Məhkəmə qərarları › İş №2(102)-3649/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3649/2019

29.05.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3649/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 29 may 2019-cu il iş № 2(102)-3649/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçının nümayəndəsi X3 oğlunun, Cavabdeh1 və vəkili PMnun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 07 yanvar 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 may 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon Məhkəməsinin 08 avqu st 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.S.Şirinov, iş 2(037)-609/2018) İddiaçı nın cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası qismən təmin edilmiş, ÜNVANında yerləşən yaşayış sahəsinin 3/4 hissəsinin Cavabdeh1 adına, 1/4 hissəsinin Cavabdeh3 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış, həmin əmlaka dair verilmiş Texniki pasport və əmlakın dövlət reyestrində qeydə alınmış ********** nömrəli qeydiyyat nömrəsi ləğv edilməsi və iddiaçı Kamilova X1 şəhəri ÜNVANa köçürülməsi qət edilmişdir.. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 07 yanvar 2019-cu il tarixli, 2(107)-128/2019 saylı qətnaməsi ilə (Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), hakimlər İ.F.Quliyev və M.A.Əsədli) İsmayıllı Rayon Məhkəməsinin 08 avqust 2018-ci il tаrixli, 2(037)-609/2018 saylı qətnaməsi dəyişdirilmədənsaxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ÜNVANinə köçürülməsi və həmin mənzildən istifadə hüququ ilə bağlı ayrı icarə müqaviləsi bağlanması və ümumi sahənin qanuna müvafiq olaraq müqavilə üzrə bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesinin gedişində iddia tələbinin həcminin artırılması barədə ərizə verərək ÜNVANə dair birinci cavabdehin adına 3/4 hissə və Cavabdeh3 (bundan sonra üçü ncü cavabdeh) adına 1/4 hissəsinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi, birinci və üçüncü cavabdehlərin adlarına verilmiş 06 fevral 2018-ci il tarixli RX seriyalı, ******* nömrəli çıxarışın, onunla bağlı DƏDRX-nin 9 saylı Ərazi İdarəsi (bundan sonra üçüncü şəxs) tərəfindən verilmiş texniki pasportun və daşınmaz əmlakın dövlət reyestrində ********** sayla qeydə alınmış qeydiyyat nömrəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili PM kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı nın nümayəndəsi X3 oğlu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Digər cavabdehlər və üçüncü şəx s məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mü əyyən edilmişdir ki, iddiaçı 23 may 2016-cı il tarixdə ikinci cavabdehlə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə quraraq İsmayıllı şəhəri, ÜNVANinə köçmüş və 01 sentyabr 2016-cı il tarixdən həmin mənzilə qeydiyyata düşmüşdür. İddiaçı qeydiyyata düşdüyü vaxt həmin ev dövlət mənzil fonduna aid olmuş və İsmayıllı rayon X2 İcarəyə Komitəsinin 15 oktyabr 1987-ci il tarixli, 232 nömrəli qərarı ilə 16 oktyabr 1987-ci il tarixli, 300 nömrəli orderlə Cavabdeh1 və ailə üzvlərinin istifadəsinə verilmişdir. 2017-ci ilin sentyabr ayında iddiaçı ailə münaqişəsi səbəbindən cavabdehlərlə birlikdə yaşadığı mənzildən çıxaraq atasına məxsus evə köçmüşdür. 2018-ci ilin aprel ayında iddiaçı ilə ikinci cavabdehin aralarında olan rəsmi nikah pozulmuşdur. İddiaçının 01 sentyabr 2016-cı il tarixdən qeydiyya ta düşdüyü ÜNVANında yerləşən mənzil onun razılığı və xəbəri olmadan Cavabdeh1 tərəfindən özəlləşdirilmiş və həmin mənzilə dair hüquq sahibi kimi Cavabdeh1 və Cavabdeh3 adları qeyd edilərək 06 fevral 2018-ci il tarixdə Cavabdeh1 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsindən RX seriyalı ******* nömrəli çıxarış alınmışdır. “Azrmənzilkomplektlayihətəmir” Respublika birliyi İsmayıllı mənzil istismar sahəsi tərəfindən verilmiş 25 yanvar 2018-ci il tarixli, 03/03 nömrəli arayışdaÜNVANdə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 daimi qeydiyyatda olduqları göstərilmişdir. İddiaçı 01 sentyabr 2016-cı il tarixdən mübahisəli mənzilə qeydiyyata düşməsinə baxmayaraq “Azərmənzilkomplektlayihətəmir” Respublika Birliyi İsmayıllı mənzil istismar sahəsi tərəfindən verilmiş 25 yanv ar 2018-ci il tarixli, 03/03 nömrəli arayışda onun qeydiyyatı barədə məlumat qeyd edilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsində göstərilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideyinləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.4-cü maddəsinə görə vətəndaş sosial kirayə müqavil əsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gəklən öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. - 8-ci maddəsinə görə mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsini; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışını (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsin i, yaxud onun verilməsinə dair sərəncamı əlavə etməlidir. -12-ci maddəsinə əsasən mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. “Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, texniki pasportların verilməsi” Qaydalarına görə mənzil “Azərbaycan Respublikasında mənzil fondunun öz əlləşdirilməsi haqqında” Qanuna əsasən özəlləşdirilməsi nəzərdə tutulan dövlət və ya ictimai mənzil fonduna aid olduqda mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edil ir. -337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. -337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuş, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 07 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar