Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3656/2019 31.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Maraqlı şəxs2 iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli, 2(107)-146/2019 saylı qətnaməsindən Maraqlı şəxs2 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Zərdab rayon məhkəməsinin 30 iyul 2018-ci il tarixli, 2(035)-598/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim T.M.Qubadov) ərizəçi İ ddiaçı maraqlı şəxslər X1, Cavabdeh2 və Zərdab rayon DNK qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilərək, mərhum xxxdan miras qalmış Zərdab rayonu, xxx kəndində yerləşən, 0,30 ha torpaq sahəsinin ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs2 qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli, 2(107)-146/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, M.A.Əsədli məruzəçi, və İ.F.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Zərdab rayon məhkəməsinin 30 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs2 və vəkili Vəkil qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən g örünür ki, ərizəçi məhkəmədə maraqlı şəxslərə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə vermiş və tələbini onunla əsaslandırmışdır ki, Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mirası qoyan xxx onun anasıdır. Zərdab rayonu, xxx kənd sovetinin 1972-1974-cü illərə aid “təsərrüfatbaşına qaytanlanmış kitabı”na əsasən, X6nın mülkiyyətində 0,30 ha torpaq sahəsi vardır. X6 20 sentyabr 1988-ci il tarixdə ölmüş və onun ölümündən sonra torpaq sahəsinə vərəsəlik açılmışdır. O, eləcə də bacıları xxx və Cavabdeh2 mərhum anaları xxxnın yeganə vərəsələridirlər və onlar yazılı ərizə ilə notariat orqanına müraciət edərək, anaları xxxdan miras qalmış əmlakı qəbul etmədiklərini və gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaqlarını bildirmişlər. Ona görə də əri zənin təmin edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Maraqlı şəxs2 məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPMnin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləməmişdir. Maraqlı şəxs2 vəkili Vəkil, maraqlı şəxslər xxx, Cavabdeh2, ərizəçi İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassas iya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlyarkən, mübahisəli torpaq sahəsinin ərizəçinin X6dan miras qalmasına, sonuncunun ölümü ilə ondan miras qalmış torpaq sahəsinə vərəsəliyin açılmasına, ərizəni təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Azərbay can Respublikası Mülki Məcəlləsinin 527, 532, 552-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, mirası qoyan xxx ərizəçinin anasıdır. Zərdab rayonu, xxx kənd sovetinin 1972-1974-cü i llərə aid “təsərrüfatbaşına qaytanlanmış kitabı”na əsasən, ərizəçinin X6nın mülkiyyətində 0,30 ha torpaq sahəsi vardır. Ərizəçinin X6 20 sentyabr 1988-ci il tarixdə ölmüş və onun ölümündən sonra torpaq sahəsinə vərəsəlik açılmışdır. Ərizəçi, eləcə də bacıları xxx və Cavabdeh2 mərhum anaları xxxnın vərəsələridirlər. Ərizəçinin bacıları xxx və Cavabdeh2 yazılı ərizə ilə notariat orqanına müraciət edərək, anaları xxxdan miras qalmış əmlakı qəbul etmədiklərini və gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaqlarını bildirmişlər. Eləcə də məhkəmə baxışı zamanı Maraqlı şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş 18 iyul 2018-ci il tarixli ərizədən görünür ki, nənəsi xxx 1988-ci ildə ölmüşdür və əmisi İddiaçı kənarda yaşadığına görə, 1989-cu ildə gəlib nənəsi xxxdan miras qalmış evin qapısın ı qıfıllamışdır. Bundan sonra atası da evin qapısına bir qıfıl vurmuşdur. Lakin sonradan əmisi xxx qıfılı açmış və evdə olan yun palazı və sair şeyləri yığıb aparmış və o, gündən mübahisəli həyətə gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, miras qoyan xxx 20 sentyabr 1988-ci il tarixdə öldüyündən hazırkı mülki mübahisəyə mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Belə ki, həmin Məcəllənin 527-ci maddəsinə görə, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Həmin Məcəll ənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o, cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbəli vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tət biq edib, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, ərizəçinin mərhum anası X4 rayonu, xxx kəndində yerləşən, 0,30 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Birinci növbəli vərəsələrdən yalnız ərizəçi mirası faktiki qəbul etməklə idarə etmişdir. Digər birinci növbəli vərəsələrdən isə heç kim mirası nə faktiki idarə etməklə, nə də bu barədə notariusa ərizə verməklə mirası qəbul etməmişlər və digər vərəsələr mirasın ərizəçi tərəfindən qəbul edilməsinə etiraz etməmişlər. Miras əmlak barəsində vərəsəlik işi açılmamışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, həmin dəlillər iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas sayıla bilməz. Belə ki, Maraqlı şəxs2 mirasa vərəsəlik açılan vaxt mirası qoyan xxxnın vərəsə ola biləcək valideyni, yəni atası xxx sağ olmuşdur və işdə, onun mirası nə faktiki idarə etməklə, nə də notariat oraqanına ərizə verməklə qəbul etməsini özündə ehtiva edən heç bir yazılı sübut yoxdur.Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətini n mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Bu səbəbdən də kassasiya instansiyası məhkəməsi hesab edir ki, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna etdiyindən, Maraqlı şəxs2 kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib he sab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişd irilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Maraqlı şəxs2 və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli, 2(107)-146/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3656/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3656/2019
31.05.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver