Məhkəmə qərarları › İş №2(102)-3657/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3657/2023

15.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3657/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X8 (üçüncü şəxs kimi Mingəçevir Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisi cəlb olunmaqla) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: qanun üzrə birinci növbə vərəsələrin payının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, iddia tələbindən kənara çıxma) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X8 (üçüncü şəxs kimi Mingəçevir Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisi cəlb olunmaqla) qarşı qanun üzrə birinci növbə vərəsələrin payının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-385/2023 nömrəli, 3 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X14 (bundan sonra-mərhum, xx.xx.2021–ci il tarixdə vəfat etmişdir) ilə İddiaçı (bundan sonra – iddiaçı) nikahları xx.xx.2006-cı il tarixdə Mingəçevir şəhərində bağlanmış və 315 nömrə ilə qeydə alınmışdır.

2. Doğu m haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, mərhum ilə iddiaçının birgə nikahından xx.xx.2005-ci il tarixdə X3, xx.xx.2012-ci il tarixdə X11, xx.xx.2015-ci il tarixdə X13 adlı uşaqları doğulmuşdur. Birgə nikahdan doğulan Oruc adlı oğulları isə xx.xx.2011-ci ildə 2 yaşında vəfat etmişdir.

3. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, mərhum xx.xx.2005-ci il tarixdə iddiaçıdan doğulmuş X1 atası hesab edilmişdir.

4. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, mərhum ilə X4 birgə nikahından X12 xx.xx.1991-ci il tarixdə, Cavabdeh3 xx.xx.1994-cü il tarixdə, Cavabdeh1 xx.xx.1997-ci il tarixdə doğulmuşdur. 5. xx.xx.2022-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı, X3, X11, X13 mərhumun ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qalan miras əmlakını qəbul etmişlər.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi (bundan sonra- Reyestr xidməti) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mərhumun mülkiyyət hüququ xx.xx.2021-ci il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsini mərhum Mingəçevir Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində (bundan sonra – Notariat) təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1943 nömrəli bağışlanması müqaviləsi ilə iddiaçıya bəxşiş etmiş və onun mülkiyyət hüququ xx.xx.2021-ci il tarixli ********** nömrəsi ilə qeydiyyata alınmışdır.

7. Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, mərhumdan qalmış miras əmlaka dair Mingəçevir şəhər “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində xx.xx.2022-ci il tarixdə V-107/2021 saylı vərəsəlik işi açılmışdır. 8. 28.03.2022-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mərhumun ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qalan miras əmlakı qəbul etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhumdan miras qalmış, Mingəçevir şəhərinin Cəmil Əliyev küçəsində yerləşən 21 saylı evin 33 saylı mənzilinin (bundan sonra – Mənzil), Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi 22 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin (bundan sonra - 0,04 ha torpaq sahəsi) və “LF 7132E-330” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin (bundan sonra – Avtomobil) ½ hissəsi üzərində onun, qalan ½ hissəsi üzərində isə onun, uşaqlarının və cavabdehlərin miras paylarının müəyyən edilməsi, miras əmlakların yalnız onun və uşaqları tərəfindən qəbul edilməsi və həmin əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onun və uşaqlarının adına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmə iclası zamanı iddiaçı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və əlavə olaraq göstərmişdir ki, o, 2004-cü ildə faktiki nikah münasibətlərinə girməklə mərhum ilə ailə qurmuşdur. O qeyd etmişdir ki, mərhum birinci ailəsindən ayrılan zaman uşaqlarına hər cür şərait yaratmış, onları mənzillə təmin etmişdir. Mərhum birinci ailəsindən olan uşaqları nə miras qoyanın sağlığında, nə də miras açıldıqdan sonra heç vaxt onlara məxsus mənzildə yaşamamış, torpaq sahəsindən və avtomobildən istifadə etməmişlər. Bununla da cavabdehlər miras əmlakını faktiki olaraq qəbul etməmişlər. Həmçinin cavabdehlər mərhumdan miras qalmış əmlakı qanunla müəyyən olunmuş müddət ərzində notariusa ərizə verməklə də qəbul etməmişlər və bu barədə notariat kontoruna ərizəni qanunla müəyyən olunmuş müddət ərzində təqdim etməmişlər. Belə ki, cavabdehlər notariat ofisinə ərizələrini 5 ay 12 gündən sonra, yəni 28 mart 2022-ci il tarixdə vermişlər. Belə olan halda onlar mirasın qəbulu müddətini ötürmüşlər.

11. Cavabdeh iddianı qismən qəbul etdi və göstərdi ki, mərhum onun anasından ayrıldıqdan sonra iddiaçı ilə evlənmişdir. Lakin atasının sağlığında iddiaçı onu və digər cavabdehlərin atası ilə görüşməsinə və münasibət saxlamasına imkan verməmişdir. Ona görə də o, bir dəfə də olsun atasının yaşadığı mübahisəli evə getməmişdir. Həmişə də iddiaçı onu evə buraxmayacağı ilə təhdid etmişdir. Çünki atası ağır xəstə olanda o, atasının yanına getmək istəmiş, lakin iddiaçı icazə verməmişdir. Ondan sonra atası xx.xx.2021-ci il tarixdə vəfat edəndə də o, Bakı şəhərindən gəlmiş, lakin iddiaçı atasının dəfn mərasiminə buraxmayacağı i lə bağlı digər qohumları vasitəsilə onu xəbərdar etmişdir. Ona görə də o, dava-dalaş çıxmasın deyə, yas mərasiminə getməmişdir. Bununla da o, atasının qəbirni ziyarət etməklə kifayətlənmişdir. İddiaçı atasının dəfnində yalnız qardaşı Azərin iştirak etməsinə icazə vermişdir. Atasının ölümündən 40 gün keçmiş bibisi oğlu Əziz ona zəng vurmuş və mənzilin iddiaçının adına keçməsi üçün gəlib ərizə verməsini demişdir. Sonra iddiaçı qardaşı Azərdən xəbər göndərmişdir ki, 0,04 ha torpaq sahəsini onlara verir, mənzil isə onun olsun. Cavabdeh edilən təkliflə razılaşmamışdır. 2022-ci ilin mart ayında digər cavabdehlərlə birgə mirasın qəbulu barədə ərizə vermişdir. Ondan başqa iddiaçı atasının ağır xəstəliyindən istifadə edərək, ölümündən 1-2 ay əvvəl onu notariusa apararaq 0.10 ha həyatyanı torpaq sah əsinin özünə bağışlanmasına nail olmuşdur. Halbuki, həmin vaxt atası ağır xəstə olmuşdur. Ona görə də o, həmin torpaq sahəsinin də miras toplusuna daxil edilməsini istəyir. Odur ki, məhkəmədən ona çatası miras payının verilməsini xahiş edir.

12. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi Vəkil2 iddianı qismən qəbul etdi, əsasən Cavabdeh2 ilə eyniməzmunlu izahat verdi və məhkəmədən təmsil etdiyi şəxslərə çatası miras payının verilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi.

13. Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 006825 nömrəli orderin təsdiq edilmiş surətindən görünür ki, 3-cü qrup Qarabağ Müharibəsi əlili mərhumun 3 nəfərdən ibarət ailə üzvü ilə birlikdə 2 otaqdan ibarət 42,5 kv. m. yaşayış sahəsi olan C.Əliyev küçəsində 21 nömrəli evin 33 n ömrəli mənzilində yaşamağa hüququ var.

14. Reyestr xidməti tərəfindən verilmiş **********96-05101-093008 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Mənzil üzərində mərhumun tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

15. Bağışlanma müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir Bələdiyyəsi xx.xx.2015-ci il tarixdə 0,04 torpaq sahəsini mərhuma hədiyyə vermişdir. Həmin torpaq sahəsi üzərində mərhumun tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 nömrəli Qərarına uyğun olaraq Qarabağ müharibəsi əlili mərhuma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 2018-ci il 12 aprel tarixli **********9 nömrəli əmrlə “Nazlifan” markalı, mühərrik nömrəsi LF479Q3-B*180100044*, şassi nömrəsi LLV1C2A13J0380693 olan minik avtomobili pulsuz olaraq verilmişdir və həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, LF 7132E-330 minik markalı, 45BL409 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy metal rəngli avtomobil mərhumun mülkiyyətindədir.

17. Mingəçevir Regional “ASA N xidmət” mərkəzinin notariat ofisində xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş 4Ə-1943 reyestr nömrəli bağışlama müqaviləsinə əlavə edilmiş Reyestr xidməti tərəfindən verilmiş **********84 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mərhumun tam mülkiyyət hüququ xx.xx.2021-ci il tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsini mərhum notariatda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1943 nömrəli bağışlanma müqaviləsi ilə iddiaçıya bəxşiş etmiş və onun mülkiyyət hüququ xx.xx.2021-ci il tarixli ********** nömrəsi ilə qeydiyyata alınmışdır.

18. Notariat tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, mərhumdan qalmış miras ə mlakın bölüşdürülməsi haqqında mübahisə həll edilənədək, iddiaçıya vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığı qeyd edilərək, mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməsi ona tövsiyə edilmişdir.

19. Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/Q262/15 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, mərhumun adına Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 240 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Həmin aktda sonuncu yaşayış yeri olaraq “ünvan 3 ünvanı qeyd olunmuşdur.

20. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(051)-1558/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia qismən təmin edilərək, mərhumdan miras qalmış Mənzilə, 0.04 ha torpaq sahə sinə, Avtomobilə münasibətdə iddiaçı və uşaqları, cavabdehlər mərhumun birinci növbəli qanun üzrə vərəsələri tanınmış, hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir, mərhumdan məcburi pay almaq hüququ olan qanun üzrə birinci növbəli vərəsələri, iddiaçının uşaqları və cavabdehlər mərhum tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçıya bağışlanmış 0,10 ha torpaq sahəsi hesabına 6/14 hissədə məcburi payları tamamlanmış, mərhum notariat ofisində təsdiq 0,10 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 4Ə-1943 nömrəli bağışlanma müqaviləsi məcburi payın tamamlanan 6/14 hissəsində qismən etibarsız hesab edilmiş və Reyestr xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə **********4 nömrə ilə qeydiyyata alınmış **********984 nömrəli reyestr qeydi növbəli vərəsələrin məcburi miras paylarının tamamla nan 6/14 hissəsində qismən ləğv edilərək 0,10 ha torpaq sahəsinin mərhumdan miras qalmış ½ hissəsindən iddiaçının məcburi payı və bağışlanma müqaviləsi üzrə ½ hissədə payı nəzərə alınmaqla, cəmi payı 8/14 hissədə, iddiaçının uşaqlar və cavabdehlərin hər birinin miras payları 1/14 hissədə müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

21. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və onun uşaqları olan digər birinci növbəli vərəsələr miras əmlakı həm formal, həm də qeyri-formal yolla qəbul etmişlər. Belə ki, onlar mərhumdan miras qalmış Mənzildən təyinatına uyğun olaraq istifadə etməklə sahibliyi həyata keçirmiş, həmçinin miras mülkün qorunub saxlanmasını və abadlaşdırılmasını təmin etməklə mirası faktiki idarə etmişlər. Həmçinin iddiaçı uşaqları ilə birlikdə miras açıldıqdan 4 ay sonra notariat ofisinə mirasın qəbuluna dair ərizə ilə müraciət etmişlər. Digər tərəfdən cavabdehlər isə iddiaçı ilə mübahisəli münasibətdə olduqlarına görə miras əmlakı faktiki yolla qəbul etmək imkanlarına malik olmadıqları üçün miras açıldıqdan 5 ay sonra mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə verməklə mirasın qəbul edilməsinin formal üsulunu həyata keçirmişlər. Bununla da onlar mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün qanunda nəzərdə tutulmuş 6 aylıq müddəti ötürməmişlər. Eləcə də işin müəyyən edilmiş hallarına görə iddiaçı ilə cavabdehlər arasında ilk növbədə qarşılıqlı razılıq əsasında mirasın bölüşdürülməsi ilə bağlı müzakirələr olmuşdur. Sonradan razılıq əldə edilmədiyinə görə hər iki tərəf notariusa müraciət etmişdir. Bu da o nəticəyə gələməyə əsas ve rir ki, cavabdehlər də mirasın qəbul edilməsi istiqamətində real davranış nümayiş etdirmişlər.

22. Mərhum tərəfindən 0,10 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə iddiaçıya bağışlanmışdır. Həmin torpaq sahəsinin bağışlanmasından 1 ildən artıq müddət keçmişdir. İddiaçı və onun uşaqları, cavabdehlər mərhumun qanun üzrə birinci növbəli vərəsələri olduqlarına görə məcburi pay hüququna malik olan şəxslər sırasına daxildirlər. Həmin əmlak mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Ona görə də cavabdehlərin miras qoyan tərəfindən bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etmək hüquqları vardır.

23. Bununla yanaşı məhkəmə iddia tələbinin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi hissəsini əsaslı hesab etmir. Belə ki, vərəsəlik hüququ haqqında şəhadətnamə notariat orqanları tərəfindən verildiyinə görə iddiaçı həmin tələblə bağlı notariat orqanına mürciət etmək hüququna malikdir.

24. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 337, 389, 390, 567, 646, 1133, 1134, 1145, 1146, 1151.1, 1243, 1246, 1248, 1255, 1268-ci maddələri, "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsi ilə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin tam şəkildə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlər mərhumdan miras qalmış əmlakı qanunla mü əyyən olunmuş müddət ərzində qəbul etməmişlər və bu barədə notariat kontoruna ərizəni qanunla müəyyən olunmuş müddət ərzində təqdim etməmişlər. Belə ki, cavabdehlər notariat ofisinə ərizələri 28 mart 2022-ci il tarixdə vermişlər. Mərhum 16 oktyabr 2021-ci il tarixdə rəhmətə getmişdir. Cavabdehlər isə qanunla nəzərdə tutulmuş 3 aylıq müddəti ötürməklə 28 mart 2022-ci il tarixdə, yəni 5 ay 12 gündən sonra ərizələri notariat ofisinə təqdim etmişlər. Belə olan halda onlar mirasın qəbulu müddətini ötürmüşlər. Eyni zamanda da cavabdehlər miras əmlakı faktiki olaraq da qəbul etməmişlər. Bu halları məhkəmə iclasında cavabdeh Cahan Abdullayeva da təsdiq etmişdir. Eyni zamanda cavabdeh Cahan Abdullayeva məhkəmə iclasında verdiyi izahatında miras qalmış əmlakları qəbul etmək niyyətinin olmadığını, ya lnız prinsipə miras qalmış əmlaklardan pay istədiyini bildirmişdir. Bundan başqa məhkəmə iclasında cavabdeh Cahan Abdullayeva atasının ölümündən xəbərinin olduğunu, həmin gün, yəni 16 oktyabr 2021-ci il tarixdə atasının məzarı üstünə getdiyini bildirmişdir. Lakin birinci instansiya məhkəməsi bu halların heç birini nəzərə almamış, cavabdehlərin qanunla nəzərdə tutulmuş qaydada mirası qəbul etmə müddətinin ötürmələrinə heç bir hüquqi qiymət verməmişlər. Məhkəmə qərar verən zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumun 14 oktyabr 2022-ci il tarixli qərarına istinad edərək, həmin qərarda mirasın qəbulunun formal və qeyri-formal üsullarının fərqləndirildiyini, m irasın qəbul edilməsi üçün miras açıldığı vaxtdan sonra 6 aylıq müddət müəyyən edildiyini, həmin müddətin isə mirasın qəbulunun formal üsulu üçün nəzərdə tutulmuş müddət olduğunu qeyd etmişdir. Hesab edirəm ki, Mingəçevir Şəhər Məhkəməsi həmin hissə ilə bağlı düzgün qərara gəlməmişdir. Çünki, Mülki Məcəllənin 1246-cı maddəsində vərəsənin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə biləcəyi göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 14 oktyabr 2022-ci il tarixli qərarında 6 aylıq müddətin mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddət olduğunu qeyd etmişdir. Yəni Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulmuş 3 aylıq müddəti dəyişməmiş, sadəcə olaraq miras ın qəbulunun rəsmiləşdirilməsi kimi 6 aylıq müddət müəyyən olduğunu qeyd etmişdir.

27. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiya məhkəməsi) 2(107)-385/2023 saylı, 3 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “mərhum X14 tərəfindən Notariatda təsdiq edilmiş 0,10 ha torpaq sahəsinə dair xx.xx.2021ci il tarixli 4Ə-1943 nömrəli bağışlanma müqaviləsinin məcburi payın tamamlanan 6/14 hissəsində qismən etibarsız hesab edilməsi və Reyestr Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə **********4 nömrə ilə qeydiyyata alınmış **********984 nömrəli reyestr qeydinin birinci növbəli vərəsələrin məcburi miras paylarının tamamlanan 6/14 hissəsində” qismən ləğv edilərək, həmin hissə q ətnamədən xaric edilərək, 0,10 ha torpaq sahəsindən iddiaçının payı olaraq müəyyən edilmiş 8/14 hissəyə “yəni 14.286 manat” ifadəsi, iddiaçının uşaqları və cavabdehlərin hər birinin miras payları olaraq müəyyən edilmiş 1/14 hissəyə “yəni 1786 manat” ifadəsi əlavə edilməklə qətnamə həmin hissədə dəyişdirilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi qərarını belə əsaslandırmışdır ki, məcburi paya dair mübahisəyə baxan məhkəmə əvvəlcə miras kütləsinə daxil olan əmlaka və ya onun bir hissəsinə vəsiyyətnamə (yaxud son iki ildə bağışlama) ilə sərəncam verilib-verilmədiyini aydınlaşdırılmalıdır. Əgər verilmişsə, həmin sərəncamların predmeti olan və olmayan bütün miras kütləsi (vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədl ər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak) hesaba alınmaqla uşaqların, valideynlərin və arvadın-ərin bu mirasdan qanun üzrə vərəsəliklə almalı olduqları payı müəyyən etməlidir. Həmin payın yarısı isə məcburi paydır ki, məhkəmə qeyd olunan sərəncamlarla onun pozulub-pozulmadığını aydınlaşdırmalıdır. Bunun üçün həmin vərəsələrin bütün mirasdan almalı olduqları dəyər tapılmalı və qanun üzrə vərəsəlik qaydasında bu dəyəri əldə edibetmədikləri (yaxud mirasın bölüşdürülməsi ilə onu əldə edib-etməyəcəkləri) yoxlanılmalıdır. Bu yoxlama nəticəsində vəsiyyət edilən (bağışlanan) əmlakın miras kütləsinin hansı məbləğdə olan hissəsini əhatə etdiyi, dolayısı ilə miras qoyanın verdiyi sərəncamların qanunla müəyyən edilən həddi aşıb-aşmadığı (məcburi pay sahiblərinin almalı olduqları minimum paya müdaxilə edib-etmədiyi) məlum olur. Tamamlanma tələbi irəli sürüldüyü zaman bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193, 1151.1, 1195, 1196 və 1200-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1, 372.7, 386, 387-ci maddələrinə, "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsi ilə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. Bununla bərabər apellyasiya instansiyası məhkəməsi qərar verən zaman yalnız məcburi pay üzrə qərar verərək mirasın qəbul edilmə müddətinin ötürülməsi ilə bağlı qərar verməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1195-ci maddəsinə əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə y etirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 1200-cü maddəsinə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. 1243.2-ci maddəsinin tələblərinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3–cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahib lik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci madd əsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, mübahisə sadəcə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariuslar vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər. Beləliklə, vərəsələr arasında razılıq əldə edilmədiyi təqdirdə vərəsələrin dairəsinin və ya vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisənin həll olunması üçün məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsini n 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasə n, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxа rıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü mаddəsinə əsаsən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünm əz olduqda isə tam yoxlayır. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya insta nsiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfində n qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən İddiaçı payı olaraq müəyyən edilmiş 8/14 hissəyə “yəni 14.286 manat” ifadəsi, X1, X5, X6, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, Cavabdeh3 hər birinin miras payları olaraq müəyyən edilmiş 1/14 hissəyə “yəni 1786 manat” ifadəsinin əlavə edilməklə qətnamənin dəyişdirilməsi” hissəsində, “X2 məcburi pay almaq hüququ olan qanun üzrə birinci növbəli vərəsələri, X1, X5, X6, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, Cavabdeh3 mərhum X14 tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı bağışlanmış ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi hesabına 6/14 hissədə məcburi paylarının tamamlanması” və “ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinin mərhum X7 miras qalmış ½ hissəsindən İddiaçı məcburi payı və bağışlanma müqaviləsi üzrə ½ hissədə payı nəzərə alınmaqla, cəmi payı 8/14 hissədə, X1, X5, X6, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, Cavabdeh3 hər birinin miras paylarının 1/14 hissədə müəyyən edilməsi” hissəsində ləğv edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədlərini və hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.

37. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 qeyd etmişdir ki, iddiaçı atasının ağır xəstəliyindən istifadə edərək, ölümündən 1-2 ay əvvəl onu notariusa aparmış və 0,10 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsinin özünə bağışlanmasına nail olmuşdur. Halbuki, həmin vaxt atası ağır xəstə olmuşdur. Ona görə də o, həmin torpaq sahəsinin də miras toplusuna daxil edilməsini və məh kəmədən ona çatası miras payının verilməsini xahiş etmişdir.

38. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbində iddia tələbini qismən təmin edilməklə yanaşı 0,10 ha torpaq sahəsi ilə bağlı tələbə də münasibət bildirmiş və ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi hesabına X2 məcburi pay almaq hüququ olan qanun üzrə birinci növbəli vərəsələri, X1, X5, X6, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, Cavabdeh3 6/14 hissədə məcburi paylarının tamamlanması, həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 4Ə1943 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi məcburi payın tamamlanan 6/14 hissəsində qismən etibarsız hesab edilməsi və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə ********** 4 nömrə ilə qeydiyyata alınmış **********984 nömrəli reyestr qeydi birinci növbəli vərəsələrin məcburi miras paylarının tamamlanan 6/14 hissəsində qismən ləğv edilməsi qət edilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırki iş üzrə iddia tələbində belə bir tələb mövcud olmamışdır. Qanunvericliyə əsаsən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göründüyü kimi, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbindən kənara çıxmışdır.

40. Eyni zamanda apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq apellyasiya şikayəti verməmişlər. Hazırki apellyasiya baxışı iddiaçının verdiyi apellyasiya şikayəti əsasında başlandığından, hazırkı apellyatorun ziyanına qətna mə qəbul edilə bilməz. Bu səbəbdən, məhkəmə kollegiyası X1, X5, X6, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, Cavabdeh3 bağışlanmış torpaq sahəsi hesabına məcburi paylarının tamamlanması formasının hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsində göstərildiyi kimi saxlanılmalı olduğunu, lakin payların konkret rəqəmlərlə ifadə edilmiş dəyərləri müəyyən edilməli olduğunu müəyyən etmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd olunan miras əmlakı mübahisələndirir:

1. Mingəçevir şəhərinin Cəmil Əliyev küçəsində yerləşən 21 saylı evin 33 saylı mənzil; 2.Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi 22 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi; 3. “LF 7132E-330” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil.

42. Cavabdehlər iddiaçının mülkiyyətində olan 0.10 ha torpaq sahəsini yalnızca şifahi qaydada mübahisələndirmiş və məhkəmələr də yanlış olaraq həmin hissədə tələbə qiymət vermişlər. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxmaqla qətnamə qəbul etdiyini qeyd etsə də, yenidən iddiaya qiymət verərkən eyni səhvi təkrarlamış, ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən İddiaçı payı olaraq müəyyən edilmiş 8/14 hissəyə “yəni 14.286 manat” ifadəsi, X1, X5, X6, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, Cavabdeh3 hər birinin miras payları olaraq müəyyən edilmiş 1/14 hissəyə “yəni 1786 manat” ifadəsi əlavə edilməklə qətnamə həmin hissədə dəyişdirilməsi barədə qətnamə qəbul etmiş, iddia tələbində mübahisələndirilməyən torpaq sahəsinə ko nkret rəqəmlərlə ifadə edilmiş dəyər müəyyən etmişdir. Bununla da, Mülki Prosessual Məcəllənin dispozitivlik prinsipinin tələblərini və hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur.

43. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi əgər qanunda göstərilən müstəsna hallar mövcud deyilsə, yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar qəbul etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müva fiq olaraq qiymət verməlidir.

44. Eyni zamanda prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının 3 may 2023-cü il tarixli, 2(107)385/2023 nömrəli qətnaməsi “ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən İddiaçı payı olaraq müəyyən edilmiş 8/14 hissəyə “yəni 14.286 manat” ifadəsi, X1, X5, X6, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, Cavabdeh3 hər birinin miras payları olaraq müəyyən edilmiş 1/14 hissəyə “yəni 1786 manat” ifadəsinin əlavə edilməklə qətnamənin dəyişdirilməsi” hissəsində, “X2 məcburi pay almaq hüququ olan qanun üzrə birinci növbəli vərəsələri, X1, X5, X6, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, Cavabdeh3 mərhum X14 tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı bağışlanmış ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi hesabına 6/14 hissədə məcburi paylarının tamamlanması ” və “ünvan 1 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinin mərhum X7 miras qalmış ½ hissəsindən İddiaçı məcburi payı və bağışlanma müqaviləsi üzrə ½ hissədə payı nəzərə alınmaqla, cəmi payı 8/14 hissədə, X1, X5, X6, Cavabdeh1, Məmmədova (Abdullayeva) Cahan Xanbaba qızının, Cavabdeh3 hər birinin miras paylarının 1/14 hissədə müəyyən edilməsi” hissələrində ləğv edilsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar