Məhkəmə qərarları › İş №2(102)-3644/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3644/2025

15.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3644/2025 15.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): hüquqi və fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusundan irəli gələn mübahisələr (real zərər), sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 avqust 2025-ci il tarixli 2(107)-688/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kass asiya şikayətinə dair işə 15 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 23.12.2021-ci il tarixli 701 saylı əmrlə Cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə administrator vəzifəsinə keçirilmişdir. 2. xx.xx.2024-cü il tarixdə fəaliyyətini dayandırmış “OBA Çapayev 2 (1115)” filialının bağlanış nəticələrinə dair yekun akta əsasən son əməliyyat tarixi xx.xx.2023-cü ildir. 3. 31.10.2024-cü il tarixli arayışa əsasən xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin “OBA Çapayev 2” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə yekun 9283,61 (doqquz min iki yüz səksən üç manat, altmış bir qəpik) manat zərər vurması müəyyən edilmişdir. Maliyyə aray ışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 8779,22 manat borc qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə ödənilməmiş 8779 (səkkiz min yeddi yüz yetmiş doqquz) manat 22 (iyirmi iki) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 58 (əlli səkkiz) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin “OBA Çapayev 2” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə yekun 9283 manat 61 qəpik zərər vurması müəyyən edilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 8779 manat 22 qəpik borc qalmışdır. Beləliklə cavabdehin hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 8779 manat 22 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata edilməmişdir.

6. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçının iddiasında qeyd etdiyi öhdəlik əm ək müqaviləsi üzrə olmaqla 2024-cü il tarixdən əvvəl yaranmışdır. Müvafiq qanunvericilikdə həmin öhdəliyin icra müddəti 1 il müddətinə nəzərdə tutulmuşdur. Lakin tələbkar 1 il müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı məhkəməyə gec müraciət etməklə 1 (bir) illik iddia müddətini buraxmışdır. Buna görə də iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmədən iddia tələbinin 1 (bir) illik iddia müddətinin tətbiq etməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

7. Ağdaş Rayon Məhkəməsinin (hakim Cavid Sultanov) xx.xx.2025-ci il tarixli, e2(014)-592/2025 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiasının rədd olunması qət edilmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmış dır ki, bu fakt üzrə məlumat iddiaçıya müvafiq olaraq xx.xx.2023-cü il tarixdə məlum olmalı olsa da, iddiaçı məhkəməyə iddia ərizəsi ilə 10 fevral 2025-ci il tarixdə müraciət etmişdir. İddiaçının həmin faktı gec müəyyən etməsi iddia müddətinin axımının başlanması kimi qiymətləndirilə bilməz və bu tarixin müəyyənləşdirilməsinin aktın tərtib edildiyi vaxtdan hesablanması iddiaçının iradəsindən asılı olan hal olduğundan əsas götürülə bilməz. Əks halda müddət buraxılacağı təqdirdə iddiaçı yeni tarixli akt tərtib edərək yoxlamanın gec başlamasını əsas gətirməklə iddia müddətinin tətbiqini mümkünsüz edər.

9. Məhkəmə hesab etmişdir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası qanunla müəyyən olunmuş 1 il iddia müddəti buraxıldığından təmin edilməməlidir, həmçinin məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

10. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1 və 296.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2 və 375-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenu munun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarına, Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli Qərarına, həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarına, “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli, “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarlarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 119.1. 124.2, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instan siyası məhkəməsində icraat

11. İddiaçı MMC-nin nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək Ağdaş Rayon Məhkəməsinin 2(014)-592/2025 saylı 02 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmamış, iş üçün mühüm əhəmiyyəti faktiki hallar tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırılmamış, gəlinən nəticə isə işin faktiki hallarına uyğun olmamışdır. MMC tərəfindən iddia müddəti ötürülməmişdir, iddia müddətinin axımının başlanğıcı məhkəmə tərəfindən düzgün müəyyən edilməmişdir.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(014)-592/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Elman İsayev və Taleh Musayev) 2(107)-688/2025 nömrəli 26 avqust 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(014)-592/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin rədd edilməsi, ödənilmiş məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət olunmuşdur.

9. Apellyasiya məhkəməsi iddianın rədd edilməsinə dair birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razıla şsa da hesab etmişdir ki, məhkəmə tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, inventarizasiya aktında son əməliyyat tarixi kimi qeyd edilmiş 31 avqust 2023-cü il tarixində iddiaçı təşkilata aid mağazada sonuncu hansı əməliyyatın aparılması dəqiqləşdirilmədən müddətin axımının başlanmasının 31 avqust 2023-cü il tarixindən hesablanmalı olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi qənaət MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsipinin tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi ilə aparılan dəqiqləşdirmə ilə və işdə olan sənədlərlə 2023-cü ilin avqust ayında cavabdehə təhkim edilmiş mağazada bağlanış xarakterli son əməliyyatın aparılması halı mü əyyən edilməmiş, əksinə iş materialları ilə cavabdehə təhkim edilmiş mağazada son inventarizasiyanın 15 fevral 2024-cü il tarixdə aparılmaqla mağazanın həmin tarixdən bağlanması müəyyən edilmişdir.

10. İş üzrə iddia müddətinin axımının 31 avqust 2023-cü il tarixindən hesablanması üçün əsaslar müəyyən edilməməklə, iddiaçının hüquqlarının pozulmasını bildiyi tarixin xx.xx.2024-cü il olması, iş materiallarından iddiaçı tərəfindən mediasiyanın tətbiqi barədə təklifin 25 noyabr 2024-cü il tarixdə göndərilməklə, mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın 31 yanvar 2025-ci il tarixdə tərtib edilməsi, iddia ərizəsinin isə 10 fevral 2025-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilməklə 1 illik iddia müddətinin ötürülməməsi müəyyən edilmişdir.

11. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 8779,22 manat borcunun qalmasına dair dəlilini isə əsaslı hesab etməyərək qeyd etmişdir ki, işdə olan İddiaçı MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixdə fəaliyyətini dayandırmış “OBA Çapayev 2 (1115)” filialının bağlanış nəticələrinə dair yekun aktdan göründüyü kimi inventarizasiyanın aparılmasında cavabdeh iştirak etməmiş, inventarizasiyanın nəticələrinə dair həmin sənəd yalnız iddiaçı təşkilatın nümayəndələri tərəfindən tərtib edilməklə iddiaçı təşkilatın nümayəndələri tərəfindən imzalanmışdır. İddiaçı təşkilatın xx.xx.2024-cü il tarixdə tərtib etdiyi akt iddiaçının öz mövqeyini əks etdirən sənəd olmaqla, həmin aktın tərtib edilməsində qanunla müəyyən olunmuş qayda da əldə edilmiş hər hansı bir məlumata, yəni sübuta istinad edilməmişdir.

12. İş materiallarından müəyyən edildiyi kimi İddiaçı MMC tərəfindən Cavabdeh tərəfindən ona 8779,22 manat məbləğində maddi ziyanın vurulması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmiş, Cavabdeh tərəfindən də iddia tələbi etiraf edilməmişdir.

13. Konstitusiya Məhkəməsinin Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, əgər iddia tələbi əsassızdırsa, iddia tələbi iddia müddəti tətbiq edilməklə deyil, tələbin əsassızlığına görə rədd edilməlidir. Əgər iddia tələbi əsaslıdır sa və iddiaçı iddia müddətini ötürübsə, onda iddia müddətinin tətbiq edilməsi mümkündür.

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh tərəfindən imzalanmış “Tam maddi məsuliyyət haqqında müqavilə” ilə onun üzərinə götürdüyü öhdəliklərə münasibət bildirilməməsinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olmaması təsdiqini tapdığı halda cavabdehin “Tam maddi məsuliyyət haqqında müqavilə” ilə üzərinə götürdüyü öhdəliklərə münasibət bildirilməsi zərurəti müəyyən edilməmişdir.

15. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192, 194, 199, 200 və 296-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 372, 375, 377, 1096 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin 26 avqust 2025-ci il tarixli 2(107)-688/2025saylı qətnaməsinin tam ləğv edilərək iddianın tam təmin olunması və kassasiya şikayəti verilməsi üçün ödənilmiş 59 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi cavabdehin administrator kimi vəzifə funksiyalarının nədən ibarət olmasını həmin vəzifə təlimatı kontekstində qiymətləndirmədən iddianı rədd etmişdir. Halbuki cavabdehin vəzifə təlimatı üzrə iddiaçı təşkilatda hansı funksiyanı yerinə yetirməli olub-olmaması, həmin təlimat üzrə cavabdehin hər hansı pozuntuya yol verib-verməməsi nin müəyyən edilməsi iddianın qanuni həlli baxımından əhəmiyyət kəsb etmişdir. Məhz cavabdehin vəzifə təlimatı üzrə funksiyası və bu funksiyanı pozub-pozmaması müəyyən ediləndən sonra işdəki aktların cavabdehin məsuliyyətini təsdiq edən yetərli sübut kimi qəbul edilibedilməməsinə qiymət verilməli idi.

18. Məhkəmə iş materiallarında olan və cavabdeh ilə İddiaçı MMC arasında rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli “Tam maddi məsuliyyət haqqında müqavilə”yə, həmçinin cavabdehin müqavilədə göstərilmiş öhdəliklərinə münasibət bildirməmişdir. “Tam maddi məsuliyyət haqqında” müqavilənin 3.3-cü bəndində göstərilir ki, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur və işçi aktla tanış edilir. İşçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməs i onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Məhz bununla bağlı 5 (beş) nəfər komissiya üzvlərindən ibarət tərkibdə və öz imzaları ilə təsdiq edilmiş “İmtina aktı” tərtib edilmişdir. Bu aspektdən çıxış edərək qeyd etmək lazımdır ki, cavabdehin aktı imzalamaması onu maddi məsuliyyətdən azad etmir.

19. İşin düzgün həlli üçün önəmli olan halların varlığını (ziyanın mövcudluğu və bu ziyanın məhz cavabdeh tərəfindən vurulduğunu) təsdiq edən yazılı sübutlar (cavabdehin imzaladığı əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında müqavilə, vəzifə təlimatı, inventarizasiya sənədləri), məhkəməyə təqdim edilsə də, məhkəmə bu sübutları düzgün qiymətləndirməmiş, təqdim edilmiş yoxlama sənədlərinin natamam və ya yolverilməz olduğunu konkret normativ-hüquqi aktların müddəaları ilə əsaslandırmamış, habelə işçinin işəgötürənə vurduğu ziyanın hansı qaydada müəyyən edilməli və sənədləşdirilməli olduğunu əsaslandıra bilməmişdir. Bu səbəbdəndir ki, qəbul edilmiş qətnamə ziddiyyətli və natamamdır. Göründüyü kimi, məhkəməyə hansı sənəd təqdim edilməsindən asılı olmayaraq, məhkəmə sübutları obyektiv qiymətləndirməmiş və həmçinin kadr sənədlərinə (əmək müqaviləsinin bağlanması və vəzifə dəyişikliyi ilə bağlı sənədlər, tam maddi məsuliyyət haqqında müqavilə və vəzifə təlimatı və s.) düzgün hüquqi münasibət bildirməmişdir. Apellyasiya məhkəməsi işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-in 76.2-ci maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə düzgün müəyyənləşdirməmiş, iş mater iallarında olan sübutları MPM-in 88-ci maddəsinə əsasən düzgün qiymətləndirməmiş, nəticə etibarı ilə maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

21. Maddə 10 (“ç” bəndi). İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir.

22. Maddə

191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflər in birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a)ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b)təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c)təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

23. Maddə

194. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsində qeyd edilir ki, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanark ən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçinin tam maddi məsuliyyəti yaranır.

24. Maddə

199. Saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.

25. Maddə

200. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əm lakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

26. Maddə

202. İşəgötürənə dəymiş ziyan məbləği faktik itkilər üzrə müəyyən olunur. 205-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

27. Maddə

203. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onu n əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.

28. Maddə 296. (İ hissə). Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

29. Maddə 296 (İİ hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərz ində məhkəməyə müraciət edə bilər.

30. Maddə 296 (İİİ hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

31. Maddə 296 (İV hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

32. Maddə 296 (V hissə). İşəgötürən bu Məcəl lə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mül ki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

35. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

48. İddiaçı MMC-nin kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Hesab edir iki, İddiaçı MMC iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. MMC-nin 5 əməkdaşının iştirakı ilə tərtib edilmiş aktın özündə göstərilən məlumatlar digər sübutlarla, xüsusilə maliyyə, mühasibatlıq və əmtəə dövriyyəsinə aid sənədlərlə təsdiq olunmalıdır.

49. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

50. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki ha llarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-688/2025 nömrəli iş üzrə 26 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar