Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3652/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “xırda buynuzlu heyvanların və ya onların dəyərinin cavabdehdən tutulması” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı ”pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin pozulması, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyun 2024-cü il tarixli, 2(104)952/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabd eh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı mülkiyyətində olan xırda buynuzlu heyvanları 2021-ci ildə şifahi müqavilə ilə saxlanılması üçün Cavabdeh vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16 baş qoyun və 90 baş quzudan ibarət xırda buynuzlu heyvanların və ya həmin xırda buynuzlu heyvanların ümumi dəyəri olan 22.650,0 manat məbləğində pul vəsaitlərinin tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırmışdır ki, 2021- ci ilin iyun ayında əldə olunmuş şifahi razılaşmaya əsasən cavabdeh iddiaçıya məxsus 252 baş xırda buynuzlu heyvanları Ceyrançöl qış otlaq sahəsində saxlamaq üçün iddiaçıdan təhvil almış və həmin heyvanlara qulluq edəcəyi, heyvanların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə iddiaçının qarşısında öhdəlik götürmüşdür. Bunun müqabilində cavabdehə hər ay 500 manat zəhmət haqqı ödəmək öhdəliyi isə iddiaçının üzərinə düşmüşdür. İddiaçı da həmin öhdəliyi tam icra edərək, cavabdehin haqqını tam ödəmişdir. Eyni zamanda, cavabdeh iddiaçıdan təhvil aldığı heyvanları saxlamaq üçün Ceyrançöl qış otlaq sahəsində icarəyə götürdüyü fermaya görə icarə haqqı olaraq iddiaçıdan 4.000 manat pul almışdır. Həmin heyvanların 190 başı boğaz vəziyyətində olmaqla, onların hər bir i yaxın vaxt ərzində bala verməli olmuşdur. Cavabdeh eyni zamanda həmin boğaz olan heyvanların bala verəcəyi quzulara da qulluq edəcəyi, onların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə də öhdəlik götürmüşdür. Təxminən 2022-ci ilin mart ayında iddiaçı cavabdehə verdiyi heyvanlardan 4 baş qoyun və 6 baş quzunu götürüb evə aparmışdır. Bundan əlavə iddiaçının razılığına əsasən cavabdeh həmin heyvanlardan 15 baş quzunu 2.750 manat pula sataraq, həmin pulları zəhmət haqqı əvəzinə götürmüşdür. 2022-ci ilin iyun ayında iddiaçı Ceyrançöl qış otlaq sahəsinə gedərək, heyvanları yoxlayarkən məlum olmuşdur ki, cavabdehdə cəmi 232 baş qoyun və 85 baş quzu qalmışdır. Halbuki, cavabdehdə iddiaçıya məxsus 248 baş qoyun və 190 baş quzu qalmalı idi. İddiaçı əskik olan (ça tışmayan) 16 baş qoyunun və 90 baş quzunun aqibətini soruşduqda cavabdeh həmin heyvanların tələf olduğunu bildirmişdir. Halbuki, cavabdeh iddiaçıya məxsus bütün heyvanların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə iddiaçının qarşısında öhdəlik götürmüşdür. Buna baxmayaraq cavabdeh həmin öhdəliyi yerinə yetirməmişdir. Tərəflər arasında yaranmış hüquq münasibətləri şifahi formada bağlanmış podrat və tapşırıq müqavilələrindən irəli gələn öhdəliklərin lazımınca yerinə yetirilməməsi nəticəsində iddiaçıya zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin podrat və tapşırıq müqavilələrini, habelə mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunma lıdır. Cavabdeh Ağstafa rayon Polis şöbəsində izahat verərkən, iddiaçıya məxsus xırda buynuzlu heyvanların ondan təhvil aldığını etiraf etmişdir.
4. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə cavabdehdən 4.500 manat çoban haqqının və maddi zərərə görə 500 manat pulun, cəmi 5.000 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, X3 2021-ci ilin oktyabr ayının 5-də zəng edib görüşmək istədiyini bildirmişdir. Sonuncu görüş zamanı 250 baş xırda buynuzlu heyvanlarının və 34 baş keçisinin olduğunu bildirib, onu saxlamağa çətinlik çəkdiyini və onları saxlamaqda ona köməklik etməsini ondan xahiş etmişdir. Aralarındakı razılaşmaya əsasən heyvanları saxlama q üçün İddiaçı ona 4000 manat icarə haqqı və hər ay heyvanları otarmaq üçün, çoban haqqı olaraq 500 manat pul ödəməli olmuşdur. Eyni zamanda, verdiyi heyvanların qış ayları üçün otunu, yemini və dərmanını verməyi öz üzərinə götürmüşdür. İddiaçı noyabr ayının axırlarınadək onunla əlaqə saxlamamışdır. İddiaçı noyabr ayının axırlarında fermaya gəlib ona 300 manat pul vermişdir. İddiaçı onunla heç bir əlaqə saxlamamış və telefon zənglərinə heç bir cavab verməmişdir. Dəfələrlə sonuncuya heyvanlara yem, dərman alması barədə məlumat vermişdir. Hafiz Heydərovun anası ona 1300 manat pul vermişdir. Bundan sonra İddiaçı 2022-ci ilin yanvar ayının axırlarında fermaya 80 ədəd saman bağı və 12 kisə arpa göndərmişdir. 2021-ci ilin mart ayının əvvəllərində Ceyrançöl qış otlaq sahəsində hava şəraiti kəskin dəyişmiş və mart ayının əvvəllərində güclü qar yağmışdır. Ona görə də o, heyvanları 10 gündən artıq tövlədə saxlamaq məcburiyyətində qalmışdır. Heyvanlara vermək üçün ot və yem olmadığından heyvanlar quzu salmış və quzular ölmüşdür. 2022-ci ilin may ayının əvvəllərində iddiaçının razılığı ilə, İddiaçı məxsus 15 baş quzunu iddiaçının qohumunun iştirakı ilə satıb 2750 manat pul əldə edərək, icarə haqqını ödəmişdir. İddiaçı tərəfindən ona cəmi 4050 manat pul ödənilmişdir. İddiaçı ona cəmi 232 baş qoyun, toğlu, erkək və verdiyi sayda keçi təhvil vermişdir. Həmin heyvanlardan 121 baş quzu təhvil vermişdir. İddiaçı özü fermadan 4 baş qoyun, qoç, xəstə qoyunu və 6 baş faraş quzunu satmaq üçün aparmışdır. İddiaçının quzularının 30 başı ölmüş, 10 baş qoyun quzu salmış, 5 baş qoyun isə qısır qalmış dır. İddiaçının 16 baş deyil, 14 baş qoyunu xəstəlikdən və acından ölmüş, 4 baş qoyunu özü aparmışdır. 174 doğar qoyundan isə 121 baş quzu iddiaçıya təhvil verilmişdir. 6 baş faraş quzunu isə o, iddiaçı satmağa aparmışdır. O cavabdehdən onun heyvanlarını təhvil alanda heyvanlardan 195 başı doğar olmuşdur. 195 baş doğar qoyundan 160 baş quzu doğulmuşdur. İlk iddia üzrə iddiaçı çoban haqqı olan 4500 manat pulu ödəməmişdir. Öz heyvanları üçün qış yem tədarükünü göndərməmiş və heyvanlar üçün heç bir dərman almadığından 15 baş qoyun və 40-50 baş quzu ölmüşdür. Ağstafa RPŞ-nin TB-də araşdırma aparılan zaman İddiaçı ona zəhmət haqqı hesabına 2.200 manat borcunun olduğunu bildirsə də, hazırda hesab edir ki, həmin borcun məbləği 4000 manatdır.
6. Qazax Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixl i, 2(023)-80/2023 nömrəli qətnaməsi ilə (hakim N.Musayev) ilk iddianın qismən təmin edilməsi, Cavabdeh 15 baş qoyun və 65 baş quzudan ibarət xırda buynuzlu heyvanların və ya həmin xırda buynuzlu heyvanların ümumi dəyəri olan 16.875 manat məbləğində pul vəsaitlərinin alınaraq İddiaçı verilməsi, ilk iddia tələbinin qalan hissədə və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin edərkən qeyd etmişdir ki, Cavabdeh, iddiaçı Hafiz Heydərovdan təhvil aldığı 251 baş xırda buynuzlu heyvanların və bu heyvanlardan boğaz olan qoyunların doğacağı quzuların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə öhdəlik götürdüyündən, habelə o, həmin heyvanların içərisində boğaz olan qoyunların cəmi 160 baş quzu d oğduğunu, bu heyvanlardan 15 baş qoyunun və 50 baş quzunun tələf olduğunu, 15 baş quzunu isə sataraq əldə olunmuş pullar hesabına heyvanlara vermək üçün ot və dərman aldığını etiraf etdiyindən, 15 baş qoyun və 65 baş quzu (50+15=65) və ya onların dəyəri olan 16.875 manat məbləğində pul vəsaitləri ondan alınaraq İddiaçı verilməlidir.
8. Məhkəmə, Cavabdeh “pul” tələbinə dair qarşılıqlı iddiasına hüquqi qiymət verərək hesab etmişdir ki, qarşılıqlı iddia tələbinin əsası kimi istinad edilən hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edilmədiyindən, həmin iddia təmin edilə bilməz.
9. Birinci instansiya məhkəməsi nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443, 752.1, 753.1, 762.1, 772.1, 777.1, 777.2, 778.3, 779.1, 21, 1096.1 və 1097.1-ci, Mülki Prosess ual Məcəllənin 14.2, 76.1, 77.1 və 106.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və ilk iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh həmçinin apellyasiya şikayəti verərək, qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli, 2(104)-1193/2023 nömrəli qətnaməsi ilə (hakim F.Mehtiyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Muradovdan və Ə.Məmmədovdan ibarət tərkibdə) apellyasiya ş ikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri şifahi formada bağlanılmış podrat və tapşırıq müqavilələrindən irəli gələn öhdəliklərin lazımınca yerinə yetirilməməsi nəticəsində iddiaçıya zərər vurulması ilə bağlı mübahisədir. Birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin podrat və tapşırıq müqavilələrini, habelə mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll etmişdir.
14. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, həmin dəlillər formal xarakter daşıyır və inandırıcı deyildir. Baxılan işdə qarşılıqlı iddia barədə heç bir sübut yoxdur, həmçinin iddiaçı tərəf qarşılıqlı iddianı və cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etməmişdir. Eyni zamanda cavabdeh araşdırma zamanı izahatında 15 qoyun və 50 quzuların tələf olmasını, 15 quzunu satdığını etiraf etmişdir. Bu isə işin mübahisəsiz halıdır.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 385, 386, 442, 752, 753, 755, 756, 777, 778, 779 və 1096-cı, Mülki Prosessual Məcəllənin 14, 77, 78, 119, 217, 218, 384 və 385-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
16. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmas ı üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2024-cü il tarixli, 2(102)-53/2024 nömrəli qərarı ilə (hakim Z.Əliyevin məruzəsi ilə, hakimlər A.Abbasovdan və V.Məmmədovdan ibarət tərkibdə) cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia, habelə ilkin iddianın təmin olunmuş hissəsində ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
18. Kassasiya kollegiyası mövqeyinə görə, Cavabdeh bildirir ki, ilkin iddiaçının heyvanlarına qulluq göstərilməsinə görə aylıq 500 manat xidmət haqqının, otarılan sahə üçün 4000 manat icarə haqqının ödənilməsini razılaşdırmışlar və bu hal mübahisə olunmur. İddia çı ilkin iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh aylıq 500 manat, habelə icra pulu kimi 4000 manat ödəməsi barədə razılaşmışlar, həmin öhdəlikləri tam icra etmişdir. Cavabdeh dəlillərindən biri odur ki, ilkin iddiaçı ona 9 ay ərzində 300 manat, 1000 manat və sonuncunun razılığı ilə satışı həyata keçirilmiş 15 baş quzudan hasil olan 2750 manat pul olmaqla, cəmi 4050 manat pul verilmişdir. Həmin puldan 4000 manat hissəni o, iddiaçı ilə əvvəlcədən razılaşdığı qaydada torpağın icarə haqqına sərf etmiş, ona ödənilən puldan 50 (əlli) manat qalmışdır. Qeyd olunan məbləğdən başqa ilkin iddiaçı tərəfindən ona hər-hansı əlavə məbləğin ödənilməsi iş materialları ilə təsdiq olunmur. Cavabdeh müqavilə üzrə ona verilməli olan ümumi məbləğin İddiaçı tərəfindən tam ödənilmədiyini bildirməklə sonuncu nun öhdəliyini icra etmədiyinə istinad edir. Bu hal ona dəlalət edir ki, müqavilə dəyərinin İddiaçı tərəfindən tam olaraq ödənilməsi tərəflər arasında mübahisəli olmuşdur. İşin mübahisə olunan halı isə sübutetmə qaydalarına uyğun şəkildə sübuta yetirilməlidir.
19. Cavabdeh onu da qeyd edir ki, İddiaçı razılığı ilə satılmış 15 baş quzudan hasil olan 2750 manat pul zəruri xərclərə (otarılan sahəni icarə haqqına) yönəldildildiyi halda həmin məbləğin də qaytarılmasının öhdəlik kimi onun üzərinə qoyulması əsassız olmuşdur. Məhkəmələr Cavabdeh qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyini ümumi şəkildə qeyd etsələr də, yuxarıda qeyd edilən, habelə işin düzgün həlli üçün əhəmiyyəti olan digər mübahisəli hallar üzrə sübutetmə yükünün hansı tərəfin üzərində düşdüyünü, hansı sübutların təqdim və tədqiq edildiyini, gəlinən nəticənin nədən ibarət olduğunu, bunların qarşılıqlı iddianın, eləcə də ilkin iddianın təmin edilmiş hissəsinə təsirini lazımi şəkildə əsaslandırmamışlar. d) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyun 2024-cü il tarixli, 2(104)-952/2024 nömrəli qətnaməsi ilə (hakim L.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Həsənovdan və Ş.Rzaquliyevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia, habelə ilkin iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia və qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh 78 00 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia və qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir.
21. Apellyasiya kollegiyası qeyd etmişdir ki, Cavabdeh dəlillərindən biri ondan ibarət olmuşdur ki, iddiaçı ona 9 ay ərzində 300 manat, 1000 manat və sonuncunun razılığı ilə satışı həyata keçirilmiş 15 baş quzudan hasil olan 2750 manat pul olmaqla, cəmi 4050 manat pul verilmişdir. Həmin puldan 4000 manat hissəni o, iddiaçı ilə əvvəlcədən razılaşdığı qaydada torpağın icarə haqqına sərf etmiş, ona ödənilən puldan 50 manat qalmışdır. Qeyd olunan məbləğdən başqa ilkin iddiaçı tərəfindən ona hər-hansı əlavə məbləğin ödənilməsi iş materialları ilə təsdiq olunmur.
22. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə ona verilməli olan ümumi məbləğin İddiaçı tərəfindən tam ödənilmədi yini bildirməklə sonuncunun öhdəliyini icra etmədiyinə istinad etmişdir. Bu hal ona dəlalət edir ki, müqavilə dəyərinin İddiaçı tərəfindən tam olaraq ödənilməsi tərəflər arasında mübahisəli olmuşdur. İşin mübahisə olunan halı isə sübutetmə qaydalarına uyğun şəkildə sübuta yetirilməlidir.
23. Cavabdeh onu da qeyd etmişdir ki, İddiaçı razılığı ilə satılmış 15 baş quzudan hasil olan 2750 manat pul zəruri xərclərə (otarılan sahəni icarə haqqına) yönəldildildiyi halda həmin məbləğin də qaytarılmasının öhdəlik kimi onun üzərinə qoyulması əsassız olmuşdur.
24. İş materiallarından göründüyü kimi, Cavabdeh heyvanlardan 15 baş qoyunun və 50 baş quzunun tələf olduğunu göstərsə də, bu barədə məhkəməyə heç bir sübut növü təqdim etməmişdir. Ona görə də, iddia tələbi 15 baş qoyun və 50 baş quzuya münasib ətdə əsaslı olmaqla, işdə olan mütəxəssis rəyi əsas götürülməklə, bir qoyunun dəyəri 150 manat olmaqla, 15 baş qoyunun dəyəri (15x150=2250) 2250 manat, bir baş quzunun dəyəri 200 manat olmaqla, 50 baş quzunun dəyəri (50x200=10.000) 10.000 manat, cəmi isə 12.250 manat məbləğində pul Cavabdeh alınmaqla, iddiaçıya verilməlidir.
25. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh ilkin iddiaçının heyvanlarına qulluq göstərilməsinə görə aylıq 500 manat xidmət haqqının, otarılan sahə üçün 4000 manat icarə haqqının ödənilməsini razılaşmaları mübahisə olunmur. Cavabdeh dəlillərindən biri ondan ibarət olmuşdur ki, ilkin iddiaçı ona 9 ay ərzində 300 manat, 1000 manat və sonuncunun razılığı ilə satışı həyata keçirilmiş 15 baş quzudan hasil olan 2750 manat pul olmaqla, cəmi 4050 manat pu l verilmişdir. Həmin puldan 4000 manat hissəni o, iddiaçı ilə əvvəlcədən razılaşdığı qaydada torpağın icarə haqqına sərf etmiş, ona ödənilən puldan 50 manat qalmışdır. Qeyd olunan məbləğdən başqa ilkin iddiaçı tərəfindən ona hər-hansı əlavə məbləğin ödənilməsi iş materialları ilə təsdiq olunmur. İddiaçı 9 ay ərzində hər ay 500 manat, cəmi 4500 manat, həmçinin torpaq icarəsi üçün isə 4000 manat, cəmi 8500 manat verməli olduğu halda, Cavabdeh etirafına görə, ilkin iddiaçı ona 9 ay ərzində 300 manat, 1000 manat və sonuncunun razılığı ilə satışı həyata keçirilmiş 15 baş quzudan hasil olan 2750 manat pul olmaqla, cəmi 4050 manat pul verilmişdir.
26. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehlə verməli olduğu 8500 manatdan verdiyi 4050 manat çıxıldıqda n sonra, ona 4450 manat borclu qalır.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia və qarşılıqlı iddia qismən əsaslıdır.
28. Ona görə də, iddia tələbi qismən təmin edilməli və 12250 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, həmçinin qarşılıqlı iddia üzrə 4450 manat məbləğində pul İddiaçı alınaraq Cavabdeh verilməlidir.
29. Apellyasiya kollegiyası belə qənaətə gəlmişdir ki, tərəflər qarşılıqlı icra öhdəliyi daşıdıqları üçün, cavabdeh tərəfindən iddiaçıya verilməli olan 12250 manatdan, iddiaçının cavabdehə verməli olduğu 4450 manat çıxılmalı və qalan 7800 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir.
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi, Mülki Məcəllənin 21.1, 21.2, 3 85.1, 442, 752.1, 753.1, 753.3, 755, 756.1, 777.1, 777.2, 778.1, 778.2, 779.1-ci maddələri, İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsinin 1-ci hissəsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
31. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyun 2024-cü il tarixli, 2(104)-952/2024 nömrəli qətnaməsinin ilk iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plen umunun 24 noyabr 2005-ci il tarixli qərarının 1 və 2.4-cü bəndləri, Avropa İnsan hüquqları Konvensiyasının 6-cı maddəsinin, Mülki Prosessual Məcəllənin 8.1, 9.1, 14, 88-ci və 106.1-ci maddələrinin tələbləri pozulmuşdur.
33. Belə ki, apellyasiya məhkəməsi iş materiallarında olan bütün sübutlara obyektiv və düzgün qiymət verməmişdir. İlkin iddiaçıya məxsus qoyun-quzunun tələf olması cavabdehin təqsirindən olmamışdır. Bununla bağlı, cavabdeh tərəfindən təqdim edilmiş iş materiallarına kifayət qədər sübutlar vardır, habelə işə mahiyyəti üzrə baxan aşağı məhkəmələrdə aparılan araşdırmalar zamanı ilkin iddia tələbi üzrə iddiaçı buna dair hərhansı mötəbər əks dəlil təqdim edə bilməmişdir. İş materiallarında heyvanların bir qisminin kütləvi şəkildə ölməsi və can verməsi faktını əks etdirən video g örüntülər, foto şəkillər cavabdeh tərəfindən CD-Diskdə və foto şəkillər məhkəməyə birinci instansiya məhkəməsində iş araşdırılarkən təqdim edilmişdir. Həmin video və foto görüntülərdə heyvanların kütləvi şəkildə can verərək ölməsini əks etdirən ətraflı görüntülər vardır. Həmin video kadrlar və foto şəkillər Cavabdeh tərəfindən telefonla qeydə alınmış, iddiaçıya dəfələrlə vatsap proqramı ilə göndərilmiş və məlumat verilmişdir. Həmçinin heyvanlarda xəstəliyin ilkin əlamətləri olan zaman cavabdeh dəfələrlə iddiaçıya telefonla (vatsap proqramı) ilə yazaraq, heyvanların yem çatışmazlığı barədə və onların təcili peyvəndlə təminatına ehtiyacın olmasına dair məlumat versə də, iddiaçıdan heç bir xəbər olmamış, bu hala heç bir reaksiya verilməmiş və narahatçılığını göstərməmişdir.
34. Kassasiya şi kayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
35. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
36. Etiraz belə əsaslandırılmışdır ki, Cavabdeh heyvanların ölməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh heyvanları təhvil alaraq, həmin heyvanlara qulluq edəcəyi, heyvanların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə öhdəlik götürmüşdür. Bundan başqa, iddiaçı cavabdehə heyvanların yemlənməsi üçün 120 ədəd press saman və 22 kisə arpa göndərmişəm. Bunu Cavabdeh məhkəmə zamanı verdiyi izahatl arında təsdiq etmişdir. Kassasiya baxışının hədləri:
37. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəl alət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
38. Apellyasiya məhkəməsinin qətnaməsi ilk iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassatorun dəlilləri üzrə ilk iddianın təmin olunan hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
39. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin i cra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haql ı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərl ə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə lidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası m əhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, ilk iddianın qismən təmin olunmalı olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
43. Kassasiya şikayətinin dəlilləri işin hallarının sübut olunmaması, gəlinən nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan ma ddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyun 2024-cü il tarixli, 2(104)-952/2024 nömrəli qətnaməsi ilk iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.