Məhkəmə qərarları › İş №2(102)-3656/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3656/2025

12.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3656/2025 12.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Oqtay oğlunun cavabdeh Saatlı rayon notariat ofisinə ("xxxx" ASC və Saatlı rayon İcra və Probasiya şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Oqtay oğlunun cavabdeh Saatlı rayon notariat ofisinə qarşı ("xxxx" ASC və Saatlı rayon İcra və Probasiya şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2025-ci il tarixli 2(106)-1055/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC (bundan sonra – “bank”) ilə İddiaçı Oqtay oğlu (bundan sonra – “iddiaçı”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli MK-523259/23 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Oqtay oğluna 36 ay müddətinə illik 20% dərəcəsi ilə 25 000 manat məbləğində kredit verilmişdir.

2. Eyni tarixli zaminlik müqaviləsinə əsasən X2, X1 və X4 (bundan sonra – “zaminlər”) əsas borclunun xx.xx.2023-cü il tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tam icra edilməsi üçün bank qarşısında zamin kimi məsuliyyə t götürmüşlər.

3. Bank tərəfindən iddiaçı və zaminlərə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdə qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə cəmi 24 611,59 məbləğində mövcud olan borcu 3 gün müddətində ödəmək tələb olunur. Borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır.

4. Saatlı rayon notariat ofisinin (bundan sonra – “cavabdeh”) xüsusi notariusu tərəfindən bankın xeyrinə iddiaçı və A.Quliyevadan kredit müqaviləsinə əsasən vaxtında ödənilməmiş 20 447,6 5 manat, 4 163,94 manat məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğdə dövlət rüsumu olmaqla cəmi 24 636,59 manat pul tutulması barədə 30 sentyabr 2024-cü il tarixli icra qeydi aparılmışdır.

5. Sürətli poçt daşıma xidmətinin poçt qəbzindən görünür ki, bank tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişlər iddiaçıya münasibətdə “qapı bağlıdır”, A.Quliyevaya münasibətdə “bu ünvanda yaşamır”, İ.Əzimova münasibətdə “imtina” və S.Alıyeva münasibətdə “ünvanda yaşamır” əsasları ilə geri qayıtmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli 8İ-4012 reyestr nömrəli icra qeydinin (bundan sonra – “icra qeydi”) ləğv ed ilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının Saatlı Rayon İcra və Probasiya şöbəsində barəsində 24 611,59 manat pul vəsaitinin tutulması barədə icra qeydinin olmasından və ona tələbi könüllü icra etməsi barədə 10 gün könüllü icra müddəti verilməsindən məlumatı olmamış, nə cavabdeh, nə də bank tərəfindən ona belə bir məlumat verilməmişdir. Belə tələbin olduğu barədə xx.xx.2025-ci il tarixdə məlumatı olmuşdur. Belə ki, icra qeydi tam əsassız və qanunvericiliyin normaları kobud şəkildə pozularaq aparılmışdır.

8. Bank iddiaya qarşı etirazında qeyd etmişdir ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(055)-272/2024 nömrəli qərardadı ilə iddiaçıya məxsus avtomobilin üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimat ı təmin olunmuşdur. Həmin qərardad da borclu şəxsə məhkəmə tərəfindən çatdırılmışdır. Göründüyü kimi, şəxsin bu məlumatlardan yalnız xx.xx.2025-ci il tarixdə xəbəri tutması tamamilə yalandır və icra sənədinin icra olunmaması üçün vaxt əldə etmək məqsədi daşıyır. İddiaçı icra qeydinin aparıldığı tarixdən sonrakı tarixlərdə bir neçə dəfə ödəniş etmişdir. Bu isə o deməkdir ki, iddiaçı borcunu qəbul etmişdir.

9. Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(055)-608/2025 nömrəli qətnaməsi (hakim  Vüqar Qasımov) ilə iddia təmin edilərək cavabdeh tərəfindən verilmiş icra qeydi ləğv edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, tələbkar tərəfindən borclulara bildiriş göndərilmiş olsa da, həmin bildirişin borclulara çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmamış, notarius isə qanunvericiliyin tələbini pozaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir. Göründüyü kimi icra qeydinin verilməsi zamanı “Notariat haqqında” Qanunun 76-cı maddəsinin və “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı Qərarının tələbləri pozulmuşdur.

11. Bankın iddiaçı tərəfindən icra qeydi verildikdən sonra ödənişlərin həyata keçirilməsi barədə dəlilinə münasibətdə məhkəmə vurğulamışdır ki, bank tərəfindən həmin ödənişlərin məhz iddiaçı tərəfindən ödənilməsini təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçının nümayəndəsi də həmin ödənişlərin zaminlər tərəfindən edildiyini bil dirmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 6.2-ci, “Notariat haqqında” Qanununun 76, 79-cu maddələrinə və Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a, o cümlədən Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88 və 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bank apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti bankın nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd ed ilmişdir ki, əldə edilən məlumata əsasən iddiaçı ilə zamin S.Alıyeva nişanlıdırlar, onların digər kredit təşkilatlarına da xeyli borcu olduğuna görə ölkəni tərk etmişlər və onlara məxsus telefon nömrələri ilə əlaqə saxlamaq mümkün deyil. Bu halda tələbkar olaraq bank ona məlum olan və şəxsin rəsmi qeydiyyatda olduğu ünvana bildiriş göndərməklə üzərinə düşən vəzifəni icra etmiş sayılır. “Poçt haqqında” Qanunun müddəaları deyilənləri özündə ehtiva edir. Digər halda, icra qeydinin aparılması üçün tələbkar ona məlum olmayan hallarla bağlı borclunu ölkə xaricində aşkarlayıb bildirişi ona göndərə bilməz. İndiki vəziyyətdə notariusun apardığı icra qeydində heç bir qanun pozuntusu aşkarlanmır. Digər zamin A.Quliyeva iddiaçının bacısıdır. Məhz həmin şəxslə bankın əməkdaşları mütəmadi əlaqə saxlayır, o da, öz növbəsində qardaşını xəbərdar edir və onun adından, onun vəsaiti hesabına banka ödənişlər edilir. Borclu həm icra qeydi aparıldıqdan, həm də məhkəmədə nümayəndəsi vasitəsilə iddia qaldırdıqdan sonra ödənişlər etməyə başlamışdır. Məhkəmə qanunvericiliyin tələblərini pozaraq bank tərəfindən təqdim edilən bildiriş və xəbərnamələri, eləcə də icra qeydi verildikdən sonra icra hərəkətlərinin həyata keçirilməsi zamanı qəbul edilmiş məhkəmə qərarlarını nəzərə almamış və əsassız qətnamə qəbul etmişdir. Hansı ki, həmin qərarlar işə baxan birinci instansiya məhkəməsi üçün məcburi xarakter daşımaqla yanaşı, icra icraatının aparılmasından bütün borcluların məlumatlı olmasını göstərir. Bildiriş adı ilə icra hərəkətlərinə mane olmaq üçün iddiaçının qaldırdığı iddianı təmin etməklə məhkəmə icra hərəkətlərinə mane olmağa çalışan iddiaçının yaratdığı süni əngəllərə şərait yaratmaqla dolayısı ilə bankın hüquqlarını pozmuşdur.

15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2025-ci il tarixli 2(106)-1055/2025 nömrəli qətnaməsi ilə (hakimlər: P.Əhmədov sədrlik edən və məruzəçi, İ.Əsədov və T.Heydərov) apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilmişdir.

16. Kollegiya hesab etmişdir ki, bank bu məlumatın göndərilməsi ilə bağlı üzərinə düşən bütün vəzifələri icra etmiş, icra qeydinin verilməsi ilə bağlı müraciət etməzdən əvvəl iddiaçıya, habelə zaminlərə müvafiq məlumatı göndərmişdir. Qeyd olunan səbəbdən həmin bildirişlərin borclu və zaminlərə çatdırılıb-çatdırıl maması tələbkarın qanunun tələbinə riayət etmədiyini göstərmir, yaxud da bu hal icra qeydinin ləğv edilməsinə əsas ola bilməz. Digər tərəfdən borclu hazırkı məhkəmə iclaslarında sözügedən bildirişdən məlumatsız olmasını təsdiqləyən hər hansı mötəbər sübut təqdim etməmiş, həmçinin bacısı olan zamin müvafiq bildirişi qəbul etməkdən imtina etmişdir.

17. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab etmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır.

18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 388, 448.4-cü, “Notariat haqqında” Qanunun 76-cı, MPM-in 14 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikay ətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

20. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu və “Notariat haqqında” Qanunun 76-cı maddələri üzrə iddiaçının ona məxsus avtomobilin üzərinə həbs qoyulması barədə qərardaddan məlumatlı olması onun icra qeydinin verilməsi barədə də məlumatlı olması demək deyildir. İddiaçı özü iddia ərizəsinin dəlili kimi avtomobilin üzərinə həbs qoyulduqdan sonra icra qeydi barədə məlumatı olmasını bildirmişdir. Həmin vaxtadək onun icra qeydi barədə məlumatı olmamışdır. Bundan başqa apellyasiya instansiya məhkəməsi qanunvericiliyi şərh edərkən icra q eydinin verilməsi üçün bildirişin borcluya çatdırılması deyil, göndərilməsinin əsas şərt olduğunu qeyd etmişdir. Lakin “Notariat haqqında” Qanunun 76-cı maddəsində bildirişin surətinin, onun borcluya çatdırıldığını təsdiq edən sənədin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunması tələb olunur. Göründüyü kimi qanunvericilik bildirişin borcluya göndərilməsini təsdiq edən sənədi yox, məhz çatdırılmasını təsdiqləyən sənədin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmasını müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə bildirişin çatdırılması borcun mübahisəsiz olmasının təsdiqi üçün əhəmiyyət kəsb edir və borcluya həmin tələb üzrə hər hansı mübahisəsi olduqda öz etirazını bildirmək və ya məhkəməyə müraciə t etmək üçün şərait yaradır. Hazırkı halda isə iddiaçıya bu cür bildirişin göndərilməsi və həmin bildirişin onun tərəfindən qəbul edilməsi faktı iş materialları ilə öz təsdiqini tapmadığından iddiaçı bu imkanından məhrum olmuşdur.

21. Həmçinin bildirişin borcluya çatmamasının əsası kimi qeyd olunmuşdur ki, iş materiallarında olan sürətli poçt daşıma xidmətinin poçt qəbzindən görünür ki,bank tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli bildiriş “qapı bağlıdır” əsası ilə geri qayıtmışdır. Bundan başqa bank tərəfindən verilmiş apellyasiya şikayətində də iddiaçının xarici ölkədə yaşadığı qeyd olunmuşdur. Belə olan halda xarici ölkədə yaşayan şəxsin Azərbaycan Respublikasında aparılan icra qeydi ilə bağlı necə məlumatı ola bilməsi sual yaradır.

22. MPM-in 14.2, 77.1 və 88-ci maddəl əri üzrə  iddiaçının barəsində icra qeydinin aparılacağı barədə heç bir məlumatı olmamasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir. 23. “Avşar Türkiyəyə qarşı” İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 10 iyul 2001-ci il tarixli və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarları üzrə  bank tərəfindən borclulara bildiriş göndərilmiş olsa da, həmin bildirişin borclulara çatdırıldığını təsdiqləyən sənəd olmadan notarius qanunvericiliyin tələbini pozaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Bank kassasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, icra qeydi qanunvericiliyin tələb lərinə uyğun aparılmışdır. Kassatorun şikayətinin əsasını məhz onun iddia tələbinin əsasını təşkil etmişdir. Bu məsələyə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilsə də, kassator yenə də eyni hallara istinad edərək şikayətini əsaslandırmağa çalışmışdır. Bununla yanaşı iddiaçı icra qeydini mübahisələndirməklə yanaşı xeyli məbləğdə ödəniş də aparmışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçı bu cür iddia qaldırmaqla sadəcə borcun alınması ilə bağlı icra qeydinin icrasını uzatmağa çalışır. Ona görə də kassasiya şikayətinin təmin edilməyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə

388. Öhdəlikdən bu və ya başqa məlumatı almaq hüququ irəli gə lə bilər. Məlumat verilməsi onun öhdəliyin məzmununu müəyyənləşdirmək üçün əhəmiyyətli olduğu və kontragentin belə məlumatı öz hüquqlarına xələl gətirmədən verə biləcəyi halda da təmin edilməlidir. Məlumatı alan onun verilməsi xərclərinin əvəzini mükəlləfiyyətli şəxsə ödəməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu

12. Maddə

76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarand ığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.... Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu old uğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat

13. Bənd

161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndə rir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir.... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyə n edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edil miş qüvvəsi yoxdur.

17. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

18. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

20. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır Kassasiya baxışının hədləri

21. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməs i bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

22. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 24. “Kassasiya m əhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq müəyyən edilmişdir ki, mübahisələndirilən icra qeydi verilərkən iddiaçının vaxtı çatmış, lakin icra edilməmiş borc öhdəliyi olmuş, icra qeydi verilərkən həm kreditor tərəfindən, həm də notariat orqanı tərəfindən qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələblərinə əməl edilmiş, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmiş, icra qeydi verilərkən hər hansı pozuntuya yo l verilməmişdir.

26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

27. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin ( MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

28. Həmçinin məhkəmə kollegiyasının hazırkı mövqeyi bank tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəm əsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

30. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2025-ci il tarixli 2(106)-1055/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar