Məhkəmə qərarları › İş №2(102)-3655/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3655/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3655/2024 04.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Birinci iş üzrə İddiaçı Cavabdeh qarşı (Lənkəran rayon 1 saylı Notariat Kontoru mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddiası, ikinci iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddiası ilə bağlı birləşdirilmiş mülki işlər üzrə QƏRARİ İş № 2(102)-3655/2024 (Açar sözlər: pul tələbi, beh müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Birinci iş üzrə İddiaçı Cavabdeh qarşı (Lənkəran rayon 1 sa ylı Notariat Kontoru mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pul” tələbinə dair iddiası, ikinci iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “beh müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı birləşdirilmiş mülki işlər üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-952/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qətnaməsindən birləşdirilmiş birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh (Vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 04 noyabr 2024cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 02 iyul 2019-cü il tarixli RX seriyalı ********** nömrəli çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv.m. olan 2 otaqlı 6 saylı mənzil Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və "xxxx" ASC-nin “Əhmədli” filialının xeyrinə ipoteka müqaviləsi ilə yüklü edilmişdir.

2. Cavabdeh (onun əvəzinə X4) ilə İddiaçı Bahadır qızı arasında bağlanmış 22 dekabr 2022-ci il tarixli 3M-1172 reyestr nömrəli beh müqaviləsinə görə, tərəflərin razılaşmasına əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv.m. olan 2 otaqlı, 6 saylı mənzil 65.000 manat dəyərində qiymətləndirilmiş, həmin məbləğin 45.000 manatı satılan tərəfə (Cavabdeh) notariusun depozit hesabı vasitəsi ilə beh olaraq ödənilməsi, qala n 20.000 manatın isə alğı-satqı müqaviləsini rəsmiləşdirdiyi günədək Birinci tərəfə (satılan tərəfə) ödəniləcəyi razılaşdırılmışdır. Notarius tərəfindən müqavilə tərəflərinə Mülki Məcəllənin 492-ci maddəsinin tələbləri izah olunmuşdur.

3. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 22 dekabr 2022-ci il tarixli 3M-1172 reyestr nömrəli beh müqaviləsinə 07 fevral 2023-cü il tarixli əlavə müqaviləyə əsasən, tərəflər 22 dekabr 2022-ci il tarixdə bağlanmış Cavabdeh beh verilməsi barədə müqaviləyə əlavə barədə razılığa gələrək, 22 dekabr 2022-ci il tarixli beh müqaviləsinin 1-ci bəndində nəzərdə tutulmuş qalan 20.000 manat ödəniş məbləğinin 5.000 manatını İddiaçı notariusun depozit hesabı vasitəsi ilə Cavabdeh ödəməyi, qalan 15.000 manatı isə alğısatğı müqaviləsini rəsmiləşdirəcəyi günədək Cavabdeh ö dəyəcəyi barədə razılaşmışlar.

4. Pretenziya məktubuna əsasən, İddiaçı 10 oktyabr 2023-cü il tarixdə Cavabdeh müraciət edərək beh müqavilələri üzrə öhdəliyin icra edilməsi, əgər öhdəliyi yerinə yetirməzsə ödənilmiş 50.000 manat məbləğində pulun qaytarılmasını, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmiş və 11 oktyabr 2023-cü il tarixdə müraciətini Cavabdeh çatdırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdeh qarşı (Lənkəran rayon 1 saylı Notariat Kontoru mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 100.000 manat məbləğində beh üzrə pulun, iddia qal dırılması ilə əlaqədar ödənilmiş 390,40 manat dövlət rüsumunun, cəmi 100.390,40 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdehdən ona məxsus olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51,3 kv.m. olan 2 otaqlı, 6 saylı mənzili (çıxarış MA 000172 qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********87-0510109300) almaq istəmiş və onlar həmin mənzili aralarında 65.000 manat dəyərində qiymətləndirmişlər. Bununla bağlı onların arasında Lənkəran rayon 1 saylı notariat ofisi tərəfindən 02 dekabr 2022-ci il tarixli 3M-1172 reyestr nömrəli beh müqaviləsi bağlanmış, mənzilin məbləğindən 45.000 manatı satılan tərəfə (cavabdehə) notariusun depozit hesabı vasitəsi ilə beh olaraq ödənilm işdir. Həmin beh müqaviləsini iş üzrə cavabdehin əvəzinə Lənkəran rayonu, Şıxəkəran kənd sakini X4 imzalamışdır. Beh müqaviləsində mənzilin dəyərinin qalan 20.000 manatını isə alğı-satqı müqaviləsini rəsmiləşdirdiyi günədək Birinci tərəfə (mənzil satılan tərəfə) ödənilməsi barədə öhdəlik götürmüşdür. Bundan sonra tərəflər arasında xx.xx.2023-cü il tarixdə 22 dekabr 2022-ci il tarixdə 3M1172 reyestr nömrəsi ilə bağlanmış beh müqaviləsinə əlavə müqavilə bağlanaraq həmin müqavilənin 1ci bəndində nəzərdə tutulmuş qalan 20.000 manat ödəniş məbləğinin 5.000 manatı da iş üzrə iddiaçı tərəfindən notariusun depozit hesabı vasitəsi ilə cavabdehə ödənilmişdir. Həmin müqavilədə də mənzilin dəyərinin qalan 15.000 manatının alğı-satqı müqaviləsini rəsmiləşdirdiyi günədək Cavabdeh ödənilməsi barədə öhd əlik götürülmüşdür. Hazırda beh müqaviləsinin bağlanmasından 11 aya yaxın bir müddət keçmişdir. İddiaçı mənzilin dəyərinin qalan 15.000 manatını ödəmək istəsə də, iş üzrə cavabdeh alğı-satqı müqaviləsini bağlamaqdan imtina edir və iddiaçı tərəfdən əlavə olaraq 25.000 manat məbləğində pul tələb edir. Baxmayaraq ki, həmin mənzili tərəflər 65.000 manat dəyərində qiymətləndirmişlər və bu beh müqaviləsində də təsdiqini tapır. Bununla bağlı cavabdehə pretenziya göndərilsə də, o, beh müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınır. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.

7. Daha sonra iddiaçı tələbin həcmini artıraraq, cavabdehdən 100.000 manat məbləğində pulun, 327 manat məbləğində beh müqaviləsinin bağlanması ilə bağlı ödədiyi dövlət rüsumunun, 75 manat m əbləğində beh müqaviləsinə əlavənin bağlanması ilə bağlı ödədiyi dövlət rüsumunun, X1 və vəkil Nümayəndə1 verdiyim etibarnamə üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun və vəkilin göstərdiyi hüquqi xidmətə görə ödədiyi 300 manat məbləğində pulun və 390,40 manat məbləğində ödədiyi dövlət rüsumunun, cəmi 101.122,40 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Həmçinin Cavabdeh (bundan sonra birləşdirilmiş birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı), yaxud ad, soyadı) İddiaçı (bundan sonra birləşdirilmiş birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh), yaxud ad, soyadı) qarşı “beh müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, onunla iddiaçı arasında xx.xx.2022-ci il tari xdə, 3M-1172 reyestr nömrəsi ilə bağlanmış beh müqaviləsinin və xx.xx.2023-cü il tarixli 22 dekabr 2022-ci il tarixdə 3M-1172 reyestrnömrəsi ilə bağlanmış beh müqaviləsinə əlavə müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İkinci iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, o, özünə məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv.m. olan 2 otaqlı, 6 saylı mənzili (çıxan MA 0001729, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********87 05101-093005) satmaq istəyirmiş. Lənkəran rayonu, Kərgəlan kənd sakini iddiaçı ona məxsus mənzili almaq istədiyini bildirmişdir. O, mənzili 90.000 manat dəyərində razılaşdırılmışdır. Həmin vaxtı o, xəstə olduğu üçün notariusa gedə bilmədiyi üçün notariusa onun tanışı Lənkəran rayon, Şıxəkəran kənd sakini X4 ge tmişdir. Həmin vaxt iddiaçının 90.000 manat pulu olmadığı üçün bildirmişdir ki, mənzilin pulunun 45.000 manatını avans kimi indi versin, qalan hissəsini isə nə vaxt verər, onda mənzilin satılması barədə aralarında alğı-satqı müqaviləsi bağlayar. Lakin cavabdeh həmin vaxtı bildirmişdir ki, bəs müqavilədə 90.000 manat qeyd olunsa, vergi çox verməlidir, ona görə də razılaşmışdır ki, müqavilində məbləği 65.000 manat qeyd etsinlər. Buna görə də o, tanışı Lənkəran rayon Şıxəkəran kənd sakini X3 etibarnamə vermiş ki, əvəzində notariusa gedib, avans müqaviləsi bağlasın. Lakin Lənkəran rayon 1 saylı notariat ofisində xüsusi notariusu X2 avans müqavilə əvəzində 22 dekabr 2022-ci il tarixdə 3M-1172 reyestr nömrəli beh müqavilə bağlamış və mənzilə görə cavabdeh tərəfindən ödənilməli olan həmin məbləği 45.000 manatı ona, yəni satılan tərəfə (cavabdehin notariusun depozit hesabı vasitəsi ilə) ödənilmişdir. Yuxarıda qeyd etdiyi həmin müqaviləni onun əvəzinə tanışı olan Teymur Rəhimov imzalamışdır. Həmin mənzilin dəyərinin qalan 45.000 manatını isə alğı-satqı müqaviləsini rəsmiləşdirdiyi günədək ona, yəni birinci tərəfə (satılan tərəfə) ödənilməsi barədə cavabdeh öhdəlik götürmüşdür. Bundan sonra cavabdeh yenə də onun yanına gələrək bildirmiş ki, 5.000 manatda düzəldib, həmin məbləği də notarius vasitəsi ilə ona ödəsin. Onlar notariusa gedib və aralarında 07 fevral 2023-cü il tarixdə 22 dekabr 2022-ci il tarixdə 3M-1172 reyestr nömrəsi ilə bağlanmış müqaviləyə əlavə müqavilə bağlanaraq həmin müqavilənin 1-ci bəndində nəzərdə tutulmuş qalan 20.000 manat ödəniş məbləğinin 5.000 manatı da i ş üzrə iddiaçı tərəfindən notariusun depozit hesabı vasitəsi ilə ona, yəni cavabdehə ödənilmişdir. Həmin müqavilədə də mənzilin dəyərinin qalan 15.000 manatının isə alğısatqı müqaviləsini rəsmiləşdirdiyi günədək ona, yəni cavabdehə ödənilməsi barədə cavabdeh öhdəlik götürmüşdür. Hazırda həmin müqaviləsinin bağlanmasından 11 aya yaxın bir müddət keçmişdir. Hazırda iddiaçıya mənzilin dəyərinin qalan 40.000 manat məbləğini ona ödəmək əvəzinə, cəmi 15.000 manatını ödəmək istəyir. Lakin o, aralarında mənzili 90.000 manat məbləğində razılaşdığını desə də, ona sənəddə 65.000 manat qeyd edilibdir, ona görə də o, həmin məbləğdən artıq ödəməyəcəkdir. O, cavabdehlə aralarında avans müqaviləsi bağlamaq istəsə də, notarius müqaviləni beh kimi qeyd etmişdir. Hesab edir ki, həmin beh müqaviləsi ləğv edil məlidir. Çünki cavabdehin verdiyi 50.000 manat beh ola bilməz, behin məbləği 1.000 manat ola bilərdi.

10. Lənkəran Rayon Məhkəməsinin 2(049)-230/2024 saylı, 09 yanvar 2024-cü il tarixli qərardadı ilə hər iki mülki iş 2(049)-230/2024 qeydiyyat nömrəli işdə bir icraatda birləşdirilmişdir.

11. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran Rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, hazırkı mübahisə üzrə tərəflər notariat ofisinə yaxınlaşaraq beh müqaviləsi bağlamaq istədiklərini bildirmişlər və notariusun depozit hesabına ödənilməklə tərəflər arasında beh və daha sonra beh müqaviləsinə əlavə tərtib edilmişdir. Müqavilənin necə adlanması tərəflərin iradə ifadəsidir və notariusun buna müdaxilə etməyə heç bir səlahiyyəti yoxdur. Eyni zamanda tərəflər arasında alğı-satqı müqaviləsi deyil, beh müqaviləsi imzalandığından mənzilə dair forma 1 tələb edilməmişdir. Eyni zamanda müqavilə üzrə həmin mənzilin ipoteka ilə yüklü olmağı da beh müqaviləsinin imzalanmasına maneə deyildir.

12. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(049)-230/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Murad Aslanov) birinci iş üzrə iddianın təmin edilməsi, Cavabdeh 100.000 manat məbləğində beh müqaviləsi üzrə pul vəsaiti, 300 manat məbləğində vəkil xidməti xərci, 327 manat beh müqaviləsinin bağlanması üçün xidmət haqqı, 75 manat beh müqaviləsinə əlavə müqavilənin bağlanması üçün xidmət haqqı, 30 manat etibarnamələrin verilməsi üçün xidmət haqqı və 390,40 manat məbləğində dövl ət rüsumu olmaqla, cəmi 101.122,40 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, ikinci iş üzrə Cavabdeh İddiaçı qarşı “beh müqaviləsinin və beh müqaviləsinə əlavənin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət olunmuşdur.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, xx.xx.2022ci il tarixli beh müqaviləsi notariat qaydasında təsdiq edilmiş və tərəflərə Mülki Məcəllənin 492.2-ci maddəsinin tələbi konkret olaraq izah edilmişdir. İddiaçı beh müqaviləsinin icra edilməməsinin məsuliyyətini cavabdehdə olduğunu sübut etməli idi. Həmçinin, iddiaçı ödədiyi beh məbləğlərinin qaytarılmasını tələb etdikdə, cavabdeh həmin məbləği qaytarmamışdır. Eyni zamanda, məhkəmədə cavabd eh bildirmişdir ki, aralarında müqaviləni 90.000 manat razılaşmışlar və iddiaçı qalmış 40.000 manatı ödəmədiyi üçün müqavilə bağlanmamışdır.

14. Məhkəmə onu da qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələrə əlavədən aydın şəkildə görünür ki, tərəflər arasında razılaşdırılmış qiymət 65.000 manat olmuşdur.

15. Məhkəmə iddiaçının iddiası ilə əlaqədar son olaraq qeyd etmişdir ki, tərəflərin arasında qarşılıqlı iradə ifadəsi əsasında beh müqaviləsi bağlanaraq, müqavilənin icra edilməsi üçün beh alanın məsuliyyət daşıması təqdirdə beh verənə iki mislini ödəmək barədə öhdəlik götürülmüşdür. Lakin cavabdeh bəhanələrlə öhdəliklərini yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, cavabdeh öhdəliyin hər bit pozuntusu üçün məsuliyyə t daşımalı, aldığı behin iki mislini, yəni 100.000 manatı (50.000*2) iddiaçıya qaytarmalıdır.

16. Məhkəmə cavabdehin iddiasına münasibətdə qeyd etmişdir ki, qeyd olunan iki müqavilənin məhz iddiaçının hərəkətləri nəticəsində pozulması və icra edilməməsi məhkəmədə öz təsdiqini tapmamış və buna dair hər hansı sübut təqdim edilməmişdir. Əksinə, beh müqaviləsinə əsasən, tərəflərin razılaşdırdığı məbləğ məhz 65.000 manat olmuşdur.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 389.1, 405.1, 421.1, 421.2, 421.3, 423.1, 423.2, 425.1, 425.2, 442, 443.1, 448.1, 448.2, 491.1, 491.2, 491.3, 492.1, 492.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” A zərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Мəсəlləsinin 14.2, 77.1, 119-cu maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

18. Qətnamədən birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddiaçının iddiasının rədd edilməsini və onun İddiaçı qarşı irəli sürdüyü iddiasının isə təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçü n əhəmiyyəti olan hallar sübut olunmamışdır.

20. Apellyasiya icraatı zamanı birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Həmin vaxt əməliyyat olunduğu üçün yeriyə bilməmiş, bu səbəbdən də həmin işləri görmək üçün yaxın adamına etibarnamə vermiş, həmin adam hazırda Avropadadır. Evi tam təmirli olmaqla şəhərin mərkəzində yerləşir. Yəni evinin qiyməti 65.000 manat deyil, daha çoxdur. Evdə 25.000 manatlıq cehiz var. İddiaçı da ona evi içərisində əşyalarla birlikdə 90.000 manata almaq istədiyini bildirmişdi. Həmçinin iddiaçı və onun atası daha aşağı vergi ödəmək üçün ona təklif etdilər ki, notariusda evin qiymətini 65.000 manat yazdırsınlar. O, da onların təklifini qəbul etmişdir. Bundan sonra o Teymur adlı şəxsə etibarnamə vermişdir. O, iddiaçıya evin bankda girovda olması barədə məlumat vermişdir. İddiaçı ona 45.000 manat pulunun olduğunu bildirmiş, əlavə olaraq ona bildirmişdir ki, ikinci 45.000 manatı düzəldəndə gedib bankı bağlayarlar. Bundan sonra nümayəndəsi ilə iddiaçı notariat ofisində beh müqaviləsi bağlamışlar. Daha sonra cavabdeh ona verilən həmin pulları, yəni ümumilikdə 50.000 manat pulu dövriyyəyə buraxaraq gəlir əldə etməsi üçün beh müqaviləsinin bağlanmasında iştirak edən Teymur adlı şəxsə vermiş, deməsinə görə daha sonra nümayəndə həmin pulu ona qaytarmamışdır.

21. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(106)-952/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Tofiq Heydərov (sədrlik edən və məruzəçi), T ale Kərimov və Samir Mayılov) birləşdirilmiş birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə əlaqədar ilk olaraq qeyd etmişdir ki, tərəflər arasında sözügedən mənzilin alğı-satqısı ilə bağlı imzalanmış xx.xx.2022-ci il tarixli beh müqaviləsi və xx.xx.2023-cü il tarixli xx.xx.2022-ci il tarixli beh müqaviləsinə əlavə müqavilələr ilkin olaraq onlar arasında belə bir razılaşma olduğunu təsdiq edir. Cavabdeh müqavilənin beh müqaviləsi olduğunu bilmədiyini iddia etsə də, o, öz izahatında həmin müqavilənin nümayəndəsi vasitəsi ilə bağlandığını, həmçinin beh müqaviləsi nəticəsində alınmış, ümum ilikdə 50.000 manat pulun ona çatdığını, daha sonra da həmin nümayəndəsi vasitəsi ilə aldığı pulu daha da artırmaq məqsədi ilə dövriyyəyə buraxdığını bildirmişdir. Həmçinin üçüncü şəxs qismində dindirilmiş Lənkəran Rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi Nümayəndə2 həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında tərəflərin notariat ofisinə yaxınlaşaraq beh müqaviləsi bağlamaq istədiklərini bildirdiklərini, notariusun depozit hesabına ödənilməklə tərəflər arasında beh və daha sonra beh müqaviləsinə əlavə tərtib edildiyini bildirmişdir. Beləliklə, hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibəti mövcud olmuş, tərəflər aralarında bağlanmış beh müqaviləsinə uyğun olaraq, daşınmaz əmlakın alğı-satqısına görə ümumilikdə 50.000 manat məbləğində pul vəsaitini beh qismində ödəmiş, evin dəyəri həmin müqavilə ilə 65.000 manat müəyyən edilmiş, cavabdeh Mülki Məcəllənin 492.2-ci maddəsinin riskləri barədə xəbərdar edilmiş, daha sonra cavabdeh beh müqaviləsinə görə pul vəsaitini əldə etdikdən sonra evin alğısatqısından dolayı yollarla (yəni evin qiyməti guya 90.000 manata razılaşılmış, lakin İddiaçı tərəfindən həmin məbləğ deyil vergidən yayınmaq üçün beh müqaviləsindən yazılmış 65.000 manat ödəniləcəyi bildirilmişdir) yayınmış, nəticədə öhdəliyin icrası baş tutmamışdır.

23. Eyni zamanda məhkəmə kollegiyası cavabdehin “50.000 manat məbləğində beh ola bilməzdi, bu avans olmalı idi” fikrinə münasibətdə qeyd edib ki, qanunvericilikdə behin miqdarının nə qədər olmasına dair tələb və ya qadağa yoxdur. Hazırda tərəflər arasında ba ğlanmış müqavilənin beh müqaviləsi olması hər hansı şübhə doğurmur. Belə ki, tərəflər arasında ilk müqavilə xx.xx.2022-ci il tarixdə beh müqaviləsi altında bağlanmış və bundan təxminən bir ay yarımdan sonra yenidən müqavilə bağlanmış və tərəflər bu yeni müqaviləni əvvəl bağlanmış beh müqaviləsinə əlavə kimi rəsmiləşdirmişlər. Məhz bu cavabdehin iddiasını əsassız hesab etməyə əsas verir.

24. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 385.1, 389.1, 421, 423, 425, 442, 443, 448, 491, 492-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.4, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

25. Qətnamədən birləşdirilmiş birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddiaçının iddiasının təmin olunmamasını, onun iddiaçıya qarşı olan iddiasının təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, 50.000 manat beh olmur, mübahisə predmeti olan müqavilə beh deyil, alğı-satqı müqaviləsidir. Sadəcə başqa əqdi pərdələmək məqsədi ilə beh müqaviləsi olaraq bağlanmışdır. Behin 50.000 manat olması inandırıcı və real deyildir. Məhkəmə ən azından həqiqətə nail olmaq üçün evin dəyərini qiymətlə ndirə bilərdi. Məhkəmə həmin müqaviləni qanunsuz olaraq beh müqaviləsi kimi qiymətləndirmiş, ona sadəcə formal olaraq yanaşaraq həqiqi məzmuna və məqsədinə qiymət verməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

27. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

28. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

29. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqav ilə sayılır.

30. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

31. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

32. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

33. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

35. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

36. Maddə 491.1. Beh müqavilənin bağlanmasını t əsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.

37. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

38. Maddə 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır.

39. Maddə 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün be h almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, e kspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə mü əyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəf indən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

53. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh tərəfindən birinci iş üzrə iddianın təmin edilməsi və ikinci iş üzrə iddianın rədd edilməsi hissəsində bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəm əsinin mövqeyi:

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, birləşdirilmiş birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh İddiaçı qarşı “beh müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiasının həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verildiyi, lakin birləşdirilmiş birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh İddiaçı birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi müəyyən edilmişdir.

57. Məhkəmə kollegiyası ilk öncə birinci iş üzrə iddia tələbini təmin etmiş, ikinci iş üzrə iddianı isə rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini “birləşdirilmiş birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh İddiaçı qarşı “beh müqaviləsinin və beh müqaviləsinə əlavənin ləğv edilməsi” barədə iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlaması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı Cavabdeh kassasiya şikayətinə münasibətdə hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş, həmin tələbin əsaslandığı faktiki hallara dair işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin əsaslandırması ilə razılaşır.

58. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, qeyd olunan hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, yuxarıda qeyd olunan hissədə işin faktiki halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətində qeyd olunan dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

59. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan hissə ilə bağlı Cavabdeh kassasiya şikayətində sadalanan formal də lillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və birləşdirilmiş ikinci iş üzrə iddianın təmin edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən birləşdirilmiş ikinci iş üzrə iddianın rədd olunması hissəsində Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin sadalanan dəlilləri əsassızdır. Ona görə də “Cavabdeh İddiaçı qarşı “beh müqaviləsinin və beh müqaviləsinə əlavənin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi” hissəsində kassasiya şikayəti rədd edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmalıdır.

60. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, birləşdirilmiş birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh İddiaçı birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə tərəflə rin 65.000 manat məbləğində qiymətləndirdikləri mübahisəli mənzilə görə alğı-satqı müqaviləsinin Cavabdeh təqsiri üzündən icra edilməməsini əsas götürərək, onların arasında bağlanmış beh müqaviləsinə əsasən İddiaçı Cavabdeh ödədiyi 50.000 manat pulu beh kimi qəbul etməklə, həmin məbləğin iki misli həddində, yəni 100.000 manat pulun Cavabdeh tutulmasına münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaq barədə nəticəyə gələrkən apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, həmin hissədə düzgün qətnamə qəbul etməmişdir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, birinci iş üzrə İddiaçı iddia tələbində 22 dekabr 2022-ci il tarixli beh müqaviləsinə və həmin müqaviləyə 07 fevral 2023-cü il tarixli əlavə müqavilələyə istinad edərək Cavabdeh 65.000 manata qiymətləndirdikləri mübahisəli mənzilin alğı-satqısı ilə bağlı ödədiyi beh məbləğinin iki qatını tələb edərək, beh müqaviləsinin bağlanmasından 11 aya yaxın müddət keçməsinə baxmayaraq müqavilənin Cavabdeh təqsiri üzündən icra edilməməsini iddia edir.

62. Birinci iş üzrə Cavabdeh isə İddiaçı ilə mübahisəli mənzilin qiyməti ilə bağlı 90.000 manata razılaşdığlarını, lakin verginin çox tutulmaması üçün İddiaçı təklifinə əsasən beh müqaviləsində mənzilin qiymətini 65.000 manat göstərdiklərini, İddiaçı 90.000 manat məbləğdə pulu olmadığına görə mənzilin pulunun 45.000 manatını avans kimi verdiyini, qalan hissəsini nə vaxt verərsə həmin vaxt mənzilin satılması barədə aralarında alğı-satqı müqaviləsi bağlanacağını razılaşdıqlarını, daha sonra İddiaçı 5.000 manat düzə ldiyini bildirərək, həmin məbləği də notarius vasitəsi ilə ona ödəmək istədiyinə görə 07 fevral 2023-cü il tarixdə 22 dekabr 2022-ci il tarixli müqaviləyə əlavə müqavilə bağladıqlarını, beh müqaviləsinin bağlanmasından 11 aya yaxın müddət keçməsinə baxmayaraq İddiaçı mənzilin dəyərinin qalan 40.000 manat məbləğini ona ödəmək əvəzinə, cəmi 15.000 manatını ödəmək istəməsini, müqavilənin İddiaçı təqsiri üzündən icra edilməməsini qeyd edərək ilk iddia tələbinə etiraz edir.

63. Birinci instansiya məhkəməsinə təqdim edilmiş 22 dekabr 2022-ci il tarixli beh müqavilələrində mübahisəli mənzilin dəyərinin tərəflərin razılığına əsasən 65.000 manat müəyyən edilməsi, birinci müqavilə üzrə 45.000 manat, həmin müqaviləyə əlavə olan 07 fevral 2023-cü il tarixli digər müqavilə üzrə isə 5.000 manat olmaql a, ümumilikdə 50.000 manat behin ödənilməsi göstərilmişdir. 64. 22 dekabr 2022-ci il tarixli beh müqavilələrində ödənilməli 45.000 manat məbləğin beh olaraq ödənilməsi, notarius tərəfindən müqavilə tərəflərinə Mülki Məcəllənin 492-ci maddəsinin tələblərinin izah olunması əks olunsa da, həmin müqaviləyə əlavə olan 07 fevral 2023-cü il tarixli digər müqavilədə ödənilməli 5.000 manat məbləğin beh kimi ödənilməsi qeyd olunmamış, həmçinin qeyd olunan müqavilələrdə tərəflər arasında mübahisəli mənzillə bağlı alğı-satqının hansı tarixdə rəsmiləşdiriləcəyi əksini tapmamışdır.

65. İşə baxan məhkəmələr dəyəri 65.000 manat müəyyən edilmiş mənzilə görə ödənilmiş 50.000 manat məbləğin beh olmasını işin mübahisəsiz halı kimi qiymətləndirmiş, lakin beh müqaviləsinə əlavə olan 07 fevral 2023-cü il tarixli müqavilədə ödənilməli 5.000 manat məbləğin beh kimi ödənilməsinin qeyd olunmamasına, habelə qeyd olunan müqavilələrdə tərəflər arasında mübahisəli mənzillə bağlı alğı-satqının hansı tarixdə rəsmiləşdiriləcəyinin əks etdirilməməsinə əhəmiyyət verməmiş, ödənilmiş 50.000 manat məbləğin beh olmasına şübhə ilə yanaşmamışlar.

66. Məhkəmə kollegiyasının mövqeyinə görə qanunvericilikdə behin miqdarının nə qədər olmasına dair tələb və ya qadağa olmasa da, işin yuxarıda qeyd olunan halları, habelə 65.000 manat dəyərində mənzilin alğı-satqısına görə 50.000 manat, yəni dəyərinin dörddə üçünə yaxın məbləğdə pul ödənilməsi, həmin məbləğin birdəfəlik deyil, iki dəfəyə verilməsi, bu barədə iki müqavilə bağlanması, ikinci müqavilədə məbləğin beh kimi ödənilməsinin qeyd olunmaması, beh müqaviləsinin bağlan masından xeyli müddət keçməsinə baxmayaraq müqavilələrdə mübahisəli mənzilin alğı-satqısının hansı tarixdə rəsmiləşdiriləcəyinin göstərilməməsi ödənilmiş məbləğin beh olmasına kifayət qədər şübhə yaradır.

67. Mülki Məcəllənin 491.3-cü maddəsinə görə müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

68. Bu səbəbdən də məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır. Qeyd olunmalıdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsinə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh 100.000 manat məbləğində beh müqaviləsi üzrə pul vəsaitin alınaraq İddiaçı verilməsi hissəsində ləğv edərək, həmin hissədə Cavabdeh 50.000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsini təmin etməli idi.

69. Buna baxmayaraq, apellyasiya instansiya məhkəməsi hazırkı işdə qeyd olunan hissədə tələbi həll edilərkən yuxarıda göstərilənlər nəzərə alınmamış, işin müəyyən olunmuş faktiki hallarına sadalanan maddi hüquq normalarının tətbiqindən irəli gələn düzgün hüquqi dəyərləndirmə aparılmamışdır. Bu hal isə qətnamənin həmin hissələrdə işin həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir.

70. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin tamamilə, yaxud qismən ləğv edilməsi üçün əsasdır.

71. Məhkəmə kollegiyası eyni zamanda birləşdirilmiş birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh işə məhkəmə iclasında baxılması barədə vəsatətinə münasibət bildirərək qeyd edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli qərardadı ilə hazırki mülki işə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Mülki işə şifahi icraat qaydasında baxılması üçün Mülki Prosessual Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş hallar olmadığından vəsatət əsassızdır və təmin edilə bilməz.

72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətn amələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə işdə iştirak edən şəxslərə məlumat verilir.

73. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi, “Cavabdeh 100.000 manat məbləğində beh müqaviləsi üzrə pul vəsaitin alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh 5 0.000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

74. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Birinci iş üzrə cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-952/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qətnaməsi Cavabdeh 100.000 manat məbləğində beh müqaviləsi üzrə pul vəsaitin alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilsin və qeyd olunan hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh 50.000 (əlli min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamə kassas iya şikayətində mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar