Məhkəmə qərarları › İş №2(102)-3652/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3652/2019

27.05.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3652/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhmədoğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin vəkili X2 iştirakı ilə, Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsininŞəki Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim:H.Mirzəliyev; ) İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilmiş, Mingəçevir şəhər XDS İK-nin 28 yanvar 1981-ci il tarixli, 20 N-li qərarına əsasən Mingəçevir şəhər TRM zavodu ətrafı İSZ –nun (X3) “Qartal” bağçılıq yoldaşlığı üçün ayrılmış ərazidə X1 adına verilmiş 0,06 ha torpaq sahəsi üzərində bütün hüquqlar İddiaçı adına keçirilməsi, həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüquqlarının tanınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Yevlax Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər:, V.İ.Məlikov (sədrlik edən və məruzəçi Ş.E.Hüseynov,A.A.Mahmudov; 2(107)-190/19) maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri X idmətinin 17 saylı Ərazi İdarəsinə qarşı torpaq üzərindəki hüquqların keçmiş hesab edilməsi və hüquq müəyyənedici sənədlərin verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək,Mingəçevir şəhər XDS İK-nin 28 yanvar 1981-ci il tarixli, 20 N-li qərarına əsasən Mingəçevir şəhəri,TRM zavodu ətrafı(X3)-İSZ-nın “Qartal” bağçılıq yoldaşlığı üçün ayrılmış ərazidə X1 adına verilmiş 0.06 ha torpaq sahəsi üzərində bütün hüquqların onun adına keçməsi, həmin torpaq sahəsinə və fərdi yaşayış evinə onun mülkiyyət hüquqlarının tanınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmasının Daşınmaz Əmlakın dövlət reyestr Xidmətinin Yevlax Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslanmışdır ki, Mingəçevir şə hər XDS İK-nin 28 yanvar 1981-ci il tarixli, 20 saylı qərarı ilə İSZ-na bağçılıq üçün torpaq sahəsinin verilməsi qərara alınmışdır.Bununla bağlı Mingəçevir şəhəri, İSZ “qartal” kollektiv bağçılıq təsərrüfdatında yerləşən 600 kv.metr torpaq sahəsi Cavabdeh atası X1 istifadəsinə verilmişdir.Həmin torpaq sahəsini Z6 almış və ailə üzvləri ilə birlikdə orada tikili tikdirib yaşamışdır.Bununla bağlı həmin bağ sahəsinin texniki passportu onun adına tərtib olunmuşdur.Qeyd olunan torpaq sahəsi onun istifadəsindədir.Lakin, torpaq sahəsini alarkən öz səhlənkarlığı ucbatından özəlləşdirə bilməmişdir. Hazırda torpaq sahəsini özəlləşdirmək istədiyi zaman ona torpaq sahəsinə aid bütün sənədlərin Z6 adında qaldığı məlum olmuşdur.Bu səbəbdən aldığı torpaq sahəsini özəlləşdirə bilməmişdir.Bununla bağlı Əmla k Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin oradan ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.Aldığı torpaq sahəsini başqa cür adına sənədləşdirə bilmir. Buna görə də Mingəçevir şəhər XDS İK-nin 28 yanvar 1981-ci il tarixli, 20 N-li qərarına əsasən Mingəçevir şəhəri, TRM zavodu ətrafı (X3)-İSZ-nın”qartal”bağçılıq yoldaşlığı üçün ayrılmış ərazidə X1 adına verilmiş 0.06 ha torpaq sahəsi üzərində bütün hüquqların onun adına keçməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinə onun mülkiyyət hüquqlarının tanınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax ərazi İdarəsinə həvalə edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmi şdir. Kassasiya şikayətinin dəlilləri İş üzrə maraqlı şəxs şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “Daşınmaz Əmlakı dövlət reyestri haqında” Azərbaycan Respublikası qanununun 2-ci,8.0.7-ci, 9-cu,12.1-ci, 23-cü maddələrinin, Azərbaycan Respublikası Torpaq məcəlləsinin 67-ci maddəsinin, Azərbaycan Respublikası Mülki məcəlləsinin 139-cu maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəfin izahatı Məhkəmə kollegiyasının iclasında maraqlı şəxsin vəkili X4 məhkəmə iclasında kassasiya şikayətininin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı teleqram vuraraq işə onun iştrakı olmadan baxılmasını xahiş etmişdir.. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, i şin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi qətnaməni gəldiyi nəticənin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası konstitusiyasının 29-cu, Torpaq məcəlləsinin 66-cı, “Torpaq bazarı haqqında” qanunun 4,14-cü, Mülki Məcəllənin 157-9, 240, 311-ci maddələrinə istinad edilməklə onunla əsasılandırmışdır ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən 28 yanvar 1981-ci il tarixli, 20 saylı qərarı ilə Mingəçevir şəhər TRM Zavodu ətrafı İSZ-nin “Qartal” bağçılıq – yoldaşlığından İddiaçı bağçılıq üçün 600 kv.met r torpaq sahəsi verilmiş, mübahisəli torpaq sahəsi 2011-ci il tarixli, 08/52 inventar nömrəsi ilə İddiaçı adına texniki passport tərtib edilmiş və iddiaçı aldığı torpaq sahəsindən indiyədək istifadə edir. Cavabdeh öz razılığı ilə könüllü olaraq torpaq sahəsini iddiaçının istifadəsinə vermiş, həmin torpaq sahəsi artıq on ildən artıqdır ki, iddiaçının istifadəsindədir.Göstərilən torpaq sahəsinin iddiaçıya satılması və ya onun istifadəsində olması ilə bağlı mübahisə yoxdur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -81-ci maddəsinə əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. -88 -ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. -218.1-ci maddəsinə görə Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İş materiallarında olan Mingəçevir şəhər İcra Hakimiyyətinin nəzdində Bağlar Təsərrüfatının, fərdi və bağ evlərinin tikintisi, istismarı və inkişafı idarəsinin 08/52 saylı vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportuna görə Mingəçevir şəhər TRM zavodu ətrafı İSZ-nin “Qartal“ bağçılıq –yoldaşlığından İddiaçı oğluna 600 kv.metr torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət arxivinin Mingəçevir filialının 25 may 2015-ci il tarixli 193/22 saylı arxiv arayışıdan görünür ki, filialda mühafizə olunan Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən 28 yanvar 1981-ci il tarixli, 20 saylı qərarı ilə İSZ-na bağçılıq üçün torpaq sahəsi verilməsi qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin 19 may 2015-ci il tarixli məktubundan görünür ki, 15 avqust 2007-ci il tarixli akta əsasən Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən DƏDRX-nin 17 s aylı Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhəri “Qartal” kollektiv bağçılıq təsərrüfatının adlı siyahısında X1 adı 20 sıra nömrəsi ilə qeyd olunmuşdur. Lakin həmin siyahıda İddiaçı adı yoxdur.Bununla yanaşı Bağlar İdarəsi tərəfindən 29 iyul 2001-ci il tarixli, 08/52 inventar nömrəsi ilə İddiaçı adına texcniki passport tərtib edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun: - 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sa hələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. - 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilir. - 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Torpaq Məcəlləsinin: -66.1-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər n əzərdə tutulur. -66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. -67-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. -68-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət q eydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. İddiaçı qeyd olunan torpaq sahəsini qanunvericiliyin yuxarıda qey d olunan normalarının tələblərinə müvafiq qaydada almasını təsdiq edən sübut iş materiallarında yoxdur. Apellyasiya instansiya məhkəməsinin sübut kimi qəbul etdiyi Mingəçevir şəhər İcra Hakimiyyətinin nəzdində Bağlar təsərrüfatının, fərdi və bağ evlərinin tikintisi istismarı və inkişafı idarəsi tərəfindən tərtib edilmiş texniki pasport isə texniki sənəddir və qeyd olunan torpaq sahəsinin və onun üzərində inşa edilmiş evin üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasını təsdiq edən və bu hüuquqn dövlət reyestrində qeydə alınması üçün əsas ola biləcək hüquqi sənəd deyildir. Lakin apellyasiya qaydasında işə baxaqn məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərini nəzərə almadan iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdir ilmədən saxlanılması barədə qətnamə qəbul etmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələbini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır Məhkəmə kollegiyası İşin şərh olunan hallarını müzakirə edərək nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual qanunun qeyd olunan normalarının tələbləri pozulduğuna görə kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilib və iş yeni apellyasiya baxışına göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiy a QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunsun Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 10 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar