Məhkəmə qərarları › İş №2(102)-3645/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3645/2024

16.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3645/2024 16.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq sahəsinin zəbtdən azad olunması, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyul 2024-cü il tarixli, 2(106)44/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Re spublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Lənkəran rayonu, Parakənd kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2. 2,96 ha torpaq sahəsi Lənkəran rayon Aqrar islahat Komissiyasının 03 mart 1998-ci il tarixli 04 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün Lənkəran rayonu, Parakənd kənd sakini Cavabdeh və onun ailə üzvlərinin (özü ilə birlikdə 16 nəfərin) mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz olaraq zəbt etdiyi Lənkəran rayonunun Parakənd kəndində yerləşməklə iddiaçıya məxsus olan torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia belə əsaslandırılmışdır ki, iddiaçı mübahisəli torpaq sahəsini aldıqdan sonra mütəmadi olaraq həmin kəndə gedib torpaq sahəsinə baxmış, torpaq sahəsi tikanlı məftillərlə çəpərə alınmışdır. Sonradan iddiaçı səhhəti ilə bağlı torpaq sahəsinə gedib-gələ bilməmişdir. Yenidən torpaq sahəsinə baxmağa getdikdə isə görmüşdür ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etmişdir. Cavabdeh onu özünə məxsus torpaq sahəsinin yaxınlığına belə buraxmamışdır. İddiaçı dəfələrlə cavabdehə torpaq sahəsini zəbtdən azad etməsi ilə bağlı müraciət etsə də, cavabdeh buna məhəl qoymamışdır.

5. Birinci instansiya məhkəməsində Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, o, iddiaçının to rpaq sahəsini zəbt etməmişdir. Onun özünün mülkiyyətində olan torpaq sahəsi mövcud olmuşdur. Faktiki olaraq o öz torpağından istifadə edir. Mübahisəli torpaq sahəsinin ərazisində kanal və meşə olmaqla yanaşı, Xanbulançay su dəryaçasından əkin sahələrinin suvarılması üçün yeraltı su xətt və eləcə də su ötürücü kollektor olmuşdur. Bundan başqa, həmin ərazidən beynəlxalq əhəmiyyətli rabitə xətti keçmişdir. Daha sonra Məhəmməd Əliyev adlı şəxs torpaq sahəsində ev tikməyin mümkün olmadığını görüb həmin torpaq sahəsini Lənkəran rayonu, Mamusta kənd sakini İddiaçı 2010-cu ildə satmış, sonuncu həmin torpağa dair çıxarış almışdır. Həmin torpaq sahəsi ilə onun ailəsinə məxsus torpaq sahəsi ümumiyyətlə bitişik deyildir. Həmin torpaqlar arasında digər vətəndaşların torpaq sahələrinə gedən təqribən 4-5 metr enində yol vardır.

6. Birinci instansiya məhkəməsinə təqdim olunan "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus olan ünvan 1 kəndi ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmişdir.

7. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində keçirilən məhkəmə tikinti-texniki ekspertizası üzrə 16 may 2019-ci il tarixli ekspert rəyinə görə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mühəndisi Etibar Həsənovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin bir hissəsi İddiaçı mülkiyyətindədir, mübahisəli torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Reyestr nömrəsi **********01, MA № ******* saylı Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonu, Parakənd kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin 0,0126 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh istifadə etdiyi torpaq sahəsi İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin 0,0126 ha hissəsi ilə üst-üstə düşür.

8. Birinci instansiya məhkəməsinin qərardadı ilə təyin edilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə 08 avqust 2022-ci il tarixli ekspert rəyinə görə, 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X16 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********01 reyestr nömr əli çıxarış, “Torpaq sahəsinin plan və ölçüsü” ilə İddiaçı xüsusi mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin 0,02 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir.

9. Lənkəran Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(049)-1375/2022 nömrəli qətnaməsi ilə (hakim T.Məmmədov) iddia təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Parakənd kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin 0,02 ha hissəsindən Cavabdeh çıxarılması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X16 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********01 reyestr nömrəli çıxarış, “Torpaq sahəsinin plan və ölçüsü” ilə İddiaçı xüsusi mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin 0,02 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilir. 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X16 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********01 reyestr nömrəli çıxarış, “Torpaq sahəsinin plan və ölçüsü” ilə xüsusi mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin 0,02 ha hissəsinin Cavabdeh tərəfindən istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2019-ci il tarixli ekspert rəyində İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonu, Parakənd kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin 0,0126 ha hissəsi Cavabdeh tərəfindən istifadə edildiyinin müəyyən edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 8 avqust 2022-ci il tarixli ekspert rəyində İddiaçı xüsusi mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin 0,02 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsinin müəyyən edilməsi, rəylər arasında uyğunsuzluq kimi qəbul edilə bilməz. Belə ki, ilkin rəy 16 may 2019-ci il tarixdə verildiyindən və bundan uzun müddət sonra 2022-ci il tarixdə İddiaçı xüsusi mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin 0,02 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsinin müəyyən edilməsi cavabdehin istifadə etdiyi torpaq sahəsinin sərhədlərini müəyyən müddət sonra qismən dəyişdirməsi ilə əlaqələndirilə bilər.

12. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MMCnin mütə xəssis rəyini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə uyğunsuzluq təşkil etməsi səbəbindən sübut kimi qəbul etməkdən imtina etməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyini mötəbər sübut kimi qiymətləndirmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 140, 152.1, 152.5-ci, Torpaq Məcəlləsinin 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 88, 117.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdi r.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin ekspert rəyləri şübhəli olmaqla, həqiqəti əks etdirmir və ziddiyyətlidir. Belə ki, tərəflərin torpaqları bir-biri ilə bitişik deyil, onları bir-birindən yol ayırır. Bu səbəbdən də cavabdeh müstəqil olaraq "xxxx" MMC-yə sorğu ilə müraciət etmiş və ekspertlərin verdiyi rəy ilə müəyyən edilmişdir ki, cavabdeh heç kimin, eləcə də, iddiaçının torpaq sahəsini zəbt etməmiş və ümumiyyətlə onların torpaq sahələri bir-birindən aralıda yerləşmişdir. Məhkəmə torpaq sahəsi ilə bağlı ekspertiza təyin etmiş və ekspert rəyi əsasında iddia tələbi üzrə işə baxaraq iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdehin iş üzrə təkrar ekspertiza keçirilməsi barədə vəsatətini məhkəm ə təmin etməmiş, verilmiş ekspert rəyi ilə kifayətlənmişdir. Məhkəmə işə baxarkən işi tam, obyektiv və hərtərəfli araşdırmadan, yarımçıq ekspert rəylərinə əsasən qətnamə qəbul etmiş, cavabdeh tərəfindən təqdim edilmiş rəyə, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən tərtib edilmiş 20 oktyabr 2009cu il tarixli, A 233930 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən torpaq sahəsi ilə Lənkəran rayon Aqrar İslahat Komissiyasının qərarı ilə cavabdehə və ailə üzvlərinə ayrılmış 2,96 ha pay torpaq sahəsinə dair tərtib edilmiş JN-173 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən torpaq sahələrinin üst-üstə düşməməsi barədə həqiqəti özündə əks etdirən cavabına heç bir əhəmiyyət verməmiş və əsas sübutlardan biri olan sənədi ümumi yyətlə qəbul etməmiş, təkrar məhkəmə ekspertizasının keçirilməsi barədə vəsatətini təmin etməmişdir. Eyni zamanda, məhkəmə təqdim etdiyi sübutları özünün qətnaməsində qeyd etməmiş, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında işə baxılmamışdır. Məhkəmə Mülki Məcəllənin 152.1-ci və 152.5-ci maddələrindən iddiaçının xeyrinə istifadə etməklə, cavabdehin hüquqlarını pozmuşdur.

16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 05 mart 2024-cü il tarixli məktubu ilə apellyasiya məhkəməsinə təqdim edilmiş mütəxəssis rəyinə və həmin rəyə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 aprel 202 4-cü il tarixli ekspert rəyinə görə, Hüquqların X16 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmişdir. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı əsasında JN-173 nömrəli (Kod ********) Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Cavabdeh və onun ailə üzvləri X8, X1, X6, X9, X10, X14, X13, X5, X2, X3, X4, X7, X15, X11 və X12 mülkiyyətlərinə verilmiş Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən üç hissədən ibarət 2,96 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinin T orpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun üç hissədən ibarət öz əksini tapması və həmin torpaq sahəsinin mübahisəli ərazi çevrəsində 1,62 ha hissəsinin yerləşməsi müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların X16 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi ilə Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı əsasında JN-173 nömrəli (Kod ********) Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Cavabdeh və onun ailə üzvləri X8, X1, X6, X9, X10, X14, X13, X5, X2, X3, X4, X7, X15, X11 və X12 mülkiyyətlərinə verilmiş Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən üç hissədən ibarət 2,96 ha torpaq sahəsinin mübahisəli ərazidəki 1,62 ha hissəsinin sənəd üzrə üst-üstə düşməməsi, bir-birindən aralıda yerləşməsi müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Araşdırma zamanı Hüquqların X16 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən faktiki vəziyyətdə istifadə edilməməsi müəyyən olunmuşdur. Lakin Cavabdeh bildirdiyinə görə, mübahisənin əsas predmeti sözügedən torpaq sahəsinin meşə zolağında yerləşməsi ilə bağlı olmasıdır və bu səbəbdən İddiaçı mülkiyyətin də olan torpaq sahəsindən sərbəst şəkildə istifadə etməsinə maneçilik törədir. Məlumat üçün bildirilir ki, mövcud elektron kadastr məlumat bazasına əsasən araşdırma zamanı Hüquqların X16 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı tarlaqoruyucu meşə zolağında yerləşməsi müəyyən olunmuşdur.

17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyul 2024-cü il tarixli, 2(106)-44/2024 nömrəli qətnaməsi ilə (hakim S.İ.Mayılovun sədrliyi və məruzəsi ilə, hakimlər C.F.İmanovdan və T.X.Heydərovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddi a təmin edilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində aparılan icraat zamanı əldə olunmuş mütəxəssis və ekspert rəylərinin mötəbərliyi məsələsinə münasibət bildirərək qeyd etmişdir ki, mütəxəssis rəylərindən, eləcə də, 16 may 2019-cu il tarixli, 10723 nömrəli və 8 avqust 2022-ci il tarixli, 10/4255 nömrəli ekspert rəylərinə əsasən, qeyd edilən rəylərin verilməsi üçün tədqiqatlar yalnız iddiaçıya aid olan hüquq müəyyənedici sənəd əsasında aparılmış, həmin rəylərin verilməsi zamanı cavabdehin və ailə üzvlərinin mübahisəli ərazidə mülkiyyətlərində torpaq sahəsinin olması nəzərə alınmamış, cavabdehə və ailə üzvlərinə aid olan hüquq müəyyənedici sənəd üzrə hər hansı tədqiqat aparılaraq, onlara məxsus torpaq sahəsinin sərhədləri müəyyən edilməmiş, hər iki t orpaq sahəsinin qarşılıqlı vəziyyəti araşdırılmamışdır. Həmçinin, həmin rəylər arasında uyğunsuzluq da mövcuddur. Belə ki, 16 may 2019-cu il tarixli ekspert rəyində cavabdehin istifadə etdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin 0,0126 ha hissəsi ilə üst-üstə düşdüyü qeyd edilsə də, 8 avqust 2022-ci il tarixli ekspert rəyində iddiaçının xüsusi mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin 0,02 ha hissəsinin cavabdehin istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü göstərilmişdir. Qeyd edilən uyğunsuzluğun aradan qaldırılması və cavabdehə aid hüquq müəyyənedici sənəd üzrə də araşdırmanın aparılmasının təmin edilməsi üçün apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı təkrar məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş, 05 mart 2024-cü il tarixli mütəxəssis və 30 aprel 2024-cü il tarixli ekspert rəyinin alınması təmin edilmişdir. Sözügedən mütəxəssis və ekspert rəyinin verilməsi üçün aparılan araşdırma Torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına əsaslanmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi 05 mart 2024-cü il tarixli mütəxəssis rəyini və 30 aprel 2024-cü il tarixli ekspert rəyini vermiş mütəxəssis və ekspertin mühəndislik sahəsində xüsusi biliklərinin olmasını nəzərə alaraq, həmin rəylərdə Hüquqların X16 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsinə dair qeyd olunanları işin hallarına uyğun saymışdır.

20. Bundan əlavə, iddiaçı da xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh tərəfindən istifadə olunması barədə sübut təqdim etməmişdir. İş üzrə müəyyən edilənlərlə də cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsindən istifadə etməsi halı təsdiq olunmamışdır. Məhkəmə kollegiyası bu baxımdan belə hesab etmişdir ki, iddia tələbinin təmin edilməsi üçün də əsas yoxdur.

21. İddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməməsi 05 mart 2024-cü il tarixli mütəxəssis rəyi və 30 aprel 2024-cü il tarixli ekspert rəyi ilə öz təsdiqini tapdığından, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.2-ci, Torpaq Məcəlləsinin 84, 111ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 115, 119.1, 384.0.2 və 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

23. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Resp ublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.2-ci, Torpaq Məcəlləsinin 84, 111-ci, Mülki Prosessual Məcəllənin 8.1, 8.2, 9.1, 9.3, 97.1, 97.5, 99.1, 101.1, 101.2, 102.1, 102.2, 102.3, 103.1, 103.2-ci maddələrinin tələblərini pozmuşdur.

25. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəyə görə üçüncü dəfə ekspertiza təyin etməsinin əsaslandırması düzgün olmamışdır. Məhkəmə üçüncü dəfə ekspertiza təyin edəndən sonra ekspertizanın keçirilməsi barədə iddiaçıya heç bir məlumat verməmiş, mütəxəssis iddiaçının xəbəri olmadan, yalnız cavabdehin iştirakı ilə mübahisəli əraziyə baxış keçirmək istəmiş, cavabdeh mütəxəssisi həmin əraziyə buraxmamış, mütəxəssis rəy vermədən işi geri qaytarmışdır. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi artıq ekspertizanın təyin ed ilməsi barədə qərardad ola-ola məhkəmə yenidən işin icraatını təzələyərək təkrarən ekspertizanın təyin edilməsi barədə yeni tarixlə qərardad qəbul etmişdir. Mütəxəssisin tərtib etdiyi rəy və rəyə əlavə etdiyi yerqurluşu planın qeyd hissəsində yazdıqları ilə ziddiyyət təşkil etmişdir. Lakin bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır.

26. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

27. Cavabdeh məhkəməyə yazılı izahat (kassasiya şikayətinə etiraz mahiyyətli) ünvanlamış, izahatda işdəki sübutlara istinad edilməklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin düzgün olması qeyd olunmuşdur. İzahatda maddi və ya prosessual hüquq normalarına istinad ol unmamışdır. Kassasiya baxışının hədləri:

28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

29. Kassator apellyasiya məhkəməsinin qətnaməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının predmetini qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə et mək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mö vcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi mə hkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Belə ki, apellyasiya instansiyası məhkəmə si tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən mütəxəssis və əlavə ekspertiza rəyləri alınmış, müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.

34. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçının tələblərinin sübut edilməsi vəzifəsi Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən iddiaçının üzərinə düşür. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş süb utetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

35. Hazırkı iş üzrə apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində işin hallarını və təqdim olunan sübutları qiymətləndirməklə belə nəticəyə gəlmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh tərəfindən zəbt olunması sübut olunmur.

36. Kassasiya şikayətinin digər dəlili isə mütəxəssis rəyinin və həmin rəy əsasında verilmiş ekspert rəyinin qanunsuz olmasıdır ki, iddiaçının bu dəlili də hər hansı bir sübutla əsaslandırmamışdır.

37. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən iş üzrə apellyasiya məhkəməsində keçirilmiş ekspert rəyini birinci instansiya məhkəməsinə təqdim edilmiş rəylərə münasibətdə daha mötəbər olmasını əsaslandırmaqla, MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyul 2024-cü il tarixli, 2(106)-44/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar