Məhkəmə qərarları › İş №2(102)-3649/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3649/2025

11.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3649/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: paylı mülkiyyətdə olan əmlakdan istifadə barədə razılaşma, əmlakın yüklülüyünə münasibətdə vicdanlılıq, dürüstlük; hüquqdan sui-istifadə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğluy və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı paylı mülkiyyətdə olan əmlaka giriş-çıxışın təmin edilməısi və buna yaradılan manelərin aradan qaldırılması təl əbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)1156/2025 nömrəli, 15 avqust 2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən 871.6 kv.m sahədən ibarət 0.195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,168 ha hissəsi üzərində "xxxx" MMC-nin, 435.8 kv.m və torpaq sahəsinin 0,026395 ha üzərində İddiaçı mülkiyyətindədir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfin dən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC arasında heç bir bölgü aparılmamışdır. Həmin əmlak üzərində bölgü yalnız (əvvəlki mülkiyyətçilər) X5, X6 və X2 arasında aparılmışdır. Qeyd edilən məktuba əlavə edilmiş xx.xx.2014-cü il tarixdə tərtib edilmiş bölgü planından görünür ki, plan üzrə Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən 871.6 kv.m sahədən ibarət 0.195 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,168 ha hissəsi X3, qeyri-yaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,026395 ha hissəsi isə X4 verilmişdir.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pub lik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisəli qeyri yaşayış binasının bölgü planında X hərfi ilə işarələnmış hissə "xxxx" MMC-nin mülkiyyətindədir. Həmin ərazi xx.xx.2006-cı il tarixli ********* ərizə nömrəsi ilə "xxxx" MMCnin hüquqları Dövlət reyestrində qeydiyyata alınmış, bundan sonra xx.xx.2023-cü il tarixli ********** ərizə nömrəsi ilə həmin qeyri yaşayış binası "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir (qeyri-yaşayış binasının giriş-çıxış qapısının qarşısında yerləşən torpaq sahəsi). 4. "xxxx" MMC-nin təsisçisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərara əsasən, o, Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən qeyri-yaşayış obyektinin öz payına düşən hissəsini cəmiyyətin nizamnamə kapitalında ə mlak payı kimi qeydə alınmasını qərara almışdır. 5. 28 oktyabr 2021-ci il tarixli “Təsis payının alqı-satqısı müqaviləsinə” əsasən, X7 təsisçisi olduğu "xxxx" MMC-nin nizamnamə kapitalını təşkil edən miqdarı 250,010.00 (iki yüz əlli min on) manat olan 100 faiz payını Cavabdeh1 350000 (üç yüz əlli min) manata satmışdır. 6. "xxxx" MMC-nin təsisçisi Cavabdeh1 tərəfindən qəbul edilmiş 18 avqust 2022-ci il tarixli qərarı ilə, xx.xx.2006-cı il tarixdə "xxxx" MMC-nin adı dəyişdirilərək "xxxx" MMC olaraq təsdiq edilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi və iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən qeyri-yaşa yış sahəsi olan xüsusi mülkiyyətinə daxil olmağına və zəruri olan yüklərin daşınması üçün həmin ünvanda cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsindən avtomobillə və piyada keçidinin təmin edilməsi, binanın qarşı tərəfində yerləşən və ümumi birgə mülkiyyətdə olan əmlaka dair bölgü planında nəzərdə tutulmuş ümumi istifadədə olan giriş-çıxış qapısından daxil olmağına cavabdeh tərəfindən yaradılan hər cür maneənin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Naftalan şəhəri Şirvan prospekti 31 ünvanında yerləşən 871.6 kv.m sahədən ibarət 0.195 ha torpaq sahəsində yerləşən qeyriyasayış binasının tam mülkiyyət hüququ əsasında X4 məxsus olan 435.8 kv.m və torpaq sahəsinin 0,026395 ha hissəsini 21 avqust 2 018-ci il tarixli, AN ******* nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında ondan almışdır. Həmin hissəni alan zaman o, binanın qarşı tərəfində olan ümumi girişdən istifadə edə bilmişdir. Belə ki, mülkiyyətində olan qeyri-yaşayış sahəsinə aid olan qaz, su və işıq xətlərinə nəzarət yalnız hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən keçməklə mümkündür. Daha sonra mülkiyyətin yerdə qalan hissəsi Feruz Qocayev tərəfindən Hüquqi şəxsin nizamnamə kapitalına yerləşdirilməklə təsis payının alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satılmışdır. Cavabdeh qanunsuz olaraq ələ keçirdiyi mülkiyyəti özbaşına olaraq dəmir barmaqlıqlarla arakəsmə yerləşdirməklə onun və xüsusi mülkiyyətinə gələn qonaqlarının ümumi istifadədə olan bina girişindən istifadə etmələrinə əsassız olaraq mane lər yaratmışdır. O, xüsusi mülkiyyətində olan binaya ərzaq və digər məhsulların boşaldılması və ən üst mərtəbəyə qaldırılması üçün binanın çöl hissəsində olan xüsusi liftdən istifadə etsə də, 2024-cü ilin sentyabr ayında cavabdehin və onun ailə üzvlərinin şikayəti əsasında, heç bir məhkəmə qərarı olmadan Naftalan şəhər polis şöbəsinin əməkdaşlarının müşayiəti ilə xüsusi ağır texnikadan və qaldırıcı krandan istifadə etməklə sözügedən lift sökülmüş və onun mülkiyyətinə hansısa məhsulları gətirib yuxarı mərtəbəyə qaldırmağına süni surətdə mane yaradılmışdır. Hesab edir ki, onun ümumi istifadədə olan giriş qapısından maneəsiz istifadəsi təmin edilməli, cavabdehin hərəkətləri qanunsuz olduğundan sözügedən ümumi istifadədə olan giriş-çıxış qapısına maneəsiz daxil ola bilməsi üçün ona şərait yara dılmalıdır.

9. Naftalan Şəhər Məhkəməsinin 6 fevral 2025-ci il tarixli 2(052)-4/2025 nömrəli qətnaməsi ilə (hakim - Ayaz Səlimov) iddia təmin edilərək, İddiaçı Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ona məxsus hissəsinə daxil olması məqsədi ilə onun cavabdeh “KARVAN X8” MMC-yə məxsus torpaq sahəsindən piyada keçidi və zəruri yüklərin daşınması məqsədi ilə avtomobillə keçidinin təmin edilməsi, paylı mülkiyyətdə olan qeyriyaşayış binasının qarşı tərəfində yerləşən və bölgü planında nəzərdə tutulmuş ümumi istifadədə olan giriş qapısından İddiaçı istifadəsinə cavabdehlər "xxxx" MMC və Cavabdeh1 tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli qeyri- yaşayış binası və onun qarşısında yerləşən torpaq sahəsi Cavabdeh1 tərəfindən alınarkən ("xxxx" MMC-nin təsis payı kimi) qeyri-yaşayış binasının bir hissəsi daha əvvəldən İddiaçı mülkiyyətində olmuş və iddiaçı ilə əvvəlki mülkiyyətçı arasında ümumi paylı mülkiyyətdən istifadəyə dair hər hansı narazılıq yaşanmamışdır. Həmçinin əmlak alınarkən cavabdehə iddiaçının paylı mülkiyyətdə payının olması və iddiaçının cavabdehin almış olduğu torpaq sahəsindən hərəkət etməklə qeyri-yaşayış sahəsinin yeganə giriş qapısından öz hissəsinə daxil olduğu məlum olmuşdur. Odur ki, cavabdehlər "xxxx" MMC və onun təsisçisi Cavabdeh1 tərəfindən iddiaçıya yaradılan manelər onu deməyə əsas verir ki, iddiaçı güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətlər ilə üzləşmişdir. Qeyri-yaşayış binasının İddia çı aid hissəsində yanğın çıxış qapısının mövcudluğu və iddiaçının həmin qapıdan istifadə etməklə binaya daxil olmaq imkanının olması, onun ümumi istifadədə olan giriş qapısından istifadə etmək hüququnu istisna etmir

11. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 5.3, 152.1, 152.2, 152.5, 152.6, 157.1, 157.4, 170.1 və 170.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hü quq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə səthi araşdırma ilə cavabdehin mülkiyyət hüququnun pozuntusu ilə müşayiət olunan qətnamə çıxartmışdır, İddiaçıların tələbinin əsasında duran manelərin nə olduğunu araşdırmadan, birbaşa cavabdehlərin mülkiyyət hüququna müdaxilə etmişdir. Məhkəmə mülki qanunvericiliklə dövlətin təminatı altında olan və dövlət tərəfindən qorunan hüquqa heç bir əsası olmayan müdaxilə etməklə Mülki Məcəllənin 152.1-ci maddəsinin tələblərini pozmuşdur, məhkəmə qətnaməsi iddiaçının hüquqlarının pozulduğu heç bir halı müəyyən etməmişdir. İstər iddia ərizəsində, istər də iddia ərizəsinə əlavələrdə iddiaçının öz fərziyyələrini nə ilə sü but etdiyi göstərilmir. Cavabdehin əmlakının hansısa inzibati qurum tərəfindən söküldüyünün iddia olunduğu məqamda, cavabdehin məsuliyyətinin hansı əsasla yarandığını məhkəmə əsaslandıra bilməmişdir. Belə ki, məhkəmə iddiaya baxmaq və belə əsassız qətnamə çıxartmaq yerinə iddiaçıya hüquqlarını pozmuş inzibati orqana qarşı inzibati icraat qaydasında iddia qaldırmaq hüququnu izah etməli idi. Məhkəmə maraqlı şəkildə estoppel prinsipinə əsaslanmışdır. Ümumiyyətlə, cavabdehin hansı hərəkətinin o prinsipinin tətbiq dairəsinə girdiyi məhkəmə qətnaməsindən aydın deyil. Sadəcə iddiaçının hörmətli vəkilinin və nümayəndəsinin izahatını əsas tutub iddianı təmin etməklə cavabdehin hüquqlarını birinci instansiya məhkəməsi tərəfindən ciddi şəkildə pozulmuşdur. Məhkəmənin tərəflər arasında hazırkı mübahis ənin mahiyyətini müəyyən etmədən, habelə hadisələrin axarında baş vermiş və mübahisənin məğzinə birbaşa təsir edən cavabdehlə bağlı olmayan faktları heç bir əsaslandırma olmadan iddia olunan kimi qəbul edərək hüquqi qiymət verməsi və ümumiyyətlə problemin pərdə arxasını “görməməsi” cavabdehin prosessual hüquqlarının pozuntusu kimi qəbul edilməlidir. Ümumiyyətlə məhkəmənin hansı halı müəyyən etdiyi və o “müəyyən edilən hallardan hansının iddiaçıya maneəçilik törətdiyi” məhkəmə qətnaməsindən aydın deyildir. Qətnamənin təhlilindən açıq-aydın görünən budur ki, məhkəmə yalnız iddiaçının izaatlarını əsas götürərək hansısa “virtual maneənin” mövcudluğunu təsbit edilmiş, davamında da cavabhdehlərin həmin o maneləri aradan qaldırılması barədə yekun qənaətə gəlmişdir. Məhkəmə bu nəticəyə gəlməmişdən öncə, iddiaçıların tələblərinn əsasında duran manelərin nə olduğunu araşdırmalı, iddia olunan manelərin mahiyyətini müəyyən etməli və cavabdehlərin mülkiyyət hüququna müdaxilənin həcmi, habelə müdaxilə ilə məqsəd arasındakı ədalətli balans nəzərə alınmalı idi.

14. Məhkəmə kollegiyası tərəfindən 14 avqust 2025-ci il tarixdə mübahisəli qeyriyaşayış sahəsinə yerli baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, qeyriyaşayış binasının ümumilikdə 1 ədəd ümumi giriş-çıxış qapısı, binanın hər 2 yan hissələrində isə 2 ədəd yanğın çıxış qapıları vardır. Eyni zamanda qeyri yaşayış sahəsinin arxa hissəsində avtomobillərin giriş-çıxışı üçün yol vardır. Cavabdehə məxsus torpaq sahəsindən başqa binaya giriş-çıxış yeri mövcud deyildir.

15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 a vqust 2025-ci il tarixli, 2(104)-1156/2025 nömrəli qətnaməsi ilə (hakimlər - İslam Həsənov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Rüfət Məcidov) apellyasiya şikayəti təmin edilməmiş, Naftalan Şəhər Məhkəməsinin 6 fevral 2025-ci il tarixli 2(052)-4/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, 871.6 kv.m sahədən ibarət qeyri yaşayış sahəsi daha əvvəl bölgü planına əsasən bərabər şəkildə 2 hissəyə bölünmüş və obyekt üzərində (əvvəlki mülkiyyətçi) F.Qocayev və İddiaçı paylı mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Qeyriyaşayış sahəsinin qarşı tərəfində yerləşən və bölgü planında nəzərdə tutulmuş ümumi istifadədə olan giriş qapısı, binanın kənarlarında isə 2 ədəd yan ğın çıxış qapıları mövcuddur. Qeyri-yaşayış sahəsinin bir hissəsi daha əvvəldən İddiaçı məxsus olmuş və onunla əmlakın əvvəlki mülkiyyətçisi (F.Qocayev) arasında paylı mülkiyyətdən istifadə ilə bağlı razılaşma olmuşdur. Sonradan birgə mülkiyyətçi F.Qocayev həmin əmlakın özünə məxsus hissəsini Cavabdeh1 alqı-satqı müqaviləsi əsasında satmışdır. Qeyri-yaşayış binası və onun qarşısında yerləşən torpaq sahəsi Cavabdeh1 tərəfindən alınarkən ("xxxx" MMC-nin təsis payı kimi) iddiaçı giriş qapısının qarşısındakı torpaqdən keçid sahə kimi istifadə etmişdir.

17. Bununla belə, cavabdeh tərəf iddiaçının qeyri-yaşayış binasına başqa giriş-çıxış nöqtəsi olması barədə arqument irəli sürmüşdür. Göstərilən xüsusatın aydınlaşdırılması məqsədilə məhkəmə kollegiyası tərəfindən 14 avqust 2025-ci il tarixdə müb ahisəli qeyriyaşayış sahəsinə yerli baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, qeyriyaşayış binasının 1 ədəd giriş qapısı, binanın kənarlarında isə 2 ədəd yanğın çıxış qapıları vardır. Cavabdehə məxsus torpaq sahəsindən başqa bir ərazidən binaya giriş-çıxış yeri mövcud deyildir.

18. Şərh edilənlərlə bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarət olmuşdur ki, iddiaçının paylı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə yeganə giriş-çıxış yolu obyektin ümumi giriş qapısıdır (iddiaçının iddia etdiyi). Hansı ki, qeyri-yaşayış binasının qarşısında yerləşən həmin torpaq sahəsi hazırda cavabdeh "xxxx" MMC-nin mülkiyyətindədir (əvvəllər "xxxx" MMC-nin mülkiyyətində olmuş, MMC-nin təsisçisi isə Feruz Qocayev olmuşdur). Bununla belə, müəyyən olunmuşdur ki, 0.195 ha torpaq sahəsində ye rləşən 871.6 kv.m sahədən ibarət qeyri-yaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,168 ha hissəsi daha əvvəl Feruz Qocayevə, qeyri-yaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,026395 ha hissəsi isə X4 məxsus olmuşdur. xx.xx.2014cü il tarixdə tərtib edilmiş qeyri-yaşayış sahəsinin bölgü planından (bax mülki iş səhifə 44) da aydın olur ki, iddiaçının piyada keçidi və zəruri yüklərin daşınması məqsədi ilə avtomobillə keçidinin təmin edilməsini tələb etdiyi torpaq sahəsi binanın arxa hissəsində yerləşməklə Feruz Qocayevin mülkiyyətinə düşən hissə olmuşdur. Qeyri yaşayış sahəsi daha əvvəl F.Qocayev və İddiaçı paylı mülkiyyətində olmuş və həmin zaman da qeyriyaşayış sahəsinin sözügedən 1 ədəd giriş qapısı, binanın kənarlarında isə 2 ədəd yanğın çıxış qapıları mövcud olmuşdur. Həmin zamandan paylı mülkiyyətçilər arasında mülkiyyətdən istifadə ilə bağlı razılaşma olmuş, iddiaçı ümumi giriş qapısından və qeyriyaşayış binasının arxa hissəsində avtomobil yolu üçün nəzərdə tutulmuş torpaq sahəsindən (iddiaçının tələb etdiyi) istifadə etmişdir.

19. Başqa sözlə cavabdeh paylı mülkiyyətdə olan qeyri-yaşayış sahəsini, habelə iddiaçının piyada keçidi və zəruri yüklərin daşınması məqsədi ilə avtomobillə keçidinin təmin edilməsini tələb etdiyi torpaq sahəsini satın alan zaman qeyri-yaşayış sahəsinin paylı mülkiyyətdə olmasından, digər paylı mülkiyyətçinin (iddiaçının) əmlaka sahiblik və istifadə etməsindən, əmlakın ümumi 1 (vahid) giriş qapısı olmasından və iddiaçının mübahisəli torpaq sahəsindən qeyri-yaşayış binasının ona aid hisssəsinə giriş-çıxış kimi həmin qapıdan, eləcə də binanın arxa hissəsində yerləşən torpaq sahəsindən (hazırda avtomobillərin girişi üçün nəzərdə tutulan yol) istifadə etməsindən məlumatlı olmuş, buna hər hansı etiraz bildirməmiş və əmlakı həmin vəziyyətdə alqı-satqı yolu ilə əldə etmişdir.

20. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır:

1. Bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; 2. başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; 3. mütənasib olmalı; 4. bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.

21. Hər bir halda, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri - mülkiyyətçinin iradəsidir. Bu baxımdan daşınmaz əmlakdan mülkiyyətçinin razılığı əsasında istifadə edən şəxsin hərəkətləri qanunsuz hesab edilmir. Bununla belə, mülkiyyətçi öz hüququna əsaslanıb özünün və ya əvvəlki mülkiyyətçinin verdiyi razılığı sonradan geri götürdükdə mülkiyyətçinin hüquqları ilə yanaşı, üçüncü şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır.

22. Bu mənada kollegiyanın qənaətinə görə, cavabdehlər qeyri-yaşayış binasının qarşı tərəfində yerləşən və bölgü planında nəzərdə tutulmuş obyektin ümumi giriş qapısından istifadəni, habelə binanın arxa hissəsində yerləşən torpaq sahəs indən iddiaçının zəruri yüklərin daşınması məqsədi ilə avtomobillə keçidini qadağan etməkdə haqlı deyillər. Çünki, tərəflərin paylı mülkiyyətində olan qeyri-yaşayış binasının 1 ümumi giriş-çıxış qapısı mövcuddur və iddiaçının binaya daxil olmaq üçün cavabdehə məxsus torpaq sahəsindən başqa piyada keçidi və zəruri yüklərin daşınması üçün avtomobilin giriş-çıxış yolu mövcud deyildir.

23. Şərh olunanları ümumiləşdirərək kollegiya belə qənaətə gəlmişdir ki, cavabdeh paylı mülkiyyətdə olan qeyri-yaşayış sahəsini, habelə iddiaçının piyada keçidi və zəruri yüklərin daşınması məqsədi ilə avtomobillə keçidinin təmin edilməsini tələb etdiyi torpaq sahəsini satın alan zaman qeyri-yaşayış sahəsinin paylı mülkiyyətdə olmasından, digər paylı mülkiyyətçinin (iddiaçının) əmlaka sahiblik və istifadə etməsi ndən, əmlakın ümumi 1 (vahid) giriş qapısı olmasından və iddiaçının mübahisəli torpaq sahəsindən qeyri-yaşayış binasının ona aid hisssəsinə giriş-çıxış kimi həmin qapıdan, eləcə də binanın arxa hissəsində yerləşən torpaq sahəsindən (hazırda avtomobillərin girişi üçün nəzərdə tutulan yol) istifadə etməsindən məlumatlı olması və buna hər hansı etiraz etməyərək əmlakı həmin vəziyyətdə alqı-satqı yolu ilə əldə etməsi Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımından cavabdehin bu hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

24. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, əvvəlki mülkiyyətçinin verdiyi razılığı, buna etimad edən qarşı tərəfin vəziyyətini nəzərə almadan, hazırkı mülkiyyətçinin yalnız özünün mülkiyyət hüququna istinadən paylı mülkiyyətdə olan əmlaka iddiaçının ona məxsus torpaq sahəsindən giriş-çıxışı üçün istifadəsinə qadağa qoyması dürüstlük qaydasına da uyğun gəlmir.

25. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.

26. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının tələbi qanuni əsaslara söykənir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

27. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 152, 157.4, 158.2, 158.4, 169.1, 560.1, 560.2, 560.3.2, 560.3.4, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84, Azərbaycan Respublikasının MPM-in 14.1, 77.1, 88, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh "xxxx" MMC (vəkil - Vəkil2) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2025-ci il tarixli, 2(104)1156/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Torpaq Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinə əsasən, servitut digər (qonşu) torpaq sahəsindən məhdud istifadə hüququdur. Bu hüquq iddiaçıda yalnız servitut müəyyən edildikdən sonra yarana bilər. Halbuki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sanki iddiaçı əvvəldən bu hüquqa malik imiş kimi yanaşılmışdır. Bu isə hüquqi cəhətdən əsassızdır və maddi hüquq normasının pozulmasıdır.

30. Qətnamə ilə cavabdehin istifadə və sərəncam hüququ qanunsuz məhdudlaşdırıldığı üçün MM-in 152-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə qərarı cavabdehin öz torpaq sahəsindən istifadəsini (məsələn, hasarlamaq, giriş-çıxışı qadağan etmək kimi) istədiyi kimi həyata keçirmək imkanını əlindən alır. Halbuki, MM-nin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi hüquqlarını sərbəst həyata keçirə bilər, yalnız qonşuların qanu ni hüquqlarını pozmamaq şərtilə. Burada isə qonşunun (iddiaçının) qanuni hüququ olmadığı halda belə məhdudlaşdırma tətbiq olunmuşdur.

31. Apellyasiya instansiyasının qətnaməsi isə cavabdeh "xxxx" MMC-ni faktiki olaraq mülkiyyət hüququndan məhrum etmişdir. Belə ki, apellyasiya məhkəməsinin qətnaməsi ilə cavabdehin öz torpaq sahəsi üzərində istifadə və sərəncam hüquqlarınıməhdudlaşdırır, həmin sahədən kənar şəxsin istifadəsinə icazə verir. Bu, mülkiyyətçinin iradəsi ziddinə özgəsinə faktiki daimi istifadə hüququ verilməsi deməkdir. Göründüyü kimi X1 29-cu maddəsinin tələblərini nəzərə almadan iddianı təmin etmiş, bununlada maddi norma pozuntusuna yol vermişdir.

32. İddiaçı cavabdehin torpaq sahəsinə məhz əşyanı əldə etmədən, lakin ondan maneə törədici istifadə etmək formasında müdaxilə etmək istəyir (yəni sahədən yol kimi istifadə, onun fiziki olaraq alınması yox, lakin istifadəyə maneə yaradılması). Qanun belə hallarda mülkiyyətçiyə müdaxilənin dayandırılmasını tələb etmək səlahiyyəti verir. Apellyasiya instansiya məhkəməsi isə əksinə, müdaxiləni dayandırmaq əvəzinə onu qanuniləşdirən qətnamə qəbul etmişdir. Bu, cavabdeh "xxxx" MMC-nin Mülki Məcəllə ilə təmin edilmiş müdafiə hüququnun pozulması deməkdir. Göründüyü kimi Apellyasiya instansiyasıməhkəməsi MM-nin 157-ci maddəsinin tətbiqində səhvə yol vermişdir.

33. İddiaçı əslində öz mülkiyyət hüququndan (öz torpaq sahəsindən istifadə hüququndan) sui-istifadə edərək qonşusunun (cavabdeh: "xxxx" MMC-nin) əmlakına müdaxilə etməyə çalışır. O, öz torpağına gedən yol problemini həll etmək bəhanəsi ilə cavabdehə ziyan vuracaq (onun ə mlak hüququnu məhdudlaşdıracaq) tələbi irəli sürüb. Məhkəmə bu tələbi təmin etməklə MM-nin 560- cımaddəsinin tələblərini pozmuşdur, çünki qonşunun hüquqdan sui-istifadə etməsinə icazə verib. Eyni zamanda, cavabdeh də mülkiyyət hüququnu həyata keçirərkən qanundan kənar məhdudiyyətə məruz qalması baş verir. Hüquqların balansı/bərabərliyi prinsipi pozulub, çünki iddiaçıya üstünlük verilərək cavabdehin hüququ məhdudlaşdırılır

34. Apellyasiya instansiyasıməhkəməsi birinci instansiyanın maddi və prosessual hüquq normalarına riayət etməsini müstəqil qaydada yoxlamamışdır. MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq bu yoxlamanı həyata keçirməlidir. Lakin apellyasiya instansiyası birinci instansiya məhkəməsinin sübutlara qiymət vermə, işin araşdırı lması və hüququn tətbiqi zamanı buraxdığı pozuntuları qiymətləndirməmişdir. Nəticədə apellyasiya mərhələsində ədalətli və hərtərəfli baxış təmin olunmamışdır.

35. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin açıq şəkildə maddi və prosessual pozuntulara yol verməsini aradan qaldırmadan, həmin qətnaməni formal mülahizələrə əsaslanaraq qüvvədə saxlamışdır. MPM-in 385.2-ci maddəsinə əsasən, mahiyyət etibarilə düzgün olmayan qətnamə yalnız formal səbəblərlə dəyişdirilmədən saxlana bilməz. Apellyasiya instansiyası bu normanı pozaraq, birinci instansiya məhkəməsinin açıq hüquqi səhvlərini “əsaslı hesab etmir” arqumenti ilə araşdırmadan saxlamışdır. Bu isə məhkəmənin vəzifəsi olan maddi və prosessual hüquq pozuntularını aradan qaldırmaq öhdəliyinin yerinə yetirilməməsi deməkdir.

36. Ap ellyasiya instansiyasıməhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etməmişdir. Məhkəmə işi yalnız iddiaçı tərəfin izahatlarına və yerli baxış materiallarına əsaslanaraq qiymətləndirmiş, cavabdeh tərəfindən təqdim edilən sübutları— torpaq sərhədlərinə dair sənədləri, bölgü planlarını, qeyri-yaşayış sahəsinin faktiki istifadə vəziyyətini — araşdırmadan qərar qəbul etmişdir. Bu, MPM-in 14.1-ci maddəsinin “işin tam, hərtərəfli və obyektiv tədqiqi” tələbinin pozulmasıdır. Nəticədə, məhkəmə obyektiv həqiqəti müəyyən etməmiş və cavabdehin müdafiə hüququnu məhdudlaşdırmışdır.

37. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsinə yönəldilmişdi. Bu halda apellyasiya instansiyasıməhkəməsi M PM-in 372.6-cı maddəsinə əsasən, qətnamənin qanuniliyini və əsaslılığını tam şəkildə yoxlamalı idi. Lakin məhkəmə yalnız iddiaçının arqumentlərinə diqqət yetirmiş, cavabdehin apellyasiya şikayətində göstərdiyi hüquqi əsasları və dəlilləri araşdırmamışdır. Bu hal apellyasiya baxışının hədlərinin düzgün müəyyən edilməməsi və işin tam yoxlanılmaması deməkdir.

38. Apellyasiya instansiyasıməhkəməsi qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətlərinə uyğun əsaslandırmamışdır. Qətnamədə tətbiq edilən hüquq normalarının niyə seçildiyi və faktiki hallara necə tətbiq edildiyi barədə hüquqi motivasiya yoxdur. Məhkəmənin gəldiyi nəticələr faktlarla və hüquqi arqumentlərlə əsaslandırılmadığından, qətnamə MPM-in 217.3-cü maddəsinin tələbinə uyğun hesab edilə bilməz. Bu, q ətnamənin motivasiyasız qalması və tərəflərin hüquqlarının müdafiə imkanlarının məhdudlaşdırılması ilə nəticələnmişdir.

39. Apellyasiya instansiyasıməhkəməsi sübutlara obyektiv və qərəzsiz hüquqi qiymət verməmişdir. Qətnamədə sübutların hansı əsasla qəbul və ya rədd edildiyi, onların hüquqi dəyərinin necə müəyyənləşdirildiyi göstərilməmişdir. Məhkəmə yalnız bir tərəfin təqdim etdiyi məlumatlara istinad etmiş, cavabdehin sübutlarını hüquqi dəyərləndirmədən diqqətdən kənarda qoymuşdur. Beləliklə, sübutların qiymətləndirilməsi MPM-in 88-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun aparılmamış, bu da prosessual pozuntuya səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

42. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

43. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

44. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

45. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

46. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

47. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

48. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

49. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.

50. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq mə qsədi ilə istifadə edilməsi yolverilməzdir.

51. Maddə 560.2 Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

52. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:... 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi;... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; … Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

53. Maddə 84.Torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası mə hkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

62. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

63. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

64. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

65. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın "xxxx" MMC-yə qarşı təmin edilən hissəsinə aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

66. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmənin obyektiv həqiqəti müəyyən etmədiyi və cavabdehin müdafiə hüququnu məhdudlaşdırdığı barədə dəlili ilə razılaşmır.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına əsasən Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qər arlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır.Həmçinin hüquqi mənada həqiqət prinsipinin adresatı kimi yalnız birinci və apellyasiya instansiyası məhkəmələri çıxış edirlər. Məhz bu məhkəmələr işin faktiki hallarını müəyyən etmək səlahiyyətinə malikdir.

68. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

69. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

70. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edi lməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1156/2025 nömrəli, 15 avqust 2025-ci il tarixli qətnaməsi iddianın "xxxx" MMC-yə qarşı təmin edilən hissəsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar