Məhkəmə qərarları › İş №2(102)-3646/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3646/2025

13.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3646/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Kateqoriya: pul tələbi, əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlu oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1393/2025 nömrəli, 1 avqust 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etd i. İşin halları

1. İddiaçı 06 oktyabr 2024-cü il tarixdə “Khazar Samand” markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 7500 manat ödəməklə almış, lakin aralarında alqısatqı müqaviləsi rəsmiləşdirilməmiş, cavabdeh tərəfindən iddiaçıya avtomobilə sərəncam vermək səlahiyyəti də daxil olmaqla mülkiyyətçi X1 adından etibarnamə verilmişdir.

2. Zəngilan Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli 16(034)-1/2025 saylı qərardadı ilə X1 mülkiyyətində olan, buraxılış ili 2018-ci il olan, mühərrik nömrəsi göstərilməmiş, BAN nömrəsi NVABA1HHFJF500134, “Khazar Samand” minik markalı, **DH-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması və avtomobildən istifadə edilməsinin cavabdeh İddiaçı və başqa şəxslərə qadağan edilməsi; «KHAZAR SAMAND” minik markalı, **-DH-*** dövlət nömrə nişanlı avtomobilin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən saxlanılaraq, duracağa yerləşdirilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Khazar-Samand minik avtomobilinə görə Cavabdeh ilə etibarnamə əsasında 06 oktyabr 2024-cü il tarixdə alqı-satqı etmiş, cavabdehə 7500 manat vermişdir.12 noyabr 2024-ci il tarixdə ona məlum olmuşdur ki, etibarnamə ləğv edilmişdir. Bununla əlaqədar o, cavabdehə zəng etmiş, cavabdeh bil dirmişdir ki, etibarnaməni o, ləğv etməmişdir. Bundan sonra Zəngilan Rayon Məhkəməsinin qərardadı ilə avtomobilə həbs qoyulmuş, avtomobil ondan alınmış və X2 verilmişdir. O, dəfələrlə cavabdehdən pulu tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, pulu qaytarmamışdır.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili 06 oktyabr 2024-cü il tarixdə iddiaçıya 7500 manata satmış, lakin iddiaçı ilə alğı-satqı müqaviləsi bağlamamış, avtomobili sərəncam vermə hüququ verilməklə etibarnamə ilə iddiaçıya vermişdir. Lakın iddiaçı həmin vaxtdan keçən müddət ərzində avtomobili öz adına sənədləşdirməmiş, Namiq Cəbrayılov etibarnaməni ləğv etdikdən sonra məhkəmə qərarı ilə avtomobilin üzərinə həbs qoyul muş, avtomobil iddiaçıdan alınmış və duracağa yerləşdirilmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

6. Gədəbəy Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli 2(042)-569/2025 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbi təmin edilərək, Cavabdeh 7500 manat və ödənilmiş 96 manat dövlət rüsumunun əvəzi, cəmi 7596 manat alınaraq, İddiaçı verilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında əslində alğı-satqı müqaviləsi bağlanılmış, lakin bu müqavilə istifadə müqaviləsi ilə pərdələnmişdir. İddiaçı cavabdehə 7500 manat ödəyərək, əmlakı almış, lakin həmin əmlakın cavabdehə məxsus olmadığı, əmlaka üçüncü şəxsin hüquqlarının olduğu müəyyən edilmiş, əmlak iddiaçıdan alınmış, iddiaçının cava bdehdən ona əmlakın alqısatqısı ilə əlaqədar ödədiyi pulu tələb etmək hüququ yaranmışdır. Yəni, cavabdeh özünə məxsus olmayan əmlakı iddiaçıya satmaqla onun hesabına əsassız varlanmışdır.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2, 385.1, 389.1, 567, 572.1, 573.1, 1091.1 və 1091.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıl mamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ** DH *** dövlət qeydiyyat nişanlı “Khazar Samand” markalı avtomobili aralarında olan şifahi razılaşmaya (alqı-satqı əsasında) əsasən X3 7500 manata almış və X5 tərəfindən həmin avtomobilə dair xx.xx.2024- cü il tarixdə adına notarial qaydada etibarnamə verilmişdir. Bundan sonra, X3 etibarnamə əsasında aldığı və qanuni sahibliyində və faktiki mülkiyyətində olan avtomobilin əsaslı təmiri üçün ən azı 2000 manat məbləğində əlavə pul xərcləmişdir. Daha sonra, ailə vəziyyəti ilə əlaqədar təcili pul lazım olduğu üçün X3 etibarnamə əsasında aldığı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobili aralarında olan şifahi razılığa əsasən 06 oktyabr 2024-cü il tarixdə İddiaçı satmış və həmin avtomobili notarial qaydada alqı-satq ı müqaviləsi bağlayaraq İddiaçı adına rəsmiləşdirməyi bildirsə və avtomobili adına rəsmiləşdirməməyin riskləri barədə həmin şəxsə məlumat versə də, lakin İddiaçı avtomobili öz adına rəsmiləşdirməkdə maraqlı olmamış və həmin şəxs onun adına yalnız etibarnamə verməyini bildirmiş və həmin minik avtomobili sonra öz adına rəsmiləşdirəcəyini qeyd etmişdir. Bundan sonra, tərəfindən həmin minik avtomobilə dair sərəncam hüququ qeyd olunan notarial qaydada təsdiq edilmiş mülki etibarnamə verilmişdir. Eyni zamanda, bildirir ki, avtomobili İddiaçı satan zaman avtomobil üzərində heç bir həbs və ya qadağa olmamışdır və faktiki alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq və avtomobil alqı-satqısı ilə bağlı formalaşmış real praktikaya və qaydalara uyğun olaraq tərəfindən tam icra edilm işdir. Həmçinin, İddiaçı maşını alarkən həmin minik avtomobilin texniki pasportda X1 adına olması barədə məlumatlı olmuş və sonradan İddiaçı həmin avtomobili öz adına rəsmiləşdirmədiyindən X4 tərəfindən sözügedən minik avtomobilə dair verilmiş bütün etibarnamələr ləğv edilmişdir. Bu səbəbdən də, hesab edir ki, iddia tələbi ona qarşı deyil, X2 qarşı irəli sürülməlidir. Belə ki, sözügedən minik avtomobili X1 adından etibarnamə əsasında satmış və bu hal mülki qanunvericiliyin tələblərinə zidd deyildir. Həmçinin, etibarnamələrin ləğvi onun təqsiri və günahı ucbatından baş verməmişdir və İddiaçı ilə aralarında olan faktiki alqı-satqı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etmiş və sözügedən minik avtomobili aralarında olan razılığa uyğun olaraq qanunvericiliyə uyğun şəkildə İd diaçı faktiki mülkiyyətinə vermişdir. İddiaçı ilə aralarında minik avtomobilin şifahi qaydada alqı-satqısı əsassız varlanmanı istisna edir.

11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1393/2025 nömrəli, 1 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – İslam Həsənov sədrlik edən və məruzəçi, Günay Cavadova və Rüfət Məcidov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək Gədəbəy Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli 2(042)-569/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər öz aralarında əldə etdikləri razılığa görə Cavabdeh sərəncam hüququ da daxil olmaqla sahiblik və istifadəsində olan “Khazar Samand” minik markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobili 7 500 manat pul müqabilində etibarnamə əsasında iddiaçıya satmış, iddiaçı tərəfindən də bu məqsədlə cavabdehə 7500 manat pul verilmişdir. Cavabdeh də öz növbəsində qeyd olunan avtomobilə dair sərəncam hüququ da daxil olmaqla iddiaçının adına xx.xx.2024-cü il tarixdə 9 ay 1 gün müddətinə notariat qaydada təsdiq edilmiş etibarnamə vermişdir. Sonradan avtomobilin mülkiyyətçisi N.Cəbrayılov tərəfindən avtomobilə dair verilmiş etibarnamələr ləğv edildiyindən avtomobilin iddiaçının adına qeydiyyata alınması mümkün olmamış və həmin avtomobil iddiaçının sahiblik və istifadəsindən alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin duracağına yerləşdirilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir k i, mövcud nəticə iddiaçı və cavabdeh arasındakı münasibət üzrə gözlənilən məqsədə uyğun olmamış, nəticə etibarı ilə iddiaçı həm avtomobildən, həm də avtomobilə görə ödəmiş olduğu 7500 manat vəsaitdən məhrum olmuşdur. Bir sözlə, cavabdeh iddiaçının hesabına həmin məbləğdə əsassız varlanmışdır. Tərəflər arasında həmin pulun verilməsi ilə bağlı qanuni əsas və ya etibarlı müqavilə əsası mövcud olmamışdır.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 324.1, 324.2, 329.1, 394, 650, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin tam şəkildə ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəllənin 567, 568, 570, 571, 1091 və 1092-ci, maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında minik avtomobilinin şifahi qaydada alqı-satqısı əsassız varlanmanı istisna edir. Apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətində qeyd etdiyi mötəbər dəlil, sənəd və sübutlar qanunsuz olaraq nəzərə alınmamış və əsassız olaraq yalnız iddiaçı tərəfindən irəli sürülən formal mülahizələrlə kifayətlənmişdir. Apellyasiya instansiya məhkəməsi müvafiq maddi hüquq normalarına düzgün istinad etməmiş, mövcud qanunvericilik normaları kobud şəkildə pozulmuş, qəb ul edilmiş məhkəmə qətnaməsi qanuna və sübuta əsaslanmamış və nəticədə qətnamə qanuna müvafiq qaydada tam və düzgün əsaslandırılmamışdır. Eyni zamanda, qeyd edilənlərdən və iş materiallarından açıq-aşkar görünür ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və ədalətli deyil və müvafiq mübahisəyə dair qətnamə qəbul edilərkən ədalət mühakiməsi düzgün həyata keçirilməmişdir.

17. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı, 127-ci maddəsinin İV hissəsinin və 129-cu maddəsinin İİİ hissəsi üzrə - apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ pozulmuş və apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin hüquqlarının təmin edilməsi ilə bağlı heç bir addım atılmamış və mə hkəmə yalnız iddiaçı tərəfindən irəli sürülən formal dəlillərlə kifayətlənmiş, iş materialları əsassız olaraq düzgün araşdırılmamış və nəticədə ədalət mühakiməsi düzgün həyata keçirilməmiş qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. Mübahisənin düzgün və ədalətli həlli üçün əhəmiyyət kəsb edən qeyd olunan hallar nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmamış, aidiyyəti üzrə zəruri sorğular verilməmiş, cavabdeh tərəfindən təqdim edilmiş sübutlar, sənədlər və dəlillər düzgün qiymətləndirilməmiş, bu səbəbdən mübahisəyə düzgün hüquqi qiymət verilməmiş və nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 6, 8, 9, 14.1, 217 və 387-ci maddələri üzrə - apellyasiya ins tansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığını qeyd etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi bununla bağlı mövqeyini qanuna müvafiq qaydada və sübutlarla əsaslandıra bilməmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun şəkildə əsaslandırılmamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tut ulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

21. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

22. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

23. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

24. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

25. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

26. Maddə

650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

27. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

28. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməs i işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düz gün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilir ki, məhkəmə araşdırması zamanı tərəflər arasında nəqliyyat vasitəsinin alqı-satqısı ilə bağlı şifahi olaraq əhəmiyyətsiz (yalan əqd) əqd bağlandığı, alqı-satqı müqaviləsinin etibarnamə ilə rəsmiləşdirilmiş tapşırıq müqaviləsi ilə pərdələndiyi müəyyən edilmişdir. Qanunvericiliyə əsasən rəsmi reyestrdə qeydə alınan daşınar əşyaların (hazırkı halda avtomobil) alqısatqısı barədə müqavilə yazılı qaydada tərtib edilərək reyestrdə qeydə alınmalı olduğundan forma tələbinə riayət olunmamış və digər əqdlə pərdələnmiş əqd məhkəmə tərəfindən düzgün olaraq etibarsız əqd kimi qiymətləndirilmişdir. İddiaçı tərəfindən cavabdehə ödənilmiş 7500 manat pulun qanuni əsası olmadığından əsassız varlanma qaydasında tutulmasına dair tələbin təmin edilməsi mülki qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə uyğundur. 35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəz edilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdı raraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.”

36. Qanunda əmlakı əsassız varlanma qaydasında əldə etmiş şəxsdən geri alınmasına dair iddianın təmin edilməsini istisna edən hallar nəzərdə tutulmuşdur ki, bunlardan biri də MM-nin 1092.3-cü maddəsində nəzərdə tutulmuş haldır. Həmin normaya əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə v arlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

37. Kollegiya qeyd edilən normanın tələbinin məhkəmə tərəfindən nəzərə alınmadığına dair kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, hazırkı halda cavabdeh varlanmadan əvvəl bunun üçün hüquqi əsasın olmadığını, yəni iddiaçı ilə nəqliyyat vasitəsinin alqı-satqısına dair şifahi razılaşmanın etibarlı olmadığını əvvəlcədən bildiyindən iddia 1092.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla rədd edilə bilməz.

38. Mübahisələndirilən qətnamədə kassasiya şikayətində qeyd edilmiş digər normaların pozuntusuna yol verildiyi müəyyən edilmir.

39. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin dəlilləri üzrə tam və hərtərəf li araşdırma aparılaraq həmin dəlillərə düzgün hüquqi qiymət verildiyindən kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

40. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1393/2025 nömrəli, 1 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar