Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-365/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavoduna, Dövlət Əmək Müfəttişliyinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-365/21 (Açar sözlər: xəsarətin istehsalatla əlaqədar olması faktının müəyyən edilməsi, sağlamlığa vurulmuş zərərin ödənilməsi) Bakı şəhəri, 22 fevral 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İddiaçı və onun vəkili Vəkil oğlu nun, Cavabdeh QSC “Zığ” X17 nümayəndələr X3, X4 və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh QSC “Zığ” X19 və Dövlət Əmək Müfəttişliyinə qarşı “sağlamlığa vurulmuş zərərin ödənilməsi” və “xəsarətin istehsalatla əlaqədar olması faktının müəyyən edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2020 il tarixli 2(103)-20/2020 nömrəli qətnaməsindən cavabdeh İddiaçı kassasiya şikayətinə 22 fevral 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) İ iddia üzrə birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək, cavabdeh – “Zığ” X9 sağlamlığına vurulmuş zərərə görə 50.000 manat məbləğində pulun alınıb ona verilməsi barədə q ətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı “Zığ” X20 ilə xx.xx.2016-cı il tarixli, 79-№-li əmək müqaviləsinə əsasən 3(üç) ay sınaq müddəti müəyyən edilməklə Gövdə qaynaq bölməsinə 3-cü dərəcəli gəmi gövdə təmirçisi qəbul olunmuşdur. 3. xx.xx.2016-cı il tarixdə iş başında sol gözümə dəmir qırıntıları batmış və həmin vaxtdan Cavabdeh QSC-nin 1 saylı Poliklinikasında aldığı zədədən müalicə olunmuşdur.
4. Hazırda həmin zədədən sol gözündə ağırlaşma baş vermiş və müalicə olunmağına baxmayaraq, sol gözü görmə qabiliyyətini tam itirmək üzrədir.
5. Xəsarət aldığı vaxtdan bu günə kimi öz vəsaiti hesabına aldığı dərman preparatları ilə müalicə olunur.
6. İş başında xəsarət almağı və nəticədə sağlamlığına ciddi zivan dəyməsi, əmək qabiliyyətini itirməsi bar ədə işəgötürən tərəfindən heç bir sənədləşmə aparılmamış, Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verilməmiş və müvafiq akt tərtib edilməmişdir.
7. Əmək Müqaviləsinin 6-cı maddəsinə əsasən işə girdiyi vaxtdan icbari və əlavə sığorta olunmamış yə bu səbəbdən əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar ona işəgötürən tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə müavinət və sığorta ödənişi verilməli olduğu halda heç bir müavinət və sığorta ödənişi almamışdır.
8. Pozulmuş hüquqlarının bərpa edilməsi və əmək müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üçün müraciətlərinə
9. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 207, 215, 217, 222, 224, 225 və 304-cü maddələrinə istinad etmişdir.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi və “xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.
11. Cavabdehin nümayəndəsi iddiaya etiraz etmiş, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2016-cı və xx.xx.2016-cı il tarixlərində işə başlamazdan öncə təlimatlandırılma vərəqlərinə qol çəkmişdir. “Zığ" X14 tibb məntəqəsinin gündəlik qəbul jurnalından çıxarışa əsasən İddiaçı xx.xx.2016-cı il tarixdə məntəqəyə müraciət etmiş və ona xroniki konyuktivit diaqnozu qoyulmuşdur.
12. Əmək qabiliyyətinin olmaması haqqında 205655 saylı vərəqəyə əsasən, iddiaçı "xxxx" QSC-nin 1 saylı poliklinikasının həkimi Zeynalova tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə kimi xx.xx. 2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə kimi “OS virus konyuktivit və keratit” diaqnozları əsasında işdən azad edilmişdir.
13. Bütün bunlar göstərir ki, iddiaçı xx.xx.2016-cı il tarixdə əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən heç bir xəsarət almamış, onun xroniki konyunktivit xəstəliyindən əziyyət çəkməsi müəyyən edilmişdir.
14. İddiaçı hadisə ilə bağlı ziddiyyətli ifadələr verir, hadisənin gah xx xxx 2016-cı il tarixdə, gah da xx xxx 2016-cı il tarixdə baş verdiyini bildirir.
15. İddiaçının bildirdiyi kimi hadisə xx xxx 2016-cı ildə olmuşdusa, iddiaçı gözündə problemlərin olması barədə zavodun tibb məntəqəsinə müraciət həmin gün etməmiş, xx.xx.2016-cı il tarixdə təhlükəsizlik texnikası qaydaları ilə tanış olduqdan sonra işə başlamışdır.
16. Cavabdehin ziddiyyətli ifadəl əri birbaşa olaraq sübut edir ki, onun sağlamlığı istehsalat qəzası nəticəsində pozulmamışdır.
17. Aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixdə “Zığ” X15 istehsalatda bədbəxt hadisə baş verməmiş və hər hansı mübahisəli vəziyyət aşkar edilməmişdir.
18. Cavabdeh QSC-nin strukturuna daxil olan bütün kateqoriyadan olan işçilər istehsalatda baş verən bədbəxt hadisə və peşə xəstəliklərindən Azərbaycan Respublikasında qanuni fəaliyyət göstərən “xxxx" şirkətində sığorta olunmuşlar. “xxxx” QSC və “xxxx" arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 0011/15 saylı müqaviləyə əsasən İddiaçı xx.xx.2016-cı ildə sığorta təminatına daxil olmuşdur.
19. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi bildirib ki, poliklinikada iddiaçının gözündən dəmir çıxarılıb, iddiaçının gözünə dəmir düşməsi istehsalatla əlaqəli qəzadır, iş üzrə tərəflər sənədləri təqdim etmədikləri səbəbindən araşdırma apara bilməyib.
20. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx" ASC-nin nümayəndəsi bildirmişdir ki, hadisə barədə onların məlumatı yoxdur.
21. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1071/2017 saylı xx xxxxxx 2017ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Namidar Misirzadə)
22. Birinci instansiya məhkəməsi işdə olan sübutlara, o cümlədən iddiaçının göstərdiyi halları təkzib edən şahid ifadələrinə əsasən müəyyən etmişdir ki, iddiaçının iş vaxtı xəsarət alması, yəni bunun istehsalatda baş vermiş bədbəxt hadisə olması, habelə baş ve rmiş bədbəxt hadisədə cavabdehin təqsirli olması məhkəmə iclasında sübuta yetirilmədiyindən, o cümlədən iddiaçı cavabdeh tərəfindən bədbəxt hadisələrdən icbari sığorta olunduğundan iddia tələbi əsassızdır.
23. Məhkəmənin mövqeyinə görə istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı) olmadığından, iddiaçının xəsarət almasında cavabdehin təqsiri sübuta yetirilmir.
24. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı iddia tələbini ona zərər dəyməsi ilə əsaslandırsa da, sağlamlığına zərər vurulduğunu göstərsə də, zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmənin iclasında işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir.
25. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 217, 225, 238, 239, 287, 288, 290, 292, Mülki Məcəllənin 21, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2003-cii il tarixli 3 nömrəli qərarı ilə əsaslandırmışdır. b) İ iddia üzrə apellyasiya instansiyası məhkəməsindəki icraat
26. İddiaçı İddiaçı apellyasiya şikayəti verilərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahil etmişdir.
27. Apellyasiya şikayətinin dəlillərində işin faktiki halları ilə yanaşı, maddi və prosessual hüquq normalarının pozulmasına da istinad edilmişdir.
28. İşə apellyas iya qaydasında baxılarkən İddiaçı “aldığı xəsarətin iş vaxtı baş verməsi və istehsalatla əlaqədar olması faktının müəyyən edilməsi” barədə aşağıda göstərilən İİ iddiasının həllinə qədər dayandırılması qərara alınmışdır. c) İİ iddia üzrə birinci instansiya məhkəməsində icraat
29. İddiaçı cavabdehlər Cavabdeh QSC-nin “Zığ” X18 və Dövlət Əmək Müfəttişliyinə qarşı iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək, “Zığ” X15 xx.xx.2016-cı il tarixdə əmək vəzifələrini yerinə yetirərkən sol gözünə dəmir tozu düşməsi nəticəsində aldığı xəsarətin, hadisənin iş vaxtı baş verməsi və istehsalatla əlaqədar olması faktının müəyyən edilməsini xahiş etmişdir.
30. Hazırki iddia tələbi də İ iş üzrə iddia tələbinə uyğun əsaslandırılıb.
31. Cavabdehlər iddiaya etiraz edərək, etirazlarını İ iddia təl əbinə verilən etirazın dəlilləri ilə əsaslandırmışlar.
32. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5145/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı Cavabdeh QSC-nin “Zığ” X15 xx.xx.2016-cı il tarixdə əmək vəzilərini yerinə yetirərkən sol gözünə dəmir tozu düşməsi nəticəsində aldığı xəsarətin iş vaxtı baş verməsi və istehsalatla əlaqədar olması faktı müəyyən edilmişdir. (hakim Fuad Məmmədov)
33. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçı əmək müqaviləsinə əsasən «Zığ» X14 gövdə-qaynaq bölməsində 3-cü dərəcəli gəmi gövdə təmirçisi vəzifəsində işləmişdir. xx.xx.2016-cı il tarixdə qaynaq işləri aparan zaman onun sol gözünə yad cisim (dəmir qırıntıları) düşmüşdür. İddiaçı növbəti iş günü xx.xx.2016-cı il tari xdə işə gəlmiş və gözündəki ağrılarla əlaqədar işlədiyi «Zığ» Gəmi Zavodunun tibb məntəqəsinə müraciət etmiş və ambulator müalicəyə götürülmüş, həmçinin həmin tarixdə Cavabdeh QSC-nin 1 saylı poliklinikasına müraciət etmiş, orada aparılmış müayinələrdən sonra «sol gözdə yad cisim, konyuktivit» diaqnozu qoyularaq ambulator müalicəyə götürülmüşdür. Bundan sonra, iddiaçı sol gözündə olan prosesin ağırlaşması (kəskinləşməsi) səbəbindən xx.xx.2016-cı il tarixdə Milli Oftalmologiya Mərkəzinə müraciət etmiş və orada ona «Travmatik keratit» diaqnozu qoyularaq müalicəsi davam etdirilmişdir. Aparılmış müalicələr effekt vermədiyindən xx.xx.2016-cı il tarixdə X1 əməliyyat yolu ilə onun sol göz alması götürülmüşdür.
34. Birinci instansiya məhkəməsi onu da müəyyən edib ki, iddiaçının sol gözündən almış olduğu travma Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin xx.xx.2016-cı il tarixli 1013 nömrəli ekspert rəyinə əsasən xx.xx.2016-cı il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə sol gözdə görmənin tam itirilməsi ilə nəticələnən əmək qabiliyyətinin üçdə bir hissəsindən çox (35%) olmaqla, daimi (dayanıqlı) itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aiddir.
35. Birinci instansiya məhkəməsi işin araşdırılmış hallarına əsasən hesab edib ki, iddiaçının sol gözünə dəmir qırıntıları düşməsi nəticəsində aldığı xəsarət xx.xx.2016-cı il tarixdə əmək vəzifələrini yerinə yetirərkən baş vermiş və istehsalatla əlaqədardır.
36. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 209, 217, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları» ilə əsaslandırılmışdır. d) İİ iddia üzrə apellyasiya instansiyası məhkəməsindəki icraat
37. Cavabdeh QSC-nin “Zığ” X20 apellyasiya şikayəti verilərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahil etmişdir.
38. Apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilmişdir.
39. İİ iddia üzrə işə apellyasiya qaydasında baxılarkən İddiaçı “istehsalatda bədbəxt hadisə ilə bağlı aktın tərtib edilməsi tələbi” barədə aşağıda göstərilən İİİ iddiasının həllinə qədər dayandırılması qərara alınmışdır. e) İİİ iddia üzrə birinci instansiya məhkəməsində icraat
40. İddiaçı Cavabdeh QSC-nin “Zı ğ” X8rşı iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək, “Zığ” X15 xx.xx.2016-cı il tarixdə əmək vəzifələrini yerinə yetirərkən sol gözünə dəmir tozu düşməsi nəticəsində aldığı xəsarətlə bağlı İZ formalı aktın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
41. Hazırki iddia tələbi də İ və İİ işlər üzrə iddia tələbinə uyğun əsaslandırılıb.
42. Cavabdeh iddiaya etiraz edərək, etirazını İ və İİ iddia tələblərinə verilən etirazın dəlilləri ilə əsaslandırmışdır.
43. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-874/2018 saylı xx xxxxxx 2018ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim İlahə Abbasova)
44. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçının xəsarəti istehsalat qəzası nəticəsində alması barədə qətnamə qüvvəyə minməyib, həmin qətnamənin apellyasiya baxışı hazırki işlə bağlı dayandırıb.
45. Birinci instansiya məhkəməsi hazırki işi də dayandırmağa əsas olmadığını göstərib və bu səbəbdən də belə hesab edib ki, hazırki iddia təmin edilməməlidir. ə) İİİ iddia üzrə apellyasiya instansiyası məhkəməsindəki icraat
46. İddiaçı apellyasiya şikayəti verilərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahil etmişdir.
47. Apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilmişdir.
48. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5301/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-874/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyiş dirilmədən saxlanmışdır. (hakimlər Tofiq Səmədov (sədrlik edən, məruzəçi), İkram Şirinov, Elşən Kazımov)
49. Apellyasiya instansiyası qeyd edib ki, iddiaçı iddia tələbini əsaslandıra və bununla bağlı sübut təqdim edə bilmədiyinə görə birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. f) İİİ iddia üzrə kassasiya instansiyası məhkəməsindəki icraat
50. İddiaçı kassasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
51. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilmişdir.
52. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)6810/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 2(103)5301/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
53. Azərbaycan Respublikası Ali Məhkəməsi qeyd edilən qərarda İZ formalı aktın verilməsi tələbinin inzibati-iqtisadi məhkəməyə aid olması, başqa sözlə, məhkəmə aidiyyatının müəyyən edilməsini göstərmişdir. g) İİ iddia üzrə apellyasiya instansiyası məhkəməsində birinci, İİİ iddia üzrə ikinci icraat
54. Bakı Apellyasiya Məhkəməsində İİ və İİİ iddialara (xəsarətin istehsalatda baş verməsi faktının müəyyən edilməsi; İZ formalı aktın tərtib edilməsi) apellyasiya qaydasında baxılarkən hər iki iş bir icraatda birləşir. - İİ iddia üzrə
55. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)926/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh QSC-nin “Zığ” X14 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5154/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh QSC-nin “Zığ” X18 və Dövlət Əmək Müfəttişliyinə qarşı “xəsarət alma hadisəsinin iş vaxtı baş verməsi və istehsalatla əlaqədar olması faktının müəyyən edilməsi” tələbi təmin edilməmişdir. (hakimlər Vüqar Həsənov (sədrlik edən, məruzəçi), Şərafət Məmmədova, Namiq Cəfərov)
56. Apellyasiya məhkəməsi iddiaçının ərizəsi üzrə prokurorluq orqanlarında aparılmış araşdırma zamanı keçirilmiş məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 13547 saylı, xx xxxx 2017-ci il tarixli rəyinə əsasən müəyyən edib ki, cavabdeh olan zavodla (“İşəgötürən”) İddiaçı (“İşçi”) arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əmə k müqaviləsinin 4.4, 4.5 və 4.7 bəndlərinin şərtlərinə uyğun olaraq Zavodun Gövdə qaynaq bölməsinin 3-cü dərəcəli gəmi gövdə təmirçisi İddiaçı ilə təhlükəsizlik texnikası üzrə müvafiq təlimatlandırmalar keçirilmiş, hər gün, o cümlədən xx xxx 2016-cı il tarixdə işə başlamazdan öncə fərdi mühafizə vasitələri olan dəbilqə, əlcək, xüsusi ayaqqabı, forma və kənarları yumşaq polimer materialla bağlı olan qoruyucu eynəklə təmin olunmaqla, işçinin sağlamlığınının və əməyinin mühafizəsinin təmin olunması üçün iş şəraiti yaradılmışdır. Lakin İddiaçı sol gözündə yaranmış xəsarətlərin istehsalat prosesində alması istintaq tərəfindən toplanmış materiallarda öz təsdiqini tapmadığına və hadisənin hansı tarixdə və konkret olaraq hansı şəraitdə baş verməsi müəyyən edilmədiyinə görə, hadisənin texniki səbəb ini və baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik texnikasının və əməyin mühafizəsinin hansı qaydalarının və kimlər tərəfindən pozulmasını müəyyən etmək mümkün olmadı.
57. Apellyasiya məhkəməsi müəyyən edib ki, İddiaçı şikayət ərizəsi əsasında başlanmış cinayət işinə Xətai rayon prokurorluğunun müstəntiqinin xx.xx.2017-cı il tarixli qərarı ilə xitam verilmişdir, xitam verilməsinə də əsas İddiaçı iş vaxtı sol gözündən xəsarət almasının öz təqsdiqini tapmaması, fakt üzrə cinayət hadisəsi olmaması olmuşdur.
58. Apellyasiya məhkəməsi hesab edib ki, hazırkı işin halları baxımından İddiaçı iş vaxtı sol gözündən xəsarət alması öz təsdiqini tapmamış, əməyin mühafizəsi qaydalarının pozulması halı sübuta yetirilmir.
59. Apellyasiya məhkəməsi qeyd edib ki, iddiaçının tələbinin təmin olunması birbaş a olaraq cavabdehin baş vermiş hadisədə təqsirli olmasının sübut olunmasından asılıdır. Təqsirliliyin sübut edilməsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Bu baxımdan işin digər materilları ilə birlikdə tədqiq olunmuş ekspert rəyi və cinayət işi üzrə icraata xitam verilməsinə dair qərarla cavabdehin, yəni işəgötürənin təsirli olması müəyyən olunmur. Belə təqsir müəyyən olmadığı təqdirdə isə birinci instansiya məhkəməsinin İddiaçı Cavabdeh QSC-in Zığ X15 xx xxx 2016-cı il tarixdə əmək vəzifəsini yerinə yetirərkən sol gözünə dəmir tozu düşməsi nəticəsində aldığı xəsarətin iş vaxtı baş verməsi və istehsalatla əlaqədar olmasının fakt olaraq müəyyən edilməsi yolverilən hesab edilə bilməz.
60. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 191, 215, 239-cu maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarı ilə əsaslandırılmışdır. - İİİ iddia üzrə
61. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)926/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-874/18 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-874/18 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh “xxxx” QSC-nin “Zığ” X8rşı istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı İZ formalı aktın tərtib edilməsi vəzifəsinin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə x itam verilmiş, İddiaçı hazırki iddia tələbi ilə müvafiq inzibati iqtisadi məhkəməyə müraciət edə bilməsi izah edilmişdir. (hakimlər Vüqar Həsənov (sədrlik edən, məruzəçi), Şərafət Məmmədova, Namiq Cəfərov) ğ) İİ iddia üzrə kassasiya instansiyası məhkəməsindəki icraat
62. İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)926/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
63. Kassasiya şikayətində iddiaçı işin faktiki hallarına və maddi və prosessual hüquq normalarının pozulmasına istinad etmişdir.
64. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)6717/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
65. Azərbaycan Respublikası Ali Məhkəməsi qeyd edilən qərarda göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsinin öz qənaətini əsaslandırarkən istinad etdiyi Xətai rayon prokurorluğunun cinayət işinin icraatına xitam verilməsi barədə xx.xx.2017-ci il tarixli qərarı Bakı şəhər prokurorluğunun xx.xx.2017-ci il tarixli qərarı ilə ləğv olunduğundan apellyasiya baxışı zamanı qüvvədə olmamışdır və bu baxımdan hazırkı iş üçün heç bir preyudisiallıq keyfiyyəti daşımamışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi qətnaməni əsaslandırarkən ləğv olunmuş qərara mötəbər sübut kimi istinad edə bilməzdi. Çünki Xətai rayon prokurorluğunun cina yət işinin icraatına xitam verilməsi barədə xx.xx.2017-ci il tarixli qərarı ləğv olunduqdan sonra cinayət işinin istintaqı davam etmiş və xx xxx 2018-ci il tarixli qərarla cinayət işinin icraatına yenidən xitam verilmişdir. Lakin xx xxx 2018-ci il tarixli qərarın sonradan mübahisələndirilib-mübahisələndirilmədiyi və hazırda qüvvədə olub-olmadığı da işdən aydın deyil.
66. Kassasiya instansiyası qeyd edib ki, işə yenidən baxılarkən cinayət işinin istintaqının nəticəsi, eləcə də qəbul edilən qərar öyrənilməli və həmin qərarın hazırkı iş üçün nə kimi preyudisial əhəmiyyət daşımasına qiymət verilməlidir.
67. Kassasiya instansiyası iş materiallarında iki rəy olmasını qeyd edib qərarında göstərmuişdir ki, həmin rəylərdən birincisi xx.xx.2016-cı il tarixdə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eksper tiza və X6-Təcrübi və Tədris Birliyi tərəfindən, digəri isə xx.xx.2017ci il tarixdə isə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən veriilmişdir. Səhiyyə Nazirliyinin ekspert müəssisəsi tərəfindən verilən rəydə iddiaçının almış olduğu xəsarətin (sol gözün travması) xx.xx.2016-cı il tarixə və şəraitə uyğun gəldiyi, dərəcəsinə görə sol gözdə görmənin tam itirilməsi ilə nəticələnən əmək qabiliyyətinin 1/3 hissəsindən çox olmaqla (35%) daimi (dayanıqlı) itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid olduğu göstərilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəydə isə istintaqın nəticəsinə istinad olunaraq qoyulan suallara cavab verməyin mümkün olmadığı qeyd edilmişdir. Belə olan vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin iddianı rə dd edərkən adı çəkilən ekspert rəylərinə nəyə görə istinad etməsi işdən aydın deyil. Çünki iddia tələbinin əsaslılığını müəyyən etmək üçün ekspert qarşısında qoyulan suallara yalnız Səhiyyə Nazirliyinin ekspert müəssisəsinin xx.xx.2016cı il tarixli rəyi ilə müfəssəl cavab verilmişdir və bu cavab (rəy) iddianın rədd olunması üçün əsas vermir.
68. Kassasiya məhkəməsi bir daha qeyd edib ki, iddiaçının xəsarət (sol gözün travması) alması və bu xəsarət nəticəsində sol gözdə görmənin tam itirilməsi ilə nəticələnən əmək qabiliyyətinin 1/3 hissəsindən çox olmaqla (35%) daimi (dayanıqlı) itirilməsi işin mübahisəsiz hallarıdır. Cavabdeh bu faktı mübahisələndirməmişdir. İddiaçının almış olduğu bu xəsarətin sağlamlığa ağır zərərvurmaya aid olduğu və xx.xx.2016-cı il tarixə və şəraitə uyğun gəldiyi isə Səhiyyə Nazirliyinin ekspert müəssisəsinin xx.xx.2016-cı il tarixli rəyi ilə təsdiq olunur. İddiaçı aldığı xəsarətin iş vaxtı baş verməsi və istehsalatla əlaqədar olması ilə bağlı fikrində israrlıdır. Cavabdeh (işəgötürən) bu iddianı qəbul etmir, ona etiraz edir və xəsarətin iş vaxtı alınmadığını bildirir. Belə olan vəziyyətdə xəsarətin (hadisənin) iş vaxtı istehsalatda baş vermədiyini sübut etmək yükü cavabdehin üzərinə düşür. İddiaçı isə xəsarətin mövcudluğunu və xx.xx.2016-cı il tarixli ekspert rəyinə əsasən onun xx.xx.2016-cı il tarixə və şəraitə uyğun gəldiyini sübut etməklə xəsarətin məhz iş vaxtı, istehsalatda alınmasını sübut etmək yükündən azaddır.
69. Kassasiya məhkəməsi vurğulayıb ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının ağır xəsarət alması faktını bir kənara qoyaraq ə sasən bu hadisənin kimin təqsiri üzündən baş verməsini müəyyən etməyə çalışmış və Xətai rayon prokurorluğunun qüvvədən düşmüş xx.xx.2017-ci il tarixli qərarı ilə təqsirkar şəxslər müəyyən edilmədiyindən Əmək Məcəlləsinin 191-194, 239-cu maddələrini rəhbər tutaraq hadisənin (xəsarətin) iş vaxtı baş verməsi və istehsalatla əlaqədar olması faktının müəyyən olunmasını qeyri-mümkün saymaqla səhvə yol vermişdir. h) İ iddia üzrə apellyasiya instansiyası məhkəməsində birinci, İİ iddia üzrə ikinci icraat
70. Bakı Apellyasiya Məhkəməsində İ və İİ iddialara (sağlamlığa vurulmuş zərərin ödənilməsi; xəsarətin istehsalatda baş verməsi faktının müəyyən edilməsi) apellyasiya qaydasında baxılarkən hər iki iş bir icraatda birləşir.
71. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)20/2020 saylı, x x xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh “X10” QSC-nin “Zığ” X14 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(011)-5145/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbləri rədd edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(011)-1071/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xumar Mərdanova (sədrlik edən, məruzəçi), Elnur Həsənov, Fuad Babayev)
72. Apellyasiya məhkəməsi iş materiallarına əsasən müəyyən edib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin xx.xx.2016-cı il tarixli 1013 nömrəli ekspert rəyinə əsasən İddiaçı xx.xx.2016- cı il tarixdə qaynaq işləri aparan zaman sol gözünə yad cisim (dəmir qırıntıları) düşməsi səbəbindən gözündəki ağrılarla əlaqədar xx.xx.2016-cı il tarixdə işlədiyi «Zığ» Gəmi Zavodunun tibb məntəqəsinə müraciət etmiş və ona müayinədən sonra «konyuktivit» diaqnozu qoyularaq ambulator müalicəyə götürülmüş, həmin tarixdə Cavabdeh QSC-nin 1 saylı poliklinikasına müraciət etmiş, orada aparılmış müayinələrdən sonra «sol gözdə yad cisim, konyuktivit» diaqnozu qoyularaq ambulator müalicəyə götürülmüşdür. İddiaçı sol gözündə olan prosesin ağırlaşması (kəskinləşməsi) səbəbindən xx.xx.2016-cı il tarixdə Milli Oftalmologiya Mərkəzinə müraciət etmiş və orada ona «Travmatik keratit» diaqnozu qoyularaq müalicəsi davam etdirilmişdir. Aparılmış müalicələr effekt vermədiyindən xx.xx.2016-cı il tarixdə Milli Oftalmologiya Mərkəzində əməliyyat yolu ilə sol göz alması götürülmüşdür. Vətəndaş İddiaçı almış olduğu sol gözün travması qərarda göstərilən xx.xx.2016-cı il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə sol gözdə görmənin tam itirilməsi ilə nəticələnən əmək qabiliyyətinin üçdə bir hissəsindən çox (35%) olmaqla daimi (dayanıqlı) ititilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aiddir.
73. Apellyasiya baxışında müəyyən edilib ki, iddiaçı xx.xx.2016-cı il tarixldə Cavabdeh QSC-nin 1 saylı poliklinikasında həkim-oftolmoloqun qəbulunda olmuş və ona müalicə təyin olunmalıdır qeydi edilərək “OS yanıq” diaqnozu qoyulmuşdur. xx.xx.2016xx.xx.2016-cı il tarixlərdə üç gün ərzində xəstənin sol gözündən dəmir qırıntıları çıxarılmışdır. İddiaçı xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərdə Azər baycan Respublikası Səhiyyə Nazirliyi X7 adına Milli Oftalmologiya Mərkəzində ambulator müalicə almış və ona”OS travmatik keratit” diaqnozu qoyulmuşdur. X7 adına Milli Oftalmologiya Mərkəzi tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək işdən azad edilmiş və ona “OS virus konyuktivit və keratit” diaqnozları qoyulmuşdur. Bundan başqa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2016-cı il tarixli 07/3-2-3296 nömrəli məktubundan görünür ki, İddiaçı Cavabdeh QSC- nin Zığ X15 iş vaxtı sol gözündən xəsarət alması barədə müraciətlərinə baxılmış, aparılmış araşdırma zamanı «Zığ» X9 təqdim edilmiş sənədlərdə xx.xx.2016-cı il tari xdə saat 08:00-dan 17:00-dək işdə olduğu və xəsarət almağı ilə nəticələnmiş bədbəxt hadisənin baş vermədiyi, 2016-cı ilin 21- 22 may tarixləri istirahət günü olduğundan işə çıxmadığı, xx.xx.2016-cı il tarixdə zavodun tibb məntəqsində müayinə edildikdən sonra «xroniki konyuktivit» diaqnozu ilə xəstəlik vərəqəsi açıldığının göstərildiyi, qeyd edilən səbəblərə görə ona təyin olunmuş diaqnozların istehsalatla əlaqəliliyini müəyyən etməyin mümkün olmadığı bildirilərək, məsələ ilə əlaqədar müəssisə ilə aralarında olan mübahisə yarandığından məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
74. Apellyaisya məhkəməsi onu da müəyyən edib ki, Xətai rayon prokurorluğunun müstəntiqinin cinayət işinin icraatına xitam verilməsi haqqında xx xxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı şi kayət ərizəsi əsasında başlanmış cinayət işinin icraatına İddiaçı iş vaxtı sol gözündən xəsarət alması öz təqsdiqini tapmadığından, fakt üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin icraatına xitam verilmişdir.
75. Apellyaisya məhkəməsi qeyd edib ki, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Belə olan halda, iddiaçının tələbinin təmin olunması birbaşa olaraq cavabdehin baş vermiş hadisədə təqsirli olmasının sübut edilməsindən asılıdır. Hazırkı işi halları baxımından isə təqsirliliyin sübut edilməsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Bu baxımdan işin materialları ilə birlikdə tədqiq olunmuş ekspert rəyi və cinayət işi üzrə icraata xitam verilməsinə dair qərarla cavabdehin, yəni işəgötürənin təqsirli olması müəyyən olunmur. Belə olan halda İddiaçı Cavabdeh QSC-in Zığ X15 xx xxx 2016-cı il tarixdə əmək vəzifəsini yerinə yetirərkən sol gözünə dəmir tozu düşməsi nəticəsində aldığı xəsarətin iş vaxtı baş verməsi və istehsalatla əlaqədar olmasının fakt olaraq müəyyən edilməsi yolverilən hesab edilə bilməz.
76. Apellyasiya məhkəməsi hazırki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında göstərilən hallarla bağlı qeyd edib ki, iş materiallarına əlavə edilmiş şahid ifadələri, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarı və ekspert rəyləri ilə cavabdeh tərəfindən əməyin mühafizə qaydalarının pozulmamamsı öz təsdiqini tapmışdır. Bundan başqa qeyd olunan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın mübahisələndirilməsi iş materialları ilə müəyyən edilməmiş və tərəflər buna dair hər-hansı sübut təqdim etməmişlər.
77. Apellyasiya məhkəməsi belə nəticəyə gəlib ki, birinci instansiya məhkəməsi “xəsarət alma hadisəsinin iş vaxtı baş verməsi və istehsalatla əlaqədar olması” barədə iddia tələbinin təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir.
78. Apellyasiya məhkəməsi maddi ziyanın ödənilməsi ilə bağlı qeyd isə edib ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Ha zırkı iş üzrə isə cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmişdir.
79. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 191, 215, 239-cu, Mülki Məcəllənin 21, 1096, 1097.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarı ilə əsaslandırılmışdır. x) İ iddia üzrə kassasiya instansiyası məhkəməsində birinci, İİ iddia üzrə ikinci icraat
80. İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)20/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
81. Hazırki kassasiya şikayətində də iddiaçı işin faktiki hallarına və maddi və prosessual hüquq normalarının pozulmasına istinad etmişdir. i) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
82. İddiaçının kassasiya şikayətinə cavabdeh “Zığ” X14 yazılı etiraz daxil olmuşdur.
83. Etiraz onunla əsaslandırılıb ki, iddiaçının istehsalatda xəsarət alması sübut edilmir, bu fakt cinayət şinin icraatına xitam verilməsi barədə Xətai rayon Prokurorluğunun xx xxx 2018-ci il tarixli qərarı ilə təsdiqini tapmayıb. ı) Kassasiya icraatı iştirakçılarının izahatları
84. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
85. Məhkəmə iclasında Cavabdeh QSC “Zığ” X17 nümayəndələri X3, X4 və vəkili Məmmədov Hafis Səttar oğlu kassasiya şikayətinin təmin edilməməsini xahiş etd ilər.
86. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, digər cavabdeh Dövlət Əmək Müfəttişliyinin və üçüncü şəxs xxxx ASC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər v urulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Maddə 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 191 (2-ci hissə). Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsi rkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 239 (1-2 ci hissələr). İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
87. Kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
88. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
89. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq no rmaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
90. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi hər iki iddia tələbi ilə bağlı qanuni nəticəyə gəlmişdir.
91. Xəsarət alma hadisəsinin iş vaxtı, istehsalatla əlaqəli olması barədə iddia üzrə işin müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçının sol gözünün iş vaxtı istehsalatla əlaqəli olmasında cavabdehin təqsiri müəyyən edilməmişdir.
92. Məhkəmə kollegiyası da qeyd edir ki, analoji iddialarda təqsirsizliyini sübut etmək vəzifəsi işəgötürənin üzərinə dü şür. İddiaçının gözündə xəsarət olması da işin mübahisəzi halıdır. Lakin apellyasiya instansiyası iş materiallarına, o cümlədən, şahid ifadələri, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərara, ekspert rəylərinə əsasən müəyyən etmişdir ki, iddiaçının xəsarət almasında cavabdehin təqsiri yoxdur, cavabdeh tərəfindən əməyin mühafizə qaydalarının pozulması öz təsdiqini tapmamış, əksinə pozuntunun olmaması təsdiq edilmişdir.
93. Həmçinin o da müəyyən edilib ki, iddiaçının istehsalatda xəsarət alması, cavabdehin əməyin mühafizəsi qaydalarını pozması faktı üzrə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar mübahisələndirilməyib.
94. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx. 2017-ci il tarixli 2(011)-5145/2017 saylı qətnaməsini ləğv edib, iddianı rədd etməklə işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün nəticəyə gəlib.
94. Eyni zamanda, xəsarət görə dəymiş ziyanın əvəzi olaraq 50 min manat pulun cavabdehdən tutulması barədə iddia tələbi üzrə də apellyasiya məhkəməsi həmin iddianı rədd edən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1071/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayıb, iddiaçının apelyasiya şikayətini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
95. Çünki qeyd edilən iddianın təmin olunma əsasını da məhz iddiaçının istehsalatda iş vaxtı xəsarət alması faktının müəyyən edilməsi təşkil edir. Məhz buna görə də iddiaçının istehsalatda iş vaxtı xəsarət alması faktının müəyyən edilməsi barədə iddiasına baxılana qədə r iddiaçının zərərin ödənilməsi barədə iddia üzrə qətnamədən verdiyi apellyasiya şikayətinə baxılması dayandırılmışdır.
96. Məhkəmə kollegiyası hesab edir ki, bir halda ki, iddiaçının istehsalatda iş vaxtı xəsarət alması faktının təsdiq edilməsi barədə iddiası təmin edilməyib, belə olan halda, həmin tələbdən doğan ziyanın ödənilməsi tələbinin təmin olunmaması barədə gəlinən nəticə də əsaslı və qanuni sayılmalıdır.
97. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
98. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X16 Həkət oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəmə si Mülki Kollegiyasının 2(103)-20/2020 nömrəli, xx xxxxxx 2020 il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.