Məhkəmə qərarları › İş №2(102)-3662/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3662/2024

03.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3662/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti, iddiaçının şikayəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlundan (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq məhkəmə tərkibində, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması» tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-4764/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli məhkəmə aidiyyəti ilə bağlı qərardadından İddiaçı şikayətinə 03 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ təmin edilməklə həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh1 iddiaya etirazında göstərmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin bir hissəsi fərdi yaşayış evinin inşası üçün onun mülkiyyə tinə verilmiş və həmin torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Buna görə də iddia əsassızdır və rədd edilməlidir.

3. Cavabdeh3 iddiaya etiraz edərək bildirmişdir ki, onun fərdi yaşayış evi inşa etdiyi sahə Gəncə Şəhəri İcra Hakimiyyəti Başçısının sərəncamı əsasında mülkiyyətə verilmişdir. Buna görə də iddia əsassızdır və rədd edilməlidir.

4. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4764/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. (hakim Camal Quliyev)

5. Birinci instansiya məhkəməsi aşağıda qeyd edilən sənədlərə istinad etmişdir: - MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Gəncə şə həri, Gülüstan qəsəbəsində istifadədə olan 0,00531 hektar torpaq sahəsində yerləşən 15 nömrəli 1 girişli, 42,5 kv. m. ümumi, 42,5 kv. m. əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (avtomobillərin dayanacaq məntəqəsi) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 144 nömrəli vərəqində qeydiyyata alınmışdır; - RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Gəncə şəhəri, Gülüstan qəsəbəsində 0,0138 hektar torpaq sahəsi fərdi yaşayış evinin inşası üçün X1 istifadəsinə verilmişdir; - Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 345 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, Nizami rayonu, Gülüstan yaşayış massivində yerləşən 2 00 kv. m. torpaq sahəsində X2 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir; - “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatlara əsasən İddiaçı (VÖEN **********) və Cavabdeh3 (VÖEN **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, vergi ödəyiciləridir.

6. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə əsasən göstərmişdir ki, müəyyən edilmiş hallarına görə hazırda mübahisə predmeti olan torpaq sahəsi Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 15 saylı avtomobillərin dayancağı məntəqəsinin torpağıdır və İddiaçı avtodayanacaq fəaliyyəti ilə məşğul olan fərdi sahibkardır. Mübahisəli torpaq sahəsinin təyinatı və iddiaçının fərdi sahibkar kimi fəaliyyəti bir-biri ilə uzlaşır. Həmçinin cavabdehlərdən Cavabdeh3 da fərdi sahibkar statusuna malikdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyinə görə ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Mübahisənin kommersiya xarakterli olması hüquq münasibətinin məzmununu əks etdirir və mübahisə tərəflərinin qarşılıqlı münasibətinin mahiyyətini xarakterizə edir. Bu mübahisə iqtisadi subyektlər arasında yaranır və azad sahibkarlıq fəaliyyətindən irəli gəlir. Məhz buna görə qanunverici tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisələrə kommersiya məhkəmələrində baxılmasını müəyyən etmişdir.

8. Birinci instansiya məhkəməsi vurğulamışdı r ki, mübahisə predmeti olan tikililərin həmin torpaq sahəsində yerləşib-yerləşməməsini səlahiyyətli məhkəmə araşdırmaqla müəyyən etməli, mübahisəyə yekun hüquqi qiymət həmin məhkəmə tərəfindən verilməlidir. Yəni ilk növbədə məhkəmə mübahisəni araşdırma səlahiyyətinə malik olmalıdır. Hazırki halda mübahisənin subyektiv tərkibi (İddiaçı və cavabdehlərdən Cavabdeh3) sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən, mübahisə predmeti isə təyinatı sahibkarlıq fəaliyyətinin obyekti olan avtodayanacaq ərazisindən ibarətdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər sahibkarlıq fəaliyyətinin subyektləri olmuş və aralarındakı münasibətlər deliktdən yaranmış, iddia tələbini təşkil edən mübahisə isə sahibkarlığa xarakterik delikt öhdəliklərindən yaranan mübahisə olmuşdur. Belə ola n halda, mövcud mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığından kommersiya mübahisəsi hesab olunur. Buna görə də hazırki iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq, Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 24.2, 26.1, 30-cu maddələri və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 saylı qərarı ilə əsaslandırmışdır. Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri

11. İddiaçı (vəkil Nümayəndə) şikayət verərək, qərardadın l əğv edilməsi, işin Gəncə Şəhər Məhkəməsində baxılmasını xahiş etmişdir.

12. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən tikililər fərdi yaşayış evi olmaqla Cavabdeh3 fərdi sahibkar olması ilə bağlı iddia ərizəsinin xarakteri sahibkarlıq fəaliyyətinin müdafiəsinə, yaxud sahibkarlıq fəaliyyəti ilə bağlı tələb deyildir. Bundan başqa, iddiaçı mülkiyyət hüququnun müdafiəsini təmin etməklə avtodayanacaq fəaliyyəti ilə məşğul olmaq niyyətində deyildir. Belə ki, iddiaçının vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi ilə müəyyən edilir ki, iddiaçı uzun müddət bundan əvvəl sahibkarlıq fəaliyyətini dayandırmış və başqa bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Qeyd olunan tikililərin sökülməsi isə onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyildir. Müba hisəyə tətbiq edilən prosessual hüquq normalarının tələbinə əsasən 3 şərtin olması zəruridir. Həmin şərt isə subyekt, hüquq münasibətinin mahiyyəti və predmeti, mübahisənin kommersiya xarekterli olmasıdır. Hazırki iddia tələbində də iddiaçı torpaq sahəsinin zəbtdən azad olunmasını və boşaldılmasını, onun kommersiya fəaliyyəti ilə məşğul olması barədə hər hansı qeyd verməmişdir. O cümlədən digər cavabdehin inşa etdirdiyi fərdi yaşayış evində hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olması halı iş materialları ilə müəyyən edilmir. Cavabdehin adına yalnız vergi ödəyicisinin qeydiyyatı ilə bağlı halı əsas götürərək məhkəmənin işin məhkəmə aidiyyətini Gəncə Kommersiya Məhkəməsinə göndərməsi barədə qərardad qəbul etməsi qanunsuzdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiy a şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60 (İ). Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçir diyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; Maddə 33.3. Hüquqi şəxsin və sahib karlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsində n və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutul muş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəy yən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.[576] Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mü bahisələr üzrə şikayətə baxarkən: işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı “Azərbaycan Respublikası Konstitusi yasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. … Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanunimaraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. … Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı 10-cu bənd. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur; 11-ci bənd. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də pre dmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 15-ci bənd. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya müb ahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.

15. İddia tələbi iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilən fərdi evlərin cavabdehlərin hesabına sökülməsi barədədir.

16. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.

17. Hazırki mübahisədə iddiaçının və Cavabdeh3 vergi ödəyicisi olması müəyyən edilsə, qeyd edilməlidir ki, işin kommersiya məhkəməsinə aid edilməsi üçün tərəflərin subyekt tərkibi yeganə meyar deyil.

18. İddia tələbində iddiaçı cavabdehlərin onun mülkiyyətində olan torpaq sahəsində fərdi ev tikmələrini göstərmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 də birinci instansiya məhkəməsində fərdi ev tikdiklərini, lakin həmin evin yerləşdiyi torpaq sahəsinin onların özlərinə aid olmasını bildirmişlər.

19. Başqa sözlə, iddiaçı və cavabdehlərdən birinin vergi ödəyicisi olmasına baxmayaraq, işin müəyyən edilən halına görə mübahisə onların iqtisadi fəaliyyət sferasına aid deyil. Belə ki, cavabdehlər, o cümlədən fərdi sahibkar statusu olan Cavabdeh3 torpaq sahəsində özlərinin şəxsi ehtiyacları üçün fərdi ev tikməsini bildiriblər. Göründüyü kimi, hazır kı iş mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından, MPM-in 24.2, 26-cı maddələrinin tələbinə görə digər iki meyar üzrə kommersiya mübahisəsi kimi xarakterizə edilə bilməz.

20. Buna görə də iddiaçı və Cavabdeh3 fərdi sahibkar olması əsası ilə işin kommersiya məhkəməsinə göndərilməsi barədə birinci instansiya məhkəməsinin gətirdiyi dəlillər istər prosessual qanunvericiliyin, istərsə də, onun tətbiqi ilə bağlı Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenuma qərarına uyğun hesab edilə bilməz.

21. Beləliklə, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin işin məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmamışdır. Buna görə də şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş aidiyyət qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

16. Yuxarıda şərh edilənləri və Mülki Prosessual Məcəllənin 403-1.8.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4764/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş aidiyyət qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar