Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-366/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 (X8- mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, vindikasiya iddiası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlunun ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-32/2024 nömrəli, 1 oktyabr 202 4-cü il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 28 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Göyçay rayon Potu kəndində yerləşən 1.07 ha torpaq sahəsinin 1/2 hissəsi İddiaçı (bundan sonra “iddiaçı”), ½ hissəsi X6 xüsusi mülkiyyəti kimi xx.xx.2021-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır.
2. Cavabdeh1 və Cavabdeh2 (həmin torpaq sahəsinin bir hissəsindən istifadə edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan torpaq sahəsinin 1.00 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 (bundan sonra “cavabdeh” və ya “cavabdehlər”) çıxarılması barədə qət namə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay rayon Potu kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reysterindən verilmiş xx.xx.2018-ci il tarixli Seriya RX №1164545 (********** qeydiyyat nömrəsi) çıxarışına əsasən iddiaçının mülkiyyətinə 1.55 ha torpaq sahəsi verilmişdir. Cavabdehlər torpaq sahəsinin 1.0 ha hissəsini qanunsuz olaraq çəpərləmiş və qanunsuz olaraq iddiaçıya verilmiş üzüm bağını məhv etmişlər. İddiaçı polis şöbəsinə, kənd bələdiyyəsinə və kənd İcra nümayəndəliyinə dəfələrlə rəsmi və şifahi məlumat versə də heç bir kömək göstərilməmişdir. Cavabdehlərdən torpaq sahəsinin qaytarılmasını tələb etmiş, lakin onlar müxtəlif bəhanələrlə torpaq sahəsinin qaytarılmasını yubatmışlar. Cavabdehlərin bəhanəl ərindən bezərək iddiaçı kənd bələdiyyəsinə və İHB-nın Potu kənd inzibati ərazi nümayəndəliyinə müraciət etsə də, heç bir nəticə olmamışdır. Mülkiyyətində olan torpaq sahəsinin ümumilikdə 1.0 ha hissəsindən cavabdehlər qanunsuz istifadə edir və bununla da iddiaçının mülkiyyət hüququ pozulur.
5. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152-ci maddəsinə istinad etmişdir.
6. Cavabdehlər birinci instansiya məhkəməsində iddiaya etiraz olaraq göstərmişlər ki, qeyd edilən torpaq sahəsini iddiaçıdan almışlar. Sözügedən torpaq sahəsi onlar tərəfindən zəbt edilməmişdir.
7. Birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpağın zəbt edilib-edilməməsini müəyyən etmək məqsədilə mütəxəssis rəyinin alınmasını məqsədəuyğun hesab etmişdir. 8. “X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC-nin x x.xx.2022-ci il tarixli M/34 saylı rəyinə əsasən, Göyçay rayonu, Potu kəndində yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan **********51 nömrəli çıxarışa əlavə edilmiş AA-244101 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində ki, 1.55 ha torpaq sahəsinin 0.35 ha hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən naturada istifadə edilir.
9. Göyçay Rayon Məhkəməsinin 2(046)-1279/2022 nömrəli, xx.xx.2022-ci il tаrixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, Göyçay rayonu, Potu kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 1.55 ha torpaq sahəsinin 0.35 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, 100 manat dövlət rüsumu və 200 mana t məhkəmə xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. (hakim: İbrahim Fəttahov)
10. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının iradəsinin ziddinə olaraq qanuni sahibliyində olan 1.55 ha torpaq sahəsinin 0.35 ha hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etməsi, həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir.
11. Birinci instansiya məhkəməsi göstərmişdir ki, mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya on dan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davamlı şəkildə edildikə isə hüququ pozulmuş şəxs pozulmuş hüquqularının bərpasını məhkəmə vasitəsilə tələb edə bilər.
12. Bununla belə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin digər Cavabdeh4 tərəfindən zəbt edildiyinə dair heç bir mötəbər sübut müəyyən edilmədiyindən, iddia Cavabdeh4 qarşı qaldırılan hissədə təmin edilə bilməz.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndi, Mülki Məcəllənin 152.1, 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh2 a pellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: - iş üzrə öncəki hazırlıq iclaslarında iddiaçı özü də etiraf etmişdir ki, o, həmin torpaq sahəsini cavabdehlərə şifahi şəkildə satmış və ilkin olaraq onlardan 3000 manat məbləğində pul almışdır; - bundan başqa, Cavabdeh1 da məhkəməyə yazılı izahat təqdim edərək, tərəflər arasında yaranmış mübahisə obyekti olan torpaq sahəsinə dair iddiaçı yaranmış münasibətlərin təfərrüratlarını demişdir; - belə ki, Cavabdeh1 və ailəsi 2010-cu il tarixdə Rusiya Federasiyasından Göyçay rayonunun Üngütlü kəndində gələrək, buradan daşınmaz əmlak (torpaq sahəsi və fərdiyaşayış evi) almışlar. Cavabdehlər 2016-cı il tarixdə Üngütlü kənd Bələdiyyəsinə müraciət edərək, onların to rpaq sahəsinə qonşuluqda olan torpaq sahəsinin mülkiyyətçisini öyrənmək istəmişlər. Müraciətlərinin səbəbi qonşu torpaqdan onların torpağına vəhşi heyvanlar (çaqqallar) gəlməsi, həmin qonşu torpaq sahəsinə görə onların öz torpaqlarını suvara bilməməkləri və həmin qonşu torpağın mülkiyyətçisi ilə danışaraq, yaranan problemlərin aradan qaldırılması olmuşdur. Onların müraciət etdikləri məsul şəxslər olan Nizami müəllimlə Eldar müəllim cavabdehlərə bildirmişlər ki, həmin torpaq sahəsi “sürüşmə torpaqdır” və həmin torpaq sahəsinin mülkiyyətçisi yoxdur; - bundan başqa, cavabdehlər daha bir neçə quruma müraciət etsələr də, onlara həmin torpaq sahəsinin mülkiyyətçisi barədə heç bir məlumat verilməmişdir. Cavabdehlər yenidən Bələdiyyəyə müraciət edərək, bu torpağın mülkiyyətçisi olduğu təqdirdə, hə min torpaq sahəsini istifadə etməklərini xahiş etmişlər. Bundan sonra Bələdiyyə həmin torpaq sahəsini cavabdehlərə 100 illik istifadəyə vermiş, (həmin sənəd bu ərizəyə əlavə edilir), onlar da həmin torpaq sahəsinə aqrotexniki qulluq etməyə başlamışlar. Belə ki, 30 “kamaz” qara torpaq gətizdirib, yabanı alaqları, kolları təmizləyib, torpaq sahəsini istifadəyə yararlı hala gətiriblər (qeyd edilən münbitləşmə barədə arayış bu ərizəyə əlavə edilir). Cavabdehlər həmin sahədə 250 alça ağacı (hər bir şitili 5 manata alıblar), ağacların arasında maldarlıq məqsədi ilə yonca əkmişlər; - iddiaçı 2018-ci ildə gələrək, bu torpağın özünün olduğunu və torpağı onlara satacağını bildirmişdir. İddiaçının bildirdiyinə görə həmin torpaq sahəsi 55 sotdur. Lakin iş məhkəmə icraatında olduğu dövrdə cavabdehlər m üvafiq sorğular vermiş və bu sorğular nəticəsində məlum olmuşdur ki, mübahisə edilən torpaq sahəsi 55 yox, 35 sotdur (müvafiq xəritə bu ərizəyə əlavə edilir); - iddiaçının öz mülkiyyəti kimi iddia etdiyi 1.5 ha torpağın 35 sotu cavabdehlərdə, qalan hissəsi isə qonşularda olmuşdur. İddiaçı cavabdehlərə həmin sahələri satdığını bildirmişdir. Bundan sonra onlar iddiaçıdan həmin torpağa mülkiyyəti təsdiq edən sənədi tələb etmişlər. İddiaçı onlara sənəd göstərmək əvəzinə, torpağın sotunu 100 manatdan satdığını bildirmişdir. Cavabdehlər torpağın sənədini istəyəndə, iddiaçı torpağın sənədini çıxarmaq üçün pulunun olmadığını bildirərək, torpağın cavabdehlərə düşən 55 sot hissəsini (həmin vaxt cavabdehlər torpaq sahəsinin 55 sot olmasına inanırdılar və əlavə yoxlamalar aparmamışdılar) satmaq üçün avans olaraq onlardan 3000 manat məbləğində pul almış və bu pula torpağın sənədlərini düzəldəcəyini bildirmişdir. 