Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3646/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd, maneələrin aradan qaldırılması (neqator tələb), ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ümumi istifadədə olan yolda inşa edilmiş çəpərin sökülməsi, qoyulmuş darvazanın götürülməsi və həmin yolun açılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-73/2024 saylı iddiaçıların kassasiya şikayətinə 04 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Torpağın mülkiyyətə verilməsinə dair JN-166A seriyalı, ****** KOD nömrəli şəhadətnaməyə əsasən Sabirabad Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 11 saylı qərarı ilə Sabirabad rayonu, X kəndində yerləşən 0.34 ha torpaq sahəsi İddiaçı4, İddiaçı3, İddiaçı2 və X2 ümumi birgə mülkiyyətinə verilmişdir.
2. Torpağın mülkiyyətə verilməsinə dair JN-165A seriyalı, ****** KOD nömrəli şəhadətnaməyə əsasən Sabirabad Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 11 saylı qərarı ilə Sabirabad rayonu, X kəndində yerləşən 0.87 ha. torpaq sahəsi Cavabdeh, X1, X6, X5 və X3 ümumi birgə mülkiyyətinə verilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa və Texniki Pasporta əsasən ümumi sahəsi 126,9 kv.m. fərdi yaşayış evi və 0,8733 ha torpaq sahəsi Cavabdeh, X4, X10, X8 və X3 adına mülkiyyət hüquqi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
4. Mübahisə 0.34 ha torpaq sahəsinin mülkiyyətçiləri olan İddiaçı4, İddiaçı3, İddiaçı2 və X2 mülkiyyətindən maneəsiz istifadə ilə bağlı yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) iddia ərizəsi ilə Sabirabad Rayon M əhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra – cavabdeh) tərəfindən ümumi istifadədə olan yolda inşa edilmiş çəpərin cavabdehin hesabına sökülməsi, qoyulmuş darvazanın götürülməsi və ümumi istifadədə olan yolun açılması haqqında qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddia tələbi onun əsaslandırılmışdır ki, JN-166A, Kod ****** saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən iddiaçılra 0,34 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçılara təqdim edilən Şəhadətnaməyə əsasən orada ümumi istifadədə olan yol nəzərdə tutulmuşdur. Lakin hazırda ümumi istifadədə olan yol cavabdeh tərəfindən zəbt edilmiş, cavabdeh yolu çəpərləmişdir. Hazırda ümumi istifadədə olan yol bağlandığından kənddən çıxmaq üçün iddiaçıların yolu təxminən 4-5 kilometr uzanır. Uşaqları məktəbə ge dərkən də həyatlarını təhlükə altına ataraq ümumi istifadədə olan yolun bağlı olması səbəbindən avtomobil yolu ilə hərəkət edirlər. Cavabdehin ümumi istifadədə olan yolu zəbt etməsi ilə bağlı istər X bələdiyyəsi tərəfindən, istərsə də Əmlak Məsələləri Dövlət Komitəsinin 7 saylı Şirvan Ərazi İdarəsi tərəfindən dəfələrlə cavabdehə xəbərdarlıq edilmiş və müvafiq akt tərtib edilmişdir. Cavabdeh xəbərdarlıqlara əməl etmədiyi üçün iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışılar.
7. İddiaçılar tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad etmişlər.
8. Cavabdeh iddiaya yazılı etirazında göstərib ki, İddiaçı1 eyni məzmunlu qarşılıqlı iddia ilə Sabirabad rayon məhkəməsinə müraciət etmiş və iddiası təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsində cavabdehi n nümayəndəsi iddia tələbinə etiraz edərək göstərmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-165A seriyalı KOD ****** nömrəli Şəhadətnaməyə, xx.xx.2023-cü il tarixli, Çıxarışa və Texniki Pasporta əsasən ümumi sahəsi 126,9 kv.m. fərdi yaşayış evi və 0,8733 ha. torpaq sahəsi Cavabdeh, X1, X6, X5 və X3 ümumi birgə mülkiyyətindədir. Cavabdeh tərəfindən Sabirabad rayonu, X kəndində tikilən çəpər özbaşına tikili deyildir. Çünki Çıxarışdan göründüyü kimi cavabdehlərin həmin sahəyə dair mülkiyyət hüquqları DƏDRX-də qeydiyyata alınmışdır. Buna görə də, iddiaçıların cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi barədə tələbləri əsassızdır və təmin edilməməlidir.
10. Birinci instansiya məhkəməsi tikinti-mühəndis ekspertizası təyin etmiş, ekspertin qarşısında hər iki tərəfin T orpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə əsasən zəbt faktının müəyyən edilməsi üçün müvafiq suallar qoymuşdur.
11. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6887 saylı ekspert rəyinə əsasən, iddiaçıların boşaldılmasını tələb etdikləri torpaq sahəsi (yol), sökülməsini tələb etdikləri hasar (çəpər) və götürülməsini tələb etdikləri darvaza cavabdehin istifadəsindədir (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur). İddiaçıların boşaldılmasını tələb etdikləri torpaq sahəsi (yol), sökülməsini tələb etdikləri hasar (çəpər) və götürülməsini tələb etdikləri darvaza ümumi istifadədə olan yolda (torpaq sahəsində) yerləşir. İddiaçıların boşaldılmasını tələb etdikləri torpaq sahəsi (yol), sökülməsini tələb etdikləri hasar (çəpər) və götürülməsini tə ləb etdikləri darvaza ümumi istifadədə olan yolda (torpaq sahəsində) yerləşir və cavabdehin və digərlərinin ümumi istifadədə olan yoldan (torpaq sahəsindən) istifadə və digər tərəfə çıxış imkanları məhdudlaşdırılır.
12. Cavabdeh əlavə ekspertiza təyin edilməsi barədə vəsatətə verərək göstərmişdir ki, ekspert rəyi onun mülkiyyətində olan 0,87 ha torpağa münasibətdə verilmişdir. Halbuki 24 yanvar 2023-cü il tarixli Çıxarışla onlara məxsus torpağın sahəsi 0,8733 ha-dır.
13. Birinci instansiya məhkəməsi əlavə ekspertiza təyin edilməsi barədə cavabdehin vəsatətini təmin etməmişdir.
14. Sabirabad Rayon Məhkəməsinin 2(056)-01/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehin Sabirabad rayonu, X kəndində qanunsuz sahibliyindəki ümumi istifadədə olan torpaq sahə sinin (yolun) üzərində yerləşən mübahisəli çəpərin (hasar) və darvazanın onun öz hesabına sökülməsi vəzifəsinin və ümumi istifadədə olan həmin torpaq sahəsinin (yolun) açılması (ümumi istifadəyə qaytarılması) vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. (hakim Nurəddin Bağırov)
15. Birinci instansiya məhkəməsi işdəki sübutlarla (ekspert rəyi) müəyyən etmişdir ki, iddiaçıların boşaldılmasını tələb etdikləri Sabirabad rayonu, X kəndində yerləşən torpaq sahəsi (yol), sökülməsini tələb etdikləri hasar (çəpər) və götürülməsini tələb etdikləri darvaza cavabdehin istifadəsində olmasına baxmayaraq, cavabdehə məxsus torpaq sahəsinin hüdudlarından kənarda ümumi istifadədə olan yolda yerləşir və belə olan halda, iddiaçıların ümumi istifadədə olan yoldan istifadə imkanları məhdudlaşdırılır. İddiaçıların tələbinə baxmayaraq, cavabdeh zəbt etdiyi ümumi istifadədə yolu boşaltmaqdan imtina etmişdir.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin istifadəsində olan və iddiaçıların boşaldılmasını tələb etdikləri mübahisəli sahə və sökülməsi tələb olunan tikililər ümumi istifadədə olan yolun (torpaq sahəsinin) üzərində yerləşdiyi halda və iddiaçıların həmin ümumi istifadədə olan yoldan (torpaq sahəsindən) istifadə imkanları məhdudlaşdırıldığı üçün, iddiaçılar ümumi istifadəçilər kimi həmin ümumi istifadədə olan yoldan (torpaq sahəsindən) istifadə etmək hüququna malikdirlər, habelə bu hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin mübahisəli torpaq sahəsinə dair mövcud hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüququ müəyy ən edilməmişdir. Odur ki, iddiaçıların ümumi istifadədə olan yola (torpaq sahəsinə) hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların boşaldılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi (yol) kənd sakinlərinin ümumi istifadəsi üçün ayrıldığından, cavabdehin həmin sahələri zəbt etməklə istifadənin məhdudlaşdırılması qanunvericiliyin tələbi baxımından yolverilməzdir və bu cür maneələr aradan qaldırılmalıdır.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Torpaq Məcəlləsinin 4, 18, 47, 84, 111-ci, Mülki Məcəllənin 157.4, 170.2, 175.1, 175.3-cü, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. a) Apellyasiya instansiyası məhk əməsində icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin tikdiyi çəpər özbaşına tikili deyil. Çünki cavabdehə və ailə üzvlərinə verilmiş Çıxarışdan da göründüyü kimi, cavabdehin həmin sahəyə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Buna görə də iddiaçıların cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi barədə tələbi əsassızdır və təmin edilə bilməz. Məhkəmə sökülməsini qət etdiyi çəpərin (hasarın) cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsinə məxsusluğu halını araşdırmamışdır. Məhkəmə işin hallarını düzgün qiymətləndirməmiş və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən mühən dis-texniki ekspertizası təyin edilmiş və ekspert göstərmişdir ki, iddiaçıların boşaldılmasını tələb etdiyi mübahisəli torpaq (yol), sökülməsini tələb etdiyi hasar (çəpər) və götürülməsini tələb etdiyi darvaza ümumi istifadədə olan yolda (torpaq sahəsində) yerləşir və bu, iddiaçıların ümumi istifadədə olan yoldan (torpaq sahəsindən) istifadə və digər tərəfə çıxış imkanlarını məhdudlaşdırır. Habelə, Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçılara Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında məxsus olan həyətyanı torpaq sahəsini baş yola birləşdirən yoldan istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin törədilməsi cavabdeh X. Abbasova qadağan edilmişdir. Daha əvvəl verilmiş ekspert rəyi işin hazırkı anı ilə aydınlıq yaratmasa da, məh kəmə prosessual qanunvericiliyin tələblərini pozaraq bu hala aydınlıq gətirməmişdir. Belə ki, daha əvvəl verilmiş ekspert rəyində iddiaçıların boşaldılmasını tələb etdiyi torpaq (yol), sökülməsini tələb etdiyi hasar (çəpər) və götürülməsini tələb etdiyi darvazanın ümumi istifadədə olan yolda (torpaq sahəsində) yerləşməsi və bunun iddiaçıların ümumi istifadədə olan yoldan (torpaq sahəsindən) istifadə və digər tərəfə çıxış imkanlarını məhdudlaşdırması müəyyən edilsə də (0,87 ha torpaq sahəsinə münasibətdə), xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən 0,8733 ha torpaq sahəsinin cavabdehlərin ümumi birgə xüsusi mülkiyyətində olması müəyyən edilmişdir. Göründüyü kimi, çıxarışda olan torpaq sahəsi 0,87 hektardan artıqdır. Belə olan halda, iş üzrə əlavə ekspertizanın keçirilməsi kifayət qədər zəruri olsa da, məhkəmə bu halın aydınlaşdırılmasına təşəbbüs göstərməmişdir. Məhkəmənin qətnamədə istinad etdiyi ƏMDK-nın 7 saylı Şirvan Ərazi Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktubunda gediş-gəliş yolunun məhdudlaşdırılması ilə bağlı göstərdikləri kollektora çıxan yolla bağlıdır, tərəflərin ümumi istifadəsində olan yolla bağlı deyil. Çıxarışda göstərilən yolla evin arasındakı məsafə 6-7 metrdir və cavabdehin həyətindəki yolun həmin şəxsə heç bir aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsi müəyyən etməmişdir ki, mütəxəssis və ekspert rəyində məhdudlaşdırma deyildiyi çəpər və darvaza çıxarışda göstərilən və əks etdirilən torpaq sahəsinin hüdudları daxilindədir, ya yox. Birinci instansiya məhkəməsi həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olmasını bildirməklə qüvvədə olan mövcud Çıxarışı şübhə altına almışdır. Eyni zamanda, Sabirabad rayon X bələdiyyəsinin sədri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, cavabdehin xüsusi mülkiyyətində olan fərdi yaşayış evi orada yaşayan kənd sakinlərinin gediş-gəlişinə maneə yaratmır. Habelə, xx.xx.2023-cü il tarixli Çıxarışa əlavə edilmiş situasiya planından görünür ki, sökülməsi qət edilmiş hasar və darvaza (müvafiq olaraq 4 və 6-cı nömrə ilə nişanlanmışdırlar) verilmiş Çıxarışın hüdudları daxilindədir və 0,8733 ha torpaq sahəsi onları əhatə edir. Belə olan halda, Çıxarışın hüdudları daxilində cavabdeh tərəfindən aparılmış tikili iş özbaşına tikili deyil. Cavabdehin həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Buna görə də, iddiaçıların cavabdehin mülkiyyətində olan torpaq sahəsindəki çəpər (hasar) və darvazanın sökülməsi, yolun açılması barədə tələbi əsassızdır və təmin edilə bilməz.
21. Apellyasiya baxışında X4, X10, X8 və X7 cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər.
22. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlilləri əsasında əlavə tikintitexniki ekspertizası təyin etmiş və ekspert qarşısında cavabdehin və ailə üzvlərinin adına tərtib edilmiş Çıxarış əsasında zəbt faktının müəyyən edilməsi barədə müvafiq suallar qoymuşdur.
23. Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/1323 saylı, 17 aprel 2024-cü il tarixli ekspert rəyinə əsasən iddiaçıların boşaldılmasını tələb etdikləri mübahisəli torpaq sahəsi, sök ülməsini tələb etdikləri hasar (çəpər) və götürülməsini tələb etdikləri darvaza Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Cavabdeh, X4, X10, X8 və X3 mülkiyyətinə verilmiş Sabirabad rayonu, X kəndində yerləşən 0,8733 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. JN-165A nömrəli Şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0,87 ha torpaq sahəsinin koordinatları və konfiqurasiyası ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən tərtib edilmiş texniki pasportda göstərilən 0,8733 ha torpaq sahəsinin koordinatları və konfiqurasiyası arasında uyğunsuzluq mövcuddur.
24. Şirv an Apellyasiya Məhkəməsinin 2(106)-73/2024 saylı, 10 iyul 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir. (hakimlər Samir Mayılov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov, Pərviz Əhmədov)
25. Apellyasiya instansiyası məhkəməsi cavabdehin və ailə üzvlərinin adıba tərtib edilmiş JN-165A, Kod ****** saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və 24 yanvar 2023-cü il tarixli Çıxarışa istinadən göstərmişdir ki, 04 avqust 2022-ci il tarixli mütəxəssis rəyi və 11 noyabr 2022-ci il tarixli ekspert rəyi verildikdən sonra, cavabdeh və onun ailə üzvlərinə məxsus torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınm az əmlakın Dövlət reyestrində 24 yanvar 2023-cü ildə qeydiyyat aparılmış, onların ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinin ölçüsü JN-165A, Kod ****** saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edildiyi kimi 0,87 ha deyil, 0,8733 ha olaraq göstərilmişdir. Bununla əlaqədar olaraq əlavə ekspertizanın aparılması barədə cavabdeh tərəf vəsatət vermiş olsa da, birinci instansiya məhkəməsi əsassız olaraq həmin vəsatəti təmin etməmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışında alınmış ekspert rəyinə əsasən müəyyən etmişdir ki, iddiaçıların boşaldılmasını tələb etdikləri mübahisəli torpaq sahəsi, sökülməsini tələb etdikləri hasar (çəpər) və götürülməsini tələb etdikləri darvaza Çıxarışa əsasən cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan 0,873 3 ha torpaq sahəsinin hüdudları daxilindədir.
27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçıların boşaldılmasını tələb etdikləri mübahisəli torpaq sahəsi, sökülməsini tələb etdikləri hasar (çəpər) və götürülməsini tələb etdikləri darvaza Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan 0,8733 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyindən və mülkiyyətçinin ona məxsus torpaq sahəsindən istədiyi şəkildə istifadə etmək, həmin torpaq sahəsinə başqa şəxslərin sahibliyinə yol verməmək, orada istədiyi qurğuları qurmaq, hasar çəkmək, darvaza qoymaq hüququ olduğundan, hazırkı iddia tələbi əsaslı deyil. Birinci instan siya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır.
28. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən 0,87 ha torpaq sahəsinin koordinatları və konfiqurasiyası ilə ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən tərtib edilmiş texniki pasportda göstərilən 0,8733 ha torpaq sahəsinin koordinatları və konfiqurasiyası arasında uyğunsuzluq mövcuddur. Bu cür uyğunsuzluq mövcud olsa da belə, həmin sənədlərdən sonuncusu olan xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarış daha mötəbər qəbul edilməlidir. Həmin Çıxarış nəzərə alındıqda hazırda iddiaçıların ümumi yol kimi iddia etdikləri ərazi və orada yerləşən çəpər və darvaza cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan 0,8733 ha torpaq sa həsində yerləşir.
29. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, JN166A, KOD ****** saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Sabirabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 11 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə verilmiş Sabirabad rayonu, X kəndində yerləşən 0,34 ha torpaq sahəsinə gedən yol cavabdeh tərəfindən istifadə edilsə də, bu cür istifadə zəbt xarakteri daşımır və mülkiyyətçi kimi cavabdehin öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə hər hansı bir maneə yaradıla bilməz. Bununla bağlı iddiaçıların cavabdeh və ailə üzvlərinə məxsus olan 0,8733 ha torpaq sahəsi ilə bağlı verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışı mübahisələndirmək imkanı mövcuddur. Lakin hazırkı halda cavabdeh və o nun ailə üzvləri mülkiyyətçi kimi onlara məxsus torpaq sahəsindən öz istədikləri şəkildə istifadə etmək hüququna malikdirlər.
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 238.1, 239.2, 240.1-ci, Torpaq Məcəlləsinin 84.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçılar (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, təqdim edilən Şəhadətnamədən də aydın görünür ki, orada ümumi istifadə də olan yol nəzərdə tutulmuşdur. Lakin hazırda həmin yol cavabdeh tə rəfindən zəbt edilmiş, yolu çəpərləmişdir. Ümumi istifadədə olan yol bağlandığı üçün çox əziyyət çəkirlər. Çünki cavabdehin yolu bağlanması səbəbindən kənddən çıxmaq üçün yol təxminən 4-5 kilometr uzanır. Övladları məktəbə gedərkən də həyatlarını təhlükə altına qoyaraq ümumi istifadədə olan yolun bağlı olması səbəbindən avtomobil yolu ilə hərəkət edirlər. Cavabdehin ümumi istifadədə olan yolu zəbt etməsi ilə bağlı istər X Bələdiyyəsi tərəfindən, istərsə də 7 saylı Şirvan Ərazi İdarəsi tərəfindən dəfələrlə cavabdehə xəbərdarlıq edilmiş və müvafiq akt tərtib edilmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin edilmiş və ekspertiza rəyində JN-166A, KOD ****** saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Sabirabad rayon AİK-nın xx.xx.2003-cü il t arixli qərarı ilə iddiaçıların mülkiyyətinə verilmiş Sabirabad rayonu, X kəndində yerləşən 0,34 ha torpaq sahəsinə gedən və ümumi istifadə üçün nəzərdə tutulmuş yolun cavabdeh tərəfindən tutulması və JN-165A nömrəli Şəhadətnaməyə əsasən cavabdehin mülkiyyətinə verilmiş 0,87 ha torpaq sahəsinin koordinatları və konfiqurasiyası ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən********** qeydiyyat nömrəli, xx.xx.2023cü il qeydiyyat tarixli Çıxarışa əsasən tərtib edilmiş texniki pasportda göstərilən 0,8733 ha torpaq sahəsinin koordinatları və konfiqurasiyası arasında uyğunsuzluq mövcud olması qeyd edilsə də, apellyasiya instasiyası məhkəməsi bu hala hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz dax il olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dai r sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 239.2. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunveri ciliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 47 (1-ci hissə). Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Maddə
68. Torpaq sahələri üzərində hüqu qlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84 (1-ci hissə) Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111 (1, 2 və 3-cü hissələr). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) tor paqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şik ayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellya siya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq ol unmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
35. Kassasiya şikayətində iddiaçılar apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mü bahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Apellyasiya instansiyası məhk əməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
39. İddia tələbi mülkiyyətdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması barədə olmaqla, neqator tələbidir.
40. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.4-ci maddəsi təşkil edir.
41. Qeyd edilən normanın tələbinə görə mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
42. Bu iddianın təmin edilməsinin şərti həqiqətən də iddiaçıların mülkiyyətindən istifadəyə cavabdehin maneə törətməsi halının müəyyən edilməsidir.
43. İşin ekspert rəyinə əsasən apellyasiya instansiyası məhk əməsi tərəfindən müəyyən edilən hallarına görə isə iddiaçılar məxsus torpaq sahəsinə gedən yol cavabdeh tərəfindən tutulmayıb, cavabdeh tərəfindən tutulması iddia edilən yol (torpaq sahəsi), sökülməsi tələb edilən hasar və darvaza cavabdehin və ailə üzvlərinin adına tərtib edilmiş 24 yanvar 2023-cü il tarixli Çıxarışa əsasən sonuncuların mülkiyyətlərində olan 0,8733 ha torpaq sahəsinin hüdudları daxilindədir. Başqa sözlə, tutulması iddia edilən yol (torpaq sahəsi), sökülməsi tələb edilən hasar və darvaza cavabdehin və ailə üzvlərinin mülkiyyətindədir.
44. Cavabdehin və ailə üzvlərinin adına tərtib edilmiş 24 yanvar 2023-cü il tarixli Çıxarış qüvvədədir.
45. Qeyd edilməlidir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyas ı qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. (Mülki Məcəllə, maddə 140 və 148.2)
46. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq düzgün nəticəyə gəlmişdir.
47. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 25-29-cu bəndlərində əks edilən hüquqi mövqeyi ilə razılaşır.
48. Belə ki, həmin bəndlərdə əks edilənlərdə n görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, bu barədə gəldiyi nəticəni əsaslandırmış, düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.
49. Həmçinin apellyasiya instansiyası ekspert rəylərini də Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
50. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər əsassızdır.
51. Belə ki, ekspertiza rəyində cavabdehin və ailə üzvlər inin adına tərtib edilmiş JN166A, KOD ****** saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə (0,87 ha torpaq sahəsi) xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarış (0,8733 ha torpaq sahəsi) arasında koordinatlar və konfiqurasiya uyğunsuzluğu olması qeyd edilsə də, apellyasiya instansiyası məhkəməsinin buna hüquqi qiymət verməməsi barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu hala qiymət vermişdir (bax: 29-cu bənd).
52. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: iddiaçılar İddiaçı 3, İddiaçı2, İddiaçı1 və İddiaçı4 kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-73/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.