Məhkəmə qərarları › İş №2(102)-365/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-365/2020

17.01.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-365/2020 17.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Musayeva Gülnarə Eldar qızının katibliyi ilə, İddiaçının vəkili Fərəcova Qəndab İmran qızının iştirakı ilə, İddiaçının Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti ve rərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 3-cü şəxs DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “mənzilin şəxsi vəsait hesabına alınması faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova, iş № 2(005)-743/2019) iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova (məruzəçi), İ.Kərimli, A.Hüseynov, iş № 2(103)10103/2019) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəmə sinin 2(005)-743/2019 saylı 29 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçının vəkili Fərəcova Qəndab İmran qızı izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq norm alarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instan siyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməkl ə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzil dövlət reysestrində iddiaçının oğlu Cavabdeh1 mülkiyyətindədir. Həmin mənzil notarial qaydada təsdiq olunmuş 06.06.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında alıcı Cavabdeh1 tərəfindən 50000 manat ödənilməklə alınmışdır. Göründüyü kimi, müvafiq alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunmuşdur, həmin müqavilənin həqiqiliyini şübhə altına alan hallar mövcud deyil. Əks olunan məlumatların doğru olmaması halını sübutetmə vəzifəsi həmin məlumatların həqiqiliyini mübahisələndirən tərəfin üzərinə düşür. Nə qədər ki, sənədin məzmununda olan məlumatların düzgün olmaması sübuta yetirilməmişdir, yazılı sənəddəki məlumatların həqiqiliyi qəbul edilir. İddiaçı həmin mənzilin cavabdehin adına rəsmiləşdirilməsi ilə əlaqədar ona pul vəsaitinin verilməsini sübuta yetirə bilmir. Bundan başqa alqı-satqı müqaviləsindən görünür ki, həmin mənzilin dəyəri 50 000 manat məbləğindədir. İddiaçı mənzilin alınması üçün cavabdehə pul verməsini sübuta yetirə bilmədiyi üçün 110 000 manat məbləğin ona geri qaytarılması barədə dəlili də keçərli deyil. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibəti ilə əlaqədar heç bir maddi hüquq normasına istinad etməmişdir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “ iddiaçının “xxxx” ASC-nin Gənclik filialında öz adına açdırdığı hesabda 100.000 (yüz min manat) pul vəsaiti olmuş, habelə 13.03.2014-cü il tarixdə oğlunun vəfatından sonra onun vərəsəsi kimi tanınaraq oğluna məxsus müəyyən məbləğdə pulu da miras əmlak kimi qəbul etmişdir. İş materiallarına əlavə edilmiş 06.06.2014-cü il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, mübahisələndirilən mənzil məhz iddiaçının X1 adlı oğlunun vəfatından sonra, yəni 13.03.2014-cü il tarixdən təxminən 3 ay sonra 06.06.2014-cü il tarixdə bağlanmışdır. Eyni zamanda, 06.06.2014-cü il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 tərəfindən satıcı- X5 50.000 (əlli min manat) pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş, “xxxx” MMC-nin 14/FL/02-19 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, ünvan 1 ünvanınnda yerləşən mənzili n 2014-cü il tarixə bazar qiyməti 110.000 manat məbləğində müəyyən edilmişdir. Bildiririk ki, alqı-satqı zamanı məbləğin 50.000 göstərilməsi rüsum və vergilərin azaldılması ilə bağlı olmuşdur. Belə ki, həmin mənzilin 50.000 manata alınması 2014-cü il üzrə bazar qiymətlərinə uyğun olmadığından ağlabatan hesab edilə bilməz. Mənzilin alınması zamanı Cavabdeh1 məhz iddiaçı tərəfindən 110.000 manat pul verilmişdir. Belə olan halda, iddia tələbi təmin edilməli və həmin məbləğ iddiaçıya qaytarılmalıdır.” Kassasiya şikayətinin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən alqı-satqı müqaviləsinin notarial orqanında bağlanılmasına, həmin müqavilənin həqiqiliyinin şübhə altına alınması üçün əsasların olmamasına istinad etməklə səh və yol vermişdir. Belə ki, İddiaçı alqı-satqı müqaviləsini mübahisələndirməmiş, əksinə həmin alqı-satqı müqaviləsi əsasında alınmış mənzilə görə 110.000 manat pulu oğlu Cavabdeh1 verdiyini və onun geri alınmasını göstərmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı dəlilləri ilə əlaqədar onun adında “xxxx”da 100.000 manat vəsaitin olub-olmaması, həmin vəsaitin nə vaxt bankdan çıxarılması, mənzilin alqı-satqısı ilə əlaqədar müqavilənin nə vaxt bağlanması məsələləri araşdırılıb, həmin faktlar hüquqi cəhətdən dəyərləndirilməli olduğu halda apelyasiya instansiyası məhkəməsi bunu etməmiş və beləliklə mülki prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə əlaqədar tələblərini yerinə yetirməmişdir. Mülki işə əlavə edilmiş sübutların qiymətləndirilməsi MPM-nin 88-ci maddəs ində ifadəsini tapmaqla həmin maddədə qeyd olunur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesa b edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar