Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3659/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə (Abşeron rayonu 1 saylı Notariat Kontoru müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) QƏRARİ (Açar sözlər: müqavilənin bağlanmış sayılması) Azərbaycan Respublikası Ali Məhkəmə sinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2025-ci il tarixli, 2(106)-1386/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. xx.xx.2006-cı il tarixli etibarnamənin surətinə əsasən, X2 Həsən Sabir oğluna (bundan sonra mətndə-iddiaçı) etibarnamə vermişdir. Həmin etibarnamə ilə Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07/716 nömrəli həyətyanı torpaq sahəsinin satılması haqqında qərarına əsasən özünə məxsus ünvan 1i ərazisində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi, torpaq sahəsinin və həmin yaşayış evinin onun adına sənədləşdirilməsi, hər iki daşınmaz əmlakın adına özəlləşdirilməsi ilə əlaqədar səlahiyyətli nümayəndəsi olmağı, onu bütün dövlət orqanlarında, o cümlədən Abşeron rayonu, Məmmə dli Bələdiyyəsində, DƏDRX Abşeron Ərazi İdarəsində təmsil etməyi, adından ərizələr verməyi, ona çatası bütün sənədləri, o cümlədən torpağa mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarışı və fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları, 1 nömrəli forma arayışları almağı, aldığına dair imza etməyi, daha sonra hər iki daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə əlaqədar notariat kontorunda alqı-satqı müqavilələrini rəsmiləşdirməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. Etibarnamə 10 il müddətinə verilib və xx.xx.2016-cı ilədək qüvvədədir; 3. 0011515 nömrəli xx.xx.2007-ci il tarixli çıxarışın surətinə əsasən, ünvan 1i ərazisində yerləşən 0,0 8 ha həyətyanı torpaq sahəsi X9 mülkiyyətində olmuşdur;
4. Notariat qaydasında təsdiq olunmuş xx.xx.2008-ci il tarixli ərizəsində ünvan 1i ünvanında yaşayan X18 göstərmişdir ki, “hal-hazırda subayam, heç kimlə rəsmi nikah qeydiyyatım yoxdur. Satdığım torpaq sahəsi ilə bağlı gələcəkdə yarana biləcək hər hansı maddi tələb üzrə məsuliyyəti öz üzərimə götürürəm”; 5. 27.09.2011-ci il tarixli etibarnamənin surətinə əsasən, X3 Əli Qasım oğluna etibarnamə vermişdir. Həmin etibarnamə ilə MH ******* nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsinin üzərində tikinti işləri aparmağı, tikilinin özəlləşdirilməsi ilə əlaqədar olaraq sənədləri toplamağı, qeyd edilmiş torpaqla əlaqədar olaraq hər hansı bir dövlət orqanlarından ona çatası kompensasiyanı almağı, onu bütün dövlət orqanları nda, müəssisələrdə, idarələrdə, təşkilatlarda, notariat və bələdiyyə orqanlarında, qeydiyyat şöbəsində təmsil etməyi, sənədləşmə işlərini aparmağı, əvəzində lazımi sənədləri və ərizələri imzalamağı, arayışları və digər sənədləri almağı, məhkəmə və icra hakimiyyəti orqanlarından müvafiq arayış, qərar və sərəncamları almağı, əvəzində müvafiq iddia ərizəsini imzalamağı, məhkəmə qərarlarının icrası orqanlarında onu təmsil etməyi, qanunla iddiaçıya, cavabdehə, İİİ şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və qismən etiraf etmək və ya onlardan imtina etmək hüququ ilə bütün məhkəmə orqanlarında ona aid mülki işləri aparmağı, onu dövlət notariat kontorunda və digər orqanlarda təmsil etməyi, VVADQ orqanlarından lazımi arayışl arı, Dövlət Totpaq və Xəritəçəkmə Komitəsindən kadastr layihəsini almağı, toplanmış sənədləri DƏDRX Abşeron Ərazi İdarəsinə təhvil verib ona çatası çıxarışı almağı, 0,08 ha torpaq sahəsinin və üzərində tikilmiş tikilinin özgəninkiləşməsinə dair arayış, forma nömrə 1 alıb mülkiyyətə üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və bu işlə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. Bu etibarnamə ilə səlahiyyətlər digər şəxslərə verilə bilər. Etibarnamə 50 il müddətinə verilib və xx.xx.2061ci ilədək qüvvədədir;
6. AZ-İİ 076868 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən, X18 ilə X7 (bundan sonra mətndə-cavabdeh) xx.xx.2015 -ci il tarixdə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir;
7. AZ-İİ 285475 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2022-ci il tarixdə ölmüşdür;
8. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli şəhadətnamənin surətinə əsasən, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsələri: arvadı olan cavabdeh, qızı -X19 (d/t-xx.xx.2018-ci il), oğlu -X16 (d/t-xx.xx.2014-cü il) və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə X14 verilmiş **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsində n ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı cavabdehə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Abşeron rayonu 1 saylı Notariat Kontoru cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon Məmmədli Bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli 07/716 nömrəli qərarı ilə Abşeron rayon Məmmədli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün həmin kəndin sakini mərhum X1. Həmin torpaq s ahəsi üzərində X9 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün o, torpaq sahəsini notarial qaydada sata bilmədiyinə görə, aralarında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən iddiaçıya 8000 ABŞ dolları məbləğində pul vəsaiti qarşılığında (gələcəkdə alıcı tərəfindən torpağın öz vəsaiti hesabına öz adına rəsmiləşdirilməsi şərti ilə) satmışdır. Torpaq sahəsinə alıcı olan iddiaçı tərəfindən 7 avqust 2006-cı il tarixdə baxış keçirilməsi, torpağın dəyəri qismində 8000 ABŞ dolları məbləğində pul vəsaitinin satıcıya verilməsi və onun əvəzində X18 tərəfindən torpaq sahəsinin yerində təhvil verilməsi, Abşeron rayon Məmmədli kənd sakinləri Dadaşov Əliağa Babaş oğlu və X6 iştirakları ilə baş tutmuşdur. Bundan başqa Namiq Əliyev notariat ofisində təsdiq olunmuş, müba hisəli torpaq sahəsinin rəsmiləşdirilməsinə, onun barəsində sərəncam verilməsinə dair iddiaçıya həm xx.xx.2006cı il tarixli baş etibarnaməni, həm də Abşeron rayon torpaq şöbəsinin rəyini, torpaqların alqısatqısına dair aktı və Bələdiyyənin torpaqayırma qərarını təqdim etmişdir. Bununla da iddiaçı ilə mərhum X18 arasında 0,08 ha torpaq sahəsi ilə bağlı əldə olunmuş razılaşma sonuncunun verdiyi 7 avqust 2006-cı il tarixli etibarnamə və notariat qaydasında təsdiq edilmiş ərizəsi ilə yazılı formada rəsmiləşdirilmişdir. Yuxarıda göstərilən sənədlər iddiaçı tərəfindən dövlət rüsumu və xidmət haqqı ödənilməklə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim edilmiş və İdarə tərəfindən 0,08 torpaq sahəsi dövlət qeydiyyatına alınaraq bu barədə Namiq Əliyevin adına xx.xx.2007-ci il tarixdə **********30 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü adlı sənədlər Namiq Abdullayevin adına verilmişdir. İddiaçının gələcəkdə torpaqla bağlı çətinliklərlə üzləşəcəyindən ehtiyatlandığını nəzərə alaraq, Namiq Əliyev özünün rəsmi nikahda deyil, subay olması və satdığı həmin torpaq sahəsi ilə bağlı gələcəkdə yarana biləcək hər hansı maddi tələb olarsa onun məsuliyyətini öz üzərinə götürəcəyi barədə notarial qaydada təsdiq edilmiş ərizəni də iddiaçıya təqdim etmişdir. Əliyev Namiqin adına başqa yerdə ümumiyyətlə torpaq sahəsi qeydə alınmamışdır. Sonradan iddiaçı təhsil almaq üçün xarici ölkəyə getməsi, ona verilmiş etibarnamənin müddətinin 2016-cı ildə bitməsi və həmin etibarnamə ilə torpağın öz adına alqı-satqı qaydasında keçirilməsinin mümkün o lmayacağını nəzərə alaraq Namiq Əliyevə dostu X10 adına yeni etibarnamə verilməsini təklif etmişdir. Namiq Əliyev 2 sentyabr 2011-ci il tarixdə Notariat ofisində təsdiq edilmiş baş etibarnaməyə əsasən Əli Hüseynova 0,08 ha torpaq sahəsi üzərində 50 il müddətinə sərəncam vermə hüququ vermişdir. Həmçinin əvvəllər Namiq Əliyev ilə iddiaçı aralarındakı razılaşmaya və müqaviləyə uyğun olaraq, yuxarıda göstərilən torpaq sahəsini iddiaçıya naturada (yerində) təhvil verdikdən sonra o, 07 avqust 2007-ci il tarixdən bu günə qədər Abdullayevlər ailəsi həmin torpaq sahəsinə sahiblik edir və ondan istifadə edir. Cavabdehlər həmin torpaq sahəsindən, Abdullayevlər ailəsinin onu hasara almaqla və abadlıq işləri aparmaqla açıq-aşkar və fasiləsiz istifadəsinə 19 il ərzində hər hansı etiraz bildirməmiş, heç bir tələblər irəli sürməmiş və göstərilən müddət ərzində müvafiq müqaviləni etibarlı əqd kimi qəbul etdiklərini öz davranışları ilə nümayiş etdirmişlər. İddiaçı cavabdehlərin bu davranışına güvənərək sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirməmişdir. Hal-hazırda Əli Hüseynov torpağı, onun əsl sahibi olan iddiaçının adına rəsmiləşdirilməsi üçün notariusa müraciət edərkən, X9 vəfat etdiyini və onun verdiyi etibarnamənin qüvvədən düşməsi səbəbindən həmin torpaq barədə əqdin bağlanması mümkün olmadığını öyrənmişdir. Mübahisəli torpaq sahəsinin, mərhum X9 adından notarial qaydada iddiaçının adına keçirilməsindən, torpağın yerləşdiyi ərazini belə tanımayan, cavabdehlər boyun qaçırırlar.
11. Cavabdehin nümayəndəsi - vəkili Nümayəndə2 iddianı qəbul etməmiş və izahatında gö stərmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçıya satılmamışdır. Əgər satılsa idi, hazırkı iş üzrə cavabdehin də məlumatı olardı. Torpaq sahəsinin alqı-satqısına dair tərəflər arasında hər hansı bir yazılı sənəd yoxdur. Namiq 2015-ci ildə cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların nikahlarından 2 uşaqları anadan olmuşdur. Cavabdeh tərəfindən Namiqin 2022-ci ildə ölümündən sonra mirasın qəbulu ilə bağlı notarius ofisinə müraciət olunmuş, özünün və uşaqlarının adına vərəsəlik hüququ haqqında şəhadətnamə alınmışdır. İddianın təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 12.Ağcabədi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) e2(017)-1057/2025 saylı işi üzrə xx.xx.2025-ci il ta rixli qətnaməsi ilə (hakim E.B.Quliyev) iddianın təmin edilməsi, iddiaçı ilə mərhum X18 aralarında ünvan 1i ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin 7 avqust 2006-cı il tarixdən bağlanmış hesab edilməsi, Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli 2V-55 nömrəli şəhadətnamə və onun yaratdığı bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir. 13.Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə mərhum X18 arasında ünvan 1i ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı əldə olunmuş razılaşma sonuncunun verdiyi 7 avqust 2006-cı il tarixli etibarnamə və notariat təsdiqili ərizəsi ilə yazılı formada rəsmiləşdirilmiş, həmin torpaq sahəsini 8000 ABŞ dollarına iddiaçıya satmışdır. Həmin vaxtdan da iddiaçı maneəsiz olaraq 19 il ərzində göstərilən torpaq sahəsindən öz mülkiyyəti kimi istifadə edir. Bu hal iddiaçının torpaq sahəsinə qanuni sahibliyinin göstəricisi sayılmalıdır. Belə olan halda tərəflər arasında mübahisəli torpaqla bağlı mövcud razılaşmanın onların iradəsi ilə əhatə edildiyini tam sübut edir. 14.Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə mərhum X18 arasında ünvan 1i ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı əldə olunmuş razılaşma və sonuncunun verdiyi 7 avqust 2006-cı il tarixli etibarnamə və notariat təsdiqli ərizəsi ilə yazılı formada rəsmiləşdirilmiş, mübahisəli torpaq sahəsi həmin tarixdən iddiaçının sahibliyinə keçmiş və hazırkı vaxta kimi sonuncu istifadəsində olan mübahisəli torpaq sahəsi üzrə qanuni gözləntiyə malikdir. 15.Göstərilən torpaq sahəsinin alqı-satqısına dair əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməmişdir, bu hal əvvəllər torpaq sahəsinin qoruq ərazisində yerləşməsi ilə sonradan isə əks tərəfin ölümü ucbatından baş vermişdir. Bu əqd qanuna zidd deyildir və tərəflər əqdin sadə yazılı formada tərtib edilməsinə dair tələbə əməl etmişlər. Odur ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. 16.Bundan başqa, iddia tələbinin qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli 2V-55 nömrəli şəhadətnamə və onun yaratdığı bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi hissəsi ilə bağlı məhkəmə hesab edib ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, iddiaç ı ilə mərhum X18 arasında ünvan 1i ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı əldə olunmuş razılaşma və sonuncunun verdiyi, 7 avqust 2006-cı il tarixli etibarnamə və notariat təsdiqli ərizə ilə yazılı formada rəsmiləşdirilmiş faktiki alqı-satqı müqaviləsi etibarlı və bağlanmış hesab edildiyindən, Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli 2V-55 nömrəli şəhadətnamə və onun yaratdığı bütün hüquqi nəticələr etibarsız hesab edilməlidir. 17.Qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə hesab edib ki, iş üzrə 100 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya verilməlidir. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.1.2, 16.1, 358, 360.2, 404.1, 404.2, 425.1, 560.1 və 560.2-ci maddələrinə, “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının qanunun 17-ci maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1– ci maddəsinin birinci hissəsinə, Avropa Məhkəməsinin “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə 2010-cu il 27 may tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarına, Azərbaycan Respublikasının Konstitusiya M əhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına, “B.Qasımovun şikayəti üzrə” 09 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat: 19.Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 23 iyun 2025-ci il tarixli, e-2(017)-1057/2025 nömrəli qətnaməsinin ləğv edilə rək, iddia tələbinin təmin edilməməsi, iş üzrə cavabdeh tərəfindən ödənilmiş vəkil haqqının iddiaçıdan tutularaq cavabdehə ödənilməsi və ərizənin təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının təhsil almaq üçün xaricə getməsi barədə sübut olmadan hesab etmişdir ki, iddiaçı təhsil almaq üçün xarici ölkəyə getməsi, ona verilmiş etibarnamənin müddətinin 2016-cı ildə bitməsi və həmin etibarnamə ilə torpagın öz adına alqı-satqı qaydasında keçirilməsinin mümkün olmayacağını nəzərə alaraq Namiq Əliyevə dostu X10 adına yeni etibarnamə verilməsini təklif etmişdir. Cavabdeh bildirib ki, iddiaçıya verilən etibarnamənin müddəti 07.08. 2016-cı ildə bitirdi. Əli Hüseynova isə 2-ci etibarna mə xx.xx.2011-ci il tarixdə verilib. Etibarnamə müddətinin bitməsi vaxtı bir bəhanədir çünki, 2-ci etibarnamə veriləndə 1-ci etibarnamənin müddətinin bitməsinə 5 il vaxt qalırdı. Bütün bu iddiaçının bildirdiyi sübutsuz sözləri məntiqlə, sübutlarla araşdırılmadan qətnamədə də hakim tərəfindən qeyd edilməsi işin necə qərəzli “araşdırılmasının” əyani göstəricisidir. Cavabdeh əlavə olaraq qeyd edib ki, məhkəmə məhkəmə iclasında tədqiq olunmayan ve cavabdeh tərəfə məlum olmayan sübutlar əsasında qənaətə gəlib ki, tərəflər torpağı naturada (yerində) bir-birinə təhvil veriblər və iddiaçı və ailə üzvləri 19 ildir həmin torpaqdan fasiləsiz sahiblik və istifadə edirlər. Cavabdeh arqumentini onunla əsaslandırıb ki, iddiaçı və atası Nümayəndə3 2006-cı il tarixində ünvan 2 ünvanda sonradan isə və hal -hazırda da ünvan 3 ünvanda pasport qeydiyyatındadırlar. Abşeron rayonu Məmmədli kəndindəki torpaq sahəsinə Bakı şəhərində yaşaya-yaşaya 19 il fasiləsiz sahiblik və istifadə etmələri isə mümkünsüzdür. Birinci instansiya məhkəməsi bildirmişdir ki, cavabdehlər həmin torpsaq sahəsindən, Abdullayevlər ailəsinin açıq-aşkar və fasiləsiz istifadəsinə 19 il ərzində hər hansı etiraz bildirməmiş, heç bir tələblər irəli sürməmiş və göstərilən müddət ərzində müvafiq müqaviləni etibarlı əqd kimi qəbul etdiklərini öz davranışları ilə nümayiş etdirmişlər. Cavabdeh isə bildirib ki, ilk növbədə tərəflər arasında məhkəmənin əsaslandığı müqavilə müəyyən olunmamışdır, həmçinin torpaq sahəsi xx.xx.2007-ci ildən X23in adına dövlət qeydiyyatına alınıb və MH seriyalı ******* nömrəli çıxarışla onun mülkiyyətindədi r. Cavabdeh qeyd edib ki, etiraz etmək üçün hər hansı bir əsas yoxdur, cünki iddiaçı həmin torpaq sahəsində hansısa tikili inşa etməyib. İş üzrə qətnamə qəbul edən məhkəmə bildirib ki, torpagın iddiaçının adına rəsmiləşdirilməsi üçün notariusa müraciət olunmuş, X9 vəfat etdiyinə görə onun verdiyi etibarnamənin qüvvədən düşməsi səbəbindən həmin torpaq barədə əqdin bağlanması mümkün olmamışdır. Lakin cavabdeh göstərib ki, Namiq Əliyev rəhmətə gedib xx.xx.2022-ci il tarixdə, lakin etibarnnamə verilib 2006-cı il tarixdə. Torpaq isə mülkiyyətə keçib 2007-ci il tarixdə. Əgər tərəflər arasında alqı-satqı şifahi qaydada razılaşdırılmışdısa, tərəflər arasında 15 il ərzində xx.xx.2007-ci ildən 2022-ci ilədək alqı-satqı müqaviləsinin bağlanmamasının səbəbi müəyyən edilməmişdir. Cavabdeh tərəf bildiri b ki, məhkəmənin məhkəmə iclasında tədqiq edilməyən hansı sübutla, belə ki, cavabdeh tərəf olaraq nə məhkəmə iclasında, nə də elektron məhkəmə sistemində mülki işin kabinetində bu sübutları görməmişdirlər, torpaq sahəsinin qoruq ərazisinə düşdüyü və torpaq sahəsinin qoruq ərazisinə düşüyü üçün rəsmiləşdirməyə icazə verilmədiyini müəyyən etmək mümkün olmayıb. Həmçinin hansı notariat orqanının bu əsasa görə alqı-satqı notariat əməliyyatından imtina etməsi də göstərilməyib. Əgər, həmin torpaq sahəsi qoruq ərazisinə düşürdüsə Namiq Əliyevin adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq ona bu barədə tam mülkiyyət hüququ ilə çıxarış verilməsi də mümkünsüz olmalıydı. Mülkiyyətdə olan torpaq sahəsinin alqı-satqı olunmasına hec kim tərəfindən məhdudiyyət qoyula bilməz. Cavabdeh qeyd ed ib ki, məhkəmə qətnaməsini oxuyarkən məhkəmənin işin faktiki halları barədə gəldiyi qənaitinin nə dərəcədə qərəzli, işə maraqlı olması açıq-aşkar görünür. Sanki qətnaməni arbitr deyil, iddiaçının vəkili yazmışdır. Heç bir sübutla təsdiq edilmədiyi halda iddiaçının sözlərinə əsasən işin faktiki halları barədə məhkəmənin gəldiyi qənaitin qətnamədə qeyd edilməsi qətnamənin qanunsuzluguna və əsassızlığına əyani bir sübutdur. Məhkəmə verilmiş etibarnamələri müqavilə kimi qəbul etmiş və bir əqd kimi onu etibarlı hesab etmişdir. Əvvəla, etibarnamə müqavilə deyil bir tərəfli əqddir. Müqavilə və xüsusən alqı-satqı müqaviləsində Azərbaycan Respublikasının Mülki Məcəlləsində iki və daha çox şəxsin iradə ifadəsi tələb olunur. Əgər iş üzrə iddiaçı həmin daşınmaz əmlakları öz adına özgəninkiləşdirmə qay dasında sənədləşdirərsə bu qanuna ziddir və etibarnamənin mahiyyətinə uygun deyil. Cavabdeh bildirib ki, məhkəmənin qətnamədə qeyd etdiyi torpaq sahəsinə ödənilmiş 8.000 ABŞ dolları barədə işdə mötəbər sübut yoxdur. Belə ki, tərəflər arasında bununla baglı hər hansı bir yazılı qəbz, sənəd, telefon yazışması və sair yazılı sübutlar yoxdur. Bu barədə 2025-ci il tarixdə 2 şahidin ərizəsi var ki, həmin ərizə sübut kimi qəbul edilə bilməz. Əvvəla, həmin şahidlər iddiaçı tərəfindən dəvət edilib və onlarla bir yerdə avtomobillə məhkəməyə gətirilmişlər. X23 sağ olmadıgı üçün həmin 2 şahidin nə dərəcədə maraqlı və səmimi olmaları şübhəlidir. Həmçinin onların məhkəmə iclasında verdiyi ziddiyyətli ifadələr də bu şübhələri daha da artırdı. Sübutlar isə, aydın və şübhədən kənar olmalıdır. Məhkəmə şahid lərin ifadələrini sübut kimi qəbul etməsi düz deyil və hakimin bu işdə qərəzliliyinə dəlalət edir. Belə ki, məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında şahid Dadaşov Əliağa Babaş oğlu bildirdi ki, “8.000 ABŞ dollarının verilməsini mən öz gözümlə görmədim. İddiaçı ilə Namiq aralarında danışdıqdan sonra maşına tərəf gedib maşının içində oturdular. Maşın bizdən aralı oldugu üçün pulun verilməsini görmədim. Yanımıza yaxınlaşanda mən Namiqdən soruşdum nə oldu? dedi razılaşdıq”. X5 isə pulun onların yanında verildiyini və pulu verəndə gördüyünü bildirdi. Cavabdeh tərəf sual verəndə ki, bəs səndən əvvəlki şahid dedi ki, “pulu maşının içində verdiyindən pulun verilməsini biz görmədik amma siz deyirsiz pul yanımızda verildi bu barədə nə deyə bilərsiz?” Şahid bu sualdan sonra qeyri-səmimi olaraq bildirdi ki, “Hə də, pul maşının yanında verildi və biz də maşının yanında dayanmışdıq gördük”. Ancaq 1-ci şahid pulun verilməsini görmədiyini, pulun maşının içində verildiyini güman etdiyini və pulun verilməsini şəxsən görmədiklərini bildirmişdir. Bu ziddiyyətli ifadələr onu göstərir ki, şahidlər işin müsbət həlli üçün tutulmuş iddiaçı tərəfdən maraqlı şəxslərdir. Cavabdeh qeyd edib ki, mərhum X18 etibarnamə verdiyi 2006-cı il tarixindən 1 il əvvəl yəni xx.xx.2005-ci ildə müddətli həqiqi hərbi xidmətdə olarkən düşmən tərəfindən atılan atəş nəticəsində yaralanaraq “Kəllə və beyni odlu silahdan seqmentar dəlib-keçən güllə yaralanması(xx.xx.2005), alın paylarının agır dərəcədə əzilməsi nəticəsində hiposmiya, amneziya, ataksiya, bradilaliya ilə müşayiət olunan mərkəzi sinir sistemi fun ksiyasının mühüm dərəcədə pozulması” diaqnozu ilə 2-ci qrup müharibə əlili kimi DSMF-da əlil kimi qeydiyyatda olmuş və pensiya almışdır. Belə bir şəxsin sərbəst, normal iradə ifadə etməsi də şübhəli məqamlardandır. Bu barədə cavabdeh xx.xx.2005-ci il tarixli, 1088 nömrəli X4 və əlillik vəsiqəsinin surətini məhkəməyə təqdim etmişdir. Lakin, bu sənədlər barədə cavabdeh tərəf nə şəxsi elektron məhkəmə kabinetimdə, nə də məhkəmə qətnaməsində qeyd görməyib. Cavabdeh bildirib ki, Konstitusiya Məhkəməsinin İ.K.Rəcəbovanın şikayəti üzrə 22 mart 2006-cı il tarixli Plenum qərarında qeyd edilmiş 3 hal iş üzrə mövcud deyil. Yəni, iddiaçının mübahisəli torpaq sahəsini pulla almasını bildirməsinə baxmayaraq, əgər bu belədirsə, torpaq üzrə alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənməsi iddiaçını n səhlənkarlığı və etinasızlığı ucbatından baş tutmayıb çünki, 2007-ci ildən torpaq sahəsi mərhum Əliyev Namiqin çıxarışla tam mülkiyyətində olmuşdur. Həmçinin, tərəflər arasında sadə yazılı formada müqavilə və yaxud, alqı-satqı barədə hər iki tərəfin imzası və pulu verdim və pulu aldım qeydlərlə olan hər hansı bir yazılı qəbz mövcud deyildir. Məhkəmənin torpaq sahəsini adına özəlləşdirmək və 3-cü şəxslər qarşısında daşınmaz əmlakını özgəninkiləşdirmək barədə verdiyi etibarnaməni və şəxsin bir tərəfli əqd kimi torpaq sahəsini satması barədə notarial təsdiqli ərizəsini müqavilə kimi qəbul etməsi qanunsuzluqdan başqa bir şey deyildir. Həmçinin, mərhum Əliyev Namiqin həmin ərizədə harada yerləşən torpaq sahəsini, hansı ölçüdə olan torpaq sahəsini, neçəyə və kimə satması barədə məlumat olmayan bir ərizəni bu iş üzrə təsdiq etmək və qəbul etmək doğru deyildir. Bu ərizənin tərəflər arasında alqı-satqı müqaviləsinin mövcudluğu kimi qəbul edilməsi əsassızdır. 21.Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiya məhkəməsi) 2(106)-1386/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər T.X.Heydərov - sədrlik edən və məruzəçi, İ.Q.Əsədov, P.T.Əhmədov) cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 2(017)-1057/2025 saylı, 23 iyun 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçının cavabdehə qarşı daşınmaz əmlakın alğı-satqısına dair müqaviləsinin bağlanmış hesab edilməsi, vərəsəlik hüququ haqqınd a şəhadətnamənin və onun yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. 22.Kollegiya qeyd edib ki, mübahisə predmeti təşkil edən 0,08 ha torpaq sahəsi cavabdehin mərhum əri X18 tərəfindən iddiaçıya satılmışdır. Mübahisəli torpaq sahəsinin satılması 07 avqust 2006-cı il tarixdə həyata keçirilmişdir. 23.Belə olan halda məhkəmə kollegiyası mübahisəli torpaq sahəsi ilə bağlı tərəflər arasında yaranan münasibətə avqust 2006-cı il tarixdə qüvvədə olan mülki qanunvericilik normaları baxımından hüquqi qiymət verməlidir. 24.Məhkəmə kollegiyası bildirib ki, iddiaçı əqdin notarial qaydada bağlanmasının cavabdehin təqsiri üzündən baş verməməsini sübut etmə öhdəliyi daşımasına baxmayaraq, bununla bağlı hər hansı bir sübut təqdim etməmiş, yalnız iddiasında cavabdeh tərəfindən əqd üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi əsası ilə hazırki iddia ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış əqdin etibarlı hesab edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmasında haqlı olduğunu iddia etmişdir. 25.Birinci insatnsiya məhkəməsi cavabdeh və onun mərhum əri tərəfindən 07 avqust 2006-cı il tarixdən hazırki vaxta kimi üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirməmələrini hüquqdan sui-istifadə kimi qəbul etmişdir. 26.Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşmayib.Göründüyü kimi tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsi mövcud olmamış, yalnız torpaq sahibi sonradan mülkiyyətçi olan X18 tərəfindən müxtəlif vax tlarda xx.xx.2006-cı il tarixdə iddiaçıya daha sonra isə xx.xx.2011- ci il tarixdə X13 Abşeron rayonu Məhəmmədi kəndində yerləşən 0,08 ha torpaq sahəsinin üzərində tikinti işləri aparmağı, tikilinin özəlləşdirilməsi ilə əlaqədar olaraq sənədləri toplamağı, qeyd edilmiş torpaqla əlaqədar olaraq hər hansı bir dövlət orqanlarından ona çatası kompensasiyanı almağı, onu bütün dövlət orqanlarında müəssisələrdə, idarələrdə, təşkilatlarda, notariat və bələdiyyə orqanlarında, qeydiyyat şöbəsində təmsil etməyi, sənədləşmə işlərini aparmağı, əvəzində lazımi sənədləri və ərizələri imzalamağı, arayışları və digər sənədləri almağı və sair səlahiyyətlərin yerinə yetirilməsi üçün onu təmsil etməyi etibar etmişdir. 27.Kollegiya qeyd edib ki, Mülki Məcəllənin (etibarnamənin verildiyi vaxt qüvvədə olan) 152. 8-ci maddəsinə görə mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 28.Apellyasiya instansiya məhkəməsi qeyd edib ki, qanunverici daşınmaz əmlakın alqısatqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. İddiaçının iddia etdiyi xx.xx.2007-ci il tarixdə Abşeron rayon Məmmədli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi X15 adına daşınmaz əmlakın dövlət reyestrində hüquqları qeydiyyata alındığı vaxtdan sonra da tərəflər arasında alqı-satqı ilə bağlı hər hansı sənədləşmə aparılmamış, tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair ikitərəfli razılaşma baş tutmamış, bu razılaşma yazılı iltizamın tərtib edilməsi ilə sənədləşdirilməmiş və torpaq mülkiyyətçisi onu imzalamamışdır. Müqavilə olmadığndan tərflər arasında öhdəlik də, yaranmamış olur. 29.Məhkəmə kollegiyası bildirb ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin f aktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Bunun üçün isə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Belə olan halda məhkəmənin cavabdehin hüquqdan sui-istifadə etməsi barədə mövqeyi əsaslı hesab edilə bilməz. 30.Həmçinin qeyd olunmalıdır ki, tərəflərin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi üçün hüquqlar olmadığından hüquqdan suiistifadə üçün əsaslar da ola bilməz. 31.Beləliklə məhkəmə kollegiyası idd ia tələbinin “müqavilənin bağlanmış hesab edilməsi” hissəsi ilə bağlı dəyərləndirmə apararaq hesab edib ki, iddia tələbi alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibənə uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. 32.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin ikinci xahişi üzrə gəldiyi mövqeyi ilə razılaşmayıb. Çünki iddiaçı ilə cavabdeh arasında nə mübahisəli torpaq sahəsinin dövlət reyestrində qeydiyyatına kimi nə də ki, xx.xx.2007-ci il tarixdə Abşeron rayon Məmmədli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi X15 adına daşınmaz əmlakın dövlət reyestrində hüquqları qeydiyyata alındığı vaxtdan sonra, tərəflər arasında alqı-satqı il ə bağlı hər hansı sənədləşmə aparılmamış, aralarında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair ikitərəfli razılaşma baş tutmamış, bu razılaşma yazılı iltizamın tərtib edilməsi ilə sənədləşdirilməmiş və torpaq mülkiyyətçisi onu imzalamamış, mərhum X18 vəfat edənə kimi mülkiyyətçi olmuş, onun vəfatından sonra ailəsi qanun üzrə vərəsə kimi miras qoyanın ölümündən sonra miras əmlakı qəbul etmişlər. 33.Kollegiya onu da qeyd etməyi zəruri hesab edib ki, mərhum X18 iddiaçıya vermiş olduğu etibarnamə ilə Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07/716 nömrəli həyətyanı torpaq sahəsinin satılması haqqında qərarına əsasən özünə məxsus ünvan 1i ərazisində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi, torpaq sahəsinin və həmin yaşayış evinin onun adına sənədləşdirilməsi, hər iki daşınmaz əmlakın adına özəlləşdirilməsi ilə əlaqədar səlahiyyətli nümayəndəsi olmağı, onu bütün dövlət orqanlarında, o cümlədən Abşeron rayonu, Məmmədli Bələdiyyəsində, DƏDRX Abşeron Ərazi İdarəsində təmsil etməyi, adından ərizələr verməyi, ona çatası bütün sənədləri, o cümlədən torpağa mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarışı və fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları, 1 nömrəli forma arayışları almağı, aldığına dair imza etməyi, daha sonra hər iki daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə əlaqədar notariat kontorunda alqı-satqı müqavilələrini rəsmiləşdirməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmə, nə etibar edən ilə etibar edilən şəxs a rasında alqı-satqı müqaviləsinin bağlanmış (iddianın bu hissəsi ilə bağlı kollegiya yuxarıda öz mövqeyini açıqlamışdır.) hesab edilməsi, nə də ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun yaratdığı hüquqi nəticələrin etibarsızlığının təmin edilməsi üçün əsas kimi də qəbul edilə bilməz. 34.Kollegiya yekun olaraq hesab edib ki, iddia tələblərinin qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnaməsinin etibarsız hesab edilməsi və onun yaratdığı nəticələrinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün iddia tələbi iddianın ikinci xahişi hissəsində də, təmin edilməməlidir. 35.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 16.1, 140, 146.1, 146.2, 146.3, 152.1, 152.8, 324.1, 324.2, 324.4, 324.5, 329.1, 334.1, 386.1, 3 89.1, 646.1, 646.2, 647, 648.1, 648.2, 1133.1, 1146, 1159.1.1 və 1243.2-ci maddələrinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə ” 03 mart 2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 407.2-ci maddəsinin şərhinə dair 12 avqust 2020-ci il tarixli qərarına, N.Məmmədovanın şikayəti üzrə Kon stitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.2, 217.4, 372, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4, 392, 393 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri: 36.İddiaçı (onun vəkili Nümayəndə1) kassasiya şikayəti verərək, kassasiya şikayətinin təmin edilməsi və apellyasiya instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)1386/2025 saylı qətnaməsinin tamamilə ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 37.Kassasiya şikayəti belə əsaslanmışdır ki, iş materiallarındakı sübutlardan və faktiki hallardan göründüyü kimi ünvan 1i ərazisində yerləşən 0,08 ha torpaq sahəsi 2006-cı ildən iddiaçının faktiki sahibliyində və istifadəsindədir, iddiaçı həmin torpaq sahəsində qeyd edilən dövrdən, yəni 19 il ərzində etirazsız şəkildə istifadə edir. Məhkəmə isə müqaviləyə qədərki danışıqları və sənədlərin əsllərinin iddiaçıda olmasını, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, işgüzar adətləri, tərəflərin sonrakı hərəkətlərini nəzərə almadığına görə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi maddələri tətbiq etsə də, onları düzgün təfsir etməmişdir. Belə ki, həmin normaların mənasına görə müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış qarşılıqlı iradə ifadəsi olduqda, qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilə lər hüquq və vəzifələr əmələ gətirir. İddiaçı tərəfindən 7 avqust 2006-cı il tarixdə mübahisəli torpaq sahəsinə baxış keçirilməsi, torpağın dəyəri qismində 8000 ABŞ dolları məbləğində pul vəsaitinin satıcıya ödənilməsi və onun əvəzində X18 tərəfindən torpaq sahəsinin, ona aid sənədlərin əslilərinin, baş etibarnamənin və sonradan satdığı torpaqla bağlı gələcəkdə yarana biləcək hər hansı maddi tələb olarsa, onun qarşılanması ilə bağlı (notaial qaydada) öhdəliyin üzərinə götürülməsi alqı-satqı müqaviləsinin bağlanmasına dəlalət edir. Həmin müqavilənin yazılı formada notarial təsdiqlə bağlanılmaması, yəni formasına riayət edilməməsi isə tərəflərin iradəsindən asılı olmayan səbəbdən irəli gəlmişdir. Belə olan halda yalnız məhkəmənin səhvi nəticəsində torpaq sahəsinin alğısatqısına dair müqavilə bağlanmış hesab edilməmişdir. Mübahisəli torpaq sahəsinin uzun müddət iddiaçının istifadəsində olması faktı, mübahisənin həllində xüsusi araşdırma predmetinə çevrilir. Cavabdehin rəftarı - iddiaçı tərəfindən torpaq sahəsinin hüdudlarının hasara alınması, orada abadlıq işlərinin aparılması, 2007-ci ildən hal-hazıradək fasiləsiz istifadə etməsi, bu istifadənin aşkar şəkildə olması, cavabdehin iddiaçıya hər hansı irad bildirməməsi də səhvə yol verilərək apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Mübahisənin predmetini təşkil edən 0,08 ha torpaq sahəsi cavabdehin mərhum əri X18 tərəfindən 8000 ABŞ dolları məbləğində pul vəsaiti qarşılığında iddiaçı satılmışdır. Hal-hazırda cavabdehin niyyəti hüquqdan sui-istifadə etməklə əvvəllər bir dəfə 8000 ABŞ dolları məbləğində pula satılmış m übahisəli 0,08 ha torpaq sahəsini ikinci dəfə daha böyük məbləğ qarşılığında ikinci dəfə iddiaçıya yenidən satmaqdır. Apellyasiya məhkəməsi isə həmin maddələri tətbiq etməməklə, "xxxx" MMC tərəfindən tərtib edilmiş həmin torpaq sahəsinin Qiymətləndirmə rəyindən göründüyü kimi, iddiaçıya 127.000 manat külli miqdarda ziyan vurulmasına şərait yaratmala onu ağır duruma salmışdır. Məhkəmənin hazırki işə qərəzli çəkişmə prinsipinin pozulması ilə baxması ondan ibarətdir ki, işə baxan kollegiyanın bütün üzvləri tərəfindən prosesin gedişində iddiaçının nümayəndələrinin çıxışı zamanı, onların sözünü kəsməklə, müxtəlif yayındırıcı suallar verməklə və hər deyilən cümlələrə irad bildirməklə çıxışlarının qarşısının alınması məqsədi ilə maneçilik törətmişlər. Apellyasiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları, nə təkzib nə də ki, təsdiq etmişdir, ümumiyyətlə onlara heç bir hüquqi qiymət verməmişdir. Halbuki, torpağa dair notarial qaydada təsdiq edilmiş ərizə məhkəmənin əsaslandırmasına zidd olaraq, Məmmədli kəndi ərazisində yerləşən mübahisəli 0.08 ha torpaq sahəsinin mərhum X18 tərəfindən öz iradəsinə uyğun satdığını göstərən sübutdur. Eynilə apellyasiya məhkəməsi şahid ifadələrinə heç bir hüquqi qiymət verməmiş, mübahisəli 0.08 ha torpaq sahəsinin alqı-satqısına, pulun alınmasına, torpağın təhvil verilməsinə göz yummaqla həmin faktların üzərindən sükutla keçmişdir. Apellyasiya məhkəməsi bu və qanuni əsaslarla daşınmaz əmlakdan uzun müddətli istifadəni nəzərə almamaqla Məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur. Avropa Məhkəməsinin kassasiya şikayətində göstərilən qərarlarında dəfələ rlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir. Məhkəmə isə cavabdehin heç bir sübut təqdim etmədiyini, iddiaçının isə təqdim etdiyi sübutları araşdırmamış onlara hüquqi qiymət verməmişdir. Məhkəmənin qərarından göründüyü kimi, həmin qərarda o, hüquq normalarını sadlamaqla kifayətlənmiş və istinad etdiyi dəlilləri əsaslandırmamışdır. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin Mülki Kollegiyası hazırki iş üzrə maddi və prosessual hüquq normalar düzgün təfsir və tətbiq etmədiyinə görə əsassız və qanuna zidd qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iş üzrə qəbul etdiyi işin hallarına uyğun gəlməyən, sübutlara əsaslanmayan qətnaməsini yalnız öz mülahizəsin əsa slanaraq, tərəflər arasında alqı-satqı ilə bağlı hər hansı sənədləşmənin aparılmaması (səh11, abz 8), tərəflər arasında mübahisəli torpa sahəsinin alqı-satqısına dair ikitərəfli razılaşmanın baş tutmaması (səh 13, abz 3), razılaşma barədə yazılı iltizamın tərtib edilməsi il sənədləşdirilməməsi və torpaq mülkiyyətçisinin onu imzalamaması (səh 14, abz 7) ilə əsaslandırmağa çalışmışdır. İş materiallarında göstərilən sənədlər iddiaçı tərfindən öz vəsaiti hesabına dövlət rüsumu və xidmət haqqı ödənilməklə Daşınmaz Əmlakın Dövlə Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim edilmiş və İdarə tərəfindən 0.08 torpaq sahəsi dövlət qeydiyyatına alınaraq bu barədə N.Əliyevin adına xx.xx.2007-ci il tarixdə **********30 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü iddiaçıya v erilmişdir. Halhazırda da torpağa aid bütün sənədlərin əsilləri iddiaçının özündə saxlanılır. Əgər torpağa dair razılaşma və faktik olaraq alqı-satqı olmasaydı onda göstərilən sənədlərin əslləri iddiaçıda olmamalıydı. Ərzənin, X9 Məmmədli kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinə aid olmasını isə, onun əslinin iddiaçıda olması və N.Əliyevin ümumiyyətlə heç bir yerdə 0.08 ha torpaq sahəsinin olmaması sübut edir. Torpağın təhvil verilməsi və pulun ödənilməsi şahid ifadələri ilə, 19 il ərzində torpaqdan istifadə isə torpağın hüdudlarının hasara alınması, orada abadlıq işlərinin aparılması, torpağın dəyərinin ödənilməsi məqsədi ilə Mədəniyyət nazirliyinə iddiaçının atası tərəfindən şikayətlər, müraciətlər edilməsi ilə öz təsdiqini tapır. Bundan başqa məhkəmə o qədər qərəzli və işin nət icəsində maraqlı olmuşdur ki, tələsik tərtib etdiyi qətnamənin, apellyasiya instansiya məhkəməsinin mövqeyi hissəsində (səh. 7, abz 1) göstərmişdir ki, Astara Rayon Məhkəməsinin 2(018)137/2025 saylı, 13 fevral 2025-ci tarixli qətnaməsi ləğv edilərək iddia tələbləri təmin edilməməlidir. Halbuki yuxarıda qeyd etdiyim qətnamənin hazırki işə heç bir aidiyyə olmadığına görə, apellyasiya instansiyası məhkəməsinin Mülki Kollegiyasının həmin qətnaməni obyektivlik prinsipinin pozulması ilə qəbul etdiyi qənaətinə gəlmək olar. O cümlədən apellyasiya instansiyası məhkəməsi 15 sentyabr 2025-ci il tarixli qətnaməsinin 10-cu səhifəsinin 6-cı abzasında məhkəmənin mövqey kimi göstərilmişdir ki, “Kollegiya qeyd edir ki, mübahisə predmeti təşkil edən 0,08 ha torpaq sahəsi cavabdehin mərhum əri X18 tərəfindən iddiaçıya satılmışdır. Mübahisəli torpaq sahəsini satılması 07 avqust 2006cı il tarixdə həyata keçirilmişdir”. Sonradan isə məhkəmə özünün mövqeyinə zidd olaraq tərəflər arasında alqı-satqı ilə bağlı hər hansı sənədləşmənin aparılmamasın (səh11, abz 8), tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair ikitərəfli razılaşmanın baş tutmamasını (səh 13, abz 3) qeyd etmişdir. Belə olan halda məhkəmənin müəyyən etdiyi hallarla gəldiyi nəticə son dərəcə ziddiyyət təşkil edir və heç bir əsas olmada qanunvericiliyin tələblərinə zidd olaraq iş üzrə özünün müəyyən etdiyi halları sonradan özü də təkzib etmişdir.
38. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1, 152.1, 157.8, 158.2, 324, 389.1, 404.1, 404.2 və 425.1-ci maddələrinə, Azərbaycan Res publikası Konstitusiya Məhkəməsinin Plenumu F.Nəcəfovanın şikayəti üzrə 3 mart 2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli qərarına, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 88 və 217.1ci maddələrinə istinad etmişdir. ç) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublik ası Mülki Məcəlləsi: 40.Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 41.Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 42.Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 43.Maddə
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 44.Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 45.Maddə1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 46.Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Re spublikasının Mülki Prosessual Məcəlləsi: 47.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 48.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 49.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 50.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 51.Ma ddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri: 52.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilmə məlidir. 53.Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: 54.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 55.Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının iddia etdiyi daşınmaz əşyanın alqı-satqısına dair müqa vilənin bağlanmış sayılması, mübahisəli torpaq sahəsinə münasibətdə cavabdehlərə verilmiş vərəsəlik şəhadətnaməsi və sonrakı sənədlərin etibarsız hesab edilməsi üçün əsaslar aşkar edilmir. 56.Belə ki, 2006-cı ildə qüvvədə olan mülki qanunvericiliyə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir (§ 42). 57.Bu məcburi hüquq qaydasına əməl edilməmiş, eləcə də Mülki Məcəllədən 2005-ci ildə çıxarılmış 335.2-ci maddənin (əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonrad an notariat qaydasında təsdiqlənməsi tələb edilmir) tətbiqi üçün əsaslar müəyyən edilməmişdir. 58.Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 59.Belə olan halda iddianın təmin edilməməsi barədə apellyasiya məhkməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. 60.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəl diyi nəticə və əsaslandırma ilə razılaşır. 61.O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır. 62.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 63.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 64.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2025-ci il tarixli, 2(106)-1386/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.