Məhkəmə qərarları › İş №2(102)-3655/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3655/2022

04.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3655/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin Siyəzən Poçt filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, intizam tənbehinin mütənasibliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 MMC-yə və Cavabdeh1 MMC-ni n Siyəzən Poçt filialına qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1899/2022 nömrəli mülki iş üzrə 01 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə 04 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1989-cu il tarixdən Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – cavabdeh, MMC və ya işəgötürən) Siyəzən Poçt filialında müxtəlif vəzifələrdə işləmiş və xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən həmin filialda Müştəri Xidmətləri şöbəsində əməliyyatçı vəzifəsinə təyin edilmişdir.

2. MMC tərəfindən xx.xx.2020 -ci il tarixdə poçt filiallarına ünvanlanmış teleqramda işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik müavinətlərin (190 manat) etibarnamə vasitəsilə digər şəxslərə ödənilməsi qadağan edilmişdir.

3. İddiaçının işlədiyi Siyəzən Poçt filialının rəisi tərəfindən MMC-nin baş direktoruna ünvanlanmış təqdimatda iddiaçının vəzifə təlimatını kobud şəkildə pozaraq, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə sözügedən müavinəti müvafiq səlahiyyətverici sənədlər olmadan kənar şəxslərə ödəməsi, beləliklə də, Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsinə səhlənkar yanaşaraq, mövcud poçt qaydalarının tələblərini pozaraq, işsiz əhaliyə birdəfəlik ödənişlər zamanı müəyyən olunmuş prosedur və eyniləşdirmə qaydalarının tələblərinə cidd əməl ol unması barədə MMC tərəfindən dəfələrlə verilmiş tapşırıq və tövsiyələrə əməl etməyərək, qanuna zidd hərəkətlərə yol verdiyi göstərilmişdir.

4. İddiaçı bununla bağlı ondan alınmış izahatlarda səhv etdiyini qəbul etmiş və təqdim etdiyi müavinətləri işəgötürənə geri qaytarmışdır. Siyəzən Poçt filialının Həmkarlar İttifaqı Komitəsi tərəfindən xx.xx.2020-ci il tarixdə keçirilmiş iclasda iddiaçının işdən azad olunması barədə məsələ müzakirəyə çıxarılmış və qəbul edilmiş qərarla buna etiraz olunmamışdır.

5. MMC-nin xx.xx.2020-ci il tarixli, 1980 saylı əmri ilə iddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin tarixdən işdən azad edilmiş və onu nla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin əsası kimi Siyəzən Poçt filialının təqdimatı, Siyəzən Poçt filialının Həmkarlar Komitəsinin protokolu, izahat və digər təsdiqedici sənədlər göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəzifədən azad edilməsi barədə xx.xx.2020-ci il tarixli, 1980 saylı əmrin ləğv edilərək, etibarsız sayılması, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə, tələbini onunla əsaslandırmışdır ki, işəgötürən onu işdən azad edərkən uzun müddət bu sahədə qüsursuz çalışmasını və 3 0 il müddətində heç bir nöqsana yol verməməklə, heç vaxt intizam məsuliyyətinə cəlb edilməməsini nəzərə almamış, intizam tənbehlərinin verilməsi ilə bağlı əmək qanunveriliciyində təsbit edilmiş özünün diskresion hüququndan qərəzli istifadə edərək, barəsində ən ağır və sonuncu intizam tənbehini tətbiq etməklə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Bundan əlavə, 2020-ci ilin aprel ayında baş vermiş pozuntuya görə işəgötürən əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verməklə “İntizam tənbehi verilməsi qaydaları” adlanan 187-ci maddənin tələblərini kobud şəkildə pozmuş, eyni zamanda, ona münasibətdə 83-cü maddənin 2-ci bəndinin tələblərinə də əməl etməmişdir. Hətta, daha ciddi qanun pozuntusuna yol verərək, 15, 16, 17 və xx.xx.2020-ci il tari xlərdə işdə olmaqla öz əmək funksiyanı və öhdəliklərini yerinə yetirməsinə əhəmiyyət verməyərək, xx.xx.2020-ci il tarixli əmrlə onu tutduğu vəzifədən azad etmişdir ki, bu da əmrin özü-özlüyündə etibarsızlığına dəlalət edir.

8. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, həmin tarixlərdə poçt filialında aparılmış əməliyyatların icraçısı kimi iddiaçının adı qeyd olunmuşdur.

9. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaya qarşı etiraz edərək, bildirmişdir ki, iddiaçı özü etibarnamə olmadan kənar şəxslərə pul verdiyini etiraf etmişdir. Poçt filiallarına həmin vəsaitin buna hüququ olan şəxsin şəxsiyyət vəsiqəsi ilə şəxsən özünə verilməsi barədə rəsmi teleqram göndərilmişdir. Aparılmış araşdırma za manı bir çox poçt şöbəsinin əməkdaşları tərəfindən belə pozuntuların baş verməsi halı aşkar edilmiş, həmin pozuntular işəgötürən kimi onların imicinə ziyan vurmuş, həmkarlar ittifaqının da razılığı alınaraq işdən azad olunma barədə qanuni və əsaslı əmrlər çıxarılmışdır. Pozuntu may ayında aşkar edilmiş, lakin pandemiya ilə əlaqədar müddət 6 ay uzanmışdır.

10. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-605/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia təmin olunmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının yol verdiyi nöqsan işəgötürən tərəfindən düzgün qiymətləndirilməmişdir. Yəni bu nöqsan əmək funksiyasının və ya öhdəliyin pozulması yox, əmək vəzif ələrinin pozulmasıdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsində işçinin öhdəliklərinin nədən ibarət olması konkret göstərilməmiş, yalnız işçinin vəzifə təlimatına uyğun olaraq əmək funksiyalarının yerinə yetirilməsi üzrə öhdəlik götürməsi göstərilmişdir.

12. İşçinin əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəlikləri, əmək vəzifələrindən fərqlənir. Əmək funksiyası işçinin yerinə yetirdiyi iş və ya xidmətdir. Əmək vəzifəsi əmək funksiyalarının düzgün, vicdanla və qanuna uyğun yerinə yetirilməsidir. Əmək funksiyasının pozulması işçinin yerinə yetirməli olduğu işlərin yerinə yetirilməməsi, əmək funksiyasını yerinə yetirərkən qanuna zidd hərəkət etməsi, verilmiş tapşırıqları yerinə düzgün yerinə yetirməməsi isə əmək vəzifəsinin pozulması hesab edilir.

13. İddiaçının yol verdiyi nöqsan işəgötürən tərəfindən pozuntu kimi müəyyən edilsə də, həmin nöqsan yalnız Əmək Məcələlsinin 72-ci maddəsində sadalanan hallar olduqda kobud hesab edilir. Məhkəmə iclasında iddiaçının əmək vəzifələrinin pozulması halı müəyyən edilsə də, bu pozuntunun həmin maddədə göstərilən hallarla nəticələnməsi müəyyən edilməmişdir. Bu səbəbdən, iddiaçının törətdiyi və cavabdehin pozuntu kimi hesab etdiyi nöqsan işəgötürən tərəfindən düzgün qiymətləndirilməmiş və nəticədə bu hal düzgün əsaslandırılmamış əmrin qəbul edilməsinə səbəb olmuşdur.

14. Digər tərəfdən, hətta cavabdeh tərəfindən qəbul edilmiş əmr düzgün əsaslandırılmış kimi, yəni aşkar edilmiş nöqsan əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qəbul edilsə belə, bu hal iddiaçı barəsində mübahisəli əmrin qəbul edilməsinə əsas kimi çıxış edə b ilməzdi. Ona görə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən işsiz əhaliyə ödənilməsi nəzərdə tutulan birdəfəlik müavinət onu almağa hüququ olan şəxsin yaxun qohumlarına təqdim edilsə də, sonradan iddiaçı həmin pulların geri qaytarılmasını təmin etmiş, etdiyi nöqsanı etiraf edərək üzr istəmiş və uzunmüddətli əmək fəaliyyətini nəzərə alınmasını xahiş etmişdir. Yəni iddiaçının bu nöqsanı nəticəsində mülkiyyətçiyə ziyan vurulması və ya müəssisənin mənafeyinə ciddi xələl gətirilməsi müəyyən olunmamış və məhkəməyə bunu təsdiq edən sübutlar təqdim olunmamışdır. Bu səbəbdən, həmin nöqsan əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilə bilməz.

15. Eyni zamanda, bu nöqsana görə tənbeh cavabdeh tərəfindən Əmək Məcəlləsində müəyyən edilmiş tələblərin pozulması ilə tətbiq edilmişdir. Belə ki, qanunvericiliyin tələblərinə görə işəgötürən işçiyə əmək vəzifələrinin kobud şəkildə pozmasına görə 6 ay ərzində intizam tənbehi verə bilər. İddiaçının yol verdiyi nöqsan 2020-ci ilin aprel ayında baş vermiş, həmin nöqsana görə tənbeh isə 7 ay müddət keçdikdən sonra tətbiq edilmişdir. Odur ki, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verərkən qanunun tələblərini pozduğu üçün həmin əmr qanuni hesab edilə bilməz.

16. Digər tərəfdən, cavabdeh tərəfindən intizam tənbehi tətbiq edilərkən iddiaçının şəxsiyyəti və peşəkarlıq səviyyəsi də nəzərə alınmamışdır.

17. Bununla belə, Məhkəmə hesab etmişdir ki, mübahisəli əmr Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinin tələbləri nəzərə alınmadığına görə q anunsuz hesab edilə bilməz. Çünki, həmin Məcəllənin 186-cı maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehinin verilməsi səlahiyyəti diskresion xarakter daşıyır, yəni işəgötürən işçinin əmək vəzifələrinin pozulmasına görə onun barəsində intizam tənbehi tətbiq etmkədə öz mülahizəsinə görə sərbəstdir və bu imkan qanunla müəyyən olunur. Bu səbəbdən, tətbiq edilmiş intizam tənbehinin çox ağır olması əsası ilə əmrin qanunsuz hesab edilməsi barədə iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz.

18. Məhkəmə öz mövqeyini, Əmək Məcəlləsinin 3, 10, 12, 72, 83, 186, 187, 300-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmiş və şikayətini belə əsaslandırmışdır ki, iddi açı əmək funksiyası ilə bağlı ciddi pozuntuya yol vermiş, bununla da, işəgötürənə həm maddi ziyan vurmuş, həm də mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl yetirmişdir. Vurulmuş maddi ziyanın sonradan ödənilməsi pozuntunun ümumiyyətlə olmaması kimi qiymətləndirilə bilməz.

20. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddia ərizəsi ilə eyni dəlillərdən çıxış etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4342/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.

22. Apellyasiya instansiyası məhkəməsi he sab etmişdir ki, iddiaçı 2020-ci ilin aprel ayında əmək fuknsiyalarını icra edərkən nöqsana yol vermişdir. Həmin nöqsan ondan ibarət olmuşdur ki, iddiaçı işsizliklə bağlı birdəfəlik yardımı onu almalı olan şəxslərin şəxsiyyət vəsiqələrini təqdim edən yaxın qohumlarına heç bir səlahiyyətverici sənədlər olmadan təqdim etmişdir. Aşkar edilmiş bu nöqsan əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qəbul edilməlidir ki, bu da işəgötürənə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi hüququ verir. Habelə, iddiaçının əmək münasibətlərinə xitam verən cavabdeh tərəfindən qəbul edilmiş əmr də düzgün əsaslandırılmışdır.

23. Bundan başqa, iddiaçının sonradan təqdim olunan pulların geri qaytarılmasını təmin etməsi nəticəsində mülkiyyətçiyə ziyan vurulmasa da, iddiaçının bu nöqsanı müəssisənin mənafeyinə ciddi xələl gətirilməsi kimi qəbul edilməlidir. Bu səbəbdən, həmin nöqsan əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.

24. Məhkəmə kollegiyası, həmçinin hesab etmişdir ki, işəgötürən əmək vəzifələrinin pozulmasına görə işçi barəsində intizam tənbehi tətbiq etməkdə öz mülahizəsinə görə sərbəstdir və bu imkan qanunla müəyyən olunur. Bu səbəbdən tətbiq edilmiş intizam tənbehinin çox ağır olması əsası ilə əmrin qanunsuz hesab edilməsi barədə iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz.

25. Beləliklə, cavabdeh əmək müqaviləsinə xitam verərkən həm əmək müqaviləsinə xitam verilməsi qaydasını, həm də əsasını gözləmişdir. Əmək müqaviləsinə xitam verilməsi qaydasının gözlənilməsi onda ifadə olunmuşdur ki, işəgötürən əmri yuxarıda qeyd olunduğu kimi düzgün əsaslandırmışdır. Əmək müqaviləsinə xitam verilməsi əsasının gözlənilməsi isə onda ifadə olunmuşdur ki, işəgötürən əmr qəbul edərkən əsas tutduğu halı qanunun tələblərinə riayət etməklə tətbiq etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

26. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-5613/2021 nömrəli iş üzrə 02 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər – Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və Ə.Əhmədov) kassasiya şikayəti təmin edilərək, apellyasiya i nstansiyası məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

28. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsinin göstərişləri ondan ibarət olmuşdur ki, işçinin əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəlikləri, əmək vəzifələrindən fərqlənir. Əmək funksiyası işçinin yerinə yetirdiyi iş və ya xidmətdir. Əmək vəzifəsi əmək funksiyalarının düzgün, vicdanla və qanuna uyğun olaraq yerinə yetirilməsidir. Əmək funksiyasının pozulması, işçinin yerinə yetirməli olduğu işlərin yerinə yetirilməməsidir (işçinin üzürsüz səbəbdən işə gəlməməsi, işdə olduğu müddətdə əmək funksiyalarına aid olmayan işlərlə məşğul olması və s.). Əmək funksiyası yerinə yetirilərkən qanuna zidd hərəkət edilməsi, verilmiş tapşırıqları n düzgün yerinə yetirilməməsi isə əmək vəzifəsinin pozulması hesab edilir.

29. Hazırkı işdə işəgötürən mübahisəli əmrini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin birinci hissəsi, yəni işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırsa da, apelyasiya instansiyası məhkəməsi əmrin qanuniliyini həmin bəndin ikinci hissəsi, yəni Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması ilə əsaslandırmaqla maddi hüquq normasını səhv tətbiq etmişdir.

30. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçının törətdiyi nöqsan əmək vəzifələrinin kobud pozulması kimi hesab edilsə belə, bu nöqsana görə tənbeh işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi g ündən bir ay keçənədək, lakin intizam xətasının törədildiyi gündən altı aydan gec olmayaraq verilə bilər. İş materiallarından isə görünür ki, iddiaçının yol verdiyi nöqsan 2020-ci ilin aprel ayında baş vermiş, həmin nöqsana görə tənbeh isə 7 ay keçdikdən sonra xx.xx.2020-ci il tarixdə tətbiq edilmişdir.

31. Digər tərəfdən, iddiaçının istinad etdiyi - işdən azad olunması barədə əmrin verilməsindən sonra 15, 16, 17 və xx.xx.2020-ci il tarixlərdə işdə olmaqla əmək müqaviləsi üzrə əmək funksiyalarını və öhdəliklərini yerinə yetirməsi halının araşdırılması mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyətə malik olsa da, apellyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış, həmçinin intizam tənbehi verilərkən işəgötürən tərəfindən işçinin şəxsiyyətinin, peşəkarlıq səviyyəsinin, 30 ildən artıq mü ddətdə heç bir nöqsana yol vermədən işləməsinin nəzərə alınmadığına hüquqi qiymət verməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

32. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1899/2022 nömrəli iş üzrə 01 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

33. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 70(ç), 72, 83, 186 və 187-ci maddələrinin tələblərinə əməl edilmədiyindən birinci instansiya məhkəməsi iddianın təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas təşkil etmir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh MMC (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi

36. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şək ildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

37. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

38. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

39. M addə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

40. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfin dən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

41. Maddə 186 (2-ci hissə) İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şə rtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

42. Maddə 186 (3-cü hissə). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.

43. Maddə 187 (2-ci hissə). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

44. Maddə 187 (3-cü hissə). İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozma sı ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM)

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

55. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ayd ınlaşdırılmaması ilə, habelə iddianın əsasını təşkil etmədiyi üçün əvvəlki məhkəmə baxışı zamanı müzakirə predmeti olmamış faktiki hallarla bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1899/2022 nömrəli mülki iş üzrə 01 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar