Məhkəmə qərarları › İş №2(102)-3644/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3644/2024

21.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3644/2024 21.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməsi, müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyas ının 2(106)-29/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 21 oktyabr 2024cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı1 (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (bundan sonra cavabdehlər, yaxud ad, soyadıı) Astara Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən, onun mülkiyyətində olan 0,1965, 0,2275, 0,08 və 0,090291 hektar torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınıb ona verilməsi, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi və cavabdehlərin özbaşınalıq hərəkətləri nə son qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Astara Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(018)18/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim (Mübariz Məmmədov) iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

3. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(106)-29/2024 nömrəli, 23 may 2024-cü il tarixli qətnaməsi ilə, (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Pərviz Əhmədov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 12 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, 14 avqust 2020-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan, Astara rayonun Pensər kəndində yerləşən 0,090921 (faktiki 0,09 ha) və 27 noyabr 2019-cu il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya məxsus olan, Astara rayonun Pensər kəndində yerləşən 0,1965 ha (faktiki 0,1547 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən cavabdehlərin çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq 50 (əlli) manat məbləğində pul vəsaitinin m üştərək qaydada cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumlarının əvəzi 80 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

5. Qətnamədən cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayəti vermişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-29/2024 nömrəli, 09 avqust 2024-cü il tarixli qərardadı ilə, kassasiya şikayəti elektron qaydada verilmədiyindən, müddətin ötürülməsi ilə verildiyindən və kassasiya şikayəti üçün müəyyən olunmuş forma və məzmuna dair tələblərə riayət edilməklə verilmədiyindən geri qaytarılmışdır.

7. Qətnamədən cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə yenidən kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən prosessual müddət ötürülməmişdir. Belə ki, kassasiya şikayəti cavabdehlər tərəfindən xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə qətnamə alındıqdan sonra 2 ay müddətində şikayət verilmiş, şikayət cavabdehlər tərəfindən imzalanmış, şikayətin elektron qaydada imzalanmaqla göndərilməsi onun tərəfindən həyata keçirilmişdir. Hazırda poçt qəbzinin surəti, vəkil orderi, etibarnamə, dövlət rüsumunun ödənilməsi barədə qəbz və kassasiya şikayəti elektron qaydada imzalanmaqla, göndərilməsi onun tərəfindən həyata keçirilmişdir. Bunlara əsasən də, kassasiya ş ikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.

9. Müddətin bərpasına dair ərizəyə və kassasiya şikayətinin uyğunluğunun yoxlanılmasına dair məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə müddətin bərpasına dair ərizənin dəlillərinə uyğun izahat verərək, ərizənin təmin edilməsini və işin kassasiya şikayəti ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Nümayəndə izahatında həmçinin qeyd etmişdir ki, kollegiyanın bəhsi keçən qətnaməsi xx.xx.2024-cü il tarixdə onun elektron kabinetinə yüklənmiş, o qətnamə ilə tanış olmuşdur. Lakin tərəflər qətnamənin surətini poçt vasitəsilə aldıqdan sonra onunla müqavilə bağlamışlar. O, da, müqavilə bağlandıqdan dərhal sonra kassa siya şikayəti hazırlayaraq, məhkəməyə göndərmişdir. Buna görə də, prosessual müddət üzrlü səbəbdən ötürüldüyündən bərpa olunmalıdır.

10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-29/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərardadı ilə, (hakimlər Cahid İmanov (məruzəçi), Tale Kərimov və Pərviz Əhmədov) kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş ərizə təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin 23 may 2024-cü il tarixli qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, kassasiya müddətinin bərpa edilməsi üçün əsas yoxdur. Cavabdehlərin nümayəndəs i ərizəsində müddəti ötürdüklərini etiraf edir. Lakin qətnamənin tərəflərə poçt vasitəsilə çatdırıldıqdan sonra dərhal şikayət verdiyini bildirir. Apellyasiya instansiya məhkəməsində “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunur və cavabdehlərin nümayəndəsi və vəkilinə kassasiya şikayəti elektron kabinet vasitəsilə çatdırılmışdır. Buna baxmayaraq, cavabdehlər kassasiya şikayətini qanunla müəyyən edilmiş müddət ötürülməklə məhkəməyə təqdim etmişlər. Ümumiyyətlə cavabdehlərin vəkillə gec müqavilə bağlamaları onlara münasibətdə kassasiya şikayəti verilməsi müddətinin bərpası üçün əsas ola bilməz. Çünki vəkil tərəfləri məlumatlandırmalı və kassasiya şikayəti vaxtında verilməli idi. Eyni zamanda faktiki olaraq ötürülmüş müddətin ötürülməmiş hesab olunması barədə ərizə verilməsi hüquqi cə hətdən düzgün deyil. Çünki faktiki olaraq prosessual müddət ötürülmüşdür.

12. Eyni zamanda məhkəmə müəyyən etmişdir ki, cavabdehlərin nümayəndəsi və vəkili yenidən kassasiya şikayəti təqdim edərkən, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının mətnini sadalasa da, həmin maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını konkret əsaslandırmamış, maddi və prosessual hüquq normalarının müddəallarını kassasiya şikayətinə köçürməklə kifayətlənmişdir. Eyni zamanda kassasiya şikayətinin mətni, əsas da, nəticə hissəsi oxunaqlı şəkildə “Elektron-məhkəmə” informasiya sisteminə yüklənməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 101.1, 10-1.2, 10-1.3, 10-1.5-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

14. Qərardaddan cavabdehlər (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qərardadının ləğv edilməsini, kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair verilmiş ərizənin təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdehlərin yaşadıqları ünvana poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə alındıqda, digər tərəfdən şikayətin verilməsi müddəti ötürülməmiş, xx.xx.2024-cü il tarixdə hüquqi yardımla bağlı müqavilə imzalanmış, xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yüklənmişdir. Tətbiq edi lən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

16. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

17. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektro n məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

18. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

19. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

20. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.

21. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

22. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

23. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

24. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

25. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəx slərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

27. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsini n mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

28. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

29. Maddə 408.1.4. Kassasiya şikayəti kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

30. Maddə 416.1. Kassasiya in stansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

32. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bil ər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarı. 34....qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunu.

35. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.

36. Maddə 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Kassasiya baxışının hədləri:

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütö vlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Cavabdehlərin (vəkili Nümayəndə) apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.

41. Qeyd olunmalıdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (vəkili Nümayəndə) apellyasiya instansiyası məhkəməsinin qərardadından verdikləri kassasiya şikayətini, onların apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin yaşadıqları ünvana poçt vasitəsi ilə xx.xx.2024-cü il tarix də alınması, şikayətin verilməsi müddətinin ötürülməməsi, xx.xx.2024-cü il tarixdə hüquqi yardımla bağlı müqavilə imzalanması, kassasiya şikayətinin xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yüklənməsi ilə əsaslandırmışlar.

42. Halbuki, iş materiallarından müəyyən edilir ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-29/2024 nömrəli, 23 may 2024-cü il tarixli qətnaməsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırkı kassasiya şikayətini də imzalamış olan nümayəndəsi (vəkili) Nümayəndə elektron kabinetinə 31 may 2024-cü il tarixdə yerləşdirilmişdir.

43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15” iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 2.1-ci bəndinə əsasən informasiya Sisteminin iştirakçıları və istifadəçiləri (işdə iştirak edən şəxslər, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, vəkillər və s.) müvafiq olaraq “Məhkəmə İşlərinin Elektron İdarəedilməsi Sistemi” və Vahid Məhkəmə Portalı (https://e-mehkeme.gov.az və https://courts.gov.az) vasitəsilə İnformasiya Sisteminə daxil ola bilərlər.

44. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən Hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş bütün məhkəmə sənədləri proses iştirakçılarının İnformasiya Sistemində yaradılmış “Elektron kabinet”ində avtomatlaşdırılmış qaydada yerləşdirilir və onlara bu barədə məlumat İnformasiya Sistemi vasitəsilə elektron qaydada (elektron poçt, SMS vasitəsilə) çatdırılır.

45. H əmin Qaydaların 2.3-1-ci bəndinə əsasən hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş məhkəmə qərarları (qətnamələr, əmrlər, qərardadlar və qərarlar) qəbul olunduğu gündən 1 aydan gec olmayaraq avtomatlaşdırılmış qaydada anonimləşdirilməklə elektron qaydada yayılır.

46. Lakin, apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, apellyasiya məhkəməsinin qətnaməsi 31 may 2024-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada verilmiş, yəni onların nümayəndəsinin elektron kabinetinə yüklənmişdir. Cavabdehlər isə apellyasiya instansiyası məhkəməsinin 23 may 2024-cü il tarixli qətnaməsi onlara rəsmi təqdim edildikdən 2 ay müddətində kassasiya şikayəti verməli olduqları halda bunu etməmiş, qətnaməni rəsmi qaydada aldıqları tarixdən 2 ay müddət 31 iyul 2024- cü il tarixində bitməsinə baxmayaraq, həmin qətnamədən müddəti ötürməklə kassasiya şikayəti vermişlər. Belə ki, birinci dəfə cavabdehlər kassasiya şikayətini 09 avqust 2024-cü il tarixdə 9 gün müddət keçdikdən sonra versələr də, apellyasiya instansiya məhkəməsinin həmin tarixli qərardadı ilə kassasiya şikayəti elektron qaydada verilmədiyindən, müddətin ötürülməsi ilə verildiyindən və kassasiya şikayəti üçün müəyyən olunmuş forma və məzmuna dair tələblərə riayət edilməklə verilmədiyindən geri qaytarılmışdır. Daha sonra isə kassasiya şikayəti cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən 26 avqust 2024-cü il tarixdə elektron sistemə yüklənmişdir. Göründüyü kimi kassasiya şikayəti onun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə elektron sisteminə yüklənməsind ən 2 ay 26 gün müddət keçdikdən sonra elektron sistemə yüklənmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qətnaməsinin surətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə 31 may 2024- cü il tarixdə verilməsini, yəni onların elektron sisteminə yüklənməsini, cavabdehlərin, habelə onların nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayətini 26 avqust 2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə müddət ötürülməklə verməsini, cavabdehlərin ərizəsində irəli sürdüyü halın onların müddəti ötürməsinin üzrlü səbəbi sayıla bilməməsi, cavabdehlərin nümayəndəsinin ərizəsində müddəti ötürdüklərini etiraf etməsi, lakin qətnamənin tərəflərə poçt vasitəsilə çatdırıldıqdan sonra dərhal şikayət verdiyini bildirsə də, apellyasiya instansiya məhkəməsində “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunmasını, cavabdehlərin nümayəndəsi və vəkilinə kassasiya şikayəti elektron kabinet vasitəsilə çatdırılmasını, buna baxmayaraq, cavabdehlərin kassasiya şikayətini qanunla müəyyən edilmiş müddət ötürülməklə məhkəməyə təqdim etmələrini, ümumiyyətlə cavabdehlərin vəkillə gec müqavilə bağlamalarının onlara münasibətdə kassasiya şikayəti verilməsi müddətinin bərpası üçün əsas ola bilməməsini, vəkilin tərəfləri məlumatlandırmalı və kassasiya şikayətini vaxtında verilməli olmasını əsas gətirərək, kassasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsi, müddətin bərpasına dair cavabdehlərin ərizəsinin təmin edilməməsi və kassasiya şikayətinin geri qaytarılması qənaətinə gəlmişdir.

48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “K ot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.

49. Həmçinin Avropa Məhkəməsi “Akif Həsənov Azərbaycana qarşı” qərarında göstərmişdir ki, “X2 Məhkəmə si onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir”. 50. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin irad əsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

51. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddəti ərzində kassasiya şikayəti verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şi kayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

52. Buraxılmış müddətin bərpası haqqında ərizə verilərkən onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzrlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). Cava bdehlərin isə kassasiya şikayəti verilməsi barədə müddətin bərpa edilməsi haqqında ərizələrində, qətnamənin elektron sisteminə yüklənməsindən 2 ay 26 gün müddət keçməsindən sonra kassasiya şikayəti vermələrinin səbəbini formal dəlillərlə əsaslandırmışlar.

53. Məhkəmə kollegiyası cavabdehlər (Vəkili Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinin həmin dəlillərini əsassız hesab edir. Belə ki, cavabdehlərin ərizələrində göstərdikləri hallar üzrlü səbəblər kimi qəbul edilə bilməz. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektr on məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirildiyindən, cavabdehlərin qətnamənin onlara poçt vasitəsilə çatdırıldıqdan sonra dərhal şikayət vermələri barədə dəlilləri əsassızdır. Bu faktlar isə keçən müddət ərzində cavabdehlərin hərəkətsizlik göstərmələri, kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin sonuncu gününü gözləmələri, bununla belə müddəti üzürsüz səbəbdən ötürmələrini təsdiq etməklə, onları şikayəti vermələri üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir. Odur ki, kassasiya şikayətinin dəlilləri subyektiv mülahizələrdən ibarət olmaqla əsassızdır.

54. Bu səbəbdən müddətinin bərpasına dair ərizənin təmin edilməməsi və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-29/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qü

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar