Məhkəmə qərarları › İş №2(102)-365/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-365/2025

21.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-365/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma və mənzilin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “mənzildən çıxarı lma və mənzilin boşaldılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-1162/2*24 nömrəli, 1* iyul 2*24-cü il tarixli qətnaməsindən Cavabdeh1 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 21 yanvar 2*25-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 1*.*8.2*17-ci il tarixli 21/46 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, bir tərəfdən Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti, Gəncə şəhər MKİS, digər tərəfdən kirayəçi Cavabdeh1 kirayə müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən kirayəyə verən Gəncə şəhəri, Yeni qəsəbə 21 saylı binada yerləşən 46 nömrəli mənzildə ü mumi sahəsi 86 kv.m., yaşayış sahəsi 5* kv.m. ibarət 3 otaqlı yaşayış sahəsini müvəqqəti yaşamaq üçün kirayəçi Cavabdeh1 sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4.2-ci bəndinə əsasən, kirayəçinin üzərinə kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək vəzifələri qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 (bundan sonra cavabdehlər və ya ad və soyadı) qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cava bdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 istifadəsinə verilmiş Gəncə şəhəri, Yeni qəsəbə 21 saylı binada yerləşən 46 nömrəli mənzilə dair 1* avqust 2*17-ci il tarixli 21/46 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsi, cavabdehlərin 21/46 nömrəli mənzildən çıxarılması, 21/46 nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*17-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası nı müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin (bundan sonra Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrin in müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirmişlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 1* avqust 2*17-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 ailə üzviləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Döv lət Proqramı çərçivəsində Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 saylı binada 46 nömrəli 3 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan Gəncə-Göygöl Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və ailə üzvlərinin həmin mənzildə yaşamadığı, mənzili qeyri-qanuni olaraq Cavabdeh2 satdığı və həmin şəxsin mənzildə qeyri qanuni yaşadığı məlum olmuşdur. Sahə rəisi tərəfindən Cavabdeh1 mənzildə yaşamadığı, mənzilində müqavilədə adı keçməyən kənar şəxs Cavabdeh2 yaşamasının qanunsuz olduğu bildirilmişdir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cu hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə ş ərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir. Qaydaların 3.2-ci bəndinə əsasən, məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur.

4. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, qeydiyyatda olduğu Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 saylı binada yerləşən 46 nömrəli mənzildə 6 il yaşadıqdan sonra keçmiş Kəlbəcər rayon şəhərciyinin jek müdirinin təkidi ilə həmin qəsəbədə 15 nömrəli binada 35 nömrəli mənzilə köçmüşdür. Belə ki, ona 9.*** manat müqabilində həmin müqavilənin onun adına keçəcəyini bildirmişlər. O, isə həmin məbləğdə pulu 15 nömrəli binada 35 nömrəli mənzildə yaşayan Cəmilə Hüseynovaya və jek müdiri Faiq müəllimə təqdim etmiş və həmin ünvanda yaşamışdır. Lakin onlar müqaviləni onun adına dəyişdirməmişlər. Hazırda isə həmin ünvandan çıxmasını tələb edirlər. Onun qeydiyyatda olduğu Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 saylı binada yerləşən 46 nömrəli mənzili isə başqa şəxsə, yəni Cavabdeh2 satmışlar. Onu məcburi köçkünlərə verilmiş imtiyazlardan məhrum etmək istəyirlər. Odur ki, onun və övladlarının qeydiyyatda olduqları Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 saylı binada yerləşən 46 nömrəli mənzilə qaytarılmalarını xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onun evli olduğu vaxtlarda anası ilə aralarında narazılığı olmuş, lakin sonradan boşanaraq anasının yanına qayıtmışdır. Hal-hazırda yaşayış yerləri yoxdur. Odur ki, o, qeydiyyatda olduğu Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 saylı binada yerləşən 46 nömrəli mənzilə qaytarılmalarına köməklik göstərilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, qeydiyyatda olduğu Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 saylı binada yerləşən 46 nömrəli mənzildə yaşamış, sonradan ailə quraraq Bərdə şəhərinə köçmüş və 8 il orada yaşamışdır. Ailələrində narazılıqlar olduğundan boşanmış və uşaqları ilə birlikdə anasının yaşadığı Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 15 nömrəli binanın 35 nömrəli mənzilinə qayıtmışdır. Belə ki, anası ilə bacısı arasında narazılıq yarandığından anası bacısının Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 saylı binada yerləşən 46nömrəli mənzilə qayıtmasını istəməmiş və bu səbəbdən evi müvəqqəti olaraq Bəhruz adlı qohumlarına vermişdir. Bəhruz isə həmin evi Aygün adlı şəxsə satmışdır. Hal-hazırda yaşayış yerləri yoxdur. Odur ki, qeydiyyatda olduğu Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 saylı binada yerləşən 46 nömrəli mənzilə qaytarılmalarına köməklik göstərilməsini x ahiş etmişdir.

7. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 2*23-cü ilin may ayında Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 saylı binada yerləşən 46 nömrəli mənzili Bəhruz adlı şəxsdən pul verərək almışdır və həmin mənzildə yaşayır. Bəhruz onu aldadaraq evi onun adına sənədləşdirəcəyini bildirmişdir. Onun digər cavabdehlərlə heç bir əlaqəsi yoxdur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(125)425/2*24 nömrəli, 29 fevral 2*24-cü il tarixli, qətnaməsi ilə (hakim Mustafa Mustafayev), iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 istifadəsinə ver ilmiş Gəncə şəhəri, Yeni qəsəbə 21 saylı binada yerləşən 46 nömrəli mənzilə dair 1* avqust 2*17-ci il tarixli “21/46” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 Gəncə şəhəri, Yeni qəsəbəsində yerləşən 21 nömrəli evin 46 nömrəli mənzilindən çıxarılması və mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

9. Birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı qeyd etmişdir ki, mübahisəli mənzil xüsusi təyinatlı mənzillər kateqoriyasına daxil olduğundan və Cavabdeh1 ilə bağlanmış kirayə müqaviləsinin şərtlərinə uyğun olaraq kirayəçinin kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək vəzifəsi olduğundan və həmin mənzili başqa şəxslərin kirayəsinə və istifadəsinə vermək hüququ olmadığından və onlar həmin mənzildə yaşamadıqlarından bu baxımdan iddia tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 münasibətdə kirayə müqaviləsinin xitam edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 istifadəsinə verilmiş Gəncə şəhəri, “Yeni qəsəbə” 21 saylı binada yerləşən 46 nömrəli mənzilə dair 1* avqust 2*17-ci il tarixli “21/46” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir.

10. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 nömrəli binada 46 nömrəli mənzildən çıxarılması hissəsi ilə bağlı qeyd etm işdir ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 nömrəli binada 46 nömrəli mənzildə yaşamadıqlarından və bu baxımdan iddia tələbi həmin hissədə əsassız olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. Cavabdeh2 Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 21 nömrəli binada 46 nömrəli mənzilə dair heç bir istifadə hüququ olmadığından iddia tələbi onun həmin mənzildən çıxarılması hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli və Cavabdeh2 həmin mənzilindən çıxarılmalı və mənzil boşaldılmalıdır. İddia tələbi qalan hissədə əsassız olduğundan qalan hissədə təmin edilməməlidir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 82.5, 91.2, 91.3, 98.1, 99.1, 99.2, 99.3, 99.4 və 1**.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*17-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.3, 3.4, 3.5, 3.6 və 3.7-ci bəndlərinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-22*, 227, 233 və 36*-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və qətnamənin “cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 istifadəsin ə verilmiş Gəncə şəhəri, Yeni qəsəbə 21 saylı binada yerləşən 46 nömrəli mənzilə dair 1* avqust 2*17-ci il tarixli “21/46” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsi” hissəsinin təmin olunmamasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qaçqın statusu olan, yaşayış yeri olmayan Cavabdeh1 başqa yaşayış yeri olmamasını, aldadıldığını aydınlaşdırmamışdır. İddiaçı sübut etməlidir ki, o həmin mənzili satmışdır və həmin mənzildə yaşamaq, istifadə etmək marağı yoxdur. Bir daha qeyd edir ki, o, sadəcə zərərçəkəndir və həmin mənzildə yaşamaq istəyir. Başqa yaşayış yeri yoxdur və Gəncə şəhəri, Yeni qəsəbə 21 saylı binada yerləşən 46 nömrəli mənzildə yaşamaq niyyətindədir.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(1*4)-1162/2*24 nömrəli, 1* iyul 2*24-cü il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Rəşad Mamedov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 istifadəsinə verilmiş Gəncə şəhəri, Yeni qəsəbə 21 saylı binada yerləşən 46 nömrəli mənzilə dair 1* avqust 2*17-ci il tarixli “21/46” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsi - hissəsində Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri xüsusi təyinatlı mənzil sahələrindən istifadə üzrə yaranan münasibətdir. Mübahisəli mənzil xüsusi təyinatlı mənzillər kateqoriyasına daxil olduğundan və Cavabdeh1 ilə bağlanmış kirayə müqaviləsinin şərtlərinə uyğun olaraq kirayəçinin kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək vəzifəsi olduğundan və həmin mənzili başqa şəxslərin kirayəsinə və istifadəsinə vermək hüququ olmadığından yaşayış yerini dəyişmiş və işin faktiki hallarına əsasən başqasının istifadəsinə vermişdir. Hansı ki, həmin xüsusatları sonuncunun özü də istər birinci instansiya məhkəməsinin iclasında, istərsə də məhkəmə kollegiyasının iclas ında verdiyi izahatında təsdiq etmişdir.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab etmişdir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mənzil Məcəlləsinin 7.1, 8, 17, 91, 92, 96, 98.1, 98.2, 99.1, 99.2, 1*3, 1*-ci, Mülki Məcəllənin 152.1, 157.2, 157.8, 158.4-cü, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4,5-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.*2.2*17ci il tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na və Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 217.3, 217.4, 218.1, 218.3, 384.*.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

18. Qətnamədən Cavabdeh1 (vəkil X6) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və şikayətin təmin olunmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə oxşar əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh1 Kəlbəcər rayon şəhərciyinin keçmiş jek müdirinin təkidi ilə həmin qəsəbədə yerləşən X2 məxsus olan Gəncə şəhəri, Yeni qəsəbə 15 nömrəli binadakı 35 saylı mənzilə köçmüşdür. Jek müdiri ona həmin mənzilə köçməli olduğunu, köçdükdən sonra isə müqavilənin onun adına keçiriləcəyini bildirmişdir. Lakin söz verilsə də mənzil onun adına keçirilməmişdir. Ona verilmiş 21/46 saylı mənzil isə Cavabdeh2 adlı şəxsə jek tərəfindən satılmışdır. Bundan sonra, Cavabdeh1 ailə üzvləri ilə bərabər Gəncə şəhəri, Yeni qəsəbə 15 saylı binada yerləşən 35 nömrəli 1 otaqlı yaşayış sahəsində yaşamışdır və hal-hazırda da yaşayır. Hətta, Cəmilə Hüseynova ərizə ilə Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə müraciət edərək 15 saylı binada yerləşən 35 nömrəli 1 otaqlı yaşayış sahəsinin kirayə müqaviləsinin Cavabdeh1 ilə bağlanmasını xahiş etmişdir. Daha sonra, Komitəsi iddia ilə məhkəməyə müraciət edərək həm 21/46 saylı mənzildən, həm də 15/35 saylı mənzildən Cavabdeh1 çıxarılmasını xahiş etmişdir. Hər iki iddia təmin olunmuşdur. Belə ki, Komitə Cavabdeh1 5 ildir ki, 15/35 s aylı mənzildə yaşaması barədə 15.*9.2*23-cü il tarixli aktı məhkəməyə təqdim etmişdir. Lakin həmin akta Cavabdeh1 5 ildir yaşamasının necə müəyyən olunması aydın deyildir. Cavabdeh1 Kəlbəcər rayonundan məcburi köçkündür. O, Kəlbəcərdə evlər veriləcəyi təqdirdə yaşaması üçün ora köçməyə razıdır və qeydiyyata da alınmışdır. Evdən çıxarılma ilə bağlı hər iki iddia təmin olunduğundan və icra olunacağı təqdir də onun hər iki mənzildən çıxarılması Cavabdeh1 evsiz qalmasına səbəb olacaqdır. Belə ki, əgər Cavabdeh1 məcburi köçkün şəhərciyində deyil başqa yerdə yaşasaydı o zaman onunla bağlanan müqaviləyə xitam verilə bilərdi. İş materiallarından da görünür ki, Cavabdeh1 jek müdirinin təkidi ilə sadəcə şəhərcik daxilində bir evdən digər evə köçmüşdür. Hər iki mənzildən çıxarıldığı təqdir də isə e vsiz qalacaqdır. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24.*2.2*17-ci il 65 saylı qərarının 3.7-ci bəndində göstərilir ki, məcburi köçkün yaşayış sahəsində faktiki yaşamırsa həmin mənzil ondan alına bilər. Lakin iş materiallarından da göründüyü kimi, Cavabdeh1 faktiki olaraq 15/35 saylı mənzildə yaşayır və Kəlbəcər rayonuna qayıdanadək mənzilə ehtiyacı var. 1*.*8.2*17-ci il tarixli 21/46 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 2.4.9-cu maddəsinə əsasən yaşayış sahəsi istifadə edilmədik də bu barədə 1* iş günündən gec olmayaraq Kirayəyə verənə məlumat verilməlidir. İş materiallarında olan 28.*2.2*18-ci il tarixli ərizədən də görünür ki, 15/35 saylı mənzilə dair ki rayə müqavilənin Cavabdeh1 ilə bağlanmasına dair ərizə ilə Komitəyə müraciət olunmuşdur. 20. 1*.*8.2*17-ci il tarixli 21/46 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7.3-cü maddəsinə əsasən kirayəçi öz şəxsi vəsaiti hesabına ayrıca yaşayış sahəsi aldıq da kirayə müqaviləsinə xitam verilə bilər. İş materiallarından da görünür ki, Cavabdeh1 öz vəsaiti hesabına əmlak əldə etməmişdir. Heç kəs 3 otaqlı mənzili olduğu halda onu 1 otaqlı mənzil ilə dəyişməz yəni öz yaşayış standartlarını dəyişməz. Cavabdeh1 MKİS razılığı və təkidi ilə həmin mənzili dəyişmişdir. Belə ki, 5 il ərzində MKİS-in mənzilin dəyişməsindən xəbərdar olmaması mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasından da görünür ki, hər kəsin hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs əsas sız olaraq yaşadığı mənzildən məhrum oluna bilməz. Əgər hər iki məhkəmə qətnaməsi icra olunarsa, Cavabdeh1 və onun ailə üzvləri hər iki mənzildən də çıxarılarsa onların başqa yerdə yaşamağa yerləri olmayacaqdır və onların konstitusion mənzil hüquqları pozulmuş olacaqdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.

21. Maddə 7.1. Mənzil münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından mənzil münasibətlərində öz səlahiyyətləri daxilində dövlət orqanları iştirak edirlər. Bələdiyyələr mənzil münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktı ilə verilən səlahiyyət daxilində iştirak edirlər.

22. Maddə

8. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər, mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları və s. təşkil edir.

23. Maddə 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur.

24. Maddə 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlətmənzil fondu mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mül kiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu.

25. Maddə 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir.

26. Maddə

92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.

27. Maddə

96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur.

28. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi t əyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

29. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.

30. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçi nin) sahibliyinə və istifadəsinə verir.

31. Maddə 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır.

32. Maddə 1**.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

36. Maddə

4. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi tədbirləri Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (bundan sonra “məcburi köçkünlər” adlandırılacaq) barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi.

37. Maddə

5. Məcburi köçkünlərin yaşayış sahəsi ilə təminatı Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyat a keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.*2.2*17-ci il tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”

38. Bənd 1.4. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir.

39. Bənd 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur.

40. Bənd 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsi ni satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur.

41. Bənd 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz.

42. Bənd 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

53. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilm əsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərin i apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin bütünlüklə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsasl andırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

59. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmama sına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2**4-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 4* 7.1.4, 4*8.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 4*7.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 61. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2**5-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Hə min Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

62. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, h ərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

64. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-1162/2*24 nömrəli, 1* iyul 2*24-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar