Məhkəmə qərarları › İş №2(102)-3661/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3661/2024

19.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3661/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1226/2024 nömrəli 12 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıda kıları müəyyən etmişlər:

2. Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli, 167 nömrəli qərarı ilə X5, X2, Şahid, X3, X6, İddiaçı 2.44 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir (torpağa mülkiyyət hüququna dair JN-0014 Kod 80507048 nömrəli dövlət aktı);

3. İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iddia qaldırmış və Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)28/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh iddiaçıya və ailə üzvlərinə məxsus Masallı rayonu, Təkdam kəndində yerləşən 2.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şərq istiqamətində yerləşən 0.99 hektar hissəsindən çıxarılmışdır.

4. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2 (050)-1366/2023 saylı qətnaməsinə əsasən Masallı rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli, 167 saylı qərarı əsasında X5, Abdullayeva (Nurullayeva) Xədicə Nüsrət qızına, Şahid, X3, İddiaçı, X6 verilmiş 2.44 ha torpaq sahəsi üzərində onların hər birinin 1/6 hissə pay hüquqları müəyyən olunmuş, 2.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X4 və X1 payına düşən və miras qalmış 1/6 hissə torpaq sahəsi üzərində İddiaçı, Şahid və Cavabdeh hər birinin 1/24 hissə, X7 və Vəlişova (Mirzəyeva) Aynurə Rəhim qızının hər birinin 1/48 hissə miras paylarının müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona dəymiş 3.320 manat məbləğində ziyanın və ödənilmiş 12 9.96 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilən tələbdən əlavə olaraq çəkdiyi xərclər - 3 dəfə bir işlə bağlı məhkəməyə (hakim H.Bəhmənovun baxdığı işlə əlaqədar), 3 dəfə bir işlə bağlı məhkəməyə (hakim Z.Zeynalovun baxdığı işlə əlaqədar), 4 dəfə bir işlə bağlı (hakim C.Quliyevin hazırkı baxdığı işlə əlaqədar) gəlib-getmək yol puluna görə 300 manat, torpağın geri qaytarılmasına görə məhkəmədə işə baxılması üçün ödənilmiş 101 manat, bir iş üzrə iddia qaldırmaq üçün ödənilmiş 130 manat dövlət rüsumu, ekspert rəyinin verilməsinə görə 108 manat, cəmi 639 manat pulun da cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsasl andırmışdır ki, Masallı rayonu, Təkdam kəndində özünə məxsus 1.60 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 1 hektarını Cavabdeh bilə-bilə və qanunsuz formada 6 il zəbt etmişdir. Həmçinin 1.60 hektar torpaq sahəsini 1 il boyu zəbt edərək əkilmiş buğdanın hamısını mənimsəmişdir. 1.60 hektardan 5 ton buğda götürmüşdür. Dəfələrlə torpaq sahəsini cavabdehdən tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bir neçə dəfə cavabdehlə münasibətlərini polis şöbəsində ayırd etmək məcburiyyətində qalmışdır. Sonda o, məcbur qalıb cavabdehdən zəbt etdiyi torpaq sahəsinin geri alınması barədə məhkəmədə iddia qaldırmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 28/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 0.99 hektar torpaq sahəsinin cavabdehdən geri alınaraq ona verilməsi qət edilmişdir. Qətnamə icra edilmiş və torpaq sahəsi cavabdehdən alınaraq ona verilmişdir. O, torpaq sahəsindən 6 il ərzində istifadə edə bilməmişdir. Həmin torpaq sahəsində cavabdeh 6 il ərzində buğda əkmiş və ona külli miqdarda ziyan vurmuşdur. Masallı rayonu üzrə buğda üçün orta məhsuldarlıq 2.5- 3 ton təşkil edir. 2.5 tonla götürdükdə cavabdeh ona 15 ton buğdanın ziyanını vurmuşdur. 1 kq buğdanın qiyməti 0.60 qəpikdir. Yəni cavabdeh onun torpaq sahəsindən 9000 manatlıq buğda götürmüş, həmin torpaq sahəsini o, əkmədiyi üçün dövlət tərəfindən subsidiyada almamışdır. Torpaq sahəsini əksəydi dövlət tərəfindən ona 1320 manat subsidiya və digər dərmanlar da veriləcəkdi. Cavabdehin qəsdi nəticəsində o, bütün yardımlardan məhrum olmuşdur. Ümumilikdə, cavabdeh onun 20 ton buğda sını mənimsəmişdir. Həmin buğdanın orta bazar qiyməti 12.000 manat təşkil edir.

8. Cavabdeh iddiaya etiraz edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı, yəni qardaşı iddia edir ki, o, altı il müddətində ona məxsus olan torpaq sahəsini əkib ona ziyan vurmuşdur. Halbuki iddiaçıya məxsus olan torpaq sahəsini bacısı Şahid istifadə etmiş, yaxud da boş qalmışdır. Bunu Şövkətin həyat yoldaşı X12 da təsdiq edə bilər. 2017-ci ildən 2022-ci ilədək Xudaverdi hər hansı dövlət orqanlarına müraciət etməmişdir. Bu onu göstərir ki, iddiaçı ona şər-böhtan atır. İddiaçı ilk dəfə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi zaman iddia edirdi ki, o, onun (0.99 ha) 1 hektar torpaq sahəsini əkmişdir, ikinci iddia ərizəsində göstərir ki, 1.60 ha torpaq sahəsini istifadə etmişdir, əgər üçüncü iddiası olsa deyəcək ki, 2.40 torpaq sahəsini əkmişdir. Bacılarının qızı X8 bu illər ərzində həm öz yerini, həm də rəhmətə gedən anasının torpaq sahəsini əkmişdir. Aynurə də təsdiq edə bilər ki, bu illər ərzində Xudaverdini əkin sahəsində görməmiş, onun torpaq sahəsini Şövkət əkmiş və yaxud boş qalmışdır. İddiaçının payına 0.40 ha torpaq sahəsi düşür, o, isə 1.60 torpaq sahəsinin iddiasındadır.

9. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, torpaqdan neçə illərdir ki, istifadə edə bilmir. Cavabdeh torpağı 6 il, yəni 2016-cı ildə atası vəfat etdikdən sonra əkib-becərmiş, qazanc əldə etmişdir. 2.44 ha torpağın 1.60 ha hissəsini iki ildir ki, əkir. Torpaq sahəsinin qalan hissəsi başqa yerdədir. Həmin qalan hissəni Məhərrəm əkir. Dövlət aktında adları olanlardan atası Yasər, anası Xədicə və bacısı Dilavər vəfat etmişlər. Torpağın hamısı onun deyil. Aralarında dava olduqdan sonra torpağı o, əkmişdir. Vəfat etmiş bacısı Dilavərin payı ona düşsə ümumi 2.20 ha torpağı olur. Həmin 2.20 ha torpaq sahəsində digər bacısı Şövkətin də payı var.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, ataları vəfat etdikdən sonra torpaq sahəsini Məhərrəm əkmişdir. Atası sağlığında ona 0.80 ha torpaq vermişdir. O, öz torpağını əkmişdir. 2016-cı ildən, yəni atası vəfat etdikdən sonra 0.80 ha torpağı əkmişdir, son iki ildə isə əkməmişdir. Torpaq barəsində problem olduğundan torpaq sahəsi paylar şəklində bölündüyündən, hazırda onun payına düşən hissənin harada olduğunu bilmir. Bu səbəbdən də əkin əkə bilmir. Bir il Məhərrəmlə yerlərini dəyişmiş, o, Məhərrəmin yerini, Məhərrəm də onun yerini əkmişdir.

11. Masallı Rayon Məhkəməsinin 2(050)-559/2024 saylı, 17 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Quliyev) iddia tələbi təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçının zərər tələb etdiyi dövrlərdə ümumi birgə mülkiyyətdə olmuş, sonradan (iddiaçının onun tərəfindən əkilməsi mübahisələndirilməyən dövrdə) məhkəmə aktı əsasında torpaq sahəsində paylar müəyyən edilmişdir. Cavabdehin də digər vərəsələr kimi ata və anasının payına düşən və miras qalmış torpaq sahəsinə payı müəyyən edilmişdir. Torpaq sahəsi naturada ayrılmamışdır, torpaq sahəsinin hansı hissəsinin payçılardan kimə məxsus olması müəyyən deyil. Belə bir vəziyyətdə iddiaçının ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən əkilməsini iddia etməsi əsaslı deyil. Yəni iddiaçı sübut etməlidir ki, cavabdeh tərəfindən əkilmiş torpaq sahəsi məhz ona məxsus torpaq sahəsi olmuşdur. Masallı Rayon Məhkəməsinin icraatında olmuş 2(050)-28/2023 saylı mülki işə baxılarkən torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmuş, iddiaçı da ümumi birgə mülkiyyətçilərdən biri kimi iddia qaldırmışdır. Həmin qətnamə ilə müəyyən edilməmişdir ki, cavabdehin çıxarılması qət edilən 0.99 hektar torpaq sahəsi İddiaçıdur. Həmçinin mübahisə üzrə cavabdehin də digər vərəsələr kimi ata və anasının payına düşən və miras qalmış torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun olması, digər mülkiyyətçilərin cavabdehə qarşı münasibətləri də (onun torpaq sahəsini əkməsinə etiraz etməmələri) nəzərə alınmalıdır. Bundan başqa, iddiaçının cavabdeh tərəfind ən keçən bu illər ərzində mübahisəli torpaq sahəsinin əkilməsi ilə bağlı real mövqeyi də nəzərə alınmalıdır. İddiaçının mövqeyi ilə razılaşmaq o anlama gələr ki, istənilən şəxsə torpaq sahəsi verilsin, o isə torpaq sahəsindən istifadə etməsin, illər keçdikdən sonra qarşı tərəf ilə mübahisəsi olan zaman iddia qaldırsın ki, bu torpaq sahəsindən neçə illərdir ki, təyinatına uyğun istifadə edilməsinə imkan verilməyib və buna görə zərər ödənilməlidir. Bu isə qəbul edilən deyil. Tərəflər qardaşdırlar. Bir-birilərinə qarşı aqressivdirlər və həqiqətən də bununla bağlı real mövqe olsaydı hazırkı vaxta kimi məhkəməyə müraciət edilərdi.

13. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

14. Məhkəmə iddiaçının tələb etdiyi məhkəmə xərclərinə münasibətdə bildirmişdir ki, həmin xərclərin bir hissəsi - tərəflər arasında olmuş mübahisə üzrə əvvəlki 2 iş üzrədir, onların bir hissəsi həmin işlər üzrə həllini tapmış, digər hissələr üzrə isə məhkəmə qətnamələri qanuni qüvvəyə minmiş, həmin işlər üzrə məhkəmə xərclərinə hazırkı iş üzrə qiymət verilə bilməz.

15. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə qədər cavabdehlə torpağını zəbt etdiyi üçün dəfələrlə mübahisəsi olmuş, polis və prokurorluqda cavabdehin barəsində araşdırmalar aparılmışdır. O, həmin sübutlarını da məhkəməyə təqdim etmişdir. Bacısı Şahid məhkəmə iclasında açıq şəkildə ifadə etmişdir ki, onlara məxsus torpaq sahəsini cavabdeh əkmişdir. Məhkəmə isə şahidin ifadəsini qətnaməsində təhrif edərək yazmış, iddia tələbini rədd etmək üçün zəmin yaratmışdır. Həmçinin cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsini o, cavabdehdən məhkəmə qətnaməsi əsasında məhkəmə icraç ılarının gücü ilə almışdır. Onun torpağını cavabdeh əkməmişdirsə, onda bir il boyu torpaq üstündə onunla məhkəmə çəkişmələrinin olmasının səbəbi məlum deyildir. Zəbt edilən torpaq barəsində məhkəmə iclaslarında cavabdeh deyirdi ki, torpaq sahəsini uzun müddətdir ki, əkir, torpaq sahəsi İddiaçı məxsusdur. Bu ifadələr cavabdeh tərəfindən məhkəmə iclasında deyilmiş və həmin qətnamədə qanuni qüvvəyə minmiş hazırkı məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Cavabdeh dolayısı ilə özü etiraf etmişdir ki, mübahisəli torpaq sahəsini özü əkmişdir. Lakin məhkəmə demişdir ki, konkret olaraq koordinat göstər ki, bu torpaq sənindir.

18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1226/2024 nömrəli 12 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov - sədrlik edən və məru zəçi Samir Mayılov və Pərviz Əhmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış apellyasiya instansiyası məhkəməsi mövqeyinə dair qeyd etmişdir ki, iddiaçı iddia tələbində, özünə məxsus 1.60 hektar torpaq sahəsinin 1 hektarının cavabdeh tərəfindən 6 il müddətinə qanunsuz zəbt edildiyini, 1.60 ha hissəsinin isə ümumiyyətlə 1 il zəbt edilərək əkildiyini bildirmişdir. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, həmin torpaq sahəsi ümumiyyətlə tərəflərin birgə mülkiyyətində olmuş, həmin torpaq sahəsinin yalnız şərq istiqamətində yerləşən 0.99 hektar hissəsindən cavabdeh çıxarılmışdır. Bu isə onu deməyə əsas verir ki, iddia çının tələbi və həmin tələbin əsası kimi istinad etdiyi hallar qeyri-müəyyən olmaqla cavabdeh tərəfindən əvvəllər birgə mülkiyyətdə olmuş torpaq sahəsinin iddiaçıya məxsus hissəsinin əkilib-əkilməməsi, əgər əkilmişdirsə həmin hissədən nə qədər gəlir götürülməsi, bunun müqabilində iddiaçının nə qədər gəlirdən məhrum olması aydın deyildir. Halbuki, əgər iddiaçı öz iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim edə bilmirsə və cavabdeh iddianı qəbul etmirsə, məhkəmə üçün əlavə araşdırma aparılması üçün zərurət aradan qalxır və bu halda iddia tələbi məhz sübut olunmaması əsası ilə təmin edilməməlidir.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, Mülki Prosessual Məcəllənin 77.1, 14. 2, 88 107, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, şikayətdə həmçinin qeyd olunmuşdur ki, torpaq sahəsi ümumi birgə mülkiyyətdədir, həmin sahədə kimin neçə sot torpağı olmağı sənət üzrə müəyyəndir. Məhkəmə bildirir ki, torpaq sahəsi naturada bölünməmişdir. İddiaçı da torpaq sahəsinin naturada bölünməməsini inkar etmir. Torpaq sahəsini ümumilikdə cavabdeh zəbt etmişdir. Cavabdehin həmin ərazidə torpaq sahəsi olmamışdır. Cav abdeh isə bilə-bilə özünə aid olmayan torpaq sahələrini də əkmişdir. Naturada bölgü olmasa belə, özünün mülkiyyətində olan torpaq sahəsindən iki dəfə artığını əkib-becərmişdir. Hətta bu barədə ona iradlar olmuş, torpaq üstündə mübahisələri düşmüş və cavabdeh torpaq sahəsinin onun olmadığını bilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa e tmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

28. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

29. Maddə 1096.1. mülki hüquq poz untusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

30. Maddə 1096.2 delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

31. Maddə 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməl idir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassas iya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin iddiaçı qarşısında iddia tələbində göstərilən pul öhdəliyi mövcud deyil. Belə ki, sözügedən torpaq sahəsi iddiaçının zərər tələb etdiyi dövrlərdə ümumi birgə mülkiyyətdə olmuş, sonradan məhkəmə aktı əsasında t orpaq sahəsində paylar müəyyən edilmişdir. Cavabdehin də digər vərəsələr kimi ata və anasının payına düşən və miras qalmış torpaq sahəsinə payı müəyyən edilmişdir. Torpaq sahəsi naturada ayrılmamışdır, torpaq sahəsinin hansı hissəsinin payçılardan kimə məxsus olması müəyyən deyil.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

42. Məlum olduğu kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olm aq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (§ 26).

43. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (§ 27-28).

44. Göründüyü kimi, ümumi mülkiyyət halında bir neçə mülkiyyət deyil, bir əşya üzərində bir mülkiyyət hüququ mövcud olur. Həmin hüquq isə iki və ya daha artıq şəxsdən ibarət ortaqlığa (ümumiliyə) aiddirsə birgə mülkiyyət, müvafiq paylarla birdən çox şəxsə məxsusdursa paylı mülkiyyətdir. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin pay ı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

45. Kollegiya vurğulamaqda yarar görür ki, ümumi mülkiyyətin növləri olaraq birgəlik və ya paydaşlıq əşyaya deyil, əşya üzərindəki hüquqa münasibətdə aparılan bölgüdür. Yəni ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir (tərkib) hissəsinin mülkiyyətçisi deyil, əşyanın tamamı üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir. Başqa sözlə, ümumi mülkiyyətçinin hüququ əşyanın naturada bir hissəsinə deyil, onun tamamına şamil olunur.

46. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya in stansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

48. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-c u maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1226/2024 nömrəli 12 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar