Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-365/2022 24.01.2022 ALİ MƏHKƏMƏ İddiaçı cavabdeh X6 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: qazdan qanunsuz istifadə nəticəsində vurulmuş ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı Azəriqaz İB-nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7569/2021 nömrəli iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 yanvar 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxa raq, aşağıdakı müəyyən etdi. İşin halları İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21.04.2020-ci il tarixli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmışdır. İş materiallarında olan 02.09.2020-ci il tarixli abonent saldosundan görünür ki, **********10030 abonent kodu olan Cavabdeh qazdan istifadə nəticəsində 08.2020-ci il tarixə 6691,69 manat məbləğində borc hesablanmışdır. Təbii X2nın pozulması haqqında 12.02.2016-ci il tarixli 092648 saylı, 26.12.2016-cı il tarixli, ******* saylı, 25.01.2017-ci il tarixli, ******* saylı, 21.02.2017-ci il tarixli, ******* saylı, 27.02.2017-ci il tarixli, ******* saylı, 16.03.2017-ci il tarixli, ******* saylı, 11.04.2017-ci il tarixli, ******* saylı, 30.05.2017-ci il tarixli, ******* saylı, 11.08.2017-ci il tarixli, ******* saylı, 31.01.2018-ci il tarixli, ******* saylı, 27.03.2018-ci il tarixli, ******* saylı, 25.04.2018-ci il tarixli, 58/2525 saylı, 29.05.2018-ci il tarixli, ******* saylı, 24.07.2018-ci il tarixli, ******* saylı, 29.08.2018-ci il tarixli, ******* saylı, 30.11.2018-ci il tarixli, ******* saylı, 28.12.2018-ci il tarixli, ******* saylı, 31.01.2019-cu il tarixli, ******* saylı, 29.03.2019-cu il tarixli, ******* saylı, 30.04.2019- cu il tarixli, ******* saylı, 30.05.2019-cu il tarixli, ******* saylı, 28.06.2019-cu il tarixli, ******* saylı, 31.07.2019-cu il tarixli, ******* saylı, 30.08.2019-cu il tarixli, ******* saylı, 30.09.2019-cu il tarixli, ******* saylı, 30.10.2019-cu il tarixli, ******* saylı, 29.11.2019-cu il tarixli, ******* saylı, 30.12.2019-cu il tarixli, ******* saylı, 30.01.2020- ci il tarixli, ******* saylı, 28.02.2020-ci il tarixli, ******* saylı, 30.03.2020-ci il tarixli, ******* saylı aktların surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən istehlakçı Cavabdeh məxsus 3 saylı mənzilə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanunu olaraq sayğacdan kənar xətdən istifadə etməsi aşkar edilmişdir. 05.04.2021-ci il tarixli abonent saldosundan görünür ki, **********10030 abonent kodu olan Cavabdeh qazdan istifadə nəticəsində 02.2021-ci il tarixə 6957,49 manat məbləğində borcu var. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə h esablanmış 6691,69 manat məbləğində dəymiş ziyanın və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 6721.69 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İBnın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10030 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin ü zərində isə G-4 markalı 1502AZ**********13 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazdan qanunsuz istifadə etmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib edilmiş aktlar əsasında cəmi 5376,10 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq 2016-cı ilin fevral ayına k imi İddiaçı İB-yə 1269,69 manat məbləğində qalıq borcu da mövcud olmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil iddia tələbinin artırılması barədə ərizə təqdim edərək göstərmişdir ki, iş üzrə cavabdehin iddiaçıya 04.2021-ci il tarixinə kimi ümumi borcu 6957,49 manat təşkil edir. Həmin Borcun 286,20 manat hissəsi faktiki istifadə olmuş qaz sərfinə görə yaranmış borcdur. Borcun 25,80 manat hissəsi yeni tarifə keçidlə əlaqədar olaraq yaranmışdır. Borcun 546,50 manat hissəsi aktlar tərtib olunduğu günə qədər smart qaz kartında mövcud olan ödənilməmiş qalıq borcdur. Borcun geridə qalan hissəsi aktlar üzrə yaranmış borcdur. Ümumilikdə, cavabdehdən 6957,49 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Adilə Paşayeva) 05.04.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Cavabdeh qarşı iddiası təmin olunmuş, Cavabdeh İddiaçı xeyrinə 4922.50 manat dəymiş maddi zərərin əvəzi və 286.20 manat təbii qazdan istifadəyə görə borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5238 (beş min iki yüz otuz səkkiz) manat, 70 (yetmiş) qəpik məbləğində pul tutulmuşdur. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında iddiaçı cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmişdir. Lakin, cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş, tərtib edilmiş aktlar üzrə iddiaçıya iddia ərizəsində g östərildiyi kimi 5376,10 manat yox, 5343.70 manat (ərizədə göstərilən aktları hesablamaqla alınan məbləğ) ziyan vurmuşdur. 26.12.2016-cı il tarixli, ******* saylı, 25.01.2017ci il tarixli, ******* saylı, 21.02.2017-ci il tarixli, ******* saylı, 27.02.2017-ci il tarixli, ******* saylı, 16.03.2017-ci il tarixli, ******* saylı, 11.04.2017-ci il tarixli, ******* saylı, 30.05.2017-ci il tarixli, ******* saylı, 11.08.2017-ci il tarixli, ******* saylı, 31.01.2018-ci il tarixli, ******* saylı, 28.02.2018ci il tarixli, ******* saylı, 27.03.2018-ci il tarixli, ******* saylı, 29.05.2018-ci il tarixli, ******* saylı, 24.07.2018-ci il tarixli, ******* saylı, 29.08.2018-ci il tarixli, ******* saylı, 30.11.2018-ci il tarixli, ******* saylı, 28.12.2018-ci il tarixli, ******* saylı, 31.01.2019-cu il tarixl i, ******* saylı, 29.03.2019cu il tarixli, ******* saylı, 30.04.2019-cu il tarixli, ******* saylı, 30.05.2019-cu il tarixli, ******* saylı, 28.06.2019-cu il tarixli, ******* saylı, 31.07.2019-cu il tarixli, ******* saylı, 30.08.2019-cu il tarixli, ******* saylı, 30.09.2019-cu il tarixli, ******* saylı, 30.10.2019-cu il tarixli, ******* saylı, 29.11.2019-cu il tarixli, ******* saylı, 30.12.2019-cu il tarixli, ******* saylı, 30.01.2020-ci il tarixli, ******* saylı, 28.02.2020-ci il tarixli, ******* saylı, 30.03.2020-ci il tarixli, ******* aktlar “qaz xəttinə qanunsuz qoşulma” əsası ilə tərtib edilmiş və 5124.10 manat ziyan hesablanmışdır. 25.04.2018ci il tarixli, 58/2525 saylı akt isə “sayğaca müdaxilə”yə görə yazılmış, buna görə 219.60 manat borc yazılmışdır. Həmçinin qeyd olunan aktlardan 28.02.2018-ci il tarixli, ******* saylı akt üzrə cavabdehə 201.60 manat borc hesablansa da, həmin akt iş materiallarına əlavə olunmamış və məhkəmə iclasında da təqdim olunmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə mövcud (iş materiallarına əlavə olunan) aktlar üzrə cəmi 4922.50 (5343.70-219.60201.60=4922.50) manat dəymiş zərər hesablanmış və həmin məbləğ cavabdehdən tutulmalıdır. Həmçinin məhkəmə araşdırması zamanı sayğaca məhz cavabdeh tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi “sayğaca müdaxilə”yə görə istehlakçı ya hesablanmış 219.60 manat borc hissəsində əsaslı olmadığından təmin edilməməlidir. Yaranmış borc ilə bağlı aparılmış araşdırma əsasında isə müəyyən olunmuşdur ki, cavabdehə hesablanan borcun bir qismi, yəni 546,50 manat hissəsinin haradan yaranma əsasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı həmçinin 25,80 manat borcun yeni tarifə keçid üzrə yarandığını qeyd etsə də, borcun hansı səbəbdən yaranmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Belə olan halda iddia tələbi 546,50 manat və 25,80 manat hissədə əssasız hesab olunmalıdır. Həmçinin cavabdeh tərəfindən təbii qazdan qanuni istifadəyə, yəni qaz sərfiyyatına görə 286,20 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsin in 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 6.2, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 4.2, 4.8, 4.9, 6.5-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 107, 119 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, işə iştirakı olmadan baxılmış, məhkəmə araşdırması zamanı sayğaca müdaxilə edilməsinin öz təsdiqini tapmadığı qeyd edilsə də, iddia təmin edilmiş, qətnamə əsaslandırılmamış, iddiaçının işçiləri tərəfindən qanunsuzluqlara yol veril miş, havadan borc yazılmışdır. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Fuad Babayev) 05.08.2021-ci il, 2(103)-7569/2021 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1320/2021 nömrəli mülki iş üzrə 05.04.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh 12.02.2016-cı il tarixli 092648 saylı akt əsasında hesablanmış 99,30 manat və evinə sayğacın quraşdırıldığı 21.04.2020-ci il tarixindən 2021-ci ilin fevral ayına qədər sayğac göstəriciləri əsasında yaranmış 286,3 manat borc olmaqla, cəmi 385,60 manat borc, eləcə də 30,40 manat dövlət rüsumu, yəni cəmi 416 (dö rd yüz on altı manat) manat tutularaq İddiaçı İB-nə ödənilməsi qət edilmişdir. Apellyasiya Məhkəməsi ilk növbədə qeyd etmişdir ki, Cavabdeh apellyasiya şikayətinin bir dəlili də məhkəmə prosesləri barədə məlumatlandırılmamış olmasıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir. İş materiallarında cavabdehin məhkəmə prosesi barədə məlumatlandırılmış olmasına dair heç bir sübut yoxdur. Məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə əsasən isə işə, işdə iştirak edən şəxslərdən məh kəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Apellyasiya Məhkəməsi iş üzrə müəyyən etmişdir ki, İddiaçı İB Cavabdeh barəsində tərtib olunmuş sözügedən aktlarda göstərilən xüsusatların həqiqiliyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir; bununla belə iş materiallarında olan abonent saldosundan aydın olur ki, cavabdehin barəsində 12.02.2016-cı il tarixdə 092648 saylı akt tərtib edilənə və onunla qazdan istifadəyə görə müqavilə bağlanana qədər də o, təbii qazı istehlak etmiş, 2020-ci ilin may ayına qədər qazdan istifadəyə görə ödəniş həyata keçirməmiş, sayğacın quraşdırıldığı 21. 04.2020-ci il tarixindən sonra 2893 m3 qaz (289,3 manat) istehlak etmiş, 2020-ci ilin may ayında 3 manat ödəmişdir. İşin yuxarıda göstərilən müəyyən olunan hallarına görə cavabdeh təbii qazdan 2010-cu ildən etibarən istifadə etsə də, onunla müqavilə 21.04.2020-ci il tarixdə bağlanmış, 12.02.2016-cı il tarixdə onun qazdan sayğacdan kənar istifadə etdiyi və bu tarixədək 1269,50 manat borcunun yarandığı hesablanmış, 21.04.2020-ci il tarixinə qədər qazdan sayğacdan kənar istifadə etdiyi irəli sürüldüyü halda qaz təchizatı dayandırılmayaraq hər ay barəsində formal aktlar tərtib edilmiş, beləliklə də qazdan sayğacsız (sayğacdankənar) istifadə etməsinə bilavasitə İddiaçı İB-nin əməkdaşları tərəfindən şərait yaradılmışdır. Bu baxımdan apelyasiya məhkəməsi hesab etmişdir ki, müvafiq dövrdə Cavabdeh qazdan sayğacdan kənar istifadə etməsinin məsuliyyəti İddiaçı İB-nin öz vəzifələrini lazımi qaydada icra etməyən əməkdaşlarına aid olunmalıdır və yalnız ilk akta görə hesablanmış ödəniş məbləğinin ondan tutulması həm qanunvericiliyə, həm də işgüzar adətlərə uyğundur. Məhkəmə bu qənaətə gələrkən Qaydaların 5.2 və 18.6-cı bəndinə istinad etmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, aktlara görə (birinci akt istisna olmaqla) hesablayıb tələb etdiyi məbləğlər baxımından iddiaçı bunu sübut edə bi lməmişdir və istinad etdiyi aktlar cavabdehin və hal şahidlərinin iştirakı olmadan tərtib olunduğundan mötəbər sayıla və onlara əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz. Göstərilənlərə əsasən apellyasiya məhkəməsinin qənaəti ondan ibarət olmuşdur ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 12.02.2016-cı il tarixli akt əsasında hesablanmış 99,30 manat və onun evinə sayğacın quraşdırıldığı 21.04.2020-ci il tarixindən 2021-ci ilin fevral ayına qədər sayğac göstəriciləri əsasında yaranmış 286,3 manat (3 manat ödəniş etdiyi nəzərə alınmaqla), yəni cəmi 385,60 manat borc, eləcə də 30 manat dövlət rüsumu tutulmalıdır. İddiaçı İB-nin “yeni tarifə keçidlə əlaqədar yaranmış 25,80 manatın və aktlar tərtib olunduğu günə qədər smart qaz kartında mövcud olan ödənilməmiş qalıq bor c qismində 546,50 manatın cavabdehdən tutulması” tələbi üzrə isə kollegiya hər hansı əsaslandırma aparılmasını zəruri hesab etmir; çünkü bu tələbin araşdırılmasını zəruri edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.08.2021-ci il tarixli, 2(103)-7569/2021 saylı qətnaməsinin təmin olunmamış hissəsində ləğv edilib iş yenidən baxılması üçün işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki, həqiqi hallarını tam, obyektiv v ə hərtərəfli araşdırmamış, işin faktiki hallarına və işə əlavə olunmuş sübutlara əlaqəli şəkildə hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassator qeyd etmişdir ki, cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etsə də, etirazın əsası kimi heç bir hala istinad etməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən onun iştirakının təmin olunmamasını qeyd etmiş, lakin apellyasiya məhkəməsinin iclasında heç bir səbəb göstərmədən də iştirak etməmiş, apellyasiya şikayətində iddiaya etirazının əsası kimi hər hansı bir dəlilə və fakta istinad etməmiş, formal apelly asiya şikayəti tərtib etmiş, məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etməmişdir. Qətnamədə iddiaçının təqdim etdiyi sübutların, aktların, fotoşəkillərin, abonent saldosunun sübut qismində qəbul edilməməsinin səbəbləri göstərilməmişdir. Cavabdeh şəxs barəsində «təbii X2nın pozulması barədə akt»lar tərtib edilərkən, o smart qaz sayğacı istifadəçisi olmuşdur. Cavabdehin adına qeydiyyata alınmış və iş üçün əhəmiyyətli hallar barədə məlumat verən smart tipli qaz sayğacı üzrə ABONENT SALDOSU-ndan da görünür ki, Cavabdeh barəsində aktların tərtib edildiyi tarixlərdə (02/2016-03/2020-ci illərdə) ümumiyyətlə ödəniş etməmişdir. 12/2014-cü il tarixində cavabdeh tərəf Zabrat qəsəbəsindəki fərdi yaşayış evində smart tipli qaz sayğacından istifadə zamanı 7 manat məbləğində ödəniş etmiş, 04/2020-ci il tarixində cavabdehə məxsus həmin fərdi yaşayış evində smart tipli qaz sayğacı mexanika tipli qaz sayğacı ilə əvəz olunduqdan sonra isə Cavabdeh 05/2020-ci il tarixində mexanika tipli qaz sayğacı üzrə cəmi 3 manat ödəniş etmişdir. 6 il ərizində cavabdehin qazın dəyəri üzrə heç bir ödəniş aparmaması məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə təqdim edilmiş abonent saldolarına düzgün qiymət verməmiş, i formal mülahizələrlə qətnamə qəbul etmişdir. Kassator kassasiya şikayətinin dəlillərini əsaslandırarkən MPM-nin 14.2, 76.1, 77, 88,217.1, 217.3, 218, Qaz təchizatı haqqında qanunun 6.2, X2nın 6.5-ci maddəsinə istinad etmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının i zahatları İddiaçının vəkili Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7569/2021 nömrəli 05.08.2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsi üzrə bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək və zifəsi daşıyır. Həmin Qanunun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 22-ci maddəsinə əsasən Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəy yən edilir. 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qayd ada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ve rir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələri n işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə İddiaçı İB kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini mübahisələndirdiyindən qətnamə həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mülki işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya məhkəməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin X2nın təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 4.8-ci, 5.2 və 8.6-cı bəndinə istinadı düzgün olmamışdır. Hazırki mübahisə istehlakçıda quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə olub-olmaması ilə bağlı olmamışdır. Aktlardan yalnız biri sayğacdakı qüsurla bağlı olmuş, həmin hissədə də, birinci instansiya məhkəməsi iddianı rədd etmiş və həmin hissədən iddiaçı apellyasiya şikayəti verməmişdir. Apellyasiya məhkəməsi iş materiallarında olan 2012-ci ildən smart sayğacın mövcud olması və 2014-cü ilədək karta vəsait yüklənməklə qazdan istifadə olunmasını təsdiq edən abonent saldosunun olmasına və iddiaçının nümayəndəsinin məhkəmə iclasında 21.04.2020-ci ildə həmin sayğacın mexaniki sayğacla əvəz edilməsin barədə izahatına baxmayaraq, 21.04.2020-ci il tarixinə qədər cavabdehin evinə sayğac quraşdırılmaması, qazdan sayğacsız i stifadə etməsinə bilavasitə İddiaçı İB-nin əməkdaşları tərəfindən şərait yaradılması barədə düzgün olmayan qənaətə gəlməklə, qanunsuz qoşulma faktının sayğacla bağlı qüsur olmadığını və cavabdehin bu müddət ərzində qazdan istifadəyə görə ödənişlərinin cüzi olmasını nəzərə almamış, itirilmiş qaza görə vurulmuş ziyana görə məsuliyyəti iddiaçının üzərinə qoymaqla, maddi və prossesual normalarını düzgün tətbiq etməmişdir. Belə ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşımasının Qaydalarda müəyyən edilməsi, həmçinin qaz təchizatçısının ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli olması heç də, həmin sayğaclara qəsdən, bilərəkdən müdaxilə edilməsi, habelə qazdan qanunsuz istifadə məqsədilə qaz xəttinə müdaxilə edilməsi zamanı istehlakçını məsuliyyətdən azad edən norma kimi başa düşülməməlidir. Həmçinin, X2nda konkret olaraq bu hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə müddəa nəzərdə tutulmasa da, Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən həmin ziyan məbləği zərər vurandan tələb edilə bilər. Cavabdeh apellyasiya şikayətində qazdan qanunsuz istifadə etməsi faktını ümumiyyətlə inkar etməmiş, bununla bağlı hər hansı dəlil göstərməmiş, məhkəmə iclasında da iştirak etmədiyindən məhkəmə araşdırması zamanı da cavabdehin bu fakta münasibətinin aydınlaşdırılması mümkünsüz olmuşdur. Belə olan halda, məhkəmə tərəfindən aktlarda göstərilən və foto şəkillərdə əks olunan pozuntunun cavabdehin ünvanına aid olub-olmamasının yoxlanılması üçün müvafiq yerli baxış və ya ekspertiza keçirilməklə araşdırılması mümkün olsa da, buna cəhd edilməmiş, işdə olan sübutları hansı səbəbdən mötəbər hesab etməməsini qətnamədə əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılm ası məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını mü əyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına d air» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qə rəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi mübahisələndirilən hissədə qeyd edilən tələblərə cavab vermir. Ona görə də qətnamə iddianın təmin edilməmiş hissəsində ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2021-ci il tarixli, 2(103)7569/2021 nömrəli qətnaməsi iddianın təmin edilməmiş hissəsində ləğv edilsin. İş həmin h issədə yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.