2020-ci ildə isə iddiaçı gələrək, onlara satdığı torpaq sahəsinə görə qalıq 2500 manatı istəmədiyini, bunun əvəzinə artıq torpağın sotuna görə 100 manat yox, 200 manat istədiyini bəyan etmişdir. Cavabdehlər isə iddiaçıya bu torpağı qonşulara sotu 100 manatdan satdığını və özlərindən də 3000 manat avans aldığını bildirmişlər. İddiaçı gələndə cavabdehlərin alça yetişdirdiklərini görmüş və torpağı satacağını daha da inadla bildirmişdir. İddiaçı cavabdehlərə torpağı qonşulara olduğu kimi sotu 100 manatdan yox, sotu 200 manatdan satacağını bildirmişdir. İddiaçı bu hərəkətini cavabdehlərin Göyçaylı olmamaqları ilə əsaslandırmışdır; - 2021-ci il tarixdə iddiaçı cavabdehlər barədə şik ayətlə Göyçay RPŞ-nə müraciət etmişdir. Polis əməkdaşları cavabdehləri şöbəyə dəvət etdikdən sonra, onlar işin məhkəməyə gedəcəyini bildirəndə, cavabdehlər elə işin məhkəmədə öz həllini tapmasını istədiklərini bildirmişlər; - iddiaçı onların torpaq sahəsindən çıxarlmasını istəyirdisə, nəyə görə analoji iddia tələbi ilə 12 ildir Məhkəməyə müraciət etmirdir?. Niyə Müşfiq həmin tələbi məhz indi, cavabdehlər həmin torpaq sahəsinin yaxşılaşdırılmasına pul xərclədikdən sonra, əkdikləri alça ağacları bar verməyə başladıqdan sonra məhkəməyə müraciət etmişdir? - Cavabdeh1 həm də iddiaçı ilə onlar arasında həmin torpağın həqiqi alqı-satqısının baş tutmasını müəyyənləşdirilməsini, torpağın yaxşılaşmasına xərclədikləri pulların müəyyənləşdirilməsi üçün Üngütlü kənd bələdiyyəsi olmuş Eldar Babayev, Göy çay Rayon İHB Üngütlü kəndi üzrə nümayəndəsi Nizami müəllimi, qonşular Elşən, Ağakişi, Ceyhun, Namiq, Rəxşəndə, Əlyusif, Ceyhun və Bəxtiyar adlı şəxslərin şahid qismində çağrılmasına göstəriş verilməsi barədə vəsatətlə də çıxış etmişdir; - Cavabdeh1 məhkəmədən xahiş etmişdi ki, onlarla iddiaçı arasında olmuş faktiki alqı-satqı müqaviləsi nəzərə alınaraq, iddiaçıya qalıq borc olan 2500 manat pul ödənilərək (bu məbləğ 55 sot torpaq sahəsi üçün hesablanmışdır, lakin sonradan məlum oldu ki, torpaq 55 sot yox, 35 sotdur), həmin torpaq sahəsi onların istifadəsində saxlanılsın, alqısatqı müqaviləsi rəsmiləşdirilsin və torpaq onların mülkiyyəttinə verilsin; - bundan sonra cavabdeh tərəf iddiaçının onları aldatdığından əmin olandan sonra, qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər. Birinci in stansiya məhkəməsi prosessual müddəti buraxdığı üçün qarşılıqlı iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir, halbuki iddiaçının əsl niyyəti məhkəmə icraatı zamanı məlum olmuşdur, ilkin iddia verildiyi vaxt və məhkəmə iclasları zamanı da iddiaçı həqiqətən torpağın alğı-satqısı üçün cavabdehlərdən pul almasını etiraf etmişdir; - cavabdehlər məhkəməyə torpaq sahəsinin sahibsiz torpaq kimi rəsmi dövlət orqanları tərəfindən onlara verildiyi barədə sənədlər təqdim etsə də, birinci instansiya məhkəməsi nəyinki həmin sənədlərə münasibət bildirməmiş, sənədlərin olması barədə qətnamədə heç bir qeyd aparmamışdır; - məhkəmə qətnamə qəbul edərkən həmin sənədlərə və iddiaçının cavabdehlərdən alğı-satqı müqaviləsi qarşılığında cavabdehlərdən pul alması barədə etirafına zəruri qiymət verməmiş, ümumiyyətlə, etiraf və sənədlər barədə qətnamədə heç bir qeyd aparmamışdır. Mübahisə edilən qətnamədə birinci instansiya məhkəməsinin sərgilədiyi mövqeyə görə cavabdehlər ümumilikdə 12800 manat zərər çəkmişlər (torpağın alğı-satqısı və torpağın yaxşılaşdırılmasına çəkilən xərc), həm də faktiki mülkiyyətlərindən məhrum olmuşlar); - cavabdeh tərəf dəfələrlə birinci instansiya məhkəməsinə bildirmişdir ki, mübahisə edilən torpaq sahəsindən sahibsiz torpaq sahəsi kimi rəsmi dövlət orqanlarına müraciət etdikdən sonra istifadə etməyə başlamış, daha sonra həmin istifadəyə yararsız torpağın yaxşılaşdırılmasına kifayət qədər ciddi məbləğdə pul xərcləmişlər. Bundan sonra iddiaçı peyda olaraq, torpağı onlara sata biləcəyini bildirmiş və torpağın sənədləşdirilməsi üçün pul istəmişdir. Cavabdehlər həmin pul məbləğini verdikdən sonra iddiaçı torpaq üzərində olan hüquqlarını sənədləşdirmiş, lakin torpağı cavabdehlərə daha baha satacağını bəyan etmişdir. İddiaçı bu hərəkətini cavabdehlərin Göyçaylı olmaması ilə əsaslandırmışdır; - iddiaçı cavabdehləri aldadaraq onların pulu ilə torpağa olan hüququnu rəsmiləşdirmiş, cavabdehlərin torpağın yaxşılaşdırılmasına külli miqdarda pul xərcləməsini və həmin torpaqda əkin etdiyini gördükdə isə, həmin ağaclar məhz bəhər verən an məhkəməyə müraciət edərək, sanki mülkiyyət hüququnun pozulmasını iddia etmişdir. Birinci instansiya məhkəməsi isə işin faktiki halına qiymət verməmiş, əksinə, işin faktiki halı barədə qətnamədə heç bir hüquqi qiymət vermədən, iddiaçıya öz hüquqlarından suiistifadə edərək, cavabdehlərə həm maddi, həm mənəvi zərər yetirməsi üçü n şərait yaratmış olmuşdur; - cavabdehlər dəfələrlə birinci instansiya məhkəməsində iddiaçının torpaq sahəsini onlara sonradan daha baha qiymətə satacağını bildirəndə, bu hərəkətin cavabdehlərin Göyçaylı olmamaları ilə əlaqələndirdiyini bildirdikdə, birinci instansiya məhkəməsi cavabdehlərə qarşı olan bu diskriminasiya hərəkətinə zəruri qiymət verməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi 28 mart 2023-cü il tarixli qərardadla tikintitexniki ekspertizаsı təyin etmişdir.
17. Məhkəmə Ekspertizаsı Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6638 nömrəli rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestrindən (03 aprel 2018-ci tarixdə RX seriyalı, 116545 nömrəli) **********51 reyestr nömrəli çıxarışla X4 və X6 xüsusi mülkiyyətində olan Göyçay rayonu, Potu kəndində yerləşən 1.55 ha torpaq sahəsini n sənəddə göstərilmiş koordinatları və naturada ölçüləri müəyyən edilmişdir. X4 və X6 xüsusi mülkiyyətində olan Göyçay rayonu, Potu kəndində yerləşən 1.55 ha torpaq sahəsinin birinci hissəsindən 0.48 ha, 2-ci hissəsindən 0,099 ha hissələrinin Cavabdeh2 naturada göstərdiyi və faktiki istifadə etdiyi 3.4 ha torpaq sahəsi ilə üst-üstə düşür.
18. Apellyasiya baxışında torpaq sahəsinin digər mülkiyyətçisi olan X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi 17 oktyabr 2023-cü il tarixli qərardadla əlavə tikinti-texniki ekspertizası təyin etmiş və bunu onunla əsaslandırmışdır ki, ekspert 3cü sual üzrə bir hissədə 1.55 ha torpaq sahəsinin 0.48 ha hissəsinin Cavabdeh2 naturada göstərdiyi və faktiki istifa də etdiyi 3.4 ha torpaq sahəsi ilə üst-üstə düşdüyünü, digər hissədə isə 1.55 ha torpaq sahəsinin 1-ci hissəsindən 0.0048 ha, 2-ci hissəsindən 0,099 ha torpaq sahələrinin cavabdeh Xnun naturada göstərdiyi və faktiki istifad etdiyini bildirdiyi 3.4 ha torpaq sahəsi ilə üst-üstə düşdüyünü göstərmişdir. Həmçinin İddiaçı və X7 məxsus həmin torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdirsə hansı hissədə zəbt edilməsinin, buna dair məlumatların cizgidə təsvir edilməsi, istinad nöqtələri göstərilməklə izah yazılması xahişolunsa da 18 sentyabr 2023-cü il tarixli, 10/6638 saylı ekspert rəyində bu məlumatlar qeyd edilməmişdir. Eləcə də iş materialından İddiaçı və X7 03 aprel 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışdan sonra 1,07 ha torpaq sahəsinə münasibətdə 15 mart 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli digər çıxarışın verildiyi müəyyən edilir ki, ekspertiza tədqiqatı zamanı buna da aydınlıq gətirilməmişdir.
20. Məhkəmə Ekspertizаsı Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/911 nömrəli rəyinə əsasən X4 və X6 xüsusi mülkiyyətində olan Göyçay rayonu, Potu kəndində yerləşən 1,55 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları və naturada ölçüləri müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları (TEKUİS) əsasında tərtib edilən, idarənin xidməti istifadəsində olan elektron kadastr uçotu xəritəsində İddiaçı və X6 xüsusi mülkiyyətinə **********51 reyestr nömrəli çıxarışla (JN-135 nömrəli Dövlət Aktı) verilmiş 1.55 ha torpaq sahəsi iki hissədə təsbit edilərək göstərilmişdir. Torpaqların elektron kadastr uçot u informasiya sistemi məlumatlarında təsbit edilərək göstərilən **********51 reyestr nömrəli çıxarışla verilmiş 1.55 ha torpaq sahəsinin 1-ci hissəsindən 0.0048 ha, 2-ci hissəsində 0.099 ha torpaq sahələri Cavabdeh2 tərəfindən naturada istifadə edilir.
21. Apellyasiya instansiyası məhkəməsi 12 mart 2024-cü il tarixli qərardadla yenidən əlavə tikinti-texniki ekspertizası təyin etmiş və bunu onunla əsaslandırmışdır ki, ekspert əvvəlki qərardadda qoyulmuş sualları, yəni Daşınmaz əmlakın dövlət reyestrindən 15 mart 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və X6 xüsusi mülkiyyətində olan Göyçay rayonu, Potu kəndində yerləşən 1,07 ha torpaq sahəsinə dair sualları cavablandırmaq əvəzinə, iddiaçının özünün də bildirməsinə görə hazırda qüvvədə olmayan, yəni Daşınmaz Əmlakın Dövlət Reyestrindən 03 aprel 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli, **********51 reyestr nömrəli çıxarış üzrə tədqiqat apararaq, tədqiqatın nəticəsi üzrə 20 fevral 2024-cü il tarixdə verdiyi 3-16-16/210/911 nömrəli rəyi məhkəmə kollegiyasına göndərmişdir.
22. Məhkəmə Ekspertizаsı Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2641 nömrəli rəyinə əsasən İddiaçı və X6 xüsusi mülkiyyətində olan 1,07 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları və naturada ölçüləri müəyyən edilmişdir. 1,07 ha torpaq sahəsinin 0,48 ha hissəsi Cavabdeh2 naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 3,4 ha torpaq sahəsi ilə üst-üstə düşür və mülkiyyətə verilmiş 1,07 ha torpaq sahəsinin 0,48 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. Daşınmaz Əmla kın Dövlət Reyestrindən 15 mart 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və X6 xüsusi mülkiyyətində olan 1,07 ha torpaq sahəsinin 0,31 ha hissəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) göstərilən **********66 reyestr nömrəli çıxarışla X2 mülkiyyətinə verilmiş 0,35 ha torpaq sahəsi ilə üst-üstə düşür. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları (TEKUİS) əsasında tərtib edilən, idarənin xidməti istifadəsində olan, elektron kadastr uçotu xəritəsində iddiaçılar İddiaçı və X6 xüsusi mülkiyyətində **********51 reyestr nömrəli çıxarışla (JN-135 nömrəli Dövlət Aktı) verilmiş 1,55 ha torpaq sahəsi iki hissədə təsbit edilərək göstərilmişdir. (sxemdə göstərilmişdir) Torpaqların elektron kadastr uçot u informasiya sistemi məlumatlarında təsbit edilərək göstərilən **********51 reyestr nömrəli çıxarışla verilmiş 1,55 ha torpaq sahəsinin 1-ci hissəsindən 0,0048 ha, 2-ci hissəsindən 0,099 ha torpaq sahələri Cavabdeh2 tərəfindən istifadə edilir və TEKUİS məlumatlarında 1,55 ha torpaq sahəsinin (TEKUİS məlumatlarında göstərilən **********66 reyestr nömrəli çıxarış) X2 mülkiyyətinə verilmiş 0,35 ha torpaq sahəsi ilə üst-üstə düşməsi halı mövcud deyil.
23. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-32/2024 nömrəli, 1 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Xəqani Səmədov)
24. Apellyasiya instansiyası m əhkəməsi müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 03 aprel 2018-ci il tarixdə verilmiş **********51 reyestr, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən Göyçay rayonu, Potu kəndində yerləşən 1,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 ½ hissələrlə paylı mülkiyyətlərində olmuşdur. Həmin torpaq sahəsinin 0,1379 ha və 0,3332 ha hissələri 19 fevral 2021-ci il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirilmiş, iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 ½ hissələrlə mülkiyyətlərində 1,07 ha torpaq sahəsi qalmışd ır. 15 mart 2021-ci il tarixdə verilmiş **********559 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Göyçay rayonu, Potu kəndində yerləşən 1,07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 ½ hissələrlə paylı mülkiyyətlərinə rəsmiləşdirilmişdir. Mütəxəssis və ekspert rəylərinə əsasən iddiaçının üçüncü şəxslə ½ hissələrlə paylı mülkiyyətlərində olan torpaq sahəsinin 0,48 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə edilir. Lakin cavabdehin mübahisəli əraziyə dair hər hansı bir hüquq müəyyənedici sənədi yoxdur.
25. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin iddiaçı ilə cavabdehlər arasında faktiki alqı-satqı müqaviləsinin olması, 55 sot hissəsinə görə iddiaçının 3000 manat pul alması, sonr adan həmin torpaq sahəsinin 55 sot deyil, 35 sot olmasının məlum olması, məhkəmənin qətnamə qəbul edərkən iddiaçının cavabdehlərdən alğı-satqı müqaviləsi qarşılığında cavabdehlərdən pul alması barədə etirafına zəruri qiymət verməməsinə dair dəlillərinə münasibətdə Mülki Məcəllənin alqı-satqı müqaviləsi, daşınmaz əmlakın alqı-satqısı və əqdlərin etibarsızlığı barədə normalarına istinadən qeyd etmişdir ki, tərəflər arasında qanunvericlikdə nəzərdə tutulmuş qaydada bağlanmış etibarlı alqı-satqı münasibəti mövcud olmayıb.
26. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin mübahisə edilən torpaq sahəsindən sahibsiz torpaq sahəsi kimi rəsmi dövlət orqanlarına müraciət etdikdən sonra istifadə etməyə başlanılması, məhkəməyə torpaq sahəsinin sahibsiz torpaq kimi rəsmi dövlət orqanları tərəfindən verildiyi barədə sənədlər təqdim edilsə də, birinci instansiya məhkəməsinin həmin sənədlərə zəruri münasibət bildirməməsi, torpaq sahəsinin əslində zəbt yox, rəsmi dövlət orqanları tərəfindən cavabdehlərə verilmiş baxımsız torpaq sahəsi olması faktının araşdırılmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, Cavabdeh2 tərəfindən iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi ərazidən faktiki olaraq istifadə etməsi halı müəyyən edilsə də, Cavabdeh2 onun tərəfindən həmin torpaq sahəsinin qanuni əsaslarla istifadə edilməsinə dair nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya məhkəməsinə heç bir hüquq müəyyənedici sənəd təqdim etməmişdir. Cavabdeh2 tərəfindən faktiki istifadəsində torpaq sahəsinin olmasına dair bələdiyyədən əldə etdiyi aray ışlar isə hüquq müəyyənedici sənədlər hesab edilə bilməzlər. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
27. Apellyasiya şikayətinin torpağın alğı-satqısı və torpağın yaxşılaşdırılmasına çəkilən xərc olaraq ümumilikdə 12800 manat zərər çəkilməsi, istifadəyə yararsız torpağın yaxşılaşdırılmasına kifayət qədər ciddi məbləğdə pul xərclənməsinə dair dəlilini də qəbul etməyən apelyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırıb ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırkı icraatda isə cavabdehin iddiaçıya qarşı belə bir iddia tələbi mövcud deyildir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı torpaq sahəsinə çəkilmiş xərcin ödənilməsinə dair iddia tələbi üzrə qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(046)-259/2023 nömrəli qətnaməsi iddiaçı Cavabdeh1 (Cavabdeh2 arvadıdır) tərəfindən mübahisələndirilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin iddiaçının cavabdehə münasibətdə diskriminasiya hərəkətinə yol verməsinə birinci instansiya məhkəməsi tərəfindən zəruri qiymət verilməməsinə dair dəlilini də əsaslı hesab etməyərək göstərmişdir ki, iş materiallarından Cavabdeh2 qarşı diskriminasiya hərəkətlərinə yol verilməsi halı müəyyən edilməmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, iş üzrə alınmış ek spertiza rəyləri biri-digəri ilə təkzib edilmir. Tikinti-texniki ekspertizalarının rəylərində iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinin zəbti ilə bağlı fərqli fikir ifadə edilsə də, mütəxəssis rəyində əlavə olaraq bildirilmiş 1,55 ha torpaq sahəsinin 1-ci hissəsindən 0,0048 ha, 2-ci hissəsindən 0,099 ha torpaq sahələri Cavabdeh2 tərəfindən istifadə edilməsinə dair mövqe, Cavabdeh2 apellyasiya şikayətində ifadə edilmiş fikirləri ilə yanaşı, məhkəmə kollegiyasının ekspert qarşısında qoyduğu suallara daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış üzrə iddiaçının paylı mülkiyyətində olan 1,07 ha torpaq sahəsinin 0,48 ha hissəsinin cavabdeh tərəfindən istifadə edilməsinə dair aydlın şəkildə verilmiş cavablarla da təkzib edilmişdir. Belə ki, ekspertlər hər 3 rəydə eyni mövqe nü mayiş etdirərək, mülkiyyətə verilmiş 1,07 ha torpaq sahəsinin 0,48 ha hissəsinin Cavabdeh2 tərəfindən istifadə olunduğunu göstərmişlər. Yəni ekspertlər apardıqları tədqiqatlar üzrə məhz iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinin 0,48 ha hissəsinin Cavabdeh2 tərəfindən istifadə edilməsini müəyyən etmişlər. Həmçinin Cavabdeh2 də apellyasiya şikayətində aydın şəkildə onlarla iddiaçı arasında 55 sot torpaq sahəsinə dair faktiki alqı-satqı müqaviləsinin bağlanmasını, həmin torpaq sahəsinin müqabilində iddiaçıya pul vəsaitinin ödənilməsini, qeyd edilən torpaq sahəsinin cavabdeh tərəfin istifadəsində olmasını təsdiq etmişdir. İddiaçının paylı mülkiyyətində olan 1,07 ha torpaq sahəsindən 0,48 ha hissəsinin Cavabdeh2 tərəfindən istifadə edilməsini ekspertlər dəqiqləşdirdiyindən, həmin hal cavabdehin apellyasiya şikayətindəki fikirləri ilə təsdiq edildiyindən, iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinin 0,48 ha hissəsinin Cavabdeh2 tərəfindən istifadə olunmasına dair hissələri əsas götürülməlidir.
30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspertiza tədqiqatı ilə iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinin 0,48 ha hissəsinin Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən edilməsinə baxmayaraq, iddiaçıya məxsus torpaq sahəsindən 0,35 ha hissəsinin cavabdehin istifadəsində olmasının müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin birinci instansiya məhkəməsində təqdim etdiyi heç bir sübuta məhkəmə tərəfindən ümumiyyətlə qiym ət verilməməsinə dair apellyasiya şikayətinin dəlilini də əsaslı hesab etməyərək bildirmişdir ki, iş materiallarında cavabdeh tərəfin birinci instansiya məhkəməsinə təqdim etdiyi sənəd yalnız Göyçay rayonu Potu Bələdiyyəsinin Cavabdeh1 2016-cı ildə 100 il müddətinə 0,50 ha bələdiyyə torpağının ayrılması barədə xx.xx.2016-cı il tarixli, 136 nömrəli arayışın kserosurətindən ibarətdir. Həmin arayışda qeyd edilənlərin dəqiqləşdirilməsi məqsədi ilə sorğuya verilən cavaba görə Göyçay rayonu Potu Bələdiyyəsinin 16 noyabr 2023-cü il tarixli, 249 nömrəli arayışında Cavabdeh1 Potu Bələdiyyəsinin 0,50 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin ayrılması və yaxud 100 il müddətinə icarəyə, istifadəyə verilməsi haqqında hər hansı bir hüquqi sənəd mövcud deyil. Bu da o deməkdir ki, Cavabdeh2 tərəfind ən iddia tələbində qeyd edilənləri təkzib edə biləcək hər hansı bir sübut birinci instansiya məhkəməsinə təqdim edilməmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152, 157.2, 213.6, Torpaq Məcəlləsinin 82, 84 və 111-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialları ilə tanış olduqda iş üçün olduqca vacib əhəmiyyət kəsb edən əsas məsələnin müxtəlif dövrlərdə verilən ekspert rəylərinin olduğunu anlamaq olar. Təsadüfi deyil ki, məhkəmə iş üzrə 3 dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və hər dəfə xırda fərqləri çıxmaq şərtilə eyni cavab alınmışdır. İş üzrə qəbul edilən xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024cü il tarixli qərardadlarda ekspert qarşısında oxşar məzmunda suallar qoyulmuşdur. Hər üç ekspert rəyi anlaşılmaz olmuşdur. Məhkəmə bu məsələni aydınlaşdırmaq üçün əlavə ekspertizalar təyin etsə də, cavab böyük ölçüdə dəyişməmişdir. Göründüyü kimi ekspertlər rəyin birinci hissəsində cavabdehlərin 0.48 ha torpaq sahəsini qanunsuz istifadə etdiklərini bildirsələr də ikinci hissəsində cəmi 1 sotdan bir az artıq ərazinin qanunsuz istifadədə olduğunu bildirmişdilər. Məhkəmə üç dəfə məsələni dəqiqləşdirmək məcburiyyətində qalsa da, yenə də eyni anlaşılmaz rəylər gəlmişdir. Belə ki, sözügedən ekspert rəyi olduca əhəmiyyətli sübut hesab edilir. Çünki qanunsuz istifadə yoxdursa, o zam an cavabdehlərin həmin ərazidən çıxarılmasına ehtiyac qalmır. Bununla yanaşı, qanunsuz istifadə yoxdursa, bu halda iddiaçının da bu səpkidə iddia qaldırmağa subyektiv hüququ çatmır. Çünki cavabdehlər bələdiyyə ilə bağladığı icarə müqaviləsinə əsasən həmin torpaq sahəsini 100 illik icarəyə götürmüşlər və yaxşılaşdırmaya xeyli məbləğdə vəsait xərcləmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata k eçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Mad də
82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara o byektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən b u Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya ins tansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
37. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara al mışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Apellyasiya məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
41. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
42. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi öz gəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
43. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən çıxmalı və əmlaka sahibliyə yiyələnənin sahibliyə dair heç bir hüquqi əsası olmamaldır.
44. İşin müəyyən edilən hallarına görə də iddiaçıya (və onun qardaşına) məxsus 1,07 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0,35 ha hissəsindən cavabdeh heç bir hüquqi əsas olmadan istifadə edir və həmin hissədən çıxmır.
45. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq et mişdir.
46. Buna görə də məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya məhkəməsinin hazırki qərarın 24-31-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və əlavə şərhə zərurət görmür.
47. Belə ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları, o cümlədən ekspertizanın rəylərini MPM-in 88, 103.1 və 206.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
48. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər əsassızdır. Belə ki, cav abdeh ekspertiza rəylərinin ziddiyyətli olmasını göstərsə də, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi həmin rəyləri bir-bir müfəssəl olaraq qiymətləndirmişdir.
49. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi, Cavabdeh2 özü də apellyasiya şikayətində aydın şəkildə onlarla iddiaçı arasında 55 sot torpaq sahəsinə dair faktiki alqı-satqı müqaviləsinin bağlanmasını, həmin torpaq sahəsinin müqabilində iddiaçıya pul vəsaitinin ödənilməsini, qeyd edilən torpaq sahəsinin onların istifadəsində olmasını təsdiq etmişdir. Belə olan halda, yəni cavabdeh özü zəbt faktını təsdiq etdiyi halda, həmin faktı müəyyən edən ekspert rəyinin ziddiyyətli olmasına istinad edilməsi əsaslı dəlil sayıla bilməz.
50. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, k assasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-32/2024 nömrəli, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.