Məhkəmə qərarları › İş №2(102)-3661/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3661/2023

07.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3661/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlük əsasları) 07.09.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4811/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 07 sentyabr 2023-cü il tarixdə Ali Məhkəməni n binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı işə bərpa və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 avqust 2022-ci il tarixli 10 nömrəli əmrin ləğv edilərək, işə bərpa olunmaqla məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq cavabdeh "xxxx" MMCdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh birinci instansiya məhkəməsinə iddia müddətinin ötürülməsi barədə ərizə təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

3. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan son ra – birinci instansiya məhkəməsi) 05 iyun 2023-cü il tarixli, 2(011)-3265/2023 saylı qətnaməsi ilə (hakim A.Həsənova) iddia təmin edilmişdir.

4. Cavabdeh "xxxx" MMC tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsi (fərdi əmək mübahisələrinin həllində iddia müddətləri) ilə nəzərdə tutulan iddia müddəti tələbinə müvafiq ərizə verilməsinə baxmayaraq, məhkəmə tərəfindən nəzərə alnmamışdır. Məhkəmə iddia müddətinin tətbiqinə dair verilmiş ərizəyə münasibətdə qeyd etmişdir ki, 10 avqust 2022-ci il tarixli əmr özlüyündə eti barsız əmr olduğuna görə iddia müddəti tətbiq edilməməlidir. Halbuki, iş materiallarından göründüyü kimi, iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə işdən azad edilmişdir. Cavabdeh sözügedən əmri, əmək kitabçasını və xx.xx.2022-ci il tarixli müşayiət məktubu iddiaçının ünvanına göndərmiş və iddiaçı xx.xx.2022-ci il tarixdə sənədləri qəbul etmişdir. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclasında əmri həmin tarixdə aldıqlarını təsdiq etmiş və sözügedən əmr ilə razı olmadıqlarına görə əmək müfəttişliyinə şikayət ünvanlandığına dair sənədlərdə iş materiallarında mövcuddur. Göründüyü kimi, iddiaçı işdən çıxarılmasına dair sənədləri xx.xx.2022-ci il tarixində qəbul etdiyinə görə güman edilən hüquq pozuntusu barədə məlumatı da həmin tarixdə almışdır. Həmin tarixdən uzun müddət keçmə sinə baxmayaraq, iddiaçı yalnız xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etmiş və bununla da Əmək Məcəlləsinin 296.2-ci maddəsi ilə nəzərdə tutulan iddia müddətini ötürmüşdür. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4811/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qərardadı ilə (hakimlər – S.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilərək, mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Apellyasiya instansiya məhkəməsi MPM-in 361.1, 361.1.5 və 361.1.6-cı maddələrinə istinadla gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiy a şikayəti isə qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş formaya) əməl edilmədən verilmişdir. Belə ki, Formanın 8-ci bəndində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər hissəsində qeyd olunmuşdur ki, bu hissədə məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir. Cavabdehin nümayəndəsi bu hissəyə ümumiyyətlə hər hansı bir qeyd aparmamaqla münasibət bild irməmişdir.

8. Həmçinin Formanın 9-cu bəndində birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər hissəsində də cavabdehin nümayəndəsi ümumiyyətlə hər hansı bir qeyd aparmamaqla münasibət bildirməmişdir.

9. Formanın 10-cu bəndində birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər hissəsində qeyd olunmuşdur ki, bu hissədə məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi ilə bağlı hallar göstərilməli və bunun nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir. Cavabdehin nümayəndəsi bu hissəyə də ümumiyyətlə hər hansı bir qeyd aparmamaqla münasibət bildirməmişdir.

10. Formanın 11-ci bəndində birinci i nstansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər hissəsində qeyd olunmuşdur ki, bu hissədə birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar göstərilir. Həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin şikayət verən şəxsdən asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıran dəlillər qeyd edilməlidir. Cavabdehin nümayəndəsi bu hissəyə də ümumiyyətlə hər hansı bir qeyd aparmamaqla münasibət bildirməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş apel yasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir.

