Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3655/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və X4 iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi 16.09.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdeh X3 vəkili X1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-681/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair iş ə 16 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, xxx kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh adına 27.03.2018-ci ildə qeydə alınmışdır.
2. Şabran Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli 2(031)- 329/2019 saylı qətnamədən görünür ki, cavabdeh X vurduğu maddi ziyana görə 3891.40 manat, mənəvi zərər görə 5500 manat, ümumilikdə 9391.40 manat pul və 30 manat dövlət rüsumu alınıb İddiaçı verilməsi qət edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 20 sentyabr 2019-cu il tarixli 2(105)3141/2019 saylı qətnaməsindən görünür ki, hazırki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-329/2019 saylı, 01 may 2019-cu il tarixli qətnaməsi mənəvi zərərə dair hissədə ləğv edilmiş. Həmin hissədə yeni qətnamə qəbul edilmiş, həmin hissədə iddia rədd edilmişdir. Qətnamə qalan hissədə-cavabdeh X2 vurduğu maddi ziyana görə 3891.40 manat pul və 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəmədə iddia qaldıraraq xxx kəndində yerləşən Cavabdeh 2011-ci ildə ona satdığı fərdi yaşayış evi ilə əlaqədar aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2011-ci ildə almaq üçün torpaq axtarmışdır. Həmin vaxt Cavabdeh bu barədə eşidib ona xxx kəndində yerləşən fərdi yaşayış evini və 8 sot həyətyanı torpaq sahəsini satmaq istədiyini bildirmişdir. O, da X və oğlu X həmin evi və torpaq sahəsini almaq üçün bir müddət danışıqlar aparmış, sonda evin qiymətini 2500 manata razılaşmışlar. Qarşılıqlı razılıq əsasında həmin dövrdə evin ümumi dəyəri olan 2500 manatın 2000 manatını nəğd pul şəklində, 500 manatını isə iri buynuzlu heyvan satıb vermişdir. Evi alanda razılaşdıqları şərtlərdən biri də o olmuşdur ki, evin dəyərini yəni 2500 manatı ödəyəndən sonra X, həmin evi onun adına sənədləşdirməlidir. Lakin X hər dəfə ona yaxın vaxtda sənədləşdirəcəyi barədə vədlər verərək onu arxayın etmişdir. Hətta keçən il ona demişdir ki, gedək Xaçmaz rayonuna torpağı sənin adına sənədləşdirək bitsin bu iş. Dəfələrlə Cavabdeh və oğlu X Şabran rayonundan maşın tutmuş, maşına yanacaq alıb Xaçmaz rayonuna getmişlər ki, xxx kəndində 2011-ci ildə ona satdığı torpağı onun adına sənədləşdirsin. Cavabdeh oğlu X özü də başqa mülki iş üzrə 29.03.2019-cu il tarixli ərizəsi ilə təsdiq edir ki, o, 2 mərtəbəli evi 2500 manata ona satmış, lakin evin sənədləri olmadığını və hazırda düzəldə bilmədiyini bildirmişdir. Eyni zamanda, həmin iş üzrə X 2019-cu ildə məhkəmədə izahat verərək iddianı qismən qəbul etdiyini, 2011-ci ildə xxx kəndində yerləşən evlərini və 8 sot həyətyanı torpaq sahəsini satmaq istədiyini, eləcə də İddiaçı X ilə danışıb razılığa gəlməklə həmin evi və həyətyanı torpaq sahəsini ona satdığını, bunun əvəzində İddiaçı tərəfindən ona 2500 manat məbləğində pul verildiyini, satdığı evin sənədləri olmadığı üçün həmin evi İddiaçı öz adına keçirə bilmədiyini, indi isə ailə üzvlərinin evi satmalarına razılıq vermədiyini bildirmişdir. Cavabdehin oğlu X bu işlərin iştirakçısı olduğu üçün özü etiraf edir ki, o, xxx kəndində fərdi yaşayış evini və 8 sot həyətyanı torpaq sahəsini 2500 manat müqabilində onlardan almış və hal-hazıradək də onun istifadəsindədir. 2019-cu ildə başqa məhkəmə üzrə ona məlum olmuşdur ki, evi sənədləşdirmək üçün Xaçmaza gedib gələn zaman evi onun adına deyil öz adlarına rəsmiləşdirmişlər. Hal-hazırda ev onun istifadəsindədir.
6. Şabran Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) İddiaçı Cavabdeh və X4 qarşı alqı-satqının bağlanmış hesab edilməsi tələbinə iddiasının təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddia çı məhkəmədə Cavabdeh qarşı xxx kəndində yerləşən 2011-ci ildə ona satdığı fərdi yaşayış evi ilə əlaqədar aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, İddiaçı ilə Cavabdeh arasında belə bir müqavilə bağlanmamış, qanunvericilikdə nəzərdə tutulan qaydada dövlət qeydiyyatına alınmamışdır.
8. Məhkəmə nəzərə almışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın həlli barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
9. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.2, 139.3, 146.1, 152.1, 336.1 və 240.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 78.1, 88, 106.1, 217-ci, maddələrinə i stinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-681/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G. Tağızadə (sədrlik edən və məruzəçi), L. Məmmədova və T. Quliyev) iş üzrə Şabran Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(031)-469/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmış, İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı məhkəmədə Cavabdeh qarşı xxx kəndində yerləşən 2011-ci ildə ona satdığı fərdi yaşayış evi ilə əlaqədar aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi ba rədə qətnamə çıxarılmasını xahiş etsə də, İddiaçı ilə Cavabdeh arasında belə bir müqavilə bağlanmamış, qanunvericilikdə nəzərdə tutulan qaydada dövlət qeydiyyatına alınmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
18. Cavabdeh X3 vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 41 5.3-cü maddəsini rəhbər tutaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaç ı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
24. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). (maddə 146.1)
25. Əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. (maddə 336.1)
26. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə b inalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. (maddə 240.1) 27. mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (maddə 152.1) Mülki Prossesual Məcəllə
28. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
29. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
30. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqc adan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
31. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-681/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.