Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3661/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 İddia tələbi: maddi zərərin ödənilməsi Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Cavabdeh2 vəkili Vəkil1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətlərinə 07 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasın da açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı məxsus “Mersedes Benz-C 220” CDİ minik markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş yanğın nəticəsində avtomobilə zərər dəymişdir. 20 iyun 2019-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, Mersedes Benz-C 220 CDİ minik markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilinin konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə görə baş vermiş yanğının mənbəyinin avtomobilin yuk bölməsinin daxilində olaraq və genişlənərək avtomobilin salonuna doğru yayılması, yanğının mənbə zonasında istilik ixrac edən qurğuların akkumulyatorun və uclarının izolyasiya örtüyü açıq vəziyyətdə olan arxa işıqların elertrik xətlərinin yerləşdiyini nəzərə alaraq yanğın qeyd oluna n elertrik qurğularında baş vermiş və qəza halının (izolyasiya örtüyü açıq vəziyyətdə olan ucunun digər elertrik xəttinin ucuna, gövdəsinə və s. toxunması) təsirindən yaxınlıqda yerləşən yanar materialların alışmasından verə bilməsi bildirmişdir. Baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikası yanğın təhlükəsizliyi qaydaları”nın (YTQN01-2001) 1.2 bəndinin və “Rənqləmə işləri. Ümumi təhlükəsizlik tələbləri” 12.3.2005- 75 DÜST-ün 1.3 bəndinin tələbləri pozulmaqla şifahi razılaşma əsasında avtomobildə rənglənmə işlərini öz üzərinə götürmüş Cavabdeh1 tərəfindən pozulması bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat 18 iyun 2020-ci il tarixdə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 8700 manat məb ləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmıdır ki, “Mersedes Benz-C 220” CDİ minik markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili ona məxsus olmuşdur. 07.04.2019-cu il tarixdə avtomobil rənglətdirmək üçün Cavabdeh2 məxsus avtotəmir sexində rəngsaz işləyən Cavabdeh1 təhvil verilmişdir. 10.04.2019-cu il tarixdə 09:00 radələrində ona zəng gəlmiş və maşının yandığını bildirmişlər. O, sexə getdikdə avtomobilin yanğın söndürənlər tərəfindən söndürüldüyünü görmüşdür. 20.04.2019-cu il tarixli FHN-nin DYNX Sumqayıt Regional DYNİ-nin yanğın haqqında aktına əsasən avtomobildə baş vermiş yanğın hadisəsinə səbəb kimi ustanın məsuliyyətsizliyi və obyekt sahibinin yanğın təhlükəsizlik qaydalarına riayət etməməsi nəti cəsində elektrik naqillərində yaranmış qısa qapanmanın yaranmasından baş verməsi qeyd edilmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-278/2020 saylı iş üzrə 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Y.Ruvinov) iddia təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 8700 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi hallar təqdim edilmiş sübutlarla təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətlərini onunla əsaslandırmışlar ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tət biq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-496/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə, L.M.Məmmədova, T.O.Quliyev) apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya ş ikayətlərinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona aid hissədə tələbin təmin edilməsi hissəsində ləğv olunmasını və həmin hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ona aid hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətləri apellyasiya şikayətlərinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehlərdən Cavabdeh2 vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər ka ssator və iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmi n Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlərin kassasiya şikayətləri əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqli yyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətlərinin dəlilləri cavabdehin apellyasiya şikayətlərində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. M əhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3661/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3661/2021
07.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver