Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3656/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət, buraxılmış prosessual müddətin bərpasından imtina, qətnamənin elektron kabinetə yerləşdirilməsi, prosessual müddətin axımı, müddətin buraxılma səbəbənin üzrlü olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-645/2024 nömrəli, 3 sentyabr 2024-cü il tarixli qərardadından İddiaçı MMC-nin kassasiya şikayətinə 22 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra “iddiaçı” və ya “MMC”) iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət edərək, Oğuz rayonu, X kəndində yerləşən, xx.xx.2019-cu il tarixli, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və xx.xx.2019-cu il tarixli, A 396074 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən iddiaçının icarəsində olan 9,2159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (bundan sonra “mübahisəl i torpaq sahəsi”) Cavabdeh (bundan sonra “cavabdeh”) çıxarılması, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi, 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, torpaq sahəsindən sahiblik və istifadəyə maneələrin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Oğuz Rayon Məhkəməsinin 2 fevral 2024-cü il tarixli, 2(054)-5/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehin iddiaçının icarəsinə verilmiş, mübahisəli torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, cavabdehdən 100 (bir yüz) manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. (hakim Səadət Zeynalova) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianını rədd edilməsini xahiş et mişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2024-cü il tarixli, 2(107)-645/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Oğuz Rayon Məhkəməsinin 2 fevral 2024-cü il tarixli 2(054)-5/2024 nömrəli qətnaməsinin ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Elçin Mehdiyev)
5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 14 iyun 2024-cü il tarixdə iddiaçının Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir
6. İddiaçı 07 avqust 2024-cü il tarixdə kassasiya şikayəti vermişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 avqust 2024-cü il tarixli, 2(107)-645/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti, vəkilin imzalamaması əsası i lə geri qaytarılmış, iddiaçıya 10 günlük müddət ərzində kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
8. İddiaçı qətnamədən 13 avqust 2024-cü il tarixdə təkrar kassasiya şikayəti vermişdir.
9. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti eyni əsasla, şikayətin fiziki qaydada Vəkil2 tərəfindən imzalansa da, vəkilin kassasiya şikayətini elektron imza ilə imzalamaması əsası geri qaytarılmış, iddiaçıya 19 avqust 2024-cü il tarixədək kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
10. İddiaçı qətnamədən 20 avqust 2024-cü il tarixdə təkrar kassasiya şikayəti vermişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 avqust 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayətinin elektron kabinetə yüklənərək elektron imza ilə imzalanmadığı, şikayətin MMC-nin idarə heyətinin sədrinin və vəkilinin yalnız əl imzaları ilə imzalanmaqla poçt vasitəsi ilə məhkəməyə göndərilməsi əsası ilə geri qaytarılmış və iddiaçıya əvvəlki qərardadlarla 19 avqust 2024-cü il tarixədək kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etmək hüququnun izah edilməsinin nəzərə alınması qeyd edilmişdir.
12. İddiaçı (Vəkil2) 22 avqust 2024-cü il tarixdə yenidən kassasiya şikayəti və şikayət verilməsi müddətinin bərpası barədə ərizə ilə apelyasiya instansiyası məhkəməsinə müraciət etmişdir.
13. Şəki Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-645/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Elçin Mehdiyev (sədrlik edən və mərizəçi), Ələddin Məcidov, Mahir Əsədli)
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
15. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MM-nin 405.0.1-ci maddəsində kassasiya şikayət inin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilməsi müəyyən olunur
16. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, barəsində kassasiya şikayəti verilən Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 iyun 2024-cü il tarixli qətnaməsi 14 iyun 2024-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı qanunvericiliyin tələbinə uyğun formada olan kassasiya şikayətini 22 avqust 2024-cü il tarixdə verməklə qanunvericilikdə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət buraxmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı prosessual müddətin bərpası haqqında ərizədə qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etsə də, müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizənin təmin edilməsinə əsas verəcək hər hansı bir sübutu təqdim etməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən edilmədiyi üçün ərizə təmin edilə bilməz.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130.1, 133.1, 135.5 və 402-ci maddələri ilə əsaslandı rmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsi kassasiya şikayətinin verilməsi üçün müddətin üzrlü səbəbdən buraxılmasını nəzərə almalı idi. Belə ki, prosessual müddətin buraxılmasına əsas səbəb olaraq elektron məhkəmə sistemində yeni tətbiqdən istifadə olunması zamanı yaranan texniki nasazlıqlar olmuşdur. Bunları nəzərə alaraq iddiaçı elektron kabinet vasitəsi ilə şikayəti dəfələrlə elektron məhkəmə sisteminə yükləməklə yanaşı, şika yəti hətta poçt vasitəsi ilə kağız daşıyıcıda da məhkəməyə təqdim etmişdir. Bununla da iddiaçının şikayəti verməkdə və müddəti gözləməkdə nə dərəcədə maraqlı və israrlı olduğu aydın görünmüşdür. Həmçinin, məhkəmə kassasiya şikayətinin geri qaytarılması barədə müxtəlif vaxtlarda 4 qərardad qəbul etmişdir. İddiaçı tərəfindən kassasiya şikayəti verilən zaman nəzərdə tutulan prosessual müddət pozulmamışdır. X1 Məhkəməsi qəbul etdiyi hər qərardadda yeni nöqsan aşkarlamış və bu nöqsanlar hər dəfə aradan qaldırılaraq şikayət yenidən təqdim olunmuşdur. Kassasiya şikayətinin sonuncu dəfə geri qaytarılmasına əsas olan nöqsan şikayətin əvvəlki təqdim edildiyi zamanlarda da mövcud olmuşdur. Buna baxmayaraq, məhkəmə bu nöqsanlarının hamısını ilk qəbul etdiyi qərardadda qeyd etmək əvəzinə, hər qərardadd a yeni nöqsan kimi aşkarlamış və şikayəti geri qaytarmışdır. Halbuki, məhkəmə tərəfindən hər şikayət verilən zaman qeyd edilən nöqsanlar şikayəti ilk təqdim edən zaman bildirilmiş olsaydı, şikayət bütün nöqsanlar aradan qaldırılaraq verilmiş olacaqdı və beləliklə də şikayətin verilməsi üçün nəzərdə tutulan müddət buraxılmayacaqdı. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən, məhkəmənin müraciət etmək hüququndan imtina edilməsi əsassız olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəf indən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin q ətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
24. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu bax ımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.
25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Apellyasiya instansiyasının müəyyən etdiyi işin hallarından görünür ki, barəsində şikayət verilən Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-645/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi 14 iyun 2024-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilib.
28. İddiaçı həmin qətnamədən 07 avqust–20 avqust 2024-cü il tarixləri ərzində üç dəfə kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsi hər dəfə şikayəti oxşar əsaslarla, eləcə də eyni nöqsanlar aradan qaldırılmadığı üçün geri qaytarmış, iki dəfə nöqsanların aradan qaldırılması üçün iddiaçıya vaxt müəyyən etmiş, sonuncu dəfə (21 avqust 2024-cü il tarixli qərardadla) isə iddiaçıya əlavə vaxt verməmiş, əvvəlki qərardadlarla vaxt verilməsinin nəzərə alınmasını qeyd etmişdir.
29. İddiaçı prosessual qanunvericiliyə uyğun olan kassasiya şikayətini 22 avqust 2024-cü il tarixdə ver miş, həmçinin kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə də təqdim etmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi müddətin bərpasına dair ərizə üzrə belə nəticəyə gəlmişdir ki, prosessual müddətin üzrlü səbəbdən ötürülməsi barədə cavabdehin dəlilləri əsassızdır. Çünki iddiaçı müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizənin təmin edilməsinə əsas verəcək hər hansı bir sübutu təqdim etməmiş, eləcə də iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər mövcud deyil.
31. Məhkəmə kollegiya sı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.
32. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin və müddətin bərpası barədə ərizəsinin dəlilləri ilə bağlı əlavə olaraq onu da qeyd edir ki, MPM-in 408.5-ci maddəsinə əsasən həmin Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Bu müddəanın mənasına görə, kassasiya şikayəti verildiyi anda onun verilməsinə dair prosessual hərəkət bitmiş hesab olunur, onun müvafiq apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi anınadək tamlığı təmin edilməlidir, kassasiya şikayətinin verilməsi ilə bağlı hər hansı nöqsanlar onun verilməsi üçün nəzərə tutulmuş müddətdə aradan qaldırıla bilər.
33. Kassasiya şikayətinin qaytarılması barədə qərardadın qəbul edilməsi məqamında, həmin kassasiya şikayəti ilə bağlı məhkəmə icraatına yekun vurulur, həmin kassasiya şikayətinin hər hansı prosessual dəyəri sıfıra enir və bundan sonra şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.
34. Hazırkı işdə kassator olan iddiaçının peşəkar vəkillə təmsil olunması onun Ali Məhkəməyə müraciət etməyin və şikayətin forma və məzmun tələblərinə aid olan qaydalarından xəbərsiz olmasını istisna edir.
35. Belə hallarda nəzərə alınmalıdır ki, peşəkar hüquqi yardım göstərən vəkil tərəfindən kassasiya şikayətinin tərtibi zamanı şikayətin forma və məzmun tələbinə riayət edilməməsi, vəkil orderinin əlavə edilməməsi, dövlət rüsumunun ödənilməməsi və yaxud az ödənilməsi, şikayəti n imzalanmaması, şikayətin elektron qaydada verilməməsi kimi pozuntular qəbuledilməzdir.
36. Şikayətin hər dəfə yeni əsaslarla qaytarılması barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər əsassızdır. İşdən görünür ki, şikayət üç dəfə geri qaytarılıb və hər dəfə eyni əsaslar – iki dəfə şikayətin vəkil tərəfindən imzalanmaması, bir dəfə isə şikayətin elektron qaydada verilməsi, imzanın fiziki imza olması – göstərilib.
37. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi şikayəti geri qaytararkən şikayətdə yalnız imza ilə bağlı nöqsan olmasını göstərmişdir. Üstəlik, iki dəfə həmin nöqsanın aradan qaldırılması üçün vaxt təyin edilmiş, sonuncu dəfə 19 avqust 2024-cü ilə kimi vaxt təyin edilmiş, iddiaçı isə üçüncü dəfə şikayəti 20 avqust 2024-cü ildə təqdim etmişdir. Üçüncü dəfə təqdim edilən şikayət də elektron formada təqdim və imza edilmədiyi üçün geri qaytarılmışdır.
38. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-645/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.