12. Şikayət onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi qərardadın qəbul edilməsi ilə mülki-prosessual qanunvericiliyinin əsas prinsiplərindən olan müdafiə üçün məhkəməyə müraciət etmək hüququnu kobud şəkildə pozmuşdur. MPM-in 385-ci maddəsində göstərilən əsaslardan hər hansı birinin mövcud olması birinci instansiya məhkəməsinin aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Apellyasiya şikayətinin əsasını birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsi (fərdi əmək mübahisələrinin həllində iddia müddətləri) ilə nəzərdə tutulan iddia müddəti tələbinə, cavabdeh tərəfindən müvafiq ərizə verilməsinə baxmayaraq, məhkəmə tərəfindən riayət edilməm əsi təşkil edir. Göründüyü kimi, apellyasiya şikayətinin əsasını təşkil edən məsələ maddi hüquq normasının pozulmasıdır ki, bu birinci instansiya məhkəməsinin aktının ləğv edilməsi üçün yetərli əsas kimi çıxış edir. Məhkəmənin Qərardadda qeyd etdiyi Formanın 8,9,10 və 11-ci bəndləri isə məhkəmə aktının ləğv edilməsi üçün digər əsaslar mövcud olduğu təqdirdə qeyd edilməsi üçün nəzərdə tutulmuşdur. Bu əsaslar mövcud olmadığı təqdirdə məhkəmə tərəfindən həmin bəndlərin doldurulması tələbi isə tamamilə absurddur və məhkəməyə müraciət hüququnu əsassız şəkildə məhdudlaşdırır. Göründüyü kimi, apellyasiya şikayəti cavabdeh tərəfindən bütün prosessual qaydalara riayət edilməklə verilmişdir və qərardad tamamilə qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qa rşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:

15. Maddə 361.1.5. Şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;.

16. Maddə 361.1.6. Şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar.

17. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

18. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

19. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

21. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qərardadı ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

25. Belə ki, qeyd olunduğu kimi, apellyasiyanın qeyri-mümkün hesab olunmasına dair apellyasiya məhkəməsinin mövqeyi belə əsaslanmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş formanın 8, 9, 10, 11-ci bəndlərinə əməl edilməmişdir.

26. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarında olan apellyasiya şikayətindən müəyyən olunur ki, apellyator şikayətinin dəlili kimi iddiaçının işdən çıxarılmasına dair sənədləri xx.xx.2022-ci il tarixində qəbul etməsi, buna görə də güman edilən hüquq pozuntusu barədə məlumat ı da həmin tarixdə alması, həmin tarixdən uzun müddət keçməsinə baxmayaraq, yalnız xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etməsi və bununla da Əmək Məcəlləsinin 296.2-ci maddəsi ilə nəzərdə tutulan iddia müddətini ötürməsi qeyd edilmişdir.

27. Bu halda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş formanın 8, 9, 10, 11-ci bəndlərinə əməl edilməsi öz əhəmiyyətini itirir. Çünki, apellyasiya şikayətinin əsas dəlili iddia müddətinin ötürülməsi ilə bağlı olmuşdur. Apellyasiya şikayətində cavabdehin maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması barədə dəlilləri açıq-aşkar əsaslandırılm ışdır.

28. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətini prosessual hüquq normalarına uyğun tərtib etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Horronsbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi müəyyən edir ki, hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Razılığa gələn Tərəflərin hüquqi sistemi qəti, məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmağa imkan verdiyi halda, bu hüquq xəyali xarakter almış olardı. Konvensiyanin 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimləyən kimi tərtib olunması razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu “Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə” 23 aprel 2004-cü il tarixli X1 Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanun vericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir.

30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.

31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4811/2023 nömrəli mülki iş üzrə 24 iyul 2023-cü il tarixli qərardadı ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar