı evin 52 saylı mənzilin qiymətləndirilməsini həyata keçirən "xxxx" MMC hərracın keçirilməsi tapşırılmış cavabdeh ilə eyni ofisdə (ünvan 1 ünvanında) yerləşir. Bu birbaşa olaraq maraqların pozulmasıdır. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
10. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" KB ASC iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 aprel 2023-cü il tarixli, 2(005)-561/2023 saylı qətnaməsi ilə (hakim Novruzova Aytən) iddia tələbi rədd edilmişdir.
12. Məhkəmə iddia tələbinin “hərracın nəticələrinin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı iddia ərizəsinə və iş materiallarına istinadən qeyd etmişdir ki, iddiaçı hərracın keçirilməsi zamanı Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən ilkin hərracdan başlanmalı olduğu halda birbaşa olaraq təkrar hərrac keçirilərək qanunvericiliyin tələblərinin pozulduğunu bildirmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzili ilə bağlı keçirilən hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci və ikinci hərrac arasında fasilənin olması (xx.xx.2019-cu il tarixdə ilkin, xx.xx.2022-ci il tarixlərdə təkrar hərrac) icra sənədi üzrə icraatın dayandırılması səbəbindən baş vermişd ir. İddiaçı göstərmişdir ki, hərrac təşkilatı ilkin hərracdan başlamalı olduğu halda birbaşa olaraq təkrar hərrac keçirmişdir. Bu hal hərracın keçirilmə qaydalarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericilikdə hərracın 2 dəfə keçirilməsi nəzərdə tutulduğundan iddiaçının bu dəlili əsaslı deyil. Belə ki, məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız hərracın onlardan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirmişdir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416.1 və 416.2-ci, “İpoteka haqqında” Azərbay can Respublikası Qanununun 41.2, 41.3, 41.5, 42.1 və 43-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Nərimanov rayon məhkəməsinin MTT barədə qərardadı mövcud ola-ola cavabdeh hərracı həyata keçirmişdir. Halbuki həmin qərardadla əmlakın özgəninkiləşdirilməsi qadağan olunmuşdur. Cavabdeh tərəfindən hərracın keçirilməsinin ümumi qaydaları pozulmuşdur. Belə ki, hərracların keçirilməsi barədə i ddiaçıya heç bir məlumat verilməmişdir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumatlar əks olunmalı olsa da, həmin məlumatlar tam əks olunmamışdır. Bundan başqa hərrac vasitəsilə kütləvi informasiya vasitələrində elan verilməli olduğu halda elan verilmiş vasitənin kütləvi olubolmaması məlum deyildir. Həmin vasitəyə kütlə tərəfindən əlçatımlılıq hansı dərəcədədir, bu sual doğurur. Bu suallar içərisində keçirilmiş hərrac qanunvericiliyin tələblərini pozmaqla keçirilmiş hərrac hesab edilməlidir.
16. Bakı Apellyasiya Məhkəməsin in Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 5 iyul 2023-cü il tarixli, 2(103)-3983/2023 nömrəli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Xumar Mərdanova) şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(005)- 561/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, apellyasiya şikayəti əsassızdır və hərrac qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilmişdir.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış v ə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin 52 saylı mənzili ilə bağlı keçirilən hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci və ikinci hərrac arasında fasilənin olması (xx.xx.2019-cu il tarixdə ilkin, xx.xx.2022-ci il tarixlərdə təkrar hərrac) icra sənədi üzrə icraatın dayandırılması səbəbindən baş vermişdir. İddiaçı göstərmişdir ki, hərrac təşkilatı ilkin hərracdan başlamalı olduğu halda birbaşa olaraq təkrar hərrac keçirmişdir. Bu hal hərracın keçirilmə qaydalarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliyə uyğun olaraq ilkin hərracdan sonra məhkəmə qətnaməsi mübahisələndirildiyindən icra hərəkətləri dayandırılmış, məhkəmə aktı qanuni qüvvəy ə mindikdən sonra icra hərəkətləri davam etdirilməklə düzgün olaraq təkrar hərrac keçirilmişdir. Qanunda icra hərəkətlərinin dayandırılmasından sonra yenidən ilkin hərracın keçirilməli olması barədə hər hansı bir göstəriş də yoxdur. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız hərracın onlardan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirmişdir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Kollegiya apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab etmişdir.
19. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 415.4 və 416-ci, “İpoteka haqqında” Az ərbaycan Respublikasının Qanununun 41.1, 42.1, 42.3, 42.4, 43.1, 43.4, 43.5, 43.6, 43.7, 43.7-1 və 43.8-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 384.0.31, 385.2 və 402.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək (Vəkil Zamin oğlu) qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il və xx.xx.2022-ci il tarixlərdə keçirilmiş hərraclar vasitəsilə iddiaçı mülkiyyətindən məhrum edilmişdir. Halbuki, cavabdeh tərəfindən əmlakın satışı ilkin hərracdan başlamalı idi. Belə ki, Xətai rayon İcra Şöbəsi tərəfindən ipoteka pr edmetinin satışının təşkil edilınəsi cavabdehə 2022-ci il tarixdə yenidən tapşırılmışdır. Yenidən hərracın keçirilməsi tapşırıldığından ilkin hərrac təkrar olaraq keçirilməli idi. Əvvəl baş tutmuş hərracın ilkin hərrac kimi sayılması üçün əsas mövcud deyildir. Çünki həm ilkin və təkrar hərraclar arasında 3 ildən çox zaman kəsiyi mövcuddur, həm ilkin hərracdan sonra tələbkar özü ərizə ilə müraciət edərək icra prosesini dayandırmışdır, həm də iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Cavabdeh tərəfindən hərracın keçirilməsinin ümumi qaydaları pozulmuşdur. Belə ki, hərracların keçirilməsi barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənil məsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumatlar əks olunmalı olsada həmin məlumatlar tam əks olunmamışdır. Bundan başqa,, hərrac vasitəsilə kütləvi informasiya vasitələrində elan verilməli olduğu halda elan verilmiş vasitənin kütləvi olub-olmaması məlum deyildir. Həmin vasitəyə kütlə tərəfindən əlçatımlılıq hansı dərəcədədir, bu sual doğurur. Bu suallar içərisində keçirilmiş hərrac qanunvericiliyin tələblərini pozmaqla keçirilmiş hərrac hesab edilməlidir.
22. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, 125-ci maddəsinin İ və Vİİ hissələri, 127-ci maddəsinin İİ hissəsi, 129-cu maddəsinin İİİ hissəsi, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 Saylı Protokolunun 1-ci, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü, Mülki Məcəllənin 415.2, 416.1, 416.2, “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 42.1, 43.1.1, 43.7, 43.8, Mülki Prosessual Məcəllənin 9.1, 14.1, 88, 217.1 və 217.3-ci maddələrinə, "Axverdiyev Azərbaycana qarşı" məhkəmə işi üzrə, “Elsholz Almaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli, “Blucher Çex Respublikasına qarşı” iş üzrə xx.xx.1994-cü il tarixli Avropa Məhkəməsinin Qərarları, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhk əməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə istinad etmişdir. b)
23. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı cavabdehin etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə 24. 410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır.
25. Maddə 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir.
26. Maddə 410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kas sasiya məhkəməsi qərar çıxarır. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırki işdə iddiaçı tərəfindən kassasiya şikayətindən imtina edildiyindən məhkəmə kollegiyası kassasiya şikayəti üzrə hər hansı bir araşdırma aparmır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası m əruzəçini dinləyib, iş materiallarını və təqdim edilmiş ərizəni nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı kassasiya şikayətindən imtinası qəbul edilməli, iş üzrə kassasiya instansiyasında icraata xitam verilməlidir.
30. Belə ki, “Elektron Məhkəmə” sistemi vasitəsi ilə Ali Məhkəməyə daxil olmuş ərizədən görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil iş üzrə tərəflər arasında razılıq əldə olunduğunu, ona görə də kassasiya şikayətindən imtina etdiyini, bu səbəbdən iddiaçının şikayətinin geri qaytarılmasını xahiş etmişdir.
31. İşdə olan Bakı 2 saylı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən 25 yanvar 2021-ci il tarixdə təsdiqlənmiş Etibarnaməyə görə İddiaçı Mülki Prosessual Məcəllənin 74-cü maddəsində nəzərdə tutulmuş səlahiyyətləri, o c ümlədən iddia tələblərindən tam və ya qismən imtina etmək səlahiyyətləri vəkili Vəkil vermişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətindən imtinanın qəbul edilməməsi üçün əsaslar yoxdur. Belə olan halda ərizə təmin edilməklə kassasiya şikayətindən imtina qəbul olunmalı və iş üzrə kassasiya instansiyasında icraata xitam verilməlidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410.1 və 410.2-ci maddələrinə görə kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır.
34. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabde hin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X1 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3983/2023 nömrəli iş üzrə 05 iyul 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin və işin kassasiya instansiyasında icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.