Məhkəmə qərarları › İş №2(102)-3645/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-3645/2022

14.07.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3645/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 mart 2022-ci il i tarixli, 2(103)783/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında ya zılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 17 dekabr 2020-ci il tarixdə əmək müqaviləsi ilə İddiaçı Cavabdeh MMC-də xəzinədar vəzifəsinə işə qəbul edilmişdir.

2. Cavabdeh MMC-nin Müştəri xidmətləri və əməliyyatlar sektoru şöbəsinin xəzinədar vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 26 fevral 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi rəhbər tutularaq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrin qəbulu üçün əsas kimi işçinin 07 yanvar 2021-ci il tarixli izahatı göstərilmişdir.

3. İddiaçı yazdığı və imzaladığı həmin izahatında göstərmişdir ki, çalışdığı müddət ərzində bilir ki, müştərilərin bonuslarını və alış-verişlərini öz hesabına və ya müştərilərin kartları nın barkodunu əl ilə daxil etmək olmaz. Lakin cari ilin dekabr və yanvar ayları ərzində bir neçə dəfə bu proseduru təkrarlamış və ümumilikdə eyni hesaba 1000 manatdan çox (10 manat bonus) vurmuşdur. Bu halın səhv olduğunu anlayır və şirkətə ziyan olduğunu anlayır. Çalışacaq ki, bir daha bu hallar təkrar olunmasın. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının işdən çıxarılmasına dair 26 fevral 2021-ci il tarixli, T0141-21 saylı əmrin ləğv edilməsi, mediasiya şurasına ödənilmiş 50 manat və vəkilə ödənilmiş 110 manat məbləğində cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(007)3778/2021 nömrəli qətnaməsi ilə (hakim Q.Y.Əliyeva) iddia təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

6. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(007)-3778/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 mart 2022-ci il tarixli, 2(103)783/2022 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və E.Ə.Mehdiyevdən ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(007)-3778/2021 nömrəli qətnaməsi d əyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

8. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 mart 2022-ci il tarixli, 2(103)-783/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

9. Sonradan İddiaçı nümayəndəsi, Vəkil vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın işə bərpa hissəsindən imtina etdiyini, qətnamənin yalnız “əmrin ləğvi” hissəsində yoxlanılması və kassasiya şikayətinin həmin hissədə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

10. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

11. Kassasiya şikayətinə qarşı yazılı etira z verilməmişdir. Kassasiya baxışının hədləri:

12. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət e tməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkəti qəbul etmir. Belə halda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsa sən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə ba xarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddianın “işə bərpa” hissəsindən imtina etdiyindən, iddiadan imtina etməsi onun həqiqi niyyətini əks etdirdiyindən, iddiadan qismən imtina ərizəsi səlahiyyətli şəxs tərəfindən verildiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 02 mart 2022-ci il i tarixli, 2(103)-783/2022 nömrəli qətnaməsi qeyd olunan hissədə ləğv edilərək, iş üzrə icraata həmin hissədə xitam verilməlidir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddiadan qismən, yəni iddianın “işə bərpa” hissəsində imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 mart 2022-ci il i tarixli, 2(103)-783/2022 nömrəli qətnaməsi qismən, yəni iddianın “işə bərpa” hissəsinin rədd olunması hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı iddiasının “işə bərpa” hissəsi üzrə mülki işin icraatına iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar