Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3646/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı1 və onun vəkili X2 iştirakları ilə, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Burcayev, iş № 2(008)-3220/2019) iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 13 000 ABŞ dollarının (ödəniş gününə X3 məzənnəsinə uyğun olaraq), vəkilə ödənilmiş xidmət haqqına görə 500 manat vəsaitin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı2 və İddiaçı1 verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), İddiaçı2 və X.Cəmi lova, iş № 2(103)-12715/2019) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı1 və onun vəkili X4 izahatında göstərmişdir ki, i şə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalə t etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Ucar şəhəri Dədə Qorqud küçəsi ev 5 mənzil 8 Cavabdeh1 xüsusi mülkiyyətindədir. Tərəflər arasında mənzilin alqı-satqısına dair şifahi razılıq əldə olunmuş, bu məqsədlə cavabdehlərə müxtəlif vaxtlarda köçürmə yolu ilə və nağd qaydada cəmi 13000 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. Lakin evin alqı-satqısı reallaşdırılmamış, iddiaçılar mübahisəli mənzildə 6 ildən artıq müddətdir ki, yaşamış, cavabdehlər buna etiraz etməmiş, mənzildən çıxarılma barədə məhkəmədə iddia qaldırmamış, cavabdehlər həmin puldan istifadə etsə də, pulu qaytarmamış, iddiaçılar da mübahisəli mənzili qaytarmamışlar. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası M ülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 448.1, 1091-ci maddələrini tətbiq etmişdir. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...Cavabdeh tərəf Ucar şəhəri Dədə Qorqud küçəsi 5 saylı evin 8 saylı mənzilini iddiaçılara kirayəyə verdiklərini bildirsələr də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər.” Cavabdeh1 kassasiya şikayətində apelyasiya icraatında araşdırılmamış yeni faktlara istinad etmiş və göstərmişdir ki, «… məhkəmənin gəldiyi nəticə yə əsasən öyrənə bildim ki, həyat yoldaşımla iddiaçılar arasında aparılmış danışığa əsasən onlar 2014-cü ildə 25000 ABŞ dolları ödəyərək mənzili almaq istəmişlər. Ancaq verdikləri 13000 ABŞ dolları olmuş və bir il müddətinə 12000 ABŞ dolları ödəməyi öhdəçilik götürmüşlər. Lakin onlar 12000 ABŞ dollarını ödəməmiş və nəticədə dolların manata məzənnəsi artıqdan sonra 12000 ABŞ dolları ödəməkdən imtina etmişlər. Bundan istifadə olunaraq iddiaçı tərəf varlanmaq üçün pulu geri tələb etməyə başlamışdır. Nəticədə mənim evi 13000 ABŞ dollarına satılmasını tələb edirlər. İddiaçı öz üzərinə götürdüyü şifahi öhdəçiliyi yerinə yetirməmişdir. » Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kassasiya şikayətində yeni faktlara istinad etmiş olsa da, faktiki olaraq apelyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticəsini (yəni 13000 ABŞ dollarını iddiaçılardan alınmasını və geri qaytarmadığını) təsdiq etmişlər. Bu isə apelyasiya məhkəməsinin gəlmiş olduğu nəticəsinin düzgün olmasını təsdiq edir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğv i üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3646/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3646/2020
21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver