Məhkəmə qərarları › İş №2(102)-3656/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3656/2023

18.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3656/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “X5 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3656/2023 (Açar sözlər: özbaşına tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, sübutetmə yükü) 18 sentyabr 2023-cü il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı “X5 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3138/2023 nömrəli, 08 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı “X5 Kompani S.A” Şirkəti (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 18 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “X5 Kompani S.A.” Şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neftqaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün iddiaçının sə rəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ iddiaçıya sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. İddiaçının istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüquqları mövcuddur.

2. Cavabdeh xx.xx.1983-cü ildən ünvan 1 ünvanında qeydiyyatdadır. Bu barədə Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixli arayış tərtib edilmişdir.

3. Suraxanı rayonu İcra Hakimiyyətinin X2 (iddiaçının qızı) ünvanlanan xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərilir ki, mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə torpaq sahəsinin ayrılması haqqında elektron ərizəyə Suraxanı Rayon icra Hakimiyyətində baxılmışdır. Bildirilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu və Torpaq Məcəlləsinin 59-cu maddələrinə əsasən 01 yanvar 2001-ci il tarixdən fərdi və kooperativ mənzil, bağ evləri, qaraj tikintisi, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün vətəndaşlara torpaq sahələrinin ayrılması yerli bələdiyyələr tərəfindən həyata keçirilir. Eyni zamanda, qardaşının öz həyatyanı sahəsindən ona ayırdığı 1 sot torpaq sahəsində mənzil şəraitini yaxşılaşdırılması məqsədi ilə fərdi yaşayış evinin tikintisinin aparılmasına rayon icra hakimiyyəti tərəf indən etiraz edilməmişdir.

4. Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində 70-80 kv.m. ölçüdə olan sahədə tikili inşa edilmiş, tikili xüsusi mülkiyyət kimi qeydiyyata alınmamışdır.

5. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda göstərilir ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində iddiaçının istifadəsinə verilmiş dövlət mülkiyyətinə aid torpaq sahəsi cavabdeh tərəfindən tikinti işinin aparılmasının qarşısının alınmasına köməklik göstərilməsi barədə 1187/AS nömrəli 17 noyabr 2020-ci il tarixli iddiaçının müraciətində qeyd olunan məsələ Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılmış, vətəndaş tərəfindən sözüged ən ərazidə yerləşən torpaq sahəsinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işinin aparılması faktı təsdiqini tapmışdır.

6. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə akt tərtib edilərək göstərilmişdir ki, 1 saylı neft-qaz çıxarma sexinin ərazisində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi ünvanında Cavabdeh tərəfindən 70-80 kvadrat metr ölçüdə olan sahədə dəfələrlə edilən xəbərdarlığa baxmayaraq özbaşına olan tikilinin başa çatdırıldığı aşkar olunmuş, nə torpaq sahəsinə, nə tikiliyə dair sənəd təqdim olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı “X5 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 39 T 415745.00 m B 4475331.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin hesabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini işin yuxarıda sadalanan faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, tikilidən 4 metr aralıda şirkətin balansında olan 694 saylı ləğv edilmiş, təxminən 100 metr aralıda isə, 1427, 1224 və 76354 saylı fəaliyyətdə olan n eft quyuları mövcuddur. Evin yerləşdiyi ərazi iddiaçının istifadəsindədir. Cavabdeh yaşadığı evdə əlavə tikinti işləri apardığından həmin tikinti sökülməlidir və torpaq sahəsi şirkətin istifadəsinə qaytarılmalıdır.

9. Birinci instansiya məhkəməsində iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, uzun müddətdir ki, ailəsi ilə birlikdə həmin torpaq sahəsində inşa olunmuş evdə yaşamışdır. Sonradan onun qızı ailə həyatı qurmuş və onun dördəmləri anadan olmuşdur. Lakin onların yaşadıqları yaşayış evi qəzalı vəziyyətdə olduğundan, uşaqların həmin evdə yaşamaları qeyri-mümkün olduğundan onların evlə təmin olunmaları ilə bağlı Prezident Administrasiyasına müraciət etmişdir. Prezident Administrasiyası isə onu Suraxanı rayon İcra Hakimiyyətinə yönləndirmişdir. Bununla bağlı o, Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmiş və onun yaşayış sahəsinə baxış keçirmişlər. Suraxanı rayon İcra Hakimiyyəti onu yeni evlə təmin etmələrinin mümkün olmamasını bildirərək ona həmin həyətdə başqa yaşayış evinin tikilməsinə icazə vermiş və hətta evin tikilməsi üçün ona maddi yardım ayrılmışdır. Hazırda onların başqa yaşayış yerinin olmamasını nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-66/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçı şirkətin istifadəsinə 2005-ci ildən verilmiş və həmin torpaq sahəsi istifadəyə verilən zaman orada yaşayış evləri mövcud olmuş və iddiaçı tərəfindən həmin torpaq sahəsi yüklü şəkildə qəbul edilmişdir. Belə ki, cavabdeh tərəf 1983-cü ildən həmin evdə ailə üzvləri ilə birlikdə yaşamışdır.

12. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olsa da, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin ailə üzvlərinə, eləcə də cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. Bu illər ərzində cavabdehin və onun ailə üzvlərinin orada yaşamasına nəinki maneçilik törədilməmiş, əksinə onlardan həmin evdə rahat yaşamaları üçün su, qaz və elektrik xətlə ri çəkilməklə xidmətlərə görə müvafiq haqq alınmışdır. Göstərilən orqanlar cavabdehə müvafiq kommunal xidmətlər göstərməklə və eləcə də susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə dolayısı ilə öz razılıqlarını bildirmişlər.

13. Bundan əlavə cavabdehin və onun ailə üzvlərinin yaşaması üçün başqa yaşayış sahəsi mövcud deyildir.

14. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 139.1, 146.1, 152.2-ci maddələrinə, “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39 və 44-cü bəndinə, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə 24 aprel 2012-ci il tarixli və “Əhmədova Azərbaycana Qarşı” iş üzrə 18 noyabr.2021-ci il tarixli qərarlar ına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsinə oxşar məzmunda tərtb edilmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin tikiliyə dair sənədlər olmaması, tikilinin qanunsuz olması və neft quyularına yaxın məsafədə olmasını nəzərə almamış, qətnamə çıxararkən isə maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Cavabdehə yazılı formada mübahisəli torpaq sahəsində heç bir tikinti aparılmaması tərəflərindən bildirilmişdir. Bir müddət ərzində tikinti dayandırılsa da, daha sonra cavabdeh t ikintini davam etdirmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən onlara cavab yazılmışdır ki, mübahisəli torpaq sahəsi “X5 Kompani S.A” Şirkətinin hüdudları daxilində yerləşir. Tikilinin yaxınlığında quyular var ki, onlar çox təhlükəlidir. Hətta keçən həftə də partlayış olmuşdur. Həmin ərazidə evlər mövcuddur. Lakin, onlar 2005-ci il tarixdən əvvəl tikilmişdir. Ona görə də onlar bunu mübahisələndirə bilmirlər. Cavabdeh isə 2005-ci ildən sonrakı tarixdə evinin qarşısında əlavə tikinti işləri aparmışdır.

17. Apelyasiya instansiyası məhkəməsində cavabdeh izahat verərək bildirmişdir ki, evin birinci mərtəbəsi zirzəmidir, orada yaşamaq mümkün deyil. Qızının 4 övladı dünyaya gəldikdən sonra o, Prezident Adminstrasiyasına, X6 müraciətlər edib. Çünki həmin ev də uşaqların yaşaması mümkün deyildi. O, daha sonra Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edib. Evə baxış keçiriblər və ona icazə veriblər ki, həyətdə tikinti aparsın, yaşayış evi düzəltsin. Ona icra hakimiyyətindən icazə verilib, hətta onlara icra hakimiyyəti tərəfindən maddi yardım da göstərilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3138/2023 nömrəli, 08 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova, (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini əsassız sayaraq göstərmişdir ki, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsində mövcud olan köhn ə və yararsız fərdi yaşayış evi yenilənmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi 16 avqust 2005-ci il tarixli Sazişə əsasən iddiaçının istifadəsinə verilməmişdən əvvəl cavabdeh və onun ailəsi həmin torpaq sahəsində məskunlaşmış, torpaq sahəsində yaşayış evi tikilmişdir.

20. İddiaçı Yeni ünvan 4 ünvanında xx.xx.1983-cü ildə qeydiyyatda olmaqla yaşadığından və mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti işlərinin aparılmasına Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən etiraz edilmədiyindən hazırki iddia tələbi əsassızdır.

21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 29 (İİİ) maddəsinə, Mülki Məcəllənin 180.2, 180.3, 180.4-cü maddələrinə, Torpaq Məcəlləsinin 4.3, 22.2, 49.1, 50.4, 55, 68, 111-ci maddələrinə və “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39 və 44-cü bəndinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

22. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa oxşar şəkildə onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin qanunsuz tikili inşa edərək yaşadığı evin altında olan torpaq sahəsinin təyinatına görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar olmasına əhəmiyyət verməmişdir. İddiaçı öz qanuni istifa dəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etmək üçün Əhalinin təhlükəsizliyinin təmin etməli olduğuna görə bu sahədə olan qanunsuz tikililərin sökülməsini tələb etməkdə haqlıdır. Çünki neft hasil edilən zonada inşa edilmiş qanunsuz tikili həmin tikilidə yaşayan şəxslər üçün xüsusi ilə təhlükəlidir. 24. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqitəcrübəsinin bəzi məsələləri haqqında” AzərbaycanRespublikası AliMəhkəməsi Plenumunun 14 fevral 2003cü il tarixli 2 nömrəli qərarının 3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxdıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu mü əyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir.

25. Mülki Məcəllənin 708.2-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. Göründüyü kimi iddiaçının ARDNŞ-ə məxsus olan torpaq sahəsinin təyinatına uyğun lazımi qaydada istifadə etmək, bunun üçün zəruri tədbirləri görmək öhdəliyi vardır.

26. Avropa Məhkəməsinin qərarlarına istinad edərək, bir şəxsin qanuni istifadəsində olan torpaq sahəsinin həmin sahəni qanunsuz zəbt edən digər şəxsə güzəşt edilməsi yolverilməzdir. İddiaçı dövlət orqanı deyil və dövlət orqanları onun qanuni istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində yaşayış evinin tikilməsinə göz yummuşdurlarsa, bu iddiaçının təqsiri deyil və iddiaçının evi olmayan şəxsləri öz he sabına evlə təmin etmək öhdəliyi yoxdur.

27. Məhkəmə ilk əvvəl mübahisəli tikilinin ünvan 1 olmasının nə ilə sübuta yetməsini araşdırmalı idi. Bu baxımdan məhkəmə Torpaq Məcəlləsinin 9, 22-ci maddəsinin 2-ci bəndini, Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndini, Texniki təhlükəsizlik haqqında Qanunun 2-ci maddəsinin 1-ci bəndini, Mülki Məcəllənin 158.4, 180.4-cü və 708.2-ci maddələrini tətbiq etməli olduğu halda, həmin maddi hüquq normalarını tətbiq etməmiş, bununla da düzgün olmayan nəticəyə gəlmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

28. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

29. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

30. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

31. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

32. Maddə 18 0.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

33. Maddə

4. Bənd

3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.

34. Maddə

22. Bənd

2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması ü çün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

35. Maddə

49. Bənd

1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

36. Maddə

50. Bənd

4. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. Torpaqdan istifadə müddətləri həmi n torpaq sahələrini müvəqqəti istifadəyə vermiş orqanlar tərəfindən uzadıla bilər.

37. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: -müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; -hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; -məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; -vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

38. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatı ndan keçirilməsindən sonra yaranır.

39. Maddə

111. Bənd

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

40. Maddə

111. Bənd

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

41. Maddə

111. Bənd

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli Qərarı.

42. Bənd 39. 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülki yyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.

43. Bənd 44. 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmas ın. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə 24 aprel 2012-ci il tarixli qərarı.

44. Bənd

121. Məhkəmə qeyd edir ki, milli səlahiyyətli orqanlar bir neçə onilliklər ərzində ərizəçilərin ailələrini və ya əcdadlarını sıxışdırmaq üçün heç bir addım atmadıqlarına görə, faktiki olaraq Batalova Vodenitsadakı qanunsuz yaşayış qəsəbələrinə de facto dözmüşlər (bax yuxarıda paraqraf 8,17,92). Onun fikrincə, bu fakt çox vacibdir və nəzərə alınmalıdır (bax, misal üçün, Orlic, Xorvatiya, §70, yuxarıda qeyd olumuş). Qanunsuz sakinlər evlərində qalmaqdan ötrü heç bir qanuni gözlənti hüququ əldə etməsinə baxmayaraq, səlahiyyətli orqanların hərəkətsizliyi ərizəçilərin Batalova Vodenitsa ilə güclü əlaqələrin inkişaf etməsi və orada ictimai həyatın qurulm ası ilə nəticələnmişdir. Mütənasiblik prinsipi tələb edir ki, bütün icmanın həyatına aid olan və uzun müddəti əhatə edən məsələ, qanunsuz zəbt edilmiş mülkiyyətdən fiziki şəxslərin çıxarılması kimi adi işlərdən bütünlüklə fərqli vacid hesab edilsin

45. Bənd

126. Xüsusilə, ərizəçi ailələrinin uzun tarixli rahat yaşayışını və Batalova Vodenitsada qurduqları cəmiyyəti nəzərə almaq şərtilə, hazırkı məsələnin xüsusi hallarında mütənasiblik prinsipi tələb edir ki, iddiaçıların köçürülmələri nəticələrinə və onların evsiz qalmaları riskinə lazımi diqqət yetirilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etd iyi halları sübut etməlidir.

48. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.4. Mə hkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol veri lməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

57. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı inst ansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müə yyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X3rşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır.

61. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimovanın Azərbaycana qarşı” şi kayət iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, ərizəçi (Akimova) dövlət mənzil fondunun balansında olan mənzilə dair ona verilmiş order əsasında “sosial kirayə müqaviləsi” (mənzilə dair kirayə müqaviləsi) bağlamalı, həmin müqavilənin şərtlərinə görə mənzilə sahiblik etməli, mənzildən istifadə etmək hüququna malik olmalı və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna uyğun olaraq müəyyən şərtlərlə mənzil onun mülkiyyətinə pulsuz keçməli idi. Bu baxımdan onun (Akimovanın) mənzilə dair olan iddiaları “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş “mülkiyyət”nin təşkil olunması üçün kifayət qədər əsaslıdır.

62. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı Yeni ünvan 4 ünvanında xx.xx.1983-cü ildə qeydiyyatda olmaqla yaşadığından və mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti işlərinin aparılmasına Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən etiraz edilmədiyindən hazırki iddia tələbi əsassızdır.

63. Məhkəmə kolleguyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının is ə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

64. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır.

65. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

67. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “X5 Kompani S.A” Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3138/2023 nömrəli, 08 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar