Məhkəmə qərarları › İş №2(102)-3662/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3662/2023

23.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3662/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və inzibati kollegiyasının hakimi Quliyev Zakir Müslüm oğlundan ibarət qarışıq tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(076)-1617/2023 saylı məhkəmə aidiyyəti haqqında qərardadından cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil) şikayəti üzrə işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbin ə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu, Ceyrançöl adlanan ərazidə yerləşən 250 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi və kompensasiya tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu, Ceyrançöl adlanan ərazidə yerləşən torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, həmçinin vurulmuş 10.000 manat maddi ziyanın və 120 manat dövlət rüsumunun alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi xx.xx.2002-ci il tarixli icarə müqaviləsi əsasında Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən hüquqi şəxs "xxxx" MMC-yə icarəyə verilmişdir. Həmçinin, cavabdeh də müvafiq VÖEN-ə malik olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Məhkəmə hazırlıq iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən hüquqi şəxs "xxxx" MMC-yə icarəyə verilmişdir. Təmsil etdiyi şəxs də həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmir. Məhkəmə hazırlıq iclasında cavabdeh( qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qeyd etmişdir ki, 14 saylı Ərazi Vergilər İdarəsində ver gi uçotuna alınmış və ona müvafiq VÖEN verilmişdir. Qeyd olunana torpaq sahəsini Şəmkir Rayon İcra Hakimiyyətindən xırdabuynuzlu heyvanları saxlamaq məqsədi ilə icarəyə götürülmüşdür. Lakin cavabdeh həmin ərazini zəbt edərək özbaşına ferma inşa etmiş və bağ salmışdır. Bununla belə hazırki mülki işə Şəmkir Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Üçüncü şəxs Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 məhkəmənin hazırlıq iclası zamanı işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Şəmkir Rayon Məhkəməsinin (hakim T.Mustafayev) 20 iyun 2023-cü il tarixli, 2(076)-1617/2023 saylı qərardadı ilə İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzr ə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğundan, yəni tərəflər müvafiq VÖEN-ə malik olmaqla, eləcə də, tərəflər mübahisəli torpaq sahəsini fermer təsərrüfatı yaratmaq məqsədilə icarəyə götürməklə, iddiaçı "xxxx" MMC-nin rəhbəri kimi hüquqi şəxs olduğundan, cavabdeh isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan, bununla da işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, ilkin İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı qanunsu z tikilinin sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi və kompensasiya tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işin aidiyyətı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, işə Şəmkir Rayon Məhkəməsində baxılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbi (mübahisə predmeti) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan bir mübahisədir və həmin mübahisə ümumi məhkəmələrin səlahiyyətinə aiddir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehə qarşı “torpaq sahəsindən çıxarılma barədə” iddia tələbi və iddiaçının onun qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi, zəbt edilmiş torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməs i və kompensasiya tələbi tərəflərin sahibkarlıq fəaliyyətimizin həyata keçirliməsi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən də hesab edir ki, məhkəmənin gəldiyi nəticə düzgün deyil mübahisə tərəfinin subyektləri və mübahisənin predmetindən asılı olaraq mülki işə Şəmkir Rayon Məhkəməsində baxılmalıdır. Lakin, göründüyü kimi birinci instansiya məhkəməsi bir sıra prosessual hüquq normalarının tələblərini pozmuşdur. Şəmkir Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şi kayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, İddiaçı vergi ödəyicisi kimi vergi uçotuna alınmış və ona ********** VÖEN verilmişdir. Cavabdeh vergi ödəyicisi kimi vergi uçotuna alınmış və ona ********** VÖEN verilmişd ir. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu, Ceyrançöl massivində yerləşən 35.0907 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-nin istifadəsinə verilmişdir. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu, Ceyrançöl massivində yerləşən 14.9389 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-nin istifadəsinə verilmişdir. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu, Ceyrançöl massivində yerləşən 382.0 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh icarəyə verilmişdir. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nətic ə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə hazırki işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsind ə göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrı lıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. İşdən görünür ki, iddiaçı hüquqi şəxs olan "xxxx" MMC-nin rəhbəri həmin hüquqi şəxsə məxsus torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılmasını tələb edir. Cavabdeh də həmin torpaq sahəsindən sahibkarlıq məqsədləri üçün istifadə edən fiziki şəxs və vergi ödəyicisidir. Bu tərəflər arasında yaranan mübahisə isə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı ə şya hüquqi münasibətlərdən irəli gələn mübahisədir. Göründüyü kimi, birinci instansiya məhkəməsi aidiyyətlə bağlı məsələni həll edərkən mülki prosessual normaların tələblərinə və müvafiq Plenum qərarının müddəalarına uyğun hərəkət etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil) kassasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(076)-1617/2023 nö mrